VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
•
Bütün şəxslərin zorakı itməkdən qorunması haqqında Beynəlxalq Konvensiya
zorakı itmə şəraitinin və itmiş şəxslərin taleyinin müəyyənləşdirilməsinə yardım
göstərməklə məşğul olan təşkilatlar və assosiasiyalar yaratmaq və bu cür işləri
həyata keçirən təşkilatların və assosiasiyaların işində sərbəst şəkildə iştirak etmək
hüququnu nəzərdə tutur (maddə 24); və
•
Bütün işçi-miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə dair
Beynəlxalq Konvensiya birləşmək azadlığı hüququnu təmin edir (maddə 26).
İfadə, birləşmək və dinc toplaşmaq azadlığı və dövlət işlərinin həyata keçirilməsində
iştirak etmək hüququ bir çox digər, mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqlarının
həyata keçirilməsi üçün vasitə qismində çıxış edir. Onlar qadın, kişi və uşaqların cəmiyyətdə
müsbətyönümlü dəyişikliklərə hədəflənən fəaliyyətlərlə məşğul olmaq imkanlarını
genişləndirir.
İfadə azadlığı. İfadə azadlığına hər cür informasiya və ideyaları axtarmaq, almaq və
yaymaq hüququ daxildir. İfadə azadlığına siyasi və dini çıxışlar, dövlət işləri, insan hüquqları,
habelə mədəni və bədii ifadə ilə bağlı informasiya və ideyalar daxildir. Bu anlayışın istifadə
dairəsinə həm də bəzi məhdudiyyətlər (məsələn, bax: ayrı-seçkilik, düşmənçilik və ya
zorakılığa təhrik edən milli, irqi və ya dini nifrət təbliğatının qadağan olunmasına dair
Rabat fəaliyyət planı, 5 oktyabr 2012-ci il) istisna edilməklə dərin təhqir sayıla biləcək
ifadə vasitələri də daxildir. Bütün ifadə formaları və onların yayılma vasitələri qorunur:
danışıq, yazılı və işarə dili, həmçinin təsvirlər və incəsənət predmetləri kimi qeyri-şifahi
kommunikasiya vasitələri. Fikri kitab, qəzet, kitabça, afişalar, karikaturalar, bannerlər, geyim
formaları və hüquqi materiallar vasitəsilə ifadə etmək mümkündür. Onlara audiovizual,
eləcə də elektron və internet-texnologiyalarına əsaslanan ifadə vasitələrinin bütün
formaları daxildir.
Birləşmək azadlığı. Birləşmək dedikdə, ümumi maraqları kollektiv şəkildə reallaşdırmaq,
ifadə etmək, təbliğ etmək, təmin etmək və müdafiə etmək məqsədilə şəxslərdən ibarət
istənilən birlik və ya istənilən təşkilat nəzərdə tutulur. Birləşmək azadlığı nümunələrinə
vətəndaş cəmiyyəti təşkilatlarına, klublara, kooperativlərə, QHT-lərə, dini birliklərə,
siyasi partiyalara, həmkarlar ittifaqlarına, “onlayn” rejimdə fəaliyyət göstərən fondlara və
assosiasiyalara daxil olmaq və onların işində iştirak etmək və ya iştirak etməməklə bağlı
qərar qəbul etmək daxildir. “Resursları axtarmaq, əldə etmək və istifadə etmək, ölçüsündən
asılı olmayaraq istənilən birliyin mövcud olması və səmərəli fəaliyyəti üçün mühüm
əhəmiyyət kəsb edir. Birləşmək azadlığı hüququna insan, material və maliyyə resurslarını
yerli, xarici və beynəlxalq mənbələrdən axtarmaq, əldə etmək və istifadə etmək hüququ
daxildir.” (A/HRC/23/39, bənd 8.).
Dinc toplaşmaq azadlığı. Dinc toplaşmaq dedikdə, hər hansı konkret məqsəd üçün
xüsusi və ya ictimai məkanda müvəqqəti, qeyri-zorakı toplaşmaq nəzərdə tutulur. Bu
terminlə nümayişlər, tətillər, yürüşlər, mitinqlər və ya oturaq aksiyalar ifadə edilir.
Dövlət işlərində iştirak etmək hüququ. Dövlət işlərinin icrası, siyasi səlahiyyətlərin,
xüsusilə də qanunvericilik, icra və inzibati səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı
olmaqla geniş anlayışdır. Bu anlayış dövlət idarəçiliyi işinin bütün aspektlərini, eləcə də
beynəlxalq, milli, regional və yerli səviyyələrdə siyasət prinsiplərinin hazırlanması və həyata
keçirilməsini əhatə edir. İştirak birbaşa və ya azad şəkildə seçilmiş nümayəndələr vasitəsilə
konstitusiyanın təsdiq edilməsi və dəyişdirilməsi, qanunvericilik və siyasət prinsiplərinin
işlənib hazırlanması, referendum vasitəsilə dövlət məsələləri barədə qərarların verilməsi,
yerli məsələlər üzrə qərar qəbul etmək səlahiyyətləri olan xalq toplantılarında gerçəkləşdirilə
bilər. Siyasi və dövlət işləri ilə məşğul olan təşkilatlar və assosiasiyalar yaratmaq və onlara
qoşulmaq hüququ da daxil olmaqla, birləşmək azadlığı hüququ dövlət işlərində iştirak
etmək hüququ baxımından mühüm əhəmiyyətə malikdir.
Ayrı-seçkiliyə yol verməmək. Yuxarıda qeyd olunmuş hüquqların hamısı hər hansı irq,
rəng, cins, dil, din, siyasi və ya digər baxışlar, seksual oriyentasiya, milli və ya sosial mənşə,
əmlak vəziyyəti, doğum və ya digər şərtlərlə bağlı hər hansı bir ayrı-seçkilik olmadan bütün
şəxslər üçün təmin edilir. Bu hüquqlar qadınlara, uşaqlara, yerli xalqlara, əlillərə, azlıqlara,
marginalizasiya və ya tükənmək riski zonasına aid olan digər qruplara, o cümlədən, seksual
oriyentasiya və cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmış qurbanlara, qeyri-
vətəndaşlara, o cümlədən, əcnəbilərə, qaçqın və köçkünlərə, eləcə də qeydiyyatdan
keçməmiş qruplar da daxil olmaqla birliklərə şamil edilir.
Bu beynəlxalq standartlar dövlət hakimiyyətinin bütün qollarına (icra qanunvericilik
və məhkəmə); hər hansı səviyyədə (milli, regional və yerli) digər dövlət və ya hökumət
orqanlarına şamil olunur. Dövlət həmçinin insanları bu cür azadlıqları azalda biləcək xüsusi
şəxslərin və ya təşkilatların hərəkətlərindən qorumalıdır. Dövlətlər bu hüquqların həyata
16
17
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
4. Vətəndaş cəmiyyəti subyektlərinin üzləşdikləri
problemlər
Hökuməti tənqid etdiklərinə və ya onun baxışlarına, siyasətinə və fəaliyyətlərinə etiraz
etdiklərinə görə vətəndaş cəmiyyəti subyektləri yerli, milli, regional və ya qlobal səviyyələrdə
öz qanuni fəaliyyətlərini həyata keçirərkən məhdudlaşdırıcı maneələrlə, məhdudiyyətlərlə,
fəaliyyətlərinin dayandırılması və fəaliyyət nəticələrinin ləğv edilməsi ilə müşayiət olunan
maneələrlə qarşılaşa bilərlər.
Bu cür maneələrə VCS-lərə qarşı azadlıq və müstəqilliyin məhdudlaşdırılması, təqib, təhdid
və repressiyalar (məsələn, cəza və ya intiqam) aid edilə bilər.
Vətəndaş cəmiyyətinin fəaliyyətinin qarşısını almaq, məhdudlaşdlırmaq, dayandırmaq
və ya fəaliyyət nəticələrini ləğv etmək üsulları
Azadlıq və sərbəstliyin
məhdudlaşdırılması
Qanunla nəzərdə tutulan
Qanunla nəzərdə tutulmayan
təqib hədə-qorxu
repressiyalar
Professor Nigel Rodley,
BMT-nin İnsan hüquqları Komitəsinin Sədri, oktyabr 2014-cü il
“Hökumətlər də daxil olmaqla, bizlərdən heç kim bütün faktlara, ən yaxşı ideyalara
malik ola və ya həll etməyə çalışdığımız problemlərin kökündə duran bütün səbəbləri
bilə bilməz. Yalnız kollektiv təcrübə bizə xeyir gətirə bilər. Məhz buna görə də, hər
hansı qərar qəbul etməzdən əvvəl, bütün maraqlı tərəfləri, xüsusilə marginal qrupları
dinləmək çox vacibdir. Misal üçün, İnsan Hüquqları Komitəsi hökumətlər, BMT və
vətəndaş cəmiyyəti də daxil olmaqla, ən müxtəlif mənbələrdən məlumat toplayır. Bu,
Hökumətlərin öz qanun və təcrübələrini insan hüquqları ilə bağlı ratifikasiya etmiş
olduqları sazişlər çərçivəsində götürdükləri öhdəliklərlə daha çox uyğunlaşdırmaq
istiqamətində görməli olduqları əməli tədbirlərlə əlaqədar əsaslı yekun qeydlər və
tövsiyələr hazırlamaqda bizə kömək edir.”
keçirilməsini təşviq etmək və qorumaq üçün də məsuliyyət daşıyır.
İfadə, birləşmək və dinc toplaşmaq azadlıqlarından istifadə ilə bağlı xüsusi vəzifə və
məsuliyyətlər vardır və onların istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.
Hər hansı məhdudiyyətlər qanunla müəyyən edilməli və yalnız digər şəxslərin hüquqlarına
və nüfuzuna hörmət; və ya dövlət təhlükəsizliyi və ya ictimai asayişin mühafizəsi, ictimai
asayiş, əhalinin sağlamlığı və ya mənəviyyatı baxımından zəruri olmalıdır. Bu cür əsaslar
heç bir halda çoxpartiyalı demokratiyanın, demokratik prinsiplərin və insan hüquqlarının
təbliğinin qarşısının alınması məqsədilə tətbiq edilə bilməz.
İnsan Hüquqları Komitəsi, Ümumi Şərh
№ 34, maddə 19: Fikir və ifadə azadlığı, CCPR/C/GC/34;
və Ümumi Şərh
№ 25, maddə 25: Dövlət işlərinin həyata keçirilməsində iştirak hüququ, CCPR/C/21/
Rev.1/Add.7. Dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə BMT-nin xüsusi məruzəçisinin
məruzələri, A/HRC/20/27; və A/HRC/23/39.
18
19
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
4.1. Vətəndaş cəmiyyətinin işinə mane olan
qanunvericilik və normativ xarakterli tədbirlər
4.2. Əsassız tədbirlər
Qanunlar və normativ aktlar, məsələn, aşağıdakı yollarla vətəndaş cəmiyyətinin azadlıq və
müstəqilliyini məhdudlaşdıra bilər:
•
Müsbət fayda (məsələn, vergi güzəştləri) olmadan qeydiyyat tələbləri;
•
Mümkün fəaliyyət növlərinin məhdudlaşdırılması;
•
Qeydiyyatsız fəaliyyətə görə cinayət sanksiyalarının tətbiqi;
•
Konkret birliklərin, o cümlədən beynəlxalq QHT-lərin və ya xaricdən maliyyələşən
birliklərin və ya insan hüquqları üzrə fəaliyyət göstərən qrupların qeydiyyatına
məhdudiyyətlərin tətbiqi;
•
Hansı şəxslərin və ya təşkilatların bu və ya digər fəaliyyətlərə məşğul ola biləcəyi ilə
bağlı meyarların və ya bu cür fəaliyyətlərə məhdudiyyətlərin tətbiqi;
•
Maliyyələşdirmə mənbələri (məsələn, xarici mənbələr) ilə bağlı məhdudiyyətlərin tətbiqi;
və
•
Ayrı-seçkilik müddəalarının əksini tapdığı və ya bəzi qruplara qeyri-mütənasib mənfi
təsir göstərən dinc toplaşmaq, birləşmək və ifadə azadlığını tənzimləyən qanunların
qəbulu.
Bundan başqa, ağır inzibati prosedurlar və diskresion tədbirlər də VCS-lərin fəaliyyətlərinin
həyata keçirilməsinə mane ola və ya onları ləngidə bilər.
Məlumat əldə etmək azadlığı hüququ məhdudlaşdırıldıqda, VCS-lərin siyasət prinsiplərinin
formalaşdırılması proseslərinə daha az fəal müdaxilə imkanı olur. Qərarların qəbulu
proseslərində həddindən artıq məhdud və ya sərt iştirak formaları (məsələn, VCS-lərə verilən
“müşahidəçi statusu” və ya məhdud səsvermə hüququ) da iştirakla bağlı maneələrdəndir.
Birləşmək sərbəstliyi standartları milli və yerli səviyyədə tətbiq olunduğu qədər beynəlxalq
səviyyədə də tətbiq edilir.
3
3
Dinc toplaşmaq azadlığı və birləşmək hüququ üzrə BMT-nin xüsusi məruzəçinin çoxtərəfli təsisatlar
kontekstində hesabatı, A/69/365.
Vətəndaş cəmiyyəti hökuməti tənqid etdikdə və ya onun baxışlarına, siyasətinə və
fəaliyyətinə etiraz etdikdə, qanunların qeyri-müəyyən müddəaları düzgünlük və qanunilik
adı altında (məsələn, çirkli pulların yuyulması, terrorla mübarizə, milli təhlükəsizlik, ictimai
əxlaqın mühafizəsi, diffamasiyaya qarşı mübarizə, milli suverenliyin qorunması) tətbiq edilə və
aşağıdakı nəticələrə gətirib çıxara bilər:
•
Rəhbərliyin və daxili idarəetmənin əsassız olaraq yoxlanılması;
•
Qeydiyyatı ləğv etmək təhdidləri və ya faktiki ləğv etmək;
•
Ofislərin məcburi şəkildə bağlanması;
•
Axtarış və əmlakın müsadirə edilməsi;
•
Hədsiz cərimələr;
•
Saxta ittihamlar əsasında təqiblər;
•
Əsassız həbslər və həbs tədbirləri;
•
Səfərlərin qadağan edilməsi;
•
Vətəndaşlıqdan məhrum etmə; və
•
Mitinq və yığıncaqların əsassız şəkildə məhdudlaşdırılması və ya ləğvi.
20
21
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
BMT-nin İnsan Hüquqları Şurasının vətəndaş cəmiyyətinin fəaliyyəti üçün
təhlükəsiz və əlverişli şəraitin yaradılması və qorunmasına dair Qətnaməsində de-
yuri və de-fakto olaraq qeyd olunur: “ bir sıra hallarda... milli hüquqi və inzibati
müddəalar... beynəlxalq hüquqa zidd şəkildə vətəndaş cəmiyyətinin işinə mane
olmaq və onun təhlükəsizliyinə təhdid məqsədi daşımışdır.”
4.3. Qanunun təsir dairəsindən kənar təqib,
hədə-qorxu və repressiyalar
Vətəndaş cəmiyyətinin fəaliyyət sahəsini məhdudlaşdıra biləcək qanunla müəyyən olunan
məhdudiyyətlər və əsassız qəbul edilən qanunlarla yanaşı, VCS-lər və ya onların ailə üzvlərinə
qarşı təhdidlər və ya digər psixoloji təzyiq formaları və ya fiziki hücumlar onların sərbəst
fəaliyyətinə mane ola bilər.
Bu cür hərəkətlərlə bağlı nümunələrə daxildir:
•
Telefonla edilən hədə-qorxular;
•
Təqib;
•
Fiziki hücum və ya cinsi təcavüz;
•
Əmlakın məhv edilməsi;
•
İş və ya gəlir mənbəyindən məhrum etmə;
•
Vətəndaş cəmiyyəti subyektlərinə “dövlət düşmənləri”, “xain” və ya “xarici dövlətin
maraqlarına xidmət edən şəxslər” damğası vurmaqla böhtan kampaniyaları;
•
İtkin düşmə halları;
•
İşgəncələr; və
•
Qətllər.
Qadın hüquq müdafiəçiləri kişi həmkarlarının üzləşdikləri risklərlə üzləşirlər. Lakin, onlar
qadın olduqlarından, onlar həm də məqsədyönlü şəkildə cinsi zəmində hə də və zorakılıqlara
məruz qalırlar. Tez–tez, qadın hüquq müdafiəçilərinin işi ailə haqqında ənənəvi təsəvvürlərə
və cəmiyyətdəki cinsi rollara təhdid kimi qiymətləndirilir və bu, geniş kütlələr və hakimiyyət
orqanları tərəfindən qəbul edilmir. Onların işi icma liderləri, dini qruplar, ailələr və ictimaiyyət
tərəfindən din, şərəf və mədəniyyətə təhdid hesab edildiyindən, qadın hüquq müdafiəçilərinə
damğa vurulur və onlar sürgün edilirlər.
Bundan başqa, onların fəaliyyətinin özü və ya nail olmaq üçün çalışdıqları hədəflər
(məsələn, qadın hüquqlarının və ya hər hansı gender hüquqlarının həyata keçirilməsi) də onları
hücumların hədəfinə çevirir. Qadın hüquq müdafiəçilərini təcrid etmək və onların işləmək
həvəsini öldürmək məqsədilə, onların ailələri də təhdid və zorakılıqların hədəfinə çevrilirlər.
Qadın hüquq müdafiəçiləri, kişi həmkarları ilə müqayisədə, müxtəlif zorakılıq formalarına və
digər hüquqpozmalara, xurafatlara, təcrid olunmalara və məhrumiyyətlərə daha çox məruz
qalırlar. Qadınların həm yerli, həm də beynəlxalq səviyyədə müdafiə mexanizmlərini və onların
problemləri ilə bağlı digər cavab tədbirlərini gücləndirmək məqsədilə, bu cür problemlərin
BMT-nin Baş katibi Pan Gi Munun Vətəndaş Cəmiyyətinə dəstəklə bağlı yüksək
səviyyəli tədbirdəki çıxışından
23 sentyabr 2013-cü il
Səfir Laura Düpüi Lassere, Uruqvayın BMT-nin Cenevrədəki daimi nümayəndəsi və
İnsan Hüquqları Şurasının sədri (2011–2012).
“Vətəndaş cəmiyyətinə daxil olan insanlar və qruplar tez–tez başqalarının həyatını
yaxşılaşdırmaq üçün öz həyatlarını riskə atırlar. Onlar əbədi susdurula biləcəklərini
dərk etdikdə belə, həqiqəti söyləyirlər. Onlar digərlərinin əhəmiyyət vermədikləri
və ya hətta mövcudluğundan belə xəbərdar olmadıqları problemləri işıqlandırırlar.
Onlar bizim hüquqlarımızı müdafiə edirlər. Onlar öz hüquqlarına layiqdirlər.”
“Təqib, hədə-qorxu və repressiya hərəkətləri hüquq müdafiəçiləri və ya şahidlərə
təzyiq göstərməklə onlara öz problemlərini səsləndirməyə və BMT və ya digər
beynəlxalq təşkilatlarla işləməyə mane olur. Eyni zamanda, bu əməllər ictimaiyyəti
qorxutmaq və istismaredici şərait yaratmaq, demokratik cəmiyyət üçün vacib olan
ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarını boğmağa xidmət edir.”
Qadın hüquq müdafiəçiləri
22
23
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
mövcudluğu etiraf edilməlidir. Dövlət və ya qeyri-dövlət qurumları tərəfindən törədilməsindən
asılı olmayaraq, qadın insan hüquqları müdafiəçilərinə qarşı hədə-qorxu, təhdid, təcavüz və
digər qəddar davranış halları vaxtında və hərtərəfli şəkildə araşdırılmalıdır.
2013-cü ildə, BMT Baş Assambleyası öz tarixində ilk dəfə olaraq qadın hüquq müdafiəçiləri
haqqında qətnamə (68/181 saylı Qətnamə) qəbul etmişdir. Həmin qətnamədə Asssambleya
bütün yaşlardan olan qadın hüquq müdafiəçilərinin məruz qaldıqları sistemli və strukturlu
ayrı-seçkilik və zorakılıq halları ilə bağlı dərin narahatlıq ifadə edir və bütün dövlətləri onların
müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə və gender problemlərini nəzərə
almaqla insan hüquqlarının müdafiəsi üçün təhlükəsiz və əlverişli şərait yaratmağa çağırır.
Kot d’İvuarda, 2014-ci ildə qəbul olunmuş Hüquq müdafiəçilərinin təşviqi və
müdafiəsinə dair Qanunda ifadə azadlığı hüququ, birlik və qeyri-hökumət təşkilatları
yaratmaq hüququ, resurslara çıxış əldə etmək hüququ, beynəlxalq qurumlara
məlumat təqdim etmək hüququ və repressiyalardan qorunmaq hüququ da daxil
olmaqla, Hüquq Müdafiəçiləri haqqında Bəyannamədə təsbit edilmiş bir çox
hüquqlar barədə müddəalar öz əksini tapmışdır. Bu qanun hüquq müdafiəçilərini,
onların ailələrini və evlərini hücumlardan qorumaq, həmçinin bu cür hücum hallarını
araşdırmaq və günahkarları cəzalandırmaqla bağlı öhdəlik nəzərdə tutur. Qanunda
qadın hüquq müdafiəçilərinin üzləşdikləri xüsusi təhdidlər və onlar üçün müdafiə
təminatının zəruriliyi qeyd olunur. Kot d’İvuar hüquq müdafiəçilərinin Koalisiyası və
Qərbi Afrika hüquq müdafiəçiləri Şəbəkəsi də daxil olmaqla, vətəndaş cəmiyyəti
təşkilatları bu qanunun qəbul edilməsini rəğbətlə qarşılamışlar.
BMT ilə əməkdaşlığa görə fiziki şəxslərə və qruplara
qarşı hədə-qorxu və repressiyalar
BMT-nin Baş katibi Pan Gi Munun vətəndaş cəmiyyətinin dəstəklənməsi üzrə yüksək
səviyyəli tədbirdə çıxışından
23 sentyabr 2013-cü il
“Vətəndaş cəmiyyəti təkcə insan hüquqları sahəsində deyil, həm də sülh və
təhlükəsizlik, eləcə də inkişafla bağlı bizim gündəliyimizin bütün bəndləri üzrə
BMT-nin fəaliyyətinin irəli aparılmasında əsas rol oynayır. Vətəndaş cəmiyyətinin
rolu heç vaxt bugünkü qədər vacib və zəruri olmamışdır. BMT ilə əməkdaşlıq
şəxslərə qarşı repressiyalar və hədə-qorxu qəbuledilməzdir. Təkcə ona görə yox ki,
onlar Nizamnamə və İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulmuş işimizi
yerinə yetirməkdə bizə kömək edirlər, həm də ona görə ki, bu cür hallar həm də
digər insanları bizimlə işləmək arzusundan daşındırır. Biz demokratiyanın səsini
gücləndirmək üçün bütün səviyyələrdə tədbirlər görməliyik.”
BMT-nin Baş Katibi Pan Gi Mun, Repressiyalarla bağlı yüksək səviyyəli qrup
müzakirələrində çıxışından, Nyu-York, 2011-ci il
“BMT bizimlə əməkdaşlıq edən şəxslər olmadan insan hüquqlarına yönəlmiş
əvəzsiz işlər görə bilməzdi. Onlara hədə-qorxu gəldikdə və repressiyaların hədəfinə
çevirdikdə, onlar qurbana çevrilirlər, lakin bununla hamımızın təhlükəsizliyinə zərbə
dəyir. Onlara bizimlə əməkdaşlıq etmək qadağan olunduğu zaman, insan hüquqları
sahəsində işimiz təhlükə altında qalır.”
24
25
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN
MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT
İnsan hüquqları sahəsində BMT ilə əməkdaşlığa görə fiziki şəxslərə və ya qruplara qarşı
hədə-qorxu və repressiya halları xüsusilə utancvericidir. Fiziki şəxslərin və ya qrupların BMT-nin
insan hüquqları sisteminin işində iştirak etmək zərurəti və hüququ hamı tərəfindən tanınsa da,
bu cür aktlar barədə məlumatlar daxil olmaqla davam edir.
BMT-nin mexanizmləri və ya rəsmi şəxsləri ilə qarşılıqlı münasibətlər (məsələn, bəyanatlar,
çıxışlar, görüşlər və s. formasında) səbəbindən, ayrı-ayrı VCS-lər yüksək səviyyəli rəhbərlər
tərəfindən edilən ictimai bəyanatlar da daxil olmaqla, hökumət rəsmiləri tərəfindən təhdid və
təqiblər kimi hədə-qorxu və repressiyalara məruz qala bilərlər; onlara görüşlərdə iştirak etmək
məqsədilə səfər qadağaları ilə üzləşə bilərlər; VCS-lər öz fəaliyyətlərində fasiləsiz nəzarət və ya
məhdudiyyətlərə məruz qala bilərlər.
Sosial şəbəkələrdə, qəzet və ya televiziyada böhtan kampaniyalarının aparılması heç də
nadir hal deyil. Təhdidlər telefon zəngləri, mətn mesajları və ya birbaşa əlaqələr vasitəsilə edilə
bilər. VCS-lər həbs oluna, döyülmə, işgəncə və ya hətta qətllərə məruz qala bilərlər.
İnsan Hüquqları Şurası 24/24 və 12/2 saylı qətnamələr də daxil olmaqla, o cümlədən, bu
məsələ ilə bağlı bir neçə qətnamə qəbul etmişdir. BMT Baş Katibi və İnsan hüquqları üzrə
Ali Komissar dəfələrlə bəyan etmişlər ki, bu cür repressiyalar qəbuledilməzdir və BMT bu cür
aktlara qarşı daha vahid və əlaqələndirilmiş tərzdə cavab verməlidir. Digər hüquq müdafiə
mexanizmləri də qətiyyətlə və açıq şəkildə repressiyalara qarşı çıxış edirlər.
Hüquqi və inzibati məhdudiyyətlər, təqib, hədə-qorxu və repressiyalarla birlikdə vətəndaş
cəmiyyətinin hökumətlərlə tərəfdaş qismində oynamalı olduğu konstruktiv və qarşılıqlı
tamamlayıcı rolunu zəiflədir. Onlar vətəndaş cəmiyyətinin fəaliyyətinin qarşısını almaq, bu cür
fəaliyyətləri azaltmaq, gözdən salmaq, dayandırmaq və ya geri salmaq məqsədinə xidmət
edirlər. Bu mühitin təşviq və mühafizəsindən və təhlükəsiz və əlverişli şərait təminatından
imtina etmək dövlətlərin insan hüquqları sahəsində beynəlxalq sazişlər çərçivəsində götürmüş
olduqları öhdəliklərə ziddir.
VCS-lərin qoruması üçün əsas məsuliyyət dövlətlərin üzərinə düşsə də, vətəndaş cəmiyyətinin
fəaliyyət sahəsi və ya VCS-lərin özləri insan hüquqlarının inkişafı üzrə işlərində riskə məruz
qaldıqda, beynəlxalq ictimaiyyət ümumi maraqdan çıxış etməli və onlara dəstək vermək və onları
qorumaqla bağlı birgə məsuliyyət daşımalıdırlar.
Dostları ilə paylaş: |