Zeynalov r. M


Şəkil 1. SM 21 torqmetr cihazında qüvvət ölçülmələri Tədqiqatın nəticələri



Yüklə 244,22 Kb.
səhifə3/3
tarix26.12.2016
ölçüsü244,22 Kb.
#3597
1   2   3
Şəkil 1. SM 21 torqmetr cihazında qüvvət ölçülmələri

Tədqiqatın nəticələri. 16 ədəd bud sümüyü başının Q-KT vasitəsilə SMS-ları ölçüldü. Ardından SMS-ları ən yaxın olan bud sümüyü başları 2 alt qrupa bölünərək müqayisə edildi(Cədvəl 1). Unpaired t-testi ilə qiymatləndirilərək müqayisə edilən bud sümüyü başları arasında SMS-ları cəhətdən əhəmiyyətli fərq qeyd olunmadı(p=0.979).

Cədvəl 1. Oxşar SMS-larına görə bud sümüyü başlarının müqayisəsi.

Müqayisə edilən başlar və SMS-ları

2 - 0,717q/sm²

11 - 0,735q/sm²

4 - 0,278q/sm²

13 - 0,277q/sm²

6 - 0,518q/sm²

1 - 0,527q/sm²

8 - 0,517q/sm²

16 - 0,517q/sm²

10 - 0,717q/sm²

7 - 0,719q/sm²

12 - 0,279q/sm²

3 - 0,281q/sm²

14 - 0,735q/sm²

5 - 0,737q/sm²

15 - 0,275q/sm²

9 - 0,276q/sm²

Torqmetr ilə 4º/san tərs istiqamətdə torq-burma (Nm) qüvvəti tətbiq edildi. Ekstraksiya vaxtı ən yüksək torq ölçüsü təyin edildi. Digər qüvvət hesablamalarında olduğu kimi statistiki analizlərdə Unpaired t-testi istifadə edildi. p<0.05 olması əhəmiyyətli qəbul edildi. Qüvvət tətbiqi nəticəsində alınan rəqəmlər iki alt qrup arasında çox əhəmiyyətli fərq olduğunu göstərdi(p<0.0001),(Cədvəl 2).



Cədvəl 2. Qarşılıqlı qruplar arasında qüvvət ölçü fərqləri.

Kontrol qrupu

Təcrübə qrupu

2 – 0,475 Nm

11 – 0,95 Nm

4 – 0,19 Nm

13 – 1,52 Nm

6 – 0,19 Nm

1 - 1,71 Nm

8 – 0,475 Nm

16 – 1,235 Nm

10 – 0,19 Nm

7 - 0,76 Nm

12 – 0,76 Nm

3 - 1,235 Nm

14 – 0,19 Nm

5 - 0,79 Nm

15 – 0,475 Nm

9 - 1,995 Nm


Müzakirələr. Bud sümüyü boynu sınıqları daha çox yaşlı insanlarda görülən bir patologiyadır və səhiyyə sistemində yüksək xərclərə səbəb olur. İmplant dizaynında, cərrahi metodlarda və xəstə qulluğundakı inkişafa baxmayaraq müalicə nəticələri kifayət qədər üz güldürücü deyil. Bud sümüyü boynu sınıqlarında cərrahi müalicəni internal fiksasiya və ya artroplastika təşkil edir. Lakin osteoparozlu xəstələrdə internal fiksasiya metodu etibarlı olmadığı üçün artroplastika daha çox tərcih edilir. İnternal fiksasiyada qoyulan vintlər osteoparozlu kövrək sümüklərə kifayət qədər tutuna bilmir. Bunun nəticəsində əməliyyatdan qısa müddət sonra sınıqların bir qismində fiksasiya çatışmazlığına bağlı olaraq reduksiyanın pozulması qeyd olunur. Digər tərəfdən yerini dəyişmiş bud sümüyü boynu sınıqlarında 12 saatdan gec tətbiq edilən əməliyyatların nəticələri qənaətbəxş deyildir. Çünkü yerini dəyişmiş sınıq sonrası bud sümüyü başını qidalandıran oynaq içi damarlarda yırtılma və ya qatlanma olur. Erkən edilən əməliyyatla qatlanmış damarlar düzəlir və bud sümüyü başı qanlanması normala dönə bilir.(4,10).

Bəzən əməliyyat erkən edildiyinə baxmayaraq bud sümüyü başında osteonekroz və ya bitişməmə qeyd olunur. Bu ağırlaşma həm bud sümüyü başına gedən damarların çatışmazlığı, həm də lazımi fiksasiyanın olmaması nəticəsində əmələ gələ bilər.

Lu-Yao və əməkdaşlarının dərc etdiyi metaanaliz yazıda yerini dəyişmiş sınıqlarda kumulyativ osteonekroz nisbəti 11%-19%, bitişməmə isə 23%-37% olmuşdur.(7).Xüsusilə gənc xəstələrdə erkən, uyğun reduksiya və rijid internal fiksasiyanın lazım olduğunu vurğulanmışdır. Onlar yerini dəyişmiş sınıqlarda anatomik reduksiya sonrasında bükülmüş və gərgin retinakulyar arteriyaların bir qisminin açıldığını və rigid internal fiksasiyayla da vaskulyar davamlılığın qaytarıldığını bildirmişlər. Bununla əlaqədar vint dizaynında müxtəlif dəyişikliklər edilərək bud sümüyü başına tutunması artırılmaya çalışılmışdır. Vint dizaynı ilə yanaşı implant ətrafındakı sümüyün keyfiyyəti də önəmlidir. Bunun üçün müxtəlif sementlər (PMMA, kalsium fosfat) istifadə edilmişdir.(5).

Dizayn etdiyimiz vintin yivli qismi arasında 6 ədəd 2 mm genişliyində dəliklər var. Kanal içindən bud sümüyü başına 1 ml sement(PMMA) verildi. Torqmetrə cihazı ilə antitorq qüvvət tətbiqi zamanı qeyd olunan rəqəmlər iki qrup arasında çox əhəmiyyətli fərq olduğunu göstərdi(p<0.0001).

Təcrübədə əldə etdiyimiz nəticələr dizayn etdiyimiz vintin standart vintə görə fiksasiyanı artırdığını göstərdi. Bu vint bud sümüyü boynu sınıqlarında sınıq stabilliyini daha çox artırdığı üçün xəstələrin daha erkən mobilizasiya oluna biləcəyi və reduksiyanın daha az pozulacağı düşünüldü.

ƏDƏBİYYAT – ЛИТЕРАТУРА – REFERENCES:


  1. Aitken JM: Relevance of osteoporosis in women with fracture of the femoral neck. Br Med J Clin Res. 1984 Feb 25;288(6417):597-601.

  2. Aminian A, Gao F, Fedoriw WW, Zhang LQ, Kalainov DM, Merk BR: Vertically oriented femoral neck fractures: Mechanical analysis of four fixation techniques. J Orthop Trauma. 2007;21:544-548.

  3. Augat P, Rapp S, Claes L: A modified hip screw incorporating injected cement for the fixation of osteoporotic trochanteric fractures. J Orthop Trauma. 16(5):311-6,2002.

  4. Bucholz, Robert W.; Heckman, James D.; Court-Brown, Charles M. Rockwood & Green's Fractures in Adults, 6th Edition, 2006.

  5. Eriksson F, Mattsson P, Larsson S: The effect of augmentation with resorbable or conventional bone cement on the holding strength for femoral neck fracture devices. J Orthop Trauma. 16(5):302-10,2002.

  6. J. Manniger, Ulrich Bosch, Peter Cserhati, Karoly Fekete, György Kazar: Internal fixation of femoral neck fractures. SpringerWienNewYork, 2007.

  7. Lu-Yao GL, Keller RB, Littenberg B, Wennberg JE: Outcomes after displaced fractures of the femoral neck. A meta-analysis of one hundred and six published reports. J Bone Joint Surg Am. 76(1):15-25,1994.

  8. Moore DC, Frankenburg EP, Goulet JA, Goldstein SA: Hip screw augmentation with an in situ-setting calcium phosphate cement: an in vitro biomechanical analysis. J Orthop Trauma 11(8):577-83,1997.

  9. Rehnberg L, Olerud C: The stability of femoral neck fractures and its influence on healing. J Bone Joint Surg Br. 1989 Mar;71(2):173-7.

  10. S.Terry Canale MD: Campbell’s Operative Orthopaedics. Mosby, 11th edition, 2007.

  11. Stankewich CJ, Swiontkowski MF, Tencer AF, Yetkinler DN, Poser RD: Augmentation of femoral neck fracture fixation with an injectable calcium-phosphate bone mineral cement. J Orthop Res. 14(5):786-93,1996.

  12. Stoffel KK, Leys T, Damen N, Nicholls RL, Kuster MS: A new technique for cement augmentation of the sliding hip screw in proximal femur fractures. Clinical Biomechanics. 23 (2008) 45-51.

  13. Von der Linden P, Gisep A, Boner V, Windolf M, Appelt A, Auhm N: Biomechanical evaluation of a new augmentation method for enhanced screw fixation in osteoporotic proximal femoral fractures. J Orthop Res. 24(12):2230-7,2006.

РЕЗЮМЕ

ПОВЫШЕНИЕ СИЛЫ ВНУТРЕННЕЙ ФИКСАЦИИ ПРИ ПЕРЕЛОМЕ ШЕЙКИ БЕДРЕННОЙ КОСТИ.

Зейналов Р.М.

Лечение и последствие переломов шейки бедренной кости для травматологов и ортопедов и в наше время остается нерешенной проблемой. В связи с остеопарозом, при внутренней фиксации у пожилых больных, может развиваться ее расслабление. Коррелляция между стабилизацией и сращением переломов описана на разных статьях. После измерения минеральной плотности 16 штук головок бедренных костей с помощью Q-KT, выделили на две группы. В контрольной группе, использовали 7 мм винты с каналами, а в группе опыта укрепленные цементом(PMMA) 7 мм винты с каналами, у которых между прорезами имеются отверстии. В каждой группе сравняли максимальные силы сворачивания костей схожие по минеральными плотностями. С помощью Торгметра в противоположном направлении 4º\сек., определили силу сворачивания(Nm). При экстракции определилось самая высокая величина силы сворачивания и полученные цифры показали значительную различие между двумя группами(p<0.0001). Результаты дизайна нашего винта, укрепленный с PMMA , позволили использовать эту методику у пациентов.



SUMMARY

INCREASING THE INTERNAL FIXATION STRENGTH IN FEMORAL NECK FRACTURES.



Zeynalov R.M.

Femoral neck fractures have always presented great challenges to orthopaedic surgeons and remain in many ways as the unsolved fracture as far as treatment and results are concerned. Failure of the internal fixation may develop, because most of the patients are aged and osteoporotic. The correlation between fracture stability and union has been shown in many studies. In our study 16 human femoral heads divided into two groups after measuring bone mineral densities by Q-CT. In the control group 7 mm cannulated AO screws and in the study group 7 mm cannulated screws with holes between the threads augmented by cement (PMMA) were used. Maximum extraction torque values were compared after mating these groups by similar bone mineral densities. 4°/sec. torque force (Nm) was applied in reverse direction by torquemeter. During the extraction highest torque was determined and difference between the measured values of two subgroups was found very significant (p<0.0001). The designed screw augmented by PMMA has found to be worth in this experimental study to be further studied in the clinical application of the femoral neck fractures.
Yüklə 244,22 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin