Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”


iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   13   14   15   16   17   18   19   20   21
Zeynalova-lk-r-lham-q-z-

iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsi” adlanan fəslində göstərilir ki, 
marketinq eyni zamanda həm biznesin fəlsəfəsi, həm də aktiv prosesidir. Marketinqə 
verilən bu tərifə əsaslanaraq fransız alimi J. J. Lamben onun üç aspektinin
a) fəaliyyət aspektinin; b) analitik aspektinin; c) mədəniyyət aspektinin olduğunu 
qeyd edir. Buna uyğun olaraq müəssisənin marketinq fəaliyyəti əməliyyat və strateji 
marketinqə bölünür.
Dissertasiya işində strateji marketinq planının 1) strateji təhlil, 2) məqsədin və 
strateji yönümlülüyün seçilməsi və 3) riskin təhlili və gözlənilməz hadisələrin 
proqnozlaşdırılması komponentlərindən ibarət olduğu göstərilir və bu komponentlərin 
hər birininin məzmunu ətrraflı izah edilir. Bununla yanaşı burada iqtisadi 
təhlükəsizliyin təmin edilməsi sisteminin elementləri və onların mahiyyəti açılır. 
Dissertasiya işinin bu fəslində struktur-məntiq modelindən istifadə etməklə 
marketinq strategiyasının hazırlanması metodologiyası ətraflı izah edilir, strateji 
marketinq planının realizasiya metodologiası verilir, hazırlanmış strateji marketinq 
planının iqtisadi təhlükəsizlik göstəricilərinə təsiri modelinin məzmunu açılır və 
strateji marketinq proqramının realizasiyası planının tərtib edilməsi proseduru verilir. 
Bununla eyni zamanda strateji marketinqin və iqtisadi təhlükəsizliyin qarşılıqlı 
əlaqəsi və müəssisənin sosial inkişafını əks etdirən göstəricilərin təxmini 
xarakteristikaları və kəmiyyətləri verilir. 


85 
Nəhayət bu fəsildə iqtisadi təhlükəsizlik göstəricilərinə təsir edən marketinq 
alətlərinin struktur-məntiq modeli, həmçinin marketinq alətlərinin və iqtisadi 
təhlükəsizliyin vəziyyətini xarakterizə edən göstəricilərin qiymətlərinin vacibliyinə 
görə yekun sıralanması verilir. 
İqtisadi 
təhlükəsizliyin 
vəziyyətinin 
ekspress 
qiymətləndirilməsi 
metodikası və monitorinqi” adlanan üçüncü fəsildə iqtisadi təhlükəsizliyin vəziy-
yətinin ekspress qiymətləndirilməsi metodikası və iqtisadi təhlükəsizliyin vəziyyə-
tinin monitorinqi sistemi hazırlanmış, həmçinin iqtisadi təhlükəsizliyin vəziyyətinin 
monitorinqi sisteminin yaradılmasının alqoritmi verilmişdir. 
Dissertasiya işinin nəticə və təkliflər bölməsində tədqiqat işinin nəticələri və 
işlənib hazırlanmış təkliflər verilmişdir. 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin