Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”


edilməsində strateji marketinqin tətbiq edilməsi” mövzusunda yazdığı magistr



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   13   14   15   16   17   18   19   20   21
Zeynalova-lk-r-lham-q-z-

edilməsində strateji marketinqin tətbiq edilməsi” mövzusunda yazdığı magistr 
dissertasiya işinin
 
REFERATI 
 
Mövzunun aktuallığı. Müəssisənin iqtisadi təhlükəsizliyi məsələsinin aktuallığı 
rəqabət mübarizəsinin güclənməsində real təhlükənin olması, iqtisadi proseslərin 
qeyri-stabilliyi, mənəvi cəhətdən köhnəlmiş və enerji tutumlu avadanlıqların və 
texnologiyanın tətbiqi, təsərrüfat subyektləri tərəfindən müqavilə öhdəliklərinin 
yerinə yetirilmə səviyyəsinin aşağı olması və s. ilə müəyyən olunur. Müəssisənin 
iqtisadi təhlükəsizliyinin təmin edilməsində bir çox alətlərdən istifadə edilir. Bu 
alətlər çərçivəsində müəssisənin perspektiv inkişaf istiqamətlərinin müəyyən 
edilməsində xüsusi rol oynayan, müəssisədaxili imkanları və müəssisədən kənar 
mühitin yaratdığı təhlükələri nəzərə almağa imkan verən strateji marketinq birinci 
dərəcəli əhəmiyyətə malikdir. 
Xarici ölkələrin praktikasında bazar münasibətləri şəraitində idarəetmənin, o 
cümlədən müəssisənin iqtisadi təhlükəsizliyin idarə edilməsinin çoxsaylı metod və 
alətləri mövcudur və tətbiq edilir. Tədqiqat mövzusu çərçivəsində müəssisənin 
iqtisadi təhlükəsizliyi dedikdə müəssisənin fəaliyyətinin həyata keçirilməsi pro-
sesində müəssisədaxili və müəssisədən kənar imkanlarının dinamik qiymətləndiril-
məsi başa düşülür. 
Dissertasiya işinin məqsəd və vəzifələri. Dissertasiya işinin məqsədi strateji 
marketinq alətlərindən istifadə etməklə müəssisənin iqtisadi təhlükəsizliyinin təmin 
edilməsi metodlarının və tədbirlərinin hazırlanmasıdır. 
Dissertasiya işinin məqsədinə uyğun olaraq onun vəzifələri aşağıdakı kimi 
müəyyən edilmişdir: 
- müəssisənin dayanıqlı inkişafı üçün təhlükə törədən parametrlərin 


82 
qiymətləndirilməsi baxımından “müəssisənin iqtisadi təhlükəsizliyi” anlayışının 
dəqiqləşdirilməsi; 
- müəssisənin iqtisadi təhlükəsizliyinin səviyyəsinin qimətləndirilməsi və təmin 
edilməsinin tədqiqi, onun təhlili və ona yanaşmaların sistemləşdirilməsi vasitəsi ilə 
iqtisadi təhlükəsizliyin təmin edilməsi sxeminin hazırlanması və onun 
qiymətləndirilməsi göstəricilərinin strukturunun müəyyən edilməsi; 
- iqtisadi təhlükəsizliyin sistemyaradıcı elementlərinin müəyyən edilməsi 
əsasında iqtisadi təhlükəsizliyin vəziyyətinin optimal səviyyəsini təmin edən 
təsvirinin və qiymətləndirilməsinin struktur-məntiqi modelinin hazırlanması; 

strateji marketinqin realizasiyası prosesində müəssisənin iqtisadi 
təhlükəsizliyinin ekspress qiymətləndirmə metodunun və monitorinq sisteminin 
işlənib hazırlanması.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin