Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”


İqtisadi təhlükəsizliyin vəziyyətinin monitorinqi sistemi



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Zeynalova-lk-r-lham-q-z-

 
3.2. İqtisadi təhlükəsizliyin vəziyyətinin monitorinqi sistemi 
Strateji marketinq planının tərtib edilməsi müəssisəyə fəaliyyətin istiqamətlərini 
müəyyən etməyə və qarşıya qoyulmuş məqsədə və ya məqsədlərə nail olunmasının 
üsullarını aşkar etməyə imkan verir. Tədqiqat işinin predmeti çərçivəsində müəssi-
sənin məqsədi - stabil və dayanıqlı inkişafa nail olunmasıdır. Hətta strategiya İT-nin 
müasir vəziyyətini nəzərə almaqla tərtib edildiyi halda belə ətraf mühit amilləri 
dəyişkən olduğundan və onun necə dəyişəcəyini qabaqcadan görmək kifayət qədər 
çətin, bəzi hallarda isə ümumiyyətlə mümkün olmadığından marketinq planlarının 
yerinə yetirilməsinin müntəzəm izlənməsi və onda zəruri düzəlişlərin edilməsi 
zərurəti meydana çıxır. İT-nin vəziyyətinin monitorinqi özünün səciyyəvi 
xüsusiyyətinə uyğun olaraq iki vəzifəni yerinə yetirməyə: birincisi müəssisənin İT-
nin səviyyəsini qiymətləndirməyə və ikincisi, hazırlanmış strategiyanın qarşıya 
qoyulmuş məqsədə nail olunmağa imkan verib-verməyəcəyini müəyyən etməyə şərait 
yaradır. 
Monitorinq sisteminin effektli fəaliyyət göstərməsi üçün müəyyən 
informasiyanın toplanması lazımdır. Bu informasiya aşağıdakı tələblərə cavab 
verməlidir: 
- zəruri düzəlişlərin edilməsi üzrə zəruri idaretmə qərarlarının qəbulu üçün 
həmin informasiya vaxtında toplanmalıdır; 
- toplanmış informasiya nəzarət edilən proseslərin vəziyyətini adekvat əks 
etdirməli, obyektiv və etibarlı olmalıdır; 
- informasiyanın toplanması vaxtı və onun aid olduğu dövr dəqiq göstərilməlidir. 
Bir qayda olaraq ilk baxışdan çox sadə görünən bu tələblər praktikada çox nadir 
hallarda yerinə yetirilir və bu səbəbdən idarəetmə qərarlarının qəbulunda səhvlərə yol 
verilməsi ehtimalı artır. İT-nin vəziyyətinin monitorinq sisteminin hazırlanması üçün 
ilk növbədə monitorinqin ümumi alqoritmi və ya ümumi sxemi hazırlanmalıdır (şəkil 
3.3). 


65 
Monitorinqin sisteminin yaradılması özündə iki elementi: 1) strateji marketinq 
proqramının realizasiyası prosesində İT-nin monitorinqinin məqsəd və vəzifələrinin 
müəyyən edilməsini və 2) monitorinq sisteminin realizasiyasının struktur yaradıcı 
elementi kimi onun konsepsiyasının müəyyən edilməsini birləşdirir.
I. Monitorinqin məqsədi və vəzifələri
- strateji marketinq planı çərçivəsində İT-nin stabil və dayanıqlı vəziyyətinin 
təmin olunması; 
- strateji marketinq planının realizasiyası və onun daima aktuallığının qorunub 
saxlanması; 
- strateji marketinq planının və ayrı-ayrı tədbirlərin realizasiyasının bütün 
vasitələrlə stimullaşdırılması; 
- müəssisənin missiyasına və strateji marketinq planının məqsədinə nail olun-
ması səviyyəsinin qiymətləndirilməsi, qarşıya qoyulmuş məqsədə nail olunması üçün 
bütün növ resursların bölüşdürülməsi üzrə idarəetmə qərarların qəbul edilməsi; 
- tədbirlərin realizasiyası səviyyəsinin qiymətləndirilməsi və bu tədbirlərin 
dəqiqləşdirilməsi və korrektə edilməsi üçün zəruri informasiyanın toplanması; 
- strateji marketinq planının strukturunun işlək vəziyyətdə saxlanması. 
II. Monitorinq konsepsiyası 3 hissədən ibarətdir: 
1) Müəssisənin inkişafının xarici mühitinin monitorinqi. Bu, müəssisə üçün 
strateji əhəmiyyət kəsb edən bazarlarda, regionlarda və fəaliyyət sahələrində forma-
laşmış situasiyanın tədqiqinə əsaslanır. 
2) Strateji marketinq planının realizasiyasının ümumi nəticələrinin, seçilmiş 
strateji istiqamətlər üzrə başlıca məqsədə nail olunma səviyyəsinin monitorinqi. İT-
nin vəziyyətini xarakterizə edən statistik məlumatların və əvvəlcədən seçilmiş 
Planlaşdırma 
Relizasiya 
Kənarlaşmaların aşkarlanması və planda zəruri düzəlişlərin edilməsi 
Şək
il 3.3. İT-nin vəziyyətinin monitorinqinin ümumi alqoritmi 


66 
məhdud sayda göstəricilərin təhlilinə əsaslanır. Bu hissə də, öz növbəsində, aşağıdakı 
3 bloka ayrılır: 
- başlıca məqsədə nail olunmanın monitorinqi; 
- strateji istiqamətlər üzrə irəliləmənin monitorinqi; 
- məqsədə nail olunmanın monitorinqi. 
Monitorinq bu işə məsul olan bölmələrin işçilərinin təqdim etdiyi informasiya 
əsasında müəssisənin marketinq və iqtisadi təhlükəsizliyə cavabdeh olan strukturları 
tərəfindən həyata keçirilməlidir. Monitorinqin nəticəsi müntəzəm olaraq məqsədə 
nail olunma dərəcəsi və strateji planın korrektə edilməsi göstərilmək şərti ilə fiksə 
edilmiş analitik hesabatlarda əks etdirilir. 
III. Tədbirlərin realizasiyası prosesinin (güclərin və aralıq nəticələrin) moni-
torinqi. Bu monitorinq strateji planın 3 tərkib elementi üzrə tədbirlərin realiza-
siyasına aid aşağıdakı informasiyaya əsaslanır: 
- tədbirlərin həyata keçirilməsinə; 
- tədbirlərin həyata keçirilməsindən əldə edilən effektə; 
- işçi qrupu üzvlərinin fəallığına. 
Monitorinqin nəticələri strateji marketinq planında nəzərdə tutulan tədbirlərin 
yekun qiyməti, bu tədbirlərin aktullığının qiymətləndirilməsi, prioritet tədbirlərin
qiymətləndirilməsi, maliyyə vəsaitlərinə tələbatın həcmi və strateji planının realiza-
siyası ilə əlaqədar olan strateji plana və sənədlərə düzəlişlərin edilməsi üzrə tək-
liflərin qeyd edildiyi məlumatlar bazasında və hesabatlarda əks etdirilir. 
Monitorinqin məqsədi, vəzifələri və ümumi konsepsiyası müəyyən edildikdən 
sonra onun realizasiyası prosesini nəzərdən keçirmək məqsədəuyğundur. Bizim 
fikrimizə görə İT-nin vəziyyətinin monitorinqinin ümumi sistemi aşağıdakı 4 əsas 
elementi əhatə etməlidir: 
1. Göstəricilərin müəyyən edilməsini; 
2. Parametlərin ölçülməsi və müşahidə edilməsi sistemini; 
3. Nəticələrin müqayisə edilməsini və qiymətləndirilməsini; 
4. Zəruri düzəlişlərin edilməsini.


67 
Monitorinqin birinci elementi müəssisənin İT-nin vəziyyətinin qiymətlən-
dirilməsi göstəricilərinin: istehsalın aktivliyini, maliyyə vəziyyətini, sosial inkişafı 
xarakterizə edən göstəricilərin, həmçinin bazar göstəricilərinin və onların parametr-
lərinin müəyyən edilməsidir. Buna görə də, İT-nin səviyyəsinin qiymətləndirilməsi 
üçün tədqiqat işinin 2-ci fəslində izah edilən struktur-məntiq modelindən istifadə 
edilir. Sosial inkişafın səviyyəsinin daha ətraflı təhlili üçün əlavə olaraq onun 
xarakteristikası verilən cədvəldən də istifadə edilir.
Hər bir müəssisənin özünə xas spesifik xüsusiyyətləri olduğundan və risk səviy-
yəsini müstəqil müəyyən etdiyindən istehsal aktivliyinin, maliyyə vəziyyətinin, sosial 
inkişafın bazar göstəricilərinin parametrləri, hətta göstəricilərin özü ayrı-ayrı müəs-
sisələr üzrə fərqli ola bilər. Bu göstəricilər bir başa müəssisənin realizə etdiyi mar-
ketinq strategiyası ilə əlaqəlidir. İT-nin səviyyəsinin alınmış qiymətlərində ciddi fərq-
lər olduğundan sonrakı nəticələrin birmənalılığının təmin edilməsi üçün göstəricilərin 
prioritetlərinin ardıcıllığını müəyyən etmək lazımdır. Bundan başqa keçici (müvəqqəti) 
üstünlüklərin, yəni göstəricilərin parametrlərinə nail olunmasına uzunmüddətli və 
qısamüddətli baxışların nisbətinin müəyyənləşdirilməsi məqsədəuyğundur. 
Monitorinqin ikinci elementi onun göstəricilərinin vəziyyətinin ölçülməsi və 
müşahidə edilməsi sisteminin yaradılmasıdır. O.S.Vixanski bu sistemin yaradılma-
sına 4 yanaşma: 1) müəssisənin fəaliyyətinin bazar göstəriciləri əsasında; 2) müəs-
sisənin müxtəlif bölmələrinin çıxışının vəziyyəti əsasında; 3) standartlaşmaya əsasla-
nan bürokratik yanaşma əsasında; 4) müəssisədə qəbul edilmiş norma və dəyərlər 
əsasında yaradılmasını təklif edir [11]. Tədqiqatın predmeti baxımından birinci 
yanaşma müəssisənin fəaliyyət göstəricilərini bazarda baş verən dəyişikliklərlə 
qarşılıqlı əlaqədə qiymətləndirməyə imkan verdiyindən həmin yanaşmadan istifadə 
edilməsi daha məqsədəuyğundur. İT-nin göstəricilərinin ölçülməsi və müşahidə 
edilməsi sistemi onun səviyyəsinin qiymətləndirilməsinin struktur-məntiqi modeli 
vasitəsi ilə həyata keçirilir (cədvəl 3.6). Bu zaman metodoloji alət kimi SWOT–
analizdən, sistemin analizinin və sintezinin morfoloji metodundan, ekspert 
qiymətləndirmə metodundan və idarəetmə qərarlarının qəbulunun çox faktorlu 


68 
metodundan istifadə etmək mümkündür. 
Monitorinqin üçüncü elementi əvvəlki bəndin cədvəlindən istifadə etməklə 
monitorinqin göstəricilərinin real (mövcud) vəziyyəti ilə onların gözlənilən (arzu 
edilən) vəziyyətinin müqayisə edilməsidir. Bu müqayisəni apararkən aşağıdakı 3 
situasiya mümkündür: 1) göstəricilərin real vəziyyəti gözlənilən vəziyyətdən 
yüksəkdir (yaxşıdır); 2) göstəricilərin real vəziyyəti gözlənilən vəziyyətə uyğundur; 
3) göstəricilərin real vəziyyəti gözlənilən vəziyyətdən aşağıdır (pisdir). 
Cədvəl 3.6 
İT-nin vəziyyətinin qiymətləndirilməsinin struktur-məntiq modeli 
İT
-n
in
s
/y 
elem
en
ti 
 
k
r
Elementin göstəriciləri 
 
kj
w
Elementin əlamətlərinin 
öliyinin ölçüsü
Tərəflərin 
xarakte- 
ritikası
Balla 
qiymət 
 
kij
möv 
göz 
Möv 
göz 







İste
hsa

n a
kti
vli
yini

xa
ra
kte
risti
ka

1. Əmək məhsuldar-
lığının dinamikası 
artan 
güclü 

10 
10 
stabil 
mülayim 

azalan 
zəif 

2.Çeşidin yenilənmə 
əmsalının dinamikası 
artan 
güclü 

10 
10 
stabil 
mülayim 

azalan 
zəif 

3. İnnovasiya xərcləri 
artan 
güclü 

10 
10 
stabil 
mülayim 

azalan 
zəif 

4. Satışın həcminin 
dinamikası 
artan 
güclü 

10 
10 
stabil 
mülayim 

azalan 
zəif 

MV 
xa
r-

5. Xüsusi 
və 
cəlbedilmiş 
vəsaitlərin 
nisbəti (1:1) 
Yüksək dayanıqlı və 
müstəqil 
güclü 

10 
10 
Kifayət səviyyədə 
mülayim 

Kifayət deyil 
zəif 

Ma
li
yyə

ziyyətini
n xa
ra
kter
ist
ikası
6. Likvidlik 
 
1

Kredit 
qabiliyyətlidir 
(>1,5) 
güclü 

10 
10 
Məhdudur (1-1,5) 
mülayim 

Kredit qabiliyyətli deyil 
(<1) 
zəif 

7.Dövriyyə vəsaitləri 
üzrə 
qısamüdətli 
öhdəliklərin ödənilmə 
əmsalı 
Ödəmə qabiliyyətlidir (2-
2,5) 
güclü 
10 
10 
Ödəmə qabiliyyəti zəifdir 
(<1) 
zəif 

8. Daşınmaz əmlakla 
təmin olunma (=1) 
Yüksək 
 
1

güclü 

10 
10 
Zəif (<1) 
Zəif 

9. 
Kapitalın xalis 
rentabelliyi (> kredit 
faizi) 
Çox yüksəkdir (>50%) 
güclü 

10 

Yüksəkdir (25-50%) 
güclü 

Ortadır (10-25%) 
mülayim 

zəifdir (<10%) 
zəif 



69 
cədvəlin davamı 
S
osial i
nkişaf
ın 
xa
ra
kte
risti
ka

10. Əmək haqqının 
səviyyəsi 
yüksəkdir 
güclü 

10 

Ortadır 
mülayim 

zəifdir 
zəif 

11. Əmək haqqının 
yaşayış minimumu 
yüksəkdir 
güclü 

10 

uyğundur 
mülayim 

aşağıdır 
zəif 

12. İşçilərin sayı 
artır 

10 

stabildir 

azalır 

13. 
Kadrlarla işin 
səviyyəsi 
həmişə yüksəkdir 
güclü 

10 
10 
müntəzəm deyil 
mülayim 

zəifdir 
zəif 

B
az
ar göstə
ric
akte
risti
ka

14. 
Strateji 
inkişaf 
planının mövcudluğu
tətbiq mərhələsindədir 
güclü 

10 
10 
tərtib edilmə mərhələsində-
dir 
mülayim 

realizə edilmir 
zəif 

15. Bazar payı
liderdir (>50%) 
güclü 

10 
10 
böyükdür (30-50%) 
güclü 

orta səviyyədədir (10-30%) 
mülayim 

zəifdir (<10) 
zəif 

16. Dövriyyənin həcmi
çox böyükdür 
güclü 

10 
10 
böyükdür 
güclü 

orta həcmdədir 
mülayim 

kiçikdir
zəif 

17. 
Dövriyyədə pul 
vəsaitlərin payı (%)
yüksəkdir (<70%) 
güclü 

10 
10 
orta səviyyədədir (50-70%) 
mülayim 

azdır (<50%) 
zəif 

Monitorinqin əvvəlki mərhələsində nəzərdə tutulan tapşırıq və parametrlərdə 
ciddi kənarlaşmalar aşkar edildiyi halda onun növbəti mərhələsində bu kənarlaş-
maların səbəbləri aydınlaşdırılır və marketinq proqramında zəruri düzəlişlər edilir. 
Bu təhlilin aşağıdakı mərhələlərə uyğun ardıcıllıqla həyata keçirilməsi məqsədəuy-
ğundur. 
I mərhələ. İqtisadi təhlükəsizliyin monitorinqi göstəricilərinin planda nəzərdə 
tutulan kəmiyyətlərindən kənarlaşmaları müəyyən edilir və onların hər biri qeyd 
edilir. 
II mərhələ. Əlverişli (arzu edilən) və əlverişli olmayan (arzu edilməyən) hallar 
müəyyən edilir. Bu halların daha ətraflı və hərtərəfli təhlili məqsədi ilə hər bir istiqa-
mət üzrə qrafik qurulur. Bu qrafikin Y oxunda göstəricinin faktiki kəmiyyəti ilə 
planda nəzərdə tutulan kəmiyyəti arasındakı kənarlaşma (%-lə), X oxunda isə 
müvafiq istiqaməti xarakterizə edən göstəricinin adı qeyd edilir. 
III mərhələ. Bu mərhələdə hər bir kənarlaşmanın ciddilik, əhəmiyyətlilik dərə-


70 
cəsi müəyyən edilir. Parametrin faktiki kəmiyyəti planda nəzərdə tutulan kəmiyyət-
dən 
5
,
0

bal həcmində kənarlaşırsa, onda bu əhəmiyyətli, ciddi kənarlaşma hesab 
edilir. 
IV mərhələ. Bu mərhələdə isə baş vermiş bu kənarlaşmaların səbəblərini 
(müəssisədaxili və müəssisədən kənar amillər hesabınamı baş vermişdir, yenimi 
meydana çıxmış və ya əvvəllər mövcud olmuş, lakin qabaqcadan nəzərə 
alınmamışdırmı və s.) öyrənmək məqsədi ilə onların hər birinin təhlili həyata 
keçirilir. 
Növbəti – V mərhələdə təhlilin nəticələrinin əks olunduğu ətraflı hesabat 
hazırlanır. 
Nəhayət sonuncu – VI mərhələdə baş vermiş kənarlaşmaların aradan 
qaldırılması və qarşıya qoyulmuş məqsədə nail olunması üçün tədbirlər planı 
hazırlanır. 
Yuxarıda izah edilənlərə uyğun olaraq marketinq üzrə menecerlərin vəzifəsi 
müəssisənin fəaliyyəti üçün real və ciddi təhlükə yaradan zonaların sərhədlərinin 
müəyyən edilməsidir. Yuxarda kənarlaşmanın ciddiliyini ifadə edən 0,5 bal 
iqtisadçılar tərəfindən praktikaya əsaslanmaqla müəyyən edilmiş kəmiyyət, orta 
qiymətdir (müxtəlif istehsal sahələrinə aid olan 50 müəssisənin rəhbərləri arasında 
aparılmış sorğu əsasında müəyyən edilmişdir). Lakin hər bir müəssisə üçün riskin 
hüdudu ona rəhbərlik edən şəxs tərəfindən müəyyən edilir. 
Marketinq proqramlarına düzəlişlər aşağıda izah edilən prosedura uyğun həyata 
keçirilməlidir: 
1. Monitorinqin göstəricilərinin parametrlərinə yenidən baxılması. Burada İT-
nin vəziyyətini xarakterizə edən göstəricilərin parametrlərinin müəssisənin məqsə-
dinə və hazırlanmış strategiyaya uyğunluq səviyyəsi müəyyən edilir. Bunlar arasında 
ziddiyyət, uyğunsuzluq aşkar edildiyi halda göstəricilərin parametrləri dəyişdirilir. 
2. Göstəricilərin parametrləri müəssisənin məqsədinə və hazırlanmış marketinq 
strategiyasına uyğun olduğu, yəni onlar arasında ziddiyyət olmadığı halda müəssi-
sənin məqsədinə və marketinq strategiyasına yenidən baxılmalıdır. Bunun üçün 


71 
müəyyən edilmiş məqsəd və strategiya müəssisənin ətraf mühit amillərinin cari 
vəziyyəti ilə müqayisə edilir. Çünki ola bilər ki, ətraf mühitdə baş vermiş dəyişik-
liklər qarşıya qoyulmuş məqsədə nail olmağa imkan verməsin, yəni qarşıya 
qoyulmuş məqsəd və seçilmiş strategiya real vəziyyətə uyğun olmasın. Bu isə qarşıya 
qoyulmuş məqsədin və seçilmiş strategiyanın real vəziyyətə uyğunlaşdırılmasını 
tələb edir. Əgər ətraf mühitin cari vəziyyəti müəssisənin qarşıya qoyulmuş məqsədə 
doğru irəliləməsinə imkan verirsə, bu halda dəyişikliklər müəssisənin marketinq 
strategiyası səviyyəsində həyata keçirilməlidir. Marketinq strategiyasına yenidən 
baxılması onun formalaşmış yeni mühitdə qarşıya qoyulmuş məqsədə nail 
olunmasını təmin edib-etməyəcəyinin müəyyən edilməsini nəzərdə tutur. Başqa 
sözlə, ya yaranmış yeni mühitdə seçilmiş strategiyanı həyata keçirmək çətindir, ya da 
həmin strategiya qarşıya qoyulmuş məqsədə nail olunmasına imkan vermir. Belə 
olduğu halda strategiyaya yenidən baxılır. Belə olmadığı halda növbəti mərhələdə 
nəzərdə tutulan işlərin icrasına başlanılır. 
3. Müəssisənin fəaliyyətinin uğursuzluğu ayrı-ayrı proseslər və əməliyyatlar 
səviyyəsində ola bilər. Belə hallarda əməyin motivasiyasına yenidən baxılmalı, 
işçilərin ixtisas səviyyəsinin yüksəldilməsi tədbirləri həyata keçirilməli, əməyin 
təşkili təkmilləşdirilməli, müəssisədaxili münasibətlərə yenidən baxılmalı və bu kimi 
digər tədbirlər həyata keçirilməlidir. 
İqtisadi təhlükəsizliyin monitorinqi strateji marketinq planının realizasiya 
prosesi çərçivəsində konsultantların (məsləhətçilərin) yardımı ilə müəssisənin hər 
bir bölməsi tərəfindən həyata keçirilir. Məsləhətçilər isə müəssisənin marketinq və 
iqtisadi təhlükəsizlik xidmətinin yardımı ilə ilkin informasiyanın toplanmasına dair 
metodik tövsiyələr hazırlayırlar. 
Tədqim edilmiş informasiya əsasında müntəzəm olaraq marketinq planında 
nəzərdə tutulan tədbirlərin realizasiyasının əks olunduğu məlumatlar bazası 
yenilənir və marketinq planının yerinə yetirilməsinin rüblük xülasəsi hazırlanır. 
Marketinq planının yerinə yetirilməsinin əsasında analitik hesabat hazırlanır. Bu 
hesabat məlumatlar bazasında yerləşdirilir və müəssisənin rəhbərinə göndərilir. 


72 
Yuxarıda izah edilənlər əsasında İT-nin vəziyyətinin monitorinqinin 
alqoritmini aşağıdakı kimi təsvir etmək olar (şəkil 3.4). 
İqtisadi təhlükəsizliyin vəziyyətinin qiymətləndirilməsi son nəticədə idarə-
etmə qərarlarının qəbulu üçün zəruri olduğundan onun alqoritmini müəssisənin 
rəhbəri təsvir etməlidir. 
Müəssisənin İT-nin vəziyyəti 
İT-nin göstəricilərinin və onun 
parametrlərinin müəyyən edilməsi 
Marketinqin məqsədi və 
strategiyası 
İT-nin göstəricilərinin parametrlərinin 
ölçülməsi və müşahidə edilməsi 
Nəticələrin müqayisəsi və 
qiymətləndirilməsi 
Real vəziyyətin gözlənilənlə uyğunluğu 
Hə 
Düzəliş edilmir 
Yox 
Parametrlərin təhlili 
Hə 
Parametrlərin 
artırılması 
Yox 
Marketinqin məqsədinə yenidən 
baxılması 
Hə 
Marketinqin strategiyasına yenidən 
baxılması 
Hə 
Təşkilati strukturun, informasiya 
təminatı sisteminin, fəaliyyətin təmin 
edilməsinin funksional sistemin təhlili 
Hə 
Proses və əməliyyatlar səviyyəsində 
təhlil 
Hə 
Təşkilati strukturun, informasiya təminatı sisteminin, fəaliyyətin təmin edilməsinin 
funksional sisteminin, proses və əməliyyatların işinin effektliliyinin yüksəldilməsi üzrə 
tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi
Parametrlərə 
düzəlişlərin 
edilməsi 
Yox 
Marketinqin strategiyasına 
düzəlişlərin edilməsi 
Yox 
Marketinqin strategiyasına 
düzəlişlərin edilməsi 
Yox 
Təşkilati struktura, informasiya 
təminatı sisteminə, fəaliyyətin təmin 
edilməsinin funksional sisteminə 
düzəlişlərin edilməsi 
İste
hsa

n a
kti
vli
yi
Ma
li
yyə

ziyyəti
S
osial i
nkişaf
B
az
ar göstə
ric
il
əri
Şəkil 3.4. İT-nin vəziyyətinin monitorinq sisteminin realizasiyasının alqoritmi 


73 
Yuxarıda izah edilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, müəssisənin 
iqtisadi təhlükəsizliyinin vəziyyətinin monitorinqi onun iqtisadi təhlükəzsizliyinin 
təmin edilməsində mühüm rol oynayır. Lakin yaddan çıxarmaq lazım deyildir ki, 
onun düzgün təşkil edilməməsi və həyata keçirilməməsi müəssisənin iqtisadi 
təhlükəsizliyinin zəruri səviyyəsini təmin etməməklə yanaşı onun səviyyəsinin 
aşağı düşməsinə səbəb ola bilər. 
Aşkar görünən səhvlər özünü strateji məqsədlərin iqtisadi təhlükəsizliyin göstə-
ricilərlə dəyişik salınması, struktur bölmələrinin və heyətin fəaliyyətinə hədsiz dərə-
cədə nəzarət edilməsi, rəhbər işçilərin monitorinq sistemindən ötürülən informasiya 
ilə həddən artıq yüklənməsi və s. formasında biruzə verir. Buna görə də rəhbərliyin 
qarşısında duran əsas məsələ strateji marketinq planı çərçivəsində iqtisadi təhlükəsiz-
liyin təmin edilməsinə uyğun gələn idarəetmə qərarlarının effektliliyinin təmin 
edilməsində monitorinq sisteminin yerinin və rolunun dəqiq müəyyən edilməsidir. 


74 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin