Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   13   14   15   16   17   18   19   20   21
Zeynalova-lk-r-lham-q-z-

Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işinin praktikaya tətbiqi 
müəssisənin iqtisadi təhlükəsizliyinə dair hərtərəfli əsaslandırılmış idarəetmə 
qərarları qəbul etməyə, iqtisadi təhlükəsizliyin optimal səviyyəsini müəyyən etməyə 
və müəssisənin dayanıqlı inkişafına nail olmağa imkan verəcəkdir. 
Dissertasiya işi giriş, 3 fəsil, nəticə və təkliflərdən ibarətdir. 
Dissertasiya işinin girişində mövzunun aktuallığı əsaslandırılır, onun öyrənilmə 
səviyyəsi, tədqiqatın işinin vəzifəsi, predmeti və obyekti, tədqiqat işinin nəzəri və 
metodoloji əsasları, dissertasiyanın elmi yenilikləri və praktiki əhəmiyyəti verilir. 
Dissertasiya işinin “İqtisadi təhlükəsizlik konsepsiyası və strategiyası” 
adlanan birinci fəsildə iqtisadi təhlükəsizliyin iqtisadi kateqoriya olduğu əsaslan-
dırılır, onun səviyyələrinin mahiyyəti açılır, iqtisadi təhlükəsizliyin elementlərinin 
mahiyyəti izah edilir, müəssisənin iqtisadi təhlükəsizliyini xarakterizə edən 
göstəricilər verilir, onun məqsədi müəyyən edilir, müəssisənin fəaliyyətinə iqtisadi, 
mənəvi və digər ziyan vuran subyektlərin təsnifatı verilir və müəssisənin iqtisadi 
təhlükəsizliyinin komponentləri
ətraflı izah edilir.
Dissertasiya işində aparılmış təhlilin əsasında belə nəticəyə gəlinir ki, iqtisadi 
təhlükəsizlik müəssisənin sosial iqtisadi vəziyyətinin stabilliyini, müstəqiliyini, 
dayanıqlılığını, daimi yeniləşməsini və özünü təkmilləşdirmə qabiliyyətini təmin 
edən şərtlərin və amillərin məcmuudur. 


84 
Dissertasiya işində təsərrüfat subyektlərinin təhlükəsizliyinə təsir edən amillər 
şərti olaraq a) daxili və b) xarici təhdidlərə bölünür. Başqa sözlə, bu amillər təsərrüfat 
subyektinin təhlükəsizliyinə xarici və daxili təhdidlər kimi müəyyən edilə bilər. 
Dissertasiya işində bu amillər ətraflı izah edilir. 
Bu fəsildə müəssisənin iqtisadi təhlükəsizliyinin hər bir komponenti:
a) istehsal-maliyyə təhlükəsizliyi; b) sosial təhlükəsizliyi; c) informasiya 
bazarının təhlükəsizliyi; d) bazar riskləri situasiyalarında müəssisənin iqtisadi 
təhlükəsizliyi komponentləri və onların hər bir elementinin qiymətləndirilməsi 
qaydası ətraflı nəzərdən keçirilmişdir. 
Dissertasiya işinin ikinci –“Strateji marketinq baxımından müəssisənin 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin