Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər.(Nur-3)



Yüklə 70,15 Kb.
səhifə2/3
tarix08.05.2020
ölçüsü70,15 Kb.
#31128
1   2   3
Mütə-nikahı-haqqında-bəzi-şübhələrə-cavab.docx


.........(ayədəkicrlər mehrlərdir, mehr ona görə əcr adlandırılmışdır ki, o, ləzzətin əcridir və bu mehrin əcr adlandırılmasında nəssdir..............


Əl-Qurtubil-Cami li əhkamil-Quran" Nisa-24
Yox əgər məhz carə" sözünü xoşlayırlarsa onda:

قال أبو الحسن الكرخي: إن عقد النكاح بلفظ الإجارة جائز؛ لقوله تعالى: "فآتوهن أجورهن" [النساء: 24] و

Əbul-Həsən Əl-Kərxi dedi: İcarə ləfzi ilə nikah əqdi caizdir. Çünki Allah Təala buyurub: crlərini (mehrlərini) lazımi qaydada verin!(Nisa-24)

Həmin Mənbə əl-Kərxi: Əbul-Həsən Abdullah bin Huseyn əl-Bəğdadi əl-Kərxi, hənəfi alimi və İraqın müftisi


وقال علماؤنا في المشهور: ينعقد النكاح بكل لفظ

Alimlərimiz dedi: Nikah əqdi bütün ləfzlərlə olur.(yə`ni icarə, hibə ........)


Həmin mənbə

11. Qur'an çoxallahlılarla evlənməyi qadağan edir.

«Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin!…» (əl-Bəqərə, 221).

Onlara görə hətta atəşpərəstlə də müvəqqəti nigah bağlamq olar.


Yenə də qatmaqarışıq sözlərlə batil iddia irəli sürür. Məhz bu ayənin təfsirinə qısa bir nəzər:

واختلفوا في نكاح نساء المجوس، فمنع مالك والشافعي وأبو حنيفة والأوزاعي وإسحاق من ذلك

Mə`cusi qadınlar ilə izdivac məsələsində ixtilaf etmişlər. Malik, Şafii, Əbu Hənifə, Əvzai və İshaq bunu qadağan etmişdir.


Əl-Qurtubi "əl-Cami liəhkamil-Quran" Bəqərə -221

Vüsal114 qardaşın da qeyd etdiyi kimi mə`cusilərin kitab əhli olub olmamasında ixtilaf vardır. Məhz onların qadınları ilə də izdivacın mübah olub-olmamağındakı ixtilaf da buradan yaranır.
Baxmayaraq ki, xaçpərəst və yəhudilərin kafir və müşrikdirlər kitab əhli olduqları üçün onların qadınları ilə izdivaca icazə vardır.

1821- مسألة: وجائز للمسلم نكاح الكتابية، وهي اليهودية، والنصرانية، والمجوسية، بالزواج



1821-ci məsələ: Müsəlmana kitab əhli olan yəhudi, nəsrani və 
məcusi qadını ilə evlənmək caizdir.



وأما المجوسية فقد ذكرنا في " كتاب الجهاد " و " كتاب التذكية " من كتابنا هذا أن المجوس أهل كتاب، وإذا كانوا أهل كتاب فنكاح نسائهم بالزواج حلال.

O ki, qaldı məcusi qadınlara bu kitabımızın "Cihad" və "Təzkiyə" bölməsində bildirdik ki, məcusilər kitab əhlidirlər. Deməli əgər onlar kitab əhlidirlərsə onların qadınları ilə evlənmək halaldır.


وممن أباح نكاح المجوسية أبو ثور.

Məcusi qadınla nikahı mübah bilənlərdən biridə Əbu Surdur.


İbn Həzm "Mühəlla" "Nikah" bölməsi 1821-ci məsələ

İbn Həzm həmçinin burada məcusilərin kitab əhli olmasına hədislərdən dəlillər gətirir(Vusal114 qardaşın əvvəldə söylədiyi cizyə məsələsi və s.) Lakin İbn Həzm özü açıq-aydın bunu təsdiqlədiyi üçün hədislərin tərcüməsinə lüzum görmürəm. Yeri gəlmişkən Əbu Sur barədə:




إبراهيم بن خالد ، الإمام الحافظ الحجة المجتهد
Əbu Sur- İbrahim b. Xalid. İmam, höccət, müctəhid.


وقال النسائي : ثقة مأمون ، أحد الفقهاء
ən-Nəsai dedi: E`timadlıdır, əmindir, fəqihlərdən biridir.

قلت : بل هو حجة بلا تردد
Mən (əz-Zəhəbi) deyirəm: O, tərəddüdsüz höccətdir.


Əz-Zəhəbi "Siyər ə`lamun-Nubəla" 12/76

Başqa bir nümunə:



[قال الشافعي] رحمه الله تعالى: وما روي عن علي من هذا دليل على ما وصفت أن المجوس أهل كتاب

Əş-Şafii rəhiməhullah təala dedi: Bunlardan(hədislərdən) Əlidən rəvayət olunanı məcusiləri kitab əhli olaraq vəsf etdiyimə dəlildir.

Əş-Şafii "Umm" "Cizyə" bölməsi

Həmçinin İbn Qudamənin "Əl-Muğni" kitabında 9/173 7437-ci məsələyə də müraciət tmək olar.

Gördüyümüz kimi Şiyə Alimlərində arasında məşhur nəzər budur ki, mə`cusilərlə nikah haramdır.

Müasiri olduğumuz müctehidlərdən bə`zilərindən nümunə gətirmək istərdim:

Məsələ 2048: Müsəlman qadın kafir kişi ilə evlənə bilməz. Həmçinin müsəlman kişi də ehtiyata əsasən, kafir qadınla daimi əqd əsasında evlənə bilməz. Amma kitab əhlinin qadınları ilə (yəhudi, məsihi (xristian)) siğə etməyin maneəsi yoxdur.
Ayətullahül-üzma Nasir Məkarim Şirazi

M:2462. Müsәlmаn qаdın kаfir kişi ilә еvlәnә bilmәz. Hәmçinin müsәlmаn kişi dә kаfir qаdınlаrlа dаimi әqd әsаsındа еvlәnә bilmәz. Аmmа kitаb әhlinin qаdınlаrı ilә (yәhudi, mәsihi) siyğә еtmәyin mаnеәsi yохdur.
Ayətullah-üzma Məhəmməd Fazil Lənkərani

2357- Müslüman bir kadın kâfir bir erkekle ister daimi isterse geçici evlenemez. Kâfir kitap ehli olsun veya olmasın fark etmez. Müslüman bir erkek de kitap ehli olmayan bir kadınla evlenemez. Yahudi ve Hıristiyan kadınlarına mut'a nikâhı yapmanın sakıncası yoktur. Vacip ihtiyat gereği ehli kitap kadınlarla daimi evlilik yapılmamalıdır. Mecusi bir kadınla vacip ihtiyat gereği mut'a nikâhı yapılmamalıdır. Nasibiler gibi bazı fırkalar, kendilerini Müslüman olarak bilseler de, kâfir hükmündedirler. Aynı şekilde mürtet biri ile, Müslüman kadın ve erkek daimi veya geçici evlilik yapamazlar.

Ayetullah Uzma Seyit Ali Hüseyni Sistani

Açıq aydın görürük yuxarıda sitat gətirdiyim müctehidlər müvəqqəti evliliyi kitab əhlindən yalnız yəhudi və məsihi qadınları ilə icazə verirlər. Lakin bununla belə mə`cusi qadınlarla müvəqqəti izdivaca icazə verən müctehidlərdə vardır. Əgər səhv etmirəmsə Sistani ağa məcusiləri kitab əhlindən hesab edir lakin gördüyümüz kimi onlarla müvəqqəti izdivaca icazə vermir.

İbn Sənan rəvayət edir ki, Mansur əs-Seykaldan imam Cəfərin belə dediyi rəvayət olunuır: "Kişi, atəşpərəst qadınla müvəqqəti nigah bağlaya bilər" ("Vəsail əş-Şiə", 14/462, hədis 5).

Bu hədis zəifdir. Sənədində İbn Sənan vardır.

Əli əs-Sibai siğə etmişdi, fəqət bunu iyrənclik və həyasızlıq hesab edərək Allaha and içdi və dedi ki, bir də siğə etməyəcəm. Bunu Əbu Həsənə dedikdə o, belə dedi: "Sən and içmisən ki, Allaha itaət etməyəcəksən. Allaha and olsun ki, siğə edərək yenidən ona itaət etməsən Allaha üsyan etmiş olacaqsan".( Əbu Cəfər Məhəmməd Tusi, əlstibsar, Tehran 1390, Cild III, s. 142)

Hədisin həqiqi mətninə baxdıqdan sonra sənədi ilə maraqlanmağa ehtiyyac duymadım.

عن علي السبائي قال قلت: لابي الحسن (ع) جعلت فداك إني كنت أتزوج المتعة فكرهتها وتشاءمت بها فأعطيت الله عهدا بين الركن والمقام وجعلت علي في ذلك نذرا وصياما ألا أتزوجها ثم إن ذلك شق علي وندمت على يميني ولكن بيدي من القوة ما أتزوج في العلانية قال فقال لي: عاهدت الله أن لا تطيعه والله لئن لم تطعه لتعصينه.



Əli Əs-Səbaidən. Dedi: Əbil-Həsən (a.s.)-a dedim: Sənə fəda olum! Müvəqqəti nikah etmişdim. Lakin xoşuma gəlmədi və onu pis bir şey hesab etdim. Allahla "rükn və məqam arası"nda əhd-peyman bağladım, nəzir etdim və oruc tutdum ki, bir də müvəqqəti nikah etməyim. Bu (evlənməmək) mənim üçün çətin oldu və and içdiyimə peşman oldum, (daimi nikahla) evlənməyə də gücüm çatmır.
İmam (a.s.) mənə buyurdu: Allaha itaət etməməyə əhd-peyman bağlamısan, ona itaət etməsən üsyan etmiş olacaqsan.



əl-İstibsar səh-142

Gördüyümüz kimi vəhhabilər öz ənələrinə sadıq qalıblar. Əli Əs-Səbai Allahın halalını batil əhd-peymanla, nəzirlə özünə haram etmişdir. Sonradan isə bu batil andı səbəbinə müvəqqəti kəbin etməyib məşəqqətə düçar olur. İmam a.s. isə ona açıq aydın buyurur:
Allaha itaət etməməyə (yə`ni sünnəni, halal olan bir şeyi və Allahın rəhmətini tərk etməyə ) əhd-peyman bağlamısan, (batil andını tərk edib) ona itaət etməsən(Ömər qadağan edən sünnəni diriltməsən, Muhəmmədin qiyamətə qədər olan halalını halal bilməsən, Allahın rəhmətini tərk edib günaha batsan) üsyan etmiş olacaqsan.

1. Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. (Təhrim-1)


P.S. Təəssüf ki, bə`zi dardüşüncəlilər və xüsusən bu xüsusiyyətləri ilə seçilən vəhhabilər bir şeyin halal, mübah olmağı ilə vacib olmağını qarışdırırlar. Mut`a caizdir, Quran və sünnədə sabitdir. Bunun mə`nası o demək deyil ki, mut`a etmək vacibdir, hər kəs mut`a etməlidir. Kimin mut`aya ehtiyyacı olarsa, xoşuna gələrsə o da edər. Misal üçün əhli-sünnə hədis mənbələrində Peyğəmbər s.a.s.səhabələrə sarımsağ yeməyi halal buyurmuşdu, lakin özü onu yeməyi pis iyi səbəbinə tərk etmişdir, və yaxudsəhabələrə "dəbbun"u (kərtənkələ növü) yeməyi halal buyurmuşdu, lakin özü onu yemirdi.
Bə`zi kişilər bir neçə qadınla evlənməyi bəyənirlər, lakin öz ailəsindən olan qadınların başqa bir kişiyə 2-ci, 3-cü və yaxud 4-cü zövcə kimi ərə ketməsini adətən bəyənmirlər.

Bir şəxs Əbu Abdullahın (Cə'fər əs-Sadiq R.Ə) yanına gələrək belə bir sual verir: "Mən bir qadınla siğə etmək istəsəm və araşdırıb həmin qadının evli olduğunu öyrənsəm nə edim?". Əbu Abdullah cavab verir: "Niyə araşdırırsan ki?". Tusi şərh verir: "Bu məsələdə əsas xüsus odur ki, qadının evli olub olmadığını araşdırmayasan" (Əbu Cəfər Məhəmməd Tusi, Təhzib-ulhkam fi Şərhi'l-Muqni'ə, Tehran 1390, Cild VII, s. 453-454). Kuleyni bu məsələni nəql edərək deyir: "Əbu Abdullah dedi ki: "Qadının evli olub olmadığını soruşmağın lazım deyil, sənin işin odur ki, qadının öz nəfsi ilə əlaqəli bəyanını təsdiq edəsən"(Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni, əl-Furu' min əl-Kafi, Tehran 1391, Cild V, s. 462).

Nəhayət ki, Allahın köməkliyi ilə bu hədisi tapdım:

ومتى اراد الرجل تزويج المتعة فليس عليه التفتيش عنها بل يصدقها في قولها.

(1092) 17 - روى محمد بن أحمد بن يحيى عن علي بن السندي عن عثمان بن عيسى عن اسحاق بن عمار عن فضل مولى محمد بن راشد عن ابى عبدالله عليه السلام قال: قلت اني تزوجت امرأة متعة فوقع في نفسي أن لها زوجا ففتشت عن ذلك فوجدت لها زوجا قال: ولم فتشت؟ !.

Yüklə 70,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin