§ 12. Çevrənin istənilən sayda bərabər hissələrə bölünməsi Bəzi tapşırıqlarda çevrəni n, istənilən sayda bərabər hissələrə bölmək lazım gəlir. Tutaq ki, verilmiş detal üzərində on beş ədəd bərabər diametrli yuva açmaq tələb olunur (şəkil 59 a)
Şəkil 59 Əvvəlcə A və B nöqtələrindən, verilmiş çevrənin diametrinə bərabər radiuslu iki qövs çəkilir və onların üfüqi diametr üzərində M və N kəsişmə nöqtələri tapılır (şəkil 59 b). AB diametri on beş bərabər hissəyə bölünür (şəkil 59 c). Sonra M və N nöqtələri diametr üzərindəki ya tək, ya da cüt rəqəmi bölgülərə birləşdirilir. Nöqtələri birləşdirilən düz xəttlərin uzantıları verilmiş çevrəni on beş bərabər hissəyə bölür (şəkil 59 ç)