Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 12 aprel tarixli 2089 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASINDA
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN YENİLƏŞDİRİLMƏSİ PROQRAMI
(2007 – 2010-cu illər)
1. Giriş
Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların
intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və
məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.
Hazırda Azərbaycan Respublikasında 110017 uşağı əhatə edən 1764
məktəbəqədər
təhsil müəssisəsi, o cümlədən 545 uşaq bağçası, 1192 körpələr evi-
uşaq bağçası, 38 körpələr evi, 4 məktəb-bağça fəaliyyət göstərir. 104533 uşağı əhatə
edən 1696 müəssisə Təhsil Nazirliyi sistemində, ikisi isə bilavasitə Təhsil
Nazirliyinin tabeliyindədir. Bunula yanaşı, ölkədə müxtəlif nazirlik, şirkət, idarə və
təşkilatların tabeliyində olan təhsil müəssisələri, habelə
müvafiq qaydada lisenziya
almış 3 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Sağlamlıq imkanları
məhdud olan uşaqlar üçün 5 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı
9 müəssisədə 18 xüsusi təyinatlı qrup və 5 sanator tipli
məktəbəqədər təhsil
müəssisəsi mövcuddur.
Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən köklü ictimai-
siyasi dəyişikliklər nəticəsində mövcud sosial-iqtisadi infrastrukturun dağılması
məktəbəqədər təhsil sisteminin də səmərəliliyinin nəzərəçarpacaq dərəcədə aşağı
düşməsinə səbəb olmuşdur. Həmin dövrdə ölkə iqtisadiyyatının iflic vəziyyətinə
düşməsi, əhali arasında kütləvi işsizlik və büdcə gəlirlərinin kəskin azalması bu
sahənin fəaliyyətinə mənfi təsir göstərmiş, onun tənəzzülə uğrama meyllərini
gücləndirmişdir.
Son 15 ildə Azərbaycanın müxtəlif bölgələrində 85 məktəbəqədər təhsil
müəssisəsi bağlanmışdır ki, onların da 45-i Bakı şəhərinin payına düşür.
Məktəbəqədər təhsil müəssisələrinin sayının azalmasının səbəblərindən biri də
ölkəmizdə gedən müharibə nəticəsində 242 məktəbəqədər müəssisənin işğal
bölgələrində qalması və dağıdılmasıdır. Bununla yanaşı, təcavüzkar erməni
millətçilərinin soyqırım təqibinə məruz qalan 1683 qaçqın və məcburi köçkün ailəsi
öz yurdlarını tərk edərək müxtəlif şəhər və rayonlarımızda məktəbəqədər təhsil
müəssisələrində məskunlaşmışdır.
2
Son onillikdə aparılan uğurlu iqtisadi siyasət, həyata keçirilən məqsədyönlü
neft strategiyası və bazar yönümlü islahatların dərinləşməsi
ölkənin sosial-iqtisadi
inkişafında dönüşün əldə olunmasına imkan vermiş, xalqımızın maddi rifah halının
get-gedə yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də 21-ci
əsrin ilk illərindən iqtisadiyyatın dinamik inkişafı sosial sahələrə dövlət qayğısının
gücləndirilməsi və bu sahələrə yönəldilən diqqət və resursların önəmli artımı ilə
müşayiət olunmuşdur.
Təkcə onu demək kifayətdir ki, 2006-cı ildə dövlət büdcəsindən məktəbəqədər
təhsil sahəsinə ayrılan maliyyə vəsaitlərinin həcmi 33 299 111 manat təşkil etmiş və
2005-ci ilə nisbətən 35,7 faiz, 2004-cü ilə nisbətən isə 50 faizdən çox artırılmışdır.
Cari ildə məktəbəqədər təhsil üçün dövlət büdcəsindən nəzərdə tutulan vəsaitin
həcmi 46 987 867 manata çatdırılmışdır ki, bu da 2006-cı il səviyyəsindən 41,1 faiz,
2005-ci ildəkindən isə 89,6 faiz çoxdur.
Bütün bunlarla bərabər, məktəbəqədər təhsil sisteminin bugünkü vəziyyəti
istər ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, istərsə də sosial sahədə, o cümlədən
əhalinin rifah halının yüksəldilməsində qarşıya qoyulan
perspektiv məqsədlər
baxımından qənaətbəxş hesab edilə bilməz.
Uzun müddət ərzində məktəbəqədər təhsil sistemində diqqətçəkən irəliləyişə
nail olunmamış, bu sahənin inkişafına əngəl törədən problemlərin həllinə
istiqamətlənmiş addımlar atılmamışdır. Məktəbəqədər təhsillə əhatə olunmuş hər
uşağa düşən maliyyələşmə həddinə görə Azərbaycan orta inkişaf səviyyəli ölkələrlə
müqayisə oluna biləcək göstəricilərə nail olsa da, bu gün mövcud olan təşkilati,
hüquqi və iqtisadi mexanizmlərin məktəbəqədər təhsil müəssisələrinin
yeni şəraitə
və bazar iqtisadiyyatının prinsiplərinə uyğun yetərincə səmərəli fəaliyyətini təmin
edə bilmədiyi bir reallıq olaraq özünü biruzə verməkdədir.
Hazırda ölkə üzrə məktəbəqədər müəssisələrə uşaqların cəlb edilməsi
ümumilikdə 19,6 faiz, şəhər yerlərində 27,6 faiz, kənd yerlərində isə cəmi 8,6 faiz
təşkil edir ki, bu da müvafiq göstəricinin 60-90 faiz təşkil etdiyi qabaqcıl ölkələrlə
müqayisədə xeyli aşağıdır. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı
uşaqların müvafiq xüsusi müəssisələrə cəlb olunması daha aşağı vəziyyətdədir.
Ölkədə belə uşaqların sayı 6000-dən artıq olduğu halda, onların yalnız 500 nəfəri
(8,3 faiz) məktəbəqədər xüsusi təhsillə əhatə olunmuşdur.
Təəssüf
hissi doğuran odur ki, ölkədə mövcud olan məktəbəqədər təhsil
müəssisələrindəki uşaq yerlərinin ancaq 70 faizindən istifadə olunur.
Məktəbəqədər yaşlı uşaqların ictimai tərbiyəyə zəif cəlb edilməsi qismən
valideynlər arasında işsizliyin olması və bu səbəbdən uşaq bağçaları və körpə
evlərinə üz tutulmaması ilə izah oluna bilər. Lakin, bu hal daha çox məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının valideynləri qane etməməsi
və təlim-tərbiyə işinin tələb olunan səviyyədə qurulmamasından irəli gəlir.
3
Araşdırmalar
göstərir ki, ölkənin kənd rayonları üzrə 130 məktəbəqədər
müəssisə yararsız binalarda yerləşir, 70%-dən artıq müəssisənin əsaslı təmirə, 20%-
nin isə cari təmirə ehtiyacı vardır. Bu müəssisələrin əksəriyyətində istilik sistemi
işləmir, bərk, yumşaq inventar, uşaq mebeli, idman avadanlığı, müxtəlif oyuncaqlar
çatışmır. Bir çox hallarda ərzaq təminatı qənaətbəxşlikdən uzaqdır.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilində mövcud
olan çatışmazlıqlar nəticə etibarı ilə uşaqların ibtidai məktəbə hazırlıq səviyyəsinin
aşağı düşməsində özünü göstərir. Peşəkar pedaqoji kadrların çatışmaması,
çoxvariantlı alternativ proqramların, metodik işləmə və vəsaitlərin olmaması, əyani
vəsaitlərin, illüstrasiyalı kitab
və təlim vəsaitlərinin, didaktik materialların və təlimin
texniki vasitələrinin qıtlığı və günün tələbləri səviyyəsində olmaması məktəbəqədər
müəssisələrdə təlimə məzmunca mənfi təsir göstərən başlıca amillərdir.
Qeyd olunan nöqsanların aradan qaldırılması və problemlərin səmərəli həlli,
ölkəmizdə məktəbəqədər təhsilin günün tələbləri səviyyəsində qurulmasının təmin
olunması məqsədi ilə kompleks məqsədyönlü tədbirlərin həyata keçirilməsini
nəzərdə tutan Dövlət Proqramı hazırlanmışdır.