1. Aynlar mənşə etibarı ilə avropoiddir, Qafqaz irqinə mənsubdurlar. Bu nəzəriyyəni C. Beçelor və S. Murayama müdafiə edirlər



Yüklə 15,65 Kb.
tarix02.01.2022
ölçüsü15,65 Kb.
#41360
Aynlar


Aynlar

Aynlar - "insan", "həqiqi insan" - Yaponiyanın qədim sakinləri hesab olunan xalqlardan biridir. Ayrı-ayrı dövrlərdə aynlar, həmçinin, Rusiyada Amur çayının aşağı axarlarında, Kamçatka yarımadasının cənub hissəsində, Saxalin vəKuril adalarında da yaşamışlar. Müasir dövrdə aynlar əsasən Yaponiyada yaşayırlar. Rəsmi statistikaya görə onların sayı 25 min nəfərdir, qeyri-rəsmi məlumatlara görə onların sayı 200 min nəfərə çatır. 2010-cu il siyahiya alınmasına əsasən Rusiyada 109 nəfər ayn qeydə alınmışdır ki, onlardan da 94 nəfəri Kamçatka yarımadasında yaşayır. Aynlar hesab edirlər ki, onlar Kuril arxipelaqına daxil olan İturup, Kunaşir, Şikotan və Xabomai adaları üzərində suveren hüquqlara malikdirlər.

Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ini yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynlar hesab olunurlar. E.ə.I minilliyin əvvəllərində Yaponiya adalarının ən qədim etnik qatını aynlar təşkil edirlər. Aynların mənşəyi haqqında müxtəlif mülahizələri 3 qrupa bölmək olar:

1. Aynlar mənşə etibarı ilə avropoiddir, Qafqaz irqinə mənsubdurlar. Bu nəzəriyyəni C.Beçelor və S.Murayama müdafiə edirlər.

2. Aynlar mənşə etibarı ilə avstroneziyalılardır və Yaponiya adalarına cənubdan gəlmişlər. Bu mülahizə L.Y.Ştrenberq tərəfindən irəli sürülmüş və sovet etnoqrafiyası tərəfindən müdafiə olunmuşdur.

3. Aynlar mənşə etibarı ilə paleoasiya xalqlarından biridir və Yaponiya adalarına şimaldan (Sibirdən) gəlmişlər. Bu mülahizəni əsasən Yaponiya antropoloqları müdafiə edirlər.

Aynlar Yaponiya adalarında e.ə. XIII minillikdə görünmüşlər və onlar burada neolit dövrünə aid Dzyömon mədəniyyətini yaratmışlar. Onların Yaponiya adalarına haradan gəldikləri barədə dəqiq məlumatlar yoxdur, lakin məlumdur ki, onlar Dzyömon mədəniyyəti dövründə Ryukyu adasından Hokkaydoya qədər bütün Yaponiya adalarında, həmçinin Saxalinin cənub hissəsində, Kamçatka yarımadasının cənub hissəsində məskunlaşmışlar. Bu faktı arxeoloji qazıntıların nəticələri və toponimlər də sübut edir. Məsələn; Susima - "Tuyma" - ""uzaq", Fudzi - "Xusi" - "nənə", Sukuba - ""tu ku pa" - "iki ox başı/ikioxlu dağ", Yamata - "Ya ma ta i" - "dənizin quru ilə kəsişdiyi yer" deməkdir. Yaponiya alimi Kindaiti Kyösukenin əsərlərində ayn mənşəli toponimlər haqqında da geniş məlumatlara rast gəlmək mümkündür.

Hazırda aynlar əsasən Hokkaydo adalarında yaşayırlar. Əsrlər boyu yaponlar tərəfindən ölkənin mərkəzi rayonlarından sıxışdırılan aynlar Xokkaydo, Kuril, Kamçatka yarımadası, Saxalin adalarına yayılmışlar. Kuril və Saxalin yarımadasının nəzarəti altına düşdükdən sonra aynlar assimilyasiya məruz qalmışlar. Amur regionunda Çin siyasi və ticari institutların yaranmasının ardından isə XV əsrin ortalarına kimi Saxalin aynları tez-tez Çin nəzarətindəki məntəqələrə səfərlər etmişlər.Belə bir fakt da var ki, Min sülaləsindən olan admiral Yişixa özünün Aşağı Amura etdiyi ekspedisiyalarından birində 1413-cü ildə Saxalinə çatmışdır və yerli ayn qəbiləsinin başçısına Min rütbələrini bağışlamışdır.

Aynlar öz dillərini, mədəniyyətlərini itirsələr də, antropoloji əlamətlərini saxlayırlar. İlk baxımda onlar yaponlardan kəskin surətdə fərqlənirlər.

Hazırda aynların əksəriyyəti yaponlaşmışlar. Buna baxmayaraq bəzi etnoqrafik xüsusiyyətlərini də qoruyub saxlamışlar. Onların ailə münasibətlərində gözə çarpan cəhət qızların ailə qurma məsələsinin tam sərbəst olmasıdır. Müəyyən yaş həddinə çatmış qızlar ilk dəfə ona nəzər salmış oğlana elçi göndərir. Əgər müsbət cavab alarsa, oğlan öz ata evini tərk edərək qızın evinə köçür. Ərə getdikdən sonra qızlar öz nəsli familiyalarını saxlayırlar. Aynlar öz uşaqlarına doğulan kimi ad vermirlər. Bu iş 1-10 yaş aralarında, böyüməkdə olan uşağın xarakter xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Məsələn: çirkin, ədalət,Natiq, pəltək və s. kimi adlar. Aynların mənəvi mədəniyyətlərində ayıya pərəstiş ayinləri geniş yayılmışdır.

Təxminən Dzyömon dövrünün ortalarında Yaponiya adalarına digər etnik qrupların da axını başlandı. Əvvəlcə Cənub-şərqi Asiyadan və Cənubi Çindən miqrantlar gəldilər. Cənub-şərqi Asiyadan gələn miqrantlar avstroneziya dillərində danışırdılar. Onlar əsasən Yaponiya arxipelaqının cənubundə məskunlaşmışlar və əkinçiliklə, süsusilə, çəltikçiliklə məşğul olurdular. Çəltik çox məhsuldar ərzaq bitkisi olduğuna görə o, kiçik ərazilərdə də daha çox insanın yaşamasına imkan yaradırdı. Tədricən əkinçilərin sayı artır və onlar meşələri qıraraq ətraf mühitə daha çox təsir göstərməyə başlayırlar, bu isə aynların neolit mədəniyyətinin normal şəkildə mövcud olması üçün zəruri amil olan təbii tarazlığın saxlanması üçün ciddi təhlükə idi. Aynların bir hissəsi yaşayış yerlərini tərk edərək Saxalin adasına, cənubi Amura və Kuril adalarına köçürlər. Sonralar Dzyömon mədəniyyətinin sonu - Yayöy mədəniyyətinin əvvəllərində Yaponiya adalarına Mərkəzi Asiyadan bir sıra etnik qrupların axını da baş vermişdi. Onlar heyvandarlıq və ovçuluqla məşğul olur və Altay dillərində danışırdılar. (Bu etnik qruplar sonralar koreya və yapon etnoslarının əsasını təşkil etmişdir). Yaponiya antropoloqu Oka Masaonun məlumatına əsasən, Yaponiya adalarında məskunlaşan bu Altay dilli etnoslar sonralar "tenno nəsli" adlanan güclü tayfaya çevrildilər. Yaponiyada Yamato dövlətinin təşəkkülü ilə Yamato dövləti ilə aynlar arasında fasiləsiz müharibələr dövrü başlandı.

Aynlar əkinçiliklə məşğul olmamışlar, onlarda əsas təsərrüfat sahələri yığıcılıq, balıqçılıq və ovçuluq olmuşdur. Bu nöqteyi-nəzərdən aynlar demoqrafik sıçrayışa imkan vermədən təbii mühitdə insanların yayılması zamanı tarazlığın gözlənilməsinə daha çox diqqət yetirmişlər. Odur ki, aynlarda heç vaxt iri yaşayış məntəqələri mövcud olmamışdır, əsas sosial birlik formaları ayn dilində - utar/utari - "bir qəsəbədə/bir çayda yaşayanlar" adlanan lokal qruplardan ibarət idi. Neolit dövründə bu həyat tərzinin pozulmaması üçün lokal qruplar təbiətdə bir-birindən kifayət qədər aralıda yaşamağa üstünlük verdiklərinə görə, aynlar hələ qədim dövrlərdə Yapon arxipelaqına daxil olan bütün adalara yayılmışlar.




Yüklə 15,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin