Qrup-İME221
Mövzu- Mədəniyətin istehlakçı davranışına təsiri
Tələbə- Namazov Coşqun
Müəllim- Quliyev Bayram
Bakı 2023
Mədəniyətin istehlakçı davranışına təsiri
Plan Mədəniyyətin istehlakçı davranışına təsiri
Verbal və qeyri verbal kommunikasiyalarda mədəni variasiyalar
Etnik mənsubiyyət və sosial sinif istehlakçı davranışının amili kimi
I. Mədəniyyətin istehlakçı davranışına təsiri Mədəniyyət istehlak modellərinin davamlı formalarının mövcudluğunda ifadə olunur. Yalnız müxtəlif ölkələrin və dövrlərin mədəniyyətlərini müqayisə etsək, görə bilərik ki, müəyyən bir ölkədə və ya dövürdə mövcud olan istehlak formaları, digər bir ölkədə və ya dövürdə qəribə və ya hətta mənasızdır.
Makromədəniyyət bütövlükdə cəmiyyətə və onun vətəndaşlarının böyük əksəriyyətinə aid olan maddi və mənəvi dəyərlər və simvollardır.
Mikromədəniyyət isə cəmiyyətin ümumi mədəniyyəti daxilində onun bir hissəsi olan (məhdud) sayda insanlar qrupuna, məsələn dini, etnik və ya digərlərinə aid olan dəyərlər və simvollardır. Mikromədəniyyət həm də submədəniyyət adlanır.
Submədəniyyət – mədəniyyətin hər hansı bir sosial qrupa, təbəqəyə xas olan qarşılıqlı təsirin davamlı spesifik formalarını daxil edən alt sistemidir.
Submədəniyyətin ən vacib ifadələrindən biri yaş, peşəkar, regional qruplara, o cümlədən hər hansı bir ümumi fikir, maraq ətrafında birləşən (məsələn, turizm, balıq ovu), zövqləri üst-üstə düşən (məsələn, müəyyən bir musiqi janrına, üslubuna olan sevgi və s.) insanlar qrupuna xas olan istehlak modelləridir.
İstehlak sahəsinə ən böyük təsirə malik olan dini qruplardir. Məsələn, mormonlar spirtli içki, tabak, siqaret və digər stimulyatorlardan istifadə etməsələrdə meyvə şirələrinin ən əsas istehlakçılardan biri sayılırlar.
Yapon mədəniyyətinin xususiyyəti ondan ibarətdir ki, birbaşa danışıqlar zamanı idarəedən heçvaxt “Yox” sözündən istifadə etməz, ona görə ki, yapon mədəniyyətində bu söz hörmətsizlik əlamətidir. Bununla belə, onlar “Bu çox çətin olacaq” deyir, bu da “Yox” deməkdir.
Mədəniyyətin təsiri məcburiyyət xarakteri daşıyır, bu da qaydalara riayət edənləri həvəsləndirən və onları pozanları cəzalandıran sanksiyalar vasitəsilə təmin edilir. Sanksiyalar iki qrupa bölünür: pozitiv (mədəniyyət normalarına riayət edənlər üçün “pryanik”) və neqativ (normaları pozanlar üçün “şallaq”).