1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi



Yüklə 39,02 Kb.
səhifə1/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
  1   2   3   4   5   6   7   8   9   ...   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili


Mehmanxana və turizm komplekslərində qidalanmanın təşkili

1-ci mövzu

Turizm haqqında ümumi anlayışlar

Turizm və mehmanxana təsərrüfatının tarixi

İnsanların yaşadıqları yerlərdən çıxmaq və yaxın və uzaq mühitlərdə yeni yerlər görmək istəyi və arzusu ilk əsrlərdən bu günümüzə qədər sürətlənərək həmişə artmışdır. Erkən əsrlərdə insanların yerdəyişməsinə səbəb olan bir çox dini və ya iqtisadi amillər olsa da, ümumiləşdirmə aparmaq üçün ehtiyac duyulduqda qidalanma ehtiyacının qarşıya qoyulduğunu ifadə etmək olar. İnsanların yerdəyişməsinə səbəb olan amillər, yeni yerləri görmək istəyi və yeni mədəniyyətlərin tanınması turizm hərəkətlərinin yaranmasına və yayılmasına təsir edən amillər arasında öz yerlərini tutdu. Son illərdə insanların hərəkət etməsinə səbəb olan amillər, asudə vaxtın səmərəli istifadəsi və şəhər həyat tərzinin yaratdığı stress və sıxıntılar (qısa müddət olsa da), təbiətə inteqrasiya istəyi və təbii şəraitdə tətil etmək istəyi, yeni turizm konsepsiyasının cəlbediciliyi yer üçün zəmin hazırlanmışdır.

Quruluşuna görə turizm sektoru daim iqtisadi, sosial, mədəni və təbii mühitlə qarşılıqlı əlaqədə olur. İlk baxışdan əlaqəsiz görünsə də, yerləşmə, qida və içki, nəqliyyat, əyləncə, istirahət və səyahət təşkilatı kimi bütün xidmətləri özündə cəmləşdirir və dünyanın ən sürətli inkişaf edən sektorudur.

Turizm sektorunda həyata keçirilən fəaliyyətlərdən asılı olaraq xarici valyuta qazanmaq, tədiyə balansını asanlaşdırmaq və məşğulluq yaratmaq kimi müsbət təsirləri səbəbindən ölkə iqtisadiyyatına töhfə verir. Dünya Turizm Təşkilatının 2015-ci il turizm statistikasına görə, qlobal turizm fəaliyyətləri təxminən 1,2 trilyon dollar gəlir gətirir və beynəlxalq turizmdə 1,2 milyard insanın iştirak etdiyini göstərir. Dünya Turizm Təşkilatının gözləntiləri; Təxminən 1,6 milyard insanın turizm fəaliyyətlərində iştirak edəcəyi və 2020-ci ildə təxminən 2 trilyon dollar xərcləyəcəyi təxmin edilir. Məlumatlara əsasən, turizmin dünya iqtisadiyyatının ən böyük və sürətli inkişaf edən sahələrindən biri olduğu və yaxın gələcəkdə bu xüsusiyyəti qoruyacağı anlaşılır.

Turizm hərəkəti yer üzündə ilk dəfə başladığı zaman mübahisəli olsa da, ümumiyyətlə qəbul edilir ki, 20-ci əsrin ortalarından bəri indiki mənasını qazanır. Turizmin başlanğıcında olduğu kimi, sosiologiya, coğrafiya, iqtisadiyyat və hüquq kimi müxtəlif sahələrdən olan tədqiqatçıların fərqli baxışları səbəbindən ümumi bir tərif vermək çətindir. Turizm sözü latınca dönmək, ətrafında gəzmək, geri dönmək kimi mənalarına gələn “tournus” kökündən törədildiyi qəbul edilməkdə və insanların bir ox ətrafında dönmə hərəkətini ifadə etdiyi kimi qiymətləndirilir. Buradan da İngilis dili, Fransız dili, Alman dili kimi məşhur dünya dillərinə “tour” şəklində keçmişdir ki, insanların dairəvi hərəkət içində bəzi görülməyə dəyər yerləri iş və ya əyləncə məqsədi ilə gəzib geri dönmələrini ifadə etməkdədir. Turizmin tarixi qədimdən başlayır, lakin hansı əsrdən başlanması məlum deyil. Turizmin yaranması insanların qəbilə şəkilində yaşaması və ilk insan sivilizasiyasının əmələ gəlməsi ilə əlaqədardır. Minilliklərdən bəri insanlar böyük çətinliklər çərçivəsində yaşamaq uğrunda ölüm-dirim müharibəsini aparmış, bu yolda çoxlu qurbanlar vermiş və nəhayət, öz ilkin mədəniyyətini yaratmışdır. Daş dövründən bizə miras qalan qayalar üsündə rəsmlər, qədim dövrün arxeoloji tapıntıları buna əyani sübutdur.

Səyahətlər və yerdəyişmələr insanları tarix boyu müşahidə etmişdir. İnsan cəmiyyəti təkmilləşdikcə səyahətlər də dəyişmişdir. Daim sıxıntılar içərisində olan insanlar qədim zamanlardan uzun məsafələri ayaqla qət etməyə məhkum olmuşdur. Bu insanların təbiət ilə çox bağlı olması, mürəkkəb hallarda belə sıx meşələrdən, dərələrdən, çaylardan, dənizlərdən yol tapıb xilas olmaları müasir insanları çox təəcübləndirir. Səyahət zamanı insanlar sığınacaq üçün mağaralar axtarıb tapmış, yaşayış yerlərinə cığırlar salmış, hərəkət vasitələri yaratmış, bunların hamısını təkmilləşdirmiş, bütün yer kürəsini öyrənmiş və özünə tabe etmişdir.

Turizm müxtəlif insan sivilizasiyalarının yaranmasında və inkişafında mühüm rol oynamışdır. Beş min il bundan əvvəl dünyanın müxtəlif yerlərində - Çində, Hindistanda, Yaxın Şərqdə, Yunanıstanda insan sivilizasiyaları əmələ gəlmişdir. İnsanlar ölkələrarası səyahətlərə çıxmış, iqtisadi əlaqələr yaratmış və ideya mübadiləsi aparmışdır.

O dövrün qabaqcıl ideyalarını yayan alimlər və məşhur səyyahlar formalaşmışdır. Herodotun, Strabonun, Aristotelin, Pifaqorun, Demokritin, Platonun və başqa alimlərin elmi mübadilələri Avropa sivilizasiyasının yaranmasına səbəb olmuşdur.

Öz səyahətəri vasitəsilə dünyanı dərk etməyə çaşlışan “traixin atası” adlanan Herodot və Strabon çoxlu əsərlər yazmışlar, tarix, coğrafiya, etnoqrafiya, antropologiya kimi elmlərin əsasını qoymuşlar.

Misirin Aleksandriya (İsgəndəriyyə) şəhərində e.ə. I minilliyin ortalarında (ellinizm dövründə) turizmin Museyon adlı Elmi Mərkəzi yaradılmışdır. Həmin mərkəzdə dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzdən artıq məşhur alim fəaliyyət göstərmişdir.

Herodot e.ə. təxminən 484-cü ildə Kiçik Asiyanın Kalikarnas şəhərində anadan olmuşdur. Siyasi mübarizədə iştirak etdiyinə görə cavan yaşlarında ölkəni tərk etməyə məcbur olmuş və uzaq ölkələrə səyahətə çıxmışdır. Herodot öz əsərində göstərdiyi kimi, Kaspiy dənizində gəmi ilə səyahət etmiş, çox güman ki, Bakıda olmuş və Kaspiy dənizinin xəritəsini yaratmışdır. Herodotun səyahətəri 10 il davam etmişdir. Onun əsərləri külli miqdarda coğrafiya və təbiətşünaslıq sahəsində dəqiq elmi məlumatlarla zəngindir. Herodot Yunanıstanın bir saylı turisti hesab olunurdu.

İlk səyahətlərə Qədim Misir fironlarının padşahlığı dövründə, e.ə. VI-IV minilliklərdə hakim dairələrin tez-tez yaşadığı yerləri dəyişib səyahətərə çıxmalarını aid etmək olar. Misir papirusları təsdiq edirlər ki, qədim misirlilər uzaq məsafələrə səyahət edərdilər. Məsələn, 6 min il bundan əvvəl Misir hərbi sərkərdəsi Urdudu Assa padşahının dövründə uzaq Punta ölkəsinə (Somali dövlətinə) səyahət etmişdir. Punta ölkəsinə səyahətə çıxanlar gedib qayıtmaq üçün 2000 km məsafə qət edirdilər. Sonrakı minilliklərdə misirlilər XII fironlar dinastiyası dövründə Nil çayının yuxarlarına ekspedisiyalar göndərirdilər.

Qədim çinlilər nəinki Çinin daxilində səyahət edirdilər, hətta gəmilərlər üzə-üzə Sakit Okeana çıxa bilirdilər. Eramızdan çox-çox əvvəl onlar Çinin xəritəsini hazırlamışdırlar. Kompası da məhz ilk dəfə Çinlilər icad etmişdilər. Onlar Çinin daxili sularında rahat üzürdülər.

Qədim dövrün ilk dəniz səyahətəri finikiyalılara aiddir. Onlarda gəmiqayırma inkişaf etmişdir.

Onların yüngül, dəyanətli gəmiləri çox sürətlə hərəkət edirdi, asanlıqla dənizləri üzə-üzə Atlantik Okeanına çıxırdılar. İngiltərəyə səfər edən finikiyalılar bu ölkəni “qalay ölkəsi” adlandırırdılar. Onlar iki qitəyə ad vermişdilər: Avropa və Asiya.

Finikiyalılar uzaq ölkələrə səyahət edən zaman müxtəlif xalqların danışıqlarını öz əlifbalarında yaza bilirdilər. Onlar ilk dəfə qədim iyeroqlif işarələrini alfavit hərfləri ilə əvəz etmişdilər. Bu hərflərin hər birinin iyeroqliflərdən fərqli olaraq səslənməsi var idi. Finikiyanın Afrikanın şimalında yaratdığı qüdrətli Karfagen dövləti cəsarətli dəniz səyyahlarını və “yeni” torpaqların kəşf edilməsini davam etdirmişdir.


Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin