1. Kompüter sistemi vasitəsi ilə bronlaşdırmanın qısa tarixi. Kompüter sistemində olan modullar. Fidelio sistemi



Yüklə 24,92 Kb.
tarix05.12.2019
ölçüsü24,92 Kb.
#29805
mehmanxana

Plan

1.Kompüter sistemi vasitəsi ilə bronlaşdırmanın qısa tarixi.

2.Kompüter sistemində olan modullar.

3.Fidelio sistemi.

4. Lodging Touch Sistemi,nimeta Sistemi və naqilsiz daxil olma sistemi.

5. İnteraktiv Televiziya Sistemi (İTS)

1.Kompüter sistemi vasitəsi ilə bronlaşdırmanın qısa tarixi.

Bu gün qonaqpərvərlik sənayesində (QS) informasya texnologiyalarından geniş istifadə olunur. Oteldə kompüter sistemi qonaqların təhlükəsizliyini qoruyur, mehmanxananın müştəri bazasını genişləndirir və bir çox marketinq məsələlərinin həllini tapmağa imkan verir. Bu gün qonaqpərvərlik sənayesi (QS) kompüterləşməyə keçib və ilk növbədə bu o deməkdir ki, kompüterləşmə qonaqpərvərlik sənayesində bütövlüklə iş prosesini dəyişdirir və tədricən kompüterlərin vasitəsi ilə bütün mühüm məsələlər həll olunur. İkinci – kompüterləşmə prosesi əlavə vəsait tələb edir və çox bahadır. Üçüncü – kompüterləşmə əməyi yüngülləşdirməyə xidmət edir.



Kompüterləşmə prosesi müxtəlif ölkələrdə, müxtəlif müəssisələrdə müxtəlif cür baş verir. Bu ölkənin iqtisadi və qonaqpərvərlik sənayesindəki (QS) vəziyyətindən, müəssisənin rəhbərliyi tərəfindən problemlərin başa düşülməsi, müəssisənin maliyyə durumunun və ixtisaslaşmış kadrların mövcudluğundan asılıdır. QS-də kompüterləşmə prosesi başqa sahələrdən gec başlayıb. Bir çox sahələrdə kompüterləşmə 1960-cı ildə başlamışdır. QS avtomatlaşdırma imkanlarından 1970-ci ilin əvvəlinədək geniş miqyasda istifadə etmirdi. Kompüterləşmənin gec tətbiq olunması QS müəssisələrinin daha az vəsaitlə daha mükəmməl kompüter texnoloqiyalarını almağa imkan verdi. İlk universal kompüterlər 1950-ci ilin əvvəllərində yaranmışdır. Onlar vakuum lampaları əsasında yığılmış elektron sxemlərdən ibarət idi. Kompüterlərin ilk nəsli iş zamanı çox istilik verir və ləng işləyirdi. 1960-cı ilin əvvəllərində yaradılan universal kompüterlərin ikinci nəsli elektron sxemlərin əsas komponenti olan tranzistor və diodların əsasında yaradılmışdır. 1970-ci illərin əvvəllərində yeni kompüter nəsli – mini kompüter ( «mini-EHM» ) buraxılmışdır. 1970-ci ilin ortasında kompüterlərin dördüncü nəsli, mikrokompüter və yaxud “personal kompüter” lər buraxılmışdır. 1980-cı ildə yaradılan kompüterlərin beşinci nəsli hərtərəfli və güclü əməliyyat sisteminin əsasını qoymuşdur. Yığcam kompüterlər (Notebook, Laptop) bütün sistem elementlərini özündə cəmləşdirir, personal kompüterlərin funksiyalarını yerinə yetirir və rahatlıqla istifadə olunur. Ən mühüm kəşflərdən biri İnternet oldu. İnternet ümumdünya məlumatına qoşulmağa imkan yaradan böyük və mürəkkəb kompüter Şəbəkələrinin birləşməsidir. İstifadəçi internetdən istifadə edərkən dünyanın istənilən nöqtəsindən olan milyonlarla digər istifadəçilərlə informasiya mübadiləsi apara bilər. İnternet bir çox sahələri birləşdirir. Ümümdünya hörümçək toru (World Wide Web, və ya WWW) – bu yalnız bir çox digər internet hissələrindən biridir. İnternetin böyük hissəsini tutan mətn məlumatından başqa, Ümümdünya Hörümçək Toru digər səsli, animasiyalı və video informasiyaları canlandırmağa imkan verir. Həmçinin internetdə bir sıra əlavə proqramlar mövcuddur. İlk növbədə elektron poçtu və müxtəlif axtarış sistemlərini qeyd etmək olar. Bu gün elektron poçtu bütün dünyada ən məşhur əlavə kimi hesab olunur. Turizm və mehmanxana müəssisələri daha çox avtomatlaşdırmaya uğrayır, maddi vəsait sərf olunur və ixtisaslaşmış personal hazırlanır. Kompüter sistemləri tez bronlaşdırmaq imkanı yaradır. «bronlaşmanın kompüter sistemi» (BKS) anlayışı ilk dəfə 60-cı illərdə Avropa və abi – da yaranıb. İlk dəfə BKS-lər ayrıca aviaşirkətlər tərəfindən yaradılıb və özəl turizm agentliklərinin ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Aviaşirkətlərin və turizm agentliklərinin inteqrasiyası nəticəsində, dörd qlobal bronlaşdırma sistemi (Global Distribution Sistem - GDS) yaradılıb. Bu gün dünyada dörd qlobal bronlaşdırma sistemi (Global Distribution System – GDS) : Amadeus, Galileo, Sabre və Wordspan mövcuddur və bu bazarın 90%-i onlara aiddir. Bütün dünya üzrə onların 400 minə yaxın terminalları quraşdırılıb və təsadüfü deyil ki, onları “qızıl dördlük” adlandırırlar. Bronlaşdırma sistemləri ilə işləmək üçün xüsusi iş üsulu yoxdur, ona görə də hər bir mehmanxana müştərilərin tərkibinin strukturunu, qiymət siyasətini və s. Təhlil etmək lazımdır. Hər bir GDS qlobal olmasına baxmayaraq özünəməxsus yayılma sahəsi var. Amadeus və Galileo üçün bu ilk növbədə Avropa, Sabre və Wordspan üçün isə Amerikadır. Mehmanxana Şəbəkəsinə daxil olan İnterkontinental, Radisson və s. Kimi mehmanxanalarda GDS işi mərkəzləşdirilmiş formada yerinə yetirilir Qlobal bronlaşdırma sistemi əsasən bir ay əvvəlcədən planlaşdırıla bilməyən işgüzar səfərlər üçün sifariş olunur. Statistikaya görə GDS üsulu ilə bronlanmış mehmanxana uçuşdan bir neçə gün (yaxud saat) əvvəl müəyyən olunur. Hər bir bronlaşdırma sisteminin daxil olma rejimi adlanan bir neçə variantı var. Bunlar prinsipcə müxtəlif olan iki A və B tipidir. “A” tipinə daxil olarkən bronu təsdiq etmə haqqında məlumat avtomatik olaraq 7 saniyə ərzində geri qayıdır, bu da müştəri ofisə gəldiyi zaman turagentin ona tam Şəkildə xidmət göstərməsinə Şərait yaradır. “B” tipinə daxil olarkən bronu təsdiq etmə haqqında məlumat əl ilə personal provayderi (turoperator) və ya mehmanxana ilə 24 saat ərzində agentə qaytarılır. BKS terminologiyasında – tur xidmətlərilə təmin edən Şirkət, «рrovayder» adlanır. Mehmanxanaları hər hansı GDS-ə təmsil edərkən, aşagıdakıları özündə cəmləşdirməlidir: otelin ümumi və nömrə fondunun təsviri, qiymətlər, mövcud olan yerlər haqqında məlumat. Ümumi təsvir mehmanxananı yerləşdirmə obyekti kimi göstərməyə imkan verir, onun ünvanını, yerləşdiyi yeri, tikildiyi və ya yenidən bərpa ilini özündə əks etdirir və s. Bura yaxınlıqda yerləşən diqqətəlayiq yerlər haqqında məlumatlar da aiddir. Nömrə fondunun təsviri zamanı nömrələrin tipləri və dərəcələri, onların təsviri və tutumu göstərilir. Qlobal bronlaşdırma sistemləri ilə mehmanxanalardan komisyon haqqı alan peşəkar turaqentlər işləyir. Fərdi Şəxslər isə mehmanxanalarda ucuz yer tapmaq məqsədi ilə internetdən istifadə edirlər. Bu zaman heç bir agentlik komisyonu ödənilmir.

2.Kompüter sistemində olan modullar.

Qonaqlar ilə işləyən kompüter sistemi xidmətləri, müxtəlif QS müəssisələrində biri digərindən xeyli fərqlənə bilər. Kompüter sisteminə daxil olan proqramlar, struktur vahidlər olan – modullara birləşiblər. Modul – mehmanxana müəssisənin (bronlaşdırma, yerləşdirmə, hesab və s.) Müəyyən iş üsulunun qruplarıdır. Qonaqlar ilə iş zamanı əsas modullardan biri «bronlaşdırma» moduludur. “bronlaşdırma” modulu (rezervasiya) mehmanxanada nömrə (yer) bronlaşdırma üçündür və vaxta bağlanıb, təsdiq (ləğv) etmə rejimində işləyir. “bronlaşdırma” modulu qonaqların sorğusuna əsasən sifarişlərin qəbulu xidmətlərinə, məlumatın tez təhlilinə, otaqların tez hazırlanmasına, həmçinin gəlir haqqında hesabların tərtib olunması və proqnozların tərtib olunmasına imkan verir. Oteldə mövcud olan nömrələr (yerlər) haqqında məlumatlar kompüter Şəbəkələrinin ekranlarında əks etdirilir, mehmanxana Şəbəkəsinin ümumi bronlaşdırma sisteminə qoşula və ya müstəqil işləyə bilər Mehmanxana “bronlaşdırma” modulunu istifadə edəndə, bronlaşdırma xidmətinə yeni məlumat daxil edilir və ya onları kompüterin mərkəzləşmiş bronlaşdırma sistemindən alır. Bu ondan sonra gözlənilən gəlir, sifarişçilərin məlumatları və yüklənmə proqnozları fayllarında həmin vaxt təhlil edilir. Menecerin modulu. Bu modulu mehmanxananın köməkçi idarə sistemi adlandırmaq olar. O, hesabatları avtomatik rejimdə generasiya edir (əmələ gəlir). Məsələn, sistemə müəyyən vaxtda müxtəlif bölmələrin fəaliyyəti haqqında məlumat, onların hesabatlarını çap etdirmək və ya gün ərzində əvvəlcədən müəyyən olunmuş parametrlərin bəzi çətin mənalarını tapmaq tapşırığını verir. İnzibati xidmətin modulu. Nömrələrin texniki vəziyyətini, cari statusunu, qiymətlərini, otelin məşğulluğunu cəmləşdirən mərkəzləşmiş sistemdir. Onun köməyi ilə daimi müştərilərin oteldə qalma tarixi, qeydləri aşkar edilir, rezervasiya və qeydiyyatı aparılır. Deməli inzibati xidmət qonağın Şəxsi hesabının qeydiyyatını aparır ki, bu yalnız otağın deyil, həmçinin restoranda yemək, paltarın kimyəvi təmizlənməsi və s. Kimi xidmətlərin xərclərini özündə əks etdirir. Qida bölmələrinin modulu. Təchizatçılardan məlumat mətbəxdəki baş aşbaza çatır. Əgər bu məlumat anbarın doldurulmasına aiddirsə onda, o mühasibatdan keçir və daxil olan malın, sənədlərin tərtibatı aparılır. Nömrələrə xidmət Şöbəsi vasitəsi ilə mərkəzi mətbəx terminalına və həmçinin ticarət zalına qonaqlardan sifarişlər gəlir. Nömrələrin yığışdırılması və təmizliyinə baxan Şöbənin modulu. Bu Şöbə, nömrələrin vəziyyəti haqqında məlumatı Front Office Şöbəsinə verir. Ümumiyətlə hər bir nömrəyə “boş” və yaxud “qonaq yaşayır” statusu verilir. Otelin marketinq Şöbəsi mehnanxananın əsas məlumat sisteminə daxil deyil, belə ki, bu Şöbə sanki otelin xaricində yerləşir. Bu Şöbənin işçiləri oteli qonaqlarla “təchiz edən” kimi çıxış edirlər. Buna görə də bu Şöbə otelin daxili Şöbələri ilə birbaşa əlaqə saxlamır. Modula yalnız o halda ehtiyac ola bilər ki, oteldə qalmanın maliyyə Şərtlərində dəyişiklik olsun və təklif olunan xidmətlərin sayı artırılsın. Bu gün bir neçə professional işləmələr mövcuddur, ki avtomatlaşdırma sisteminin idarə etmə seçimində diqqətə layiqdir. Avtomatlaşdırma mehmanxana təsərrüfatının kompleks sisteminin çox saylı olmağına baxmayaraq, bu cür oxşar sistemlərin qurma üslubları olduqca oxşardır. Proqramlar funksional prinsip üzrə qurulub. Nömrə fondunun (Front Office) idarə olunmasında avtomatlaşdırma sisteminin proqramı, rezervasiyanı, göstərilən xidmətlərin yerləşdirilməsini, qeydiyyatını, hesablarının avtomatik aparılmasını təmin edir. Servis modul sistemləri sənədlərin, məktubların hazırlanması, əməliyyat, statistika, maliyyə hesablarının formalaşdırması üçün müəyyən edilib. Kiçik otellərdə, Front Office-də bəsit avtomatlaşdırılmış sistemlərdən istifadə olunur.

3.Fidelio sistemi.

Ən geniş yayılmış universal proqram, 20 il ərzində mehmanxana və restoranların idarə olunması sisteminin quruculuğu üzrə ixtisaslaşmış dünyanın ən böyük Şirkətlərindən biri olan Micros – Fidelio korporasiyasının kompleksidir. Bu cür sistem dünyanın ən böyük 100 mehmanxana Şəbəkəsində quraşdırılmışdır (ieraton, Hilton, Marriott, Kempinski, Hayat və s.). Fidelio sistemi mehmanxana işinin bütün mərhələlərini, nömrələrin kompüter vasitəsi ilə bronda saxlanılması, qeydiyyat, yerləşdirmə və nömrə fondunun idarə olunması, qonaqların yola salınması, mühasibat və maliyyə işlərinin aparılmasına qədər əhatə edir. Sistemin istifadəsi olduqca sadədir, heç bir fərdi kompüter tələb etmir və hər bir mehmanxanada (ölçüsündən asılı olmayaraq) istifadə olunması üçün müvafiqdir. Funksiya etibarı ilə, sistem bir neçə modula bölünür: bronlaşma, nömrə fondundan blok istifadə, tariflərin idarə olunması (gözdən keçirmə, dəyişiklik, optimizasiya), xidmətlərin paketləşdirilməsi (konfiqurasiya, satılması, nəzarəti, xidmətlərin təqdim edilməsi, haqq-hesab və s.), qeydiyyat və qonaqların yola salınması, hesabatların hazırlanması və s. Bronlaşdırma modulu 20 müxtəlif vəzifələri yerinə yetirməyə imkan verir: boş otaqların olması barədə məlumat, müştərilərin məlumat bazasının idarə olunması, hər dərəcədən olan qonaqlar üçün nömrələrin bron edilməsi, hesabat və statistikanın aparılması, avtomatik faks göndərilməsini təşkil edir. Hesabat modulu mehmanxana işində vacib olan 300 növ müxtəlif məlumat, forma, statistik materialların hazırlanması işlərini həyata keçirir. Məsələn, nömrələrin vəziyyəti barədə hesabat, mehmanxananın doldurulması, qonaqların yaşayışı, cari maliyyə vəziyyəti. Fidelio FO sisteminin quraşdırılmasının dəyəri hər sifarişçi üçün fərdidir və ilk növbədə sistemin komplektləşdirilməsi və mehmanxananın ölçüsündən asılıdır. Micros – Fidelio firmasının eksklüziv distirbyutoru HRS-dir (Hotel and Restaurant Systems). HRS, proqram və aparatların təchiz edilməsi işlərini tam hazır vəziyyətdə yerinə yetirir, heyətin təlimini həyata keçirir, istifadəçiləri dəstəkləyir.



4. Lodging Touch Sistemi,nimeta Sistemi və naqilsiz daxil olma sistemi.

Lodging Touch sistemi qonaqpərvərlik sənayesi üçün proqramın hazırlanması üzrə dünyada lider Şirkətlərdən biri olan Amerikanın MAI Hospitality Şirkəti tərəfindən yaradılmışdır. Müasir dövrdə Lodging Touch sistemi mehmanxana biznesinin komplekt avtomatlaşdırılması üzrə ən müasir proqram vasitəsidir. Digər oxşar sistemlərdən fərqli olaraq, Lodging Touch sistemi Windows NT əməliyyat sahəsində işləyir ki, bu da onun 125 fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirir, həmçinin təcrübəsiz işçilərə belə ondan istifadəni asanlıqla mənimsəməyə imkan yaradır. Sistem, mehmanxananın müxtəlif Şöbələrini avtomatlaşdıran, birləşmiş proqram paketlərindən ibarətdir: qapıçı, restoran xidməti, satınalma Şöbəsi, banketlərin təşkili və s. Lodging Touch sistemi, mühasibat proqramları, mehmanxana gəlirinin optimizasiya sistemi, ödənişli televiziya, telefon sistemi, nömrələrə girişin yoxlanılması, və s. Kimi kənar proqramlarla da əlaqəli ola bilər.

Lodging Touch sistemi – receptionist modul prinsipinə əsasən qurulub. Nömrələrin bron edilməsi (bronun rəsmiləşdirilməsi və ləğvi, gözləmə siyahısının tutulması, hər mərtəbə üçün planın həyata keçirilməsi), qonaqların yerləşdirilməsi və yola salınması, ödənişin hesablanması, gecə auditi üsulları funksiyalarını dəstəkləyən əməliyyat bloku mərkəz hesab olunur. Burada mehmanxananın vəziyyəti üzrə hesabatı nəzərdən keçirmək, (qrafik və ya cədvəl formasında), müxtəlif məlumatları (qonaq vərəqələri, pasport məlumatları və s.) Əldə etmək mümkündür. Lodging Touch sisteminin digər müxtəlif modul proqramları sırasına tariflərin idarə edilməsi bloku, nömrə fondunun idarə edilməsi bloku (otaqların təmizlənməsi və xadimələrin iş qrafikinin təşkili üçün) aiddir. Lodging Touch sistemi daxilində turizm agentliklərindən qəbul edilən sifarişlərin rəsmiləşdirilməsini təmin edən, komisyon haqqlarının hesablanması, güzəştlərin və xüsusi təkliflərin müəyyən olunması, statistikaya nəzarət funksiyalarını icra etməyə imkan verir. Bu sistemin MDB və Baltikyanı ölkələrdəki rəsmi distribyutoru LIBRA-International Şirkətidir.

Nimeta sistemi-Bu yeni sistem, kiçik və orta həcmli mehmanxanalar üçün nəzərdə tutulmuşdur. Nimeta sistemi internet texnologiyası vasitəsi ilə mehmanxanaların idarə olunması sisteminin icarəyə götürülməsi və istifadəsinə Şərait yaradır. Bu texnologiya ondan ibarətdir ki, mehmanxanadakı bütün məlumatlar və idarəetmə sistemi proqramının özü mehmanxanadan kənarda, xüsusi ilə bu məqsəd üçün ayrılmış serverdə yerləşir. Bu cür server internet provayderin təchiz edilmiş servis mərkəzində yerləşir. Buna görə də Nimeta sisteminin qoşulması və istifadəsi üçün kompüterin və internetə çıxışın olması kifayətdir. Mehmanxanaların kompüterləşdirilməsi üçün bir sıra müxtəlif sistemlər də mövcuddur. Demək olar ki, bütün sistemlər, təqribən eyni, bir-birindən cüzi Şəkildə fərqlənən, funksiya və imkanlardan ibarətdir.

Naqilsiz qoşulma sistemi-Bizim Wi-Fi texnologiyası haqqında məlumatımız var. Wi-Fi yüksək sürətdə (saniyədə 100 MV) internetə naqilsiz qoşulma imkanı verir. Wi-Fi İnterneti həqiqətən yüksək sürətli və rahat edir. İnternetə bağlanmaq üçün hansısa mürəkkəb qurulma işlərini aparmaq, məftilləri qoşmaq lazım deyil, sadəcə bağlanışı ödəmək, kompüteri qoşmaq lazımdır və sonra istədiyin yeni xəbərləri oxumaq, elektron məktublar göndərmək imkanı əldə edirsən. Naqillərin yoxluğu istifadəçiyə öz otağı, mərtəbəsi və ya binanın daxilində rahat yerdəyişmə imkanı verir. Bütün dünyada Naqilsiz İnternet, qonaqlar üçün mehmanxana xidmətləri haqqında əhəmiyyətli təəssürat yradır. Bir çox Şəbəkə otelləri artıq belə sistemlər quraşdırıblar.Mehmanxana, avadanlıqların Wi-Fi texnologiyası ilə Naqilsiz İnternetə qoşulmaqla yeni üstünlüklərə nail olur və eyni zamanda otel biznesində çalışanları və bir çox qonaqları özünə cəlb edir. Bu gün oteldə qalan qonaqlar, mehmanxana mebelinin keyfiyyətini və nömrələrin dizaynı ilə yanaşı göstərilən kompleks xidmətlərin servis səviyyəsini qiymətləndirir. Otel Naqilsiz İnternetə qoşulma xidmətindən istifadə etməklə nəyə nail ola bilər? Qonaqlar tərəfindən tələb və istək olduqda, belə xidmət mehmanxananın müvəffəqiyyətlə fəaliyyət göstərməsinə kömək edər:

 Hazırki və potensial qonaqların nəzərində mehmanxananın nüfuzu artır;

 Mehmanxana üçün gəlirli olan, biznes müştəriləri və digər qonaqları otelə cəlb edir;

 Mehmanxanadaki nömrə fondu doldurulur;

 Hər bir müştəridən əlavə xidmətlərin satışına görə gəlir artır;

 Qonaqlara göstərilən xidmətlərin avtomatlaşdırılmış üsulla aparılması (qeydiyyat, yaşama müddətinin uzadılması, nömrəyə sifarişlərin çatdırılması və s.) Xidmət keyfiyyətini və sürətini artırır;

 Otel reklama əlavə vəsait ayırmadan, sistemin köməyi ilə qonaqlara müxtəlif məlumatlar çatdırır;

 Naqilsiz qoşulma mövcudluğu, biznes – mərkəzinin avadanlıqlarından istifadəsini sadələşdirir, məsələn, sənədlərin biznes mərkəzdə çap edilməsi müştərilər üçün rahatdır;

 Naqilsiz sistem yer kürəsinin hər bir güşəsində real vaxtda tərəfdaş və iştirakçılarla seminar və konfransların İnternet vasitəsilə keçirmək imkanını verir. Yuxarda sadalanan üstünlüklərindən başqa belə sistemi tədbiq və istifadə etmək üsulu çox sadədir:

 Hər nömrəyə kabel çəkmə, divar dəlmək, kabel qutusunun quraşdırılmasına ehtiyac duyulmur;

 Sistem tez quraşdırılıb, istifadəyə verilir;

 Kompüter Şəbəkəsini bəsit bilən hər hansı işçi bu sistemi istismar edə bilər;



Bu sistemin əsas xüsusiyyətlərindən biri, bu xidmətdən asanlıqla istifadə edilməsidir. Qonağın İnternetə daxil olması üçün sadəcə kompüterı qoşub İnternet Explorer səhifəsini işə salmaq lazımdır (diğər başqa reklam informasiyasından başqa), xidmətin dəyəri və istifadə qaydaları haqqında təlimat canlanacaq. Lakin daxil olma zonasının zəif yayılmasına baxmayaraq, çox mehmanxanalar artıq onu özlərində quraşdırıblar. (Mariott, Novotel, Radisson Sas, Sheraton). Naqilsiz İnternetə daxil olma sistemi artıq bütün dünyada özünə layiqli yer tutub. Bu sistemi hava limanlarında, mehmanxanalarda, restoranlarda, kafelərdə və s. Yerlərdə quraşdırıblar. Naqilsiz daxil olma sisteminin maya dəyəri 7-9 ay ərzində ödənilir və böyük vəsait tələb etmir. Sistem qonaqlar üçün həm İnternetə giriş həm də telefon əlaqələri üçün istifadə oluna bilər. Eyni zamanda o mehmanxananın personal ilə gündəlik məsələlərin həllini tapmaq üçün istifadə oluna bilər.

5. İnteraktiv Televiziya Sistemi (İTS)

Müasir mehmanxananın lazımi informasiya alma vasitələri telefon, televizor, İnternet və s. Olmadan fəaliyyəti mümkün deyil. Otelin nüfuzlu sayılması, rəqabətli və gəlirli olması üçün, qonaqlara təklif edilən xidmətlər müasir texniki tələblərə cavab verməlidir. Müxtəlif kateqoriyalı otellər üçün nəzərdə tutulmuş bir çox interaktiv mehmanxana sistemləri var. Mehmanxananın interaktiv sistemi, müdiriyyətin müştərilərlə qarşılıqlı əlaqəsini nəzərdə tutub. Bu qarşılıqlı fikir mübadiləsi üçün kanal əlaqəsidir; nömrəni tərk etmədən müştəri hesabındaki vəziyyəti yoxlaya, əlavə xidmətlər üçün sifariş edə, otel haqqında ətraflı məlumatları ala bilər və s. Buna görə tikinti və ya mehmanxananın bərpa dövründə interaktiv sistemin qurulmasına icazə verən lazımi mühəndis kommunikasiyalarını quraşdırmaq məqsədə uyğundur. Qonaq nömrəyə daxil olduğu zaman avtomatik təbrik mesajı onun TV- qəbuledicisinə qoşulur və “Cənab Ruzvelt, bizim otelə xoş gəlmisiniz, Sizə xoş arzular diləyirəm, baş Menecer” mesajı göndərilir. Bu dərhal qonağa diqqət göstərmək imkanı verir, onun üçün müəyyən müsbət mühit yaradır və müştərilərin otelə münasibətinə yaxşı təsir bağışlayır. Qonağın nömrəyə yerləşdiyi vaxt avtomatik qəbuledici qoşulur və televizor ekranında saxlanma rejimində olan mesaj görünür. İnteraktiv sisteminin köməyi ilə qonaqlara mesajların göndərilməsi həyata keçirilir. Reception bilavasitə fərdi qonaq və qrup qonaqlara nömrələrindəki televizor ekranlarına mesajları göndərə bilər. Sistem mesajın göndərildiyini və müştəri tərəfindən oxunulduğunu təsdiq edə bilər. Müştəri interaktiv menyusundakı müəyyən səhifəni seçib mesajlarını gözdən keçirib silə bilər. Qonaq oteli tərk edən zaman mesajlar avtomatik silinir. İnteraktiv səhifədə mehmanxanada göstərilən xidmətlərin iş saatı, konfransların keçirilmə tarixləri, teatr, muzeylərin iş saatı, restoranların menyusu və s. Haqda məlumatlar göstərilir. İnternetdə axtarışsız tez və operativ lazımi məlumatı almaq imkanı qonaqlar üçün cəlb edicidir. Bundan əlavə müştəri özü televizor qəbuledicisində otel heyətinə müraciət etmədən, zəngli saatın vaxtını qura bilər. Bu funksiya özü ilə müəyyən olunmuş vaxtda televizorun qoşulmasına və qonağın yuxudan oyanmasına imkan verir. İnteraktiv Televiziya Sistemi (İTS) nömrələrdən birbaşa sifarişlərin həyata keçirmək imkanı verir; məsələn restoran və bardan sifariş, qonaq tərəfindən baqajının yığılması haqqında tələbnamə, taksinin çağırılması, kimyəvi təmizləmə və ya çamaşırxanaya sifariş. Və s. TV ekran-qəbuledici vasitəsi ilə qonaq oteldə istifadə etdiyi bütün xidmətlərin hesabına baxır, məbləğini görür, dəqiqləşdirir və bunların Front Office-ə gedib araşdırılmasına lüzum yaranmır və sadəcə pulunu ödəyir. İnteraktiv sistemindəki xəbərdarlıq funksiyası zamanı, TV-radioqəbuledici oteldə eyni vaxtda qoşulur və video və audio rejimində, əvvəlcədən hazırlanmış müvafiq məlumatları qonaqlara çatdırır (yanğın, daşqın, və ya bir hadisə olarsa və s.). İnteraktiv televiziya – ilk öncə sadə televiziyadır. İTS köməyi ilə ödənişli və açıq televiziya verilişi kanallarına çıxış yerinə yetirilir və seçilmiş kanallardan video proqramların verilişi, qonağın yaşayış hesabına əlavə edilir (bəzi TV kanalları da ödənişli ola bilər). İnteraktiv televiziya sistemi tək mehmanxanalardakı müştərilərə xidmət göstərmir – otelin istismarında da kömək edir. İnteraktiv televizorun köməyi ilə, xadimələr hər bir müəyyən otağın vəziyyətini bildirirlər. Otağın status dəyişikliyi haqqında məlumatı göndərir, nömrənin qonağın qəbulu üçün hazır olduğu və ya otaqda hər hansısa işlərin aparılması ehtiyacı olduğunu bildirirlər.Əgər mehmanxana özünə məxsus interfeyslə təchiz olunubsa, onda onların dəyişiklikləri haqqında məlumat avtomatik olaraq qonağın hesabına əlavə edilir, və bu otelə vaxta qənaət və effektiv idarə etmək imkanı verir. Bütün interaktiv funksiyalar qonağa onun profaylında göstərildiyi dildə verilir. Bundan əlavə qonaq öz istəyi ilə, İTS ilə fərdi ünsiyyət dilini dəyişdirə bilər. Mehmanxananın turizm və ya biznes istiqamətində fəaliyyətindən asılı olmayaraq, interaktiv Televiziya (İTS) sistemi aparıcı mehmanxana Şəbəkələrində quraşdırılıb.

Ədəbiyyat

1.http://unec.edu.az/application/uploads/2015/02/umumi_sfera.pdf

2.M.M.Ağakərimov. OTEL. BAKI -2008

3.H.B. SOLTANOVA, M. M. AĞAKƏRİMOV, S.İ. BABA-ZADƏ. Mehmanxana təsərrüfatı. Bakı - 2005
Yüklə 24,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin