10. Bucaq modulyasiyali radioveriCİLƏR



Yüklə 0,64 Mb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#39630
1   2   3   4   5
1.10.bucaq modulyasiyali vericil-r

10.2.2. Faza modulyatorları

Modulyasiya indekslərinin kiçik qiymətlərində siqnalların faza modulyasiyasının həyata keçirilməsi üçün Armstronq üsulundan istifadə oluna bilər. 1932-ci ildə E. Armstronq bu məqsəd üçün modulyasiyasız daşıyıcı ilə balans modulya­siyalı rəqsləri -lik bucaq altında cəmləməyi təklif etmişdir (şək. 10.2.3).

Bu sxemdə fazaçeviricisi ( kimi göstərilmişdir) daşıyıcı rəqsin fazasını dəyişdirir. Balans modulya­torunun (BM) çıxışında zəiflədilmiş daşıyıcıya malik AM – balans AM (BAM) rəqs alınır. Beləliklə cəmləyicinin (+) girişinə iki rəqs daxil olur: daşıyıcının gərginliyi

BAM siqnal



.

Cəmləyicinin çıxış siqnalını vektor diaqramının (şək.10.2.4) köməyi ilə hesablayaq. Çıxış siqnalı ilə daşıyıcı rəqsin ( - sürüşdürülmüş) fazalar fərqi:

.

Bu şəraitdə cəmləyicinin çıxış siqnalının tam fazası və amplitudası uyğun olaraq





kimi tapılır. Uyğun olaraq cəmləyicinin çıxış siqnalının riyazi modeli:



. (10.2.2.1)

Modulyasiya indeksinin kiçik qiymətlərində ( ) aşağıdakı təqribi bərabərlik doğrudur:



.

Bu hal üçün (10.2.2.1) ifadəsini aşağıdakı kimi yazmaq olar:



.

Sonuncu ifadədən görünür ki, kiçik modulyasiya indekslərində cəmlə­yicinin çıxış siqnalı fazası modulyasiya­edici siqnal qanunu ilə dəyişən harmonik rəqsdir.

Faza modulyasiyası almaq üçün istifadə olunan Armstronq üsulunun praktiki realizasiyası çətindir. Belə ki modulyasiya indeksi kiçik olduğu üçün modulyator aşağı tezliklərdə yerinə yetirilir və çoxlu sayda tezlik vurucusu tələb olunur.

Sonuncu misalda baxılan bir neçə tezlik vurucu pilləyə malik tezlik modulya­toru sistemi çox nəhəngdir. Ona görə də faza modulyasiyalı (böyük modulyasiya indekslərində) vericilərdə avtogeneratorunun konturunda varika­pa və tezliyi fazaya qədər dəqiqliklə avtomatik kökləmə sxeminə malik modulyatorlardan istifadə olunur.



1 İngilis sözüdür: vari(able) – dəyişən və cap(acity) - tutum.




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə