16. Torpaqlardan, sudan istifadənin hüquqi əsasları



Yüklə 15,88 Kb.
tarix02.01.2022
ölçüsü15,88 Kb.
#44079
T.İ.Q imtahana hazırlıq


16. Torpaqlardan, sudan istifadənin hüquqi əsasları

Təbiətdən istifadənin iqtisadiyyatı təbiətlə cəmiyyətin qarşılqlı təsirinin ümumi qanuna uyğunluqlarını və təbiətdən istifadənin iqtisadi səmərəliliyini öyrənir. Torpaq xarici mühitin mühüm amillərindən biri olmaqla təbiətin başlıca nemətidir. Torpaq maddi nemətlər istehsalının əsası və xalqın tükənməz sərvətidir. Torpaq - insanın həyat vasitəsidir, ona görədə torpaqdan səmərəli istifadə etmənin ümumdövlət, ümumbəşər əhəmiyyəti var. Torpaqlar strukturlu və struksuz olur. Strukturlu (möhkəm, suda dağılmayan kəltən-

ciklərdən ibarət torpaq) torpaqlar istehsal əhəmiyyətli torpaqlardır, bitkilərin suya, havaya və qidaya olan bütün tələbləri ödənilir. Məhsuldarlıq yüksək olur. Struktursuz torpaqda (qumsal, torflu, şorəkət) su və hava antoqonist olur. Torpaq suyun təsirindən tez dağılır, su və hava keçə bilmir, tez bataqlıqlaşır.

Torpağın fiziki xassələrinə torpağın məsaməliliyi su, hava və istilik rejimi aiddir. Bu xassələr torpağın məhsuldarlığını, bitkilərin inkişaf şəraitini və sanitariya vəziyyətini xarakterizə edir. Torpağın mexaniki, təbii, kimyəvi, bioloji və sanitariya cəhətdən çirklənməsi növləri vardır. Mexaniki çirklənmə – torpaq səthinin müxtəlif tullantılarla (inşaat materialları, dəmir – beton hissələri məişət tullantıları və s.) çirklənməsidir. Kimyəvi

çirklənmə zamanı tərkibində sink, civə, qurğuşun, flüor, manqan, dəmir olan tullantılar torpağa düşür. Bunlar əsasən elektirik stansiyaları və sənaye müəssisələri tərəfindən torpağa atılır. Bioloji çirklənmə torpaqda yaşayan mikroorqanizmlərin və müxtəif həşəratların təsiri ilə baş verir. Torpaqda olan patogen mikroorqanizmlər helmint sürfələri insan və heyvanların müxtəlif xəs-

təliklərə tutulmasına səbəb olur. Xəstəlik törədicilər uzun müddət yaşaya bilir.Torpaq təbii hadisələr quraqlıqlar, çox şaxtalı havalar, yanğınlar, fırtına, qum və qar hücumu, daşqınlar, zəlzələ, vulkan və s. nəticəsində də çirklənir. havasının çirklənməsinə və əksinə, suyun və havanın cirklənməsi torpağın çirklənməsinə səbəb olur. Onlar, heyvanlar və insanların zəhərlənməsinə, bitkilə-

rin inkişafdan qalmasına və məhsuldarlığının azalmasına səbəb olur.

Torpağı çirklənmədən qorumaq üçün vaxtaşırı

onun çirklənmə vəziyyəti sanitar – epidemioloji

stansiyalar tərəfindən yoxlanmalıdır. Bu zaman

ərazidə torpağın fiziki, bioloji kimyəvi göstəriciləri nəzərə alınmalıdır. eroziya və deflyasiyasıdır. Eroziya – yerin səth sularının, küləyin təsirindən torpağın dağılması və münbit qatının itməsidir. Deflyasiya – torpağın

küləyin təsirindən sovrulması və münbit qatının dağılmasıdır. Eroziya və deflyasiya texnogen və antropogen mənşəli olur. Onlar təsərrüfata böyük ziyan

vurur. Eroziya ilə mübarizə ümumxalq işidir. Torpaq

eroziyası ilə mübarizə təbiətdən səmərəli istifadənin başlıca vəzifələrindən biridir.

Torpaq eroziyasının

mübarizə tədbirləri bunlardır.

1. Eroziyanı törədən səbəbləri aradan qaldırmaq.

2. Eroziyaya qarşı

mübarizətədbirləri tətbiq

etmək


3.Eroziyanın

təsərrüfata təsirinin mənfi nəticələrini aradan qaldırmaq

Su elə bir xüsusi xammaldır ki, onsuz heç bir texnologiyanin realizəsi mümkün deyil. Su hər yerdə və hər sahədə istifadə olunur. O hər bir insan üçün

vacib sayılan son məhsullardan biridir. Məhz buna görə təsərrüfat fəaliyyəti prosesində istifadə olunan suyun miqdari bütün istehlak olunan xammalların həcmindən dəfələrlə çoxdur.Respublikamiz su ilə az təminatlı regionlardan sayilir. Qonşu Qafqaz respublikaları ilə müqayisədə Azərbaycan öz yerli su ehtiyatlarına görə axırıncı yerdədir. Su resurslarından səmərəli istifadənin əsas istiqaməti əsas su istehlak edən sahələrdə su istehlakının həcminin azaldılmasıdır. İkinci istiqamət – sudan istifadənin bütün mər-

hələlərində su itkilərinin qarşısının alınmasıdır. Ən

çox su itkiləri suvarmada baş verir.Azərbaycanda sudan istifadə ―Azərbayan Respublikası Su Məcəlləsi‖ qanunu (1997) ilə tənzim edilir. Həmin qanun respublikada su ehtiyatlarından

istifadə və qorunması ilə bağlı hüquq münasibətlərini

tənzimləyir. Qanunvericiliyin bu bölməsində su obyektlərindən istifadə hüququ, su obyektlərinin istifadəyə verilməsi qaydaları, sudan istifadə edənlərin hüquqları və s. izah olunur. Su resurslarından istifadə iki istiqamətdə baş verir. Suyu texnoloji proseslərdə və məişət təsərrüfatı

sistemində istifadə edən subyektləri su istehlakçıları adlanır. Əsas su istehlakçısı sənayedir.

Su ehtiyatlarının müəyyən qədəri təbii göllərdə cəmləşmişdir. Yerüstü su ehtiyatlarının əsas mənbəyi Kür, Araz çayları və onların qollarıdır. Respublikamızın su ehtiyatları ilk növbədə şirin su ehtiyatları nəzərdə tutulur. Su ehtiyatına

görə Azərbaycan MDB respublikaları içərisində

11-ci yeri tutur. Azərbaycan ərazisində olan kiçik çaylar çox vaxtı quru olur. Ümumiyyətlə Azərbaycanın bütün çayları Xəzər dənizi hövzəsinə aid olmaqla üç qrupa bölünür:

1. Kür hövzəsinə aid olan çaylar.

2. Araz hövzəsinə aid olan çaylar.

3. Bilavasitə Xəzər dənizinə tökülən çaylar

Respublikamızın ərazisindəki bütün çaylar

axım xüsusiyyətinə görə üç qrupa bölünür:

1. Bütün il müddətində axın müşahidə

edilən çaylar.

2. Quruyan çaylar – bu çayların fəaliyyəti

qarların əriməsindən, şiddətli yağışlardan

və qismən yeraltı sulardan asılıdır.

3. Müvəqqəti axınlı çaylar – bu çaylarda

axın yalnız şiddətli yağışlar zamanı

müşahidə edilir.

Çaylara və su hövzələrinə daxil olan maddələr nəticəsində baş verən çirklənməni aşağıdakı

növlərə ayırırlar:

1. Mineral çirklənmə – bu növ çirklənmə maşınqayırma, metalurgiya, neft çıxarma və neft ayırma, tikinti, dağ-mədən və başqa sə-

naye sahələrinin çirkab sularında müşahidə

edilən (qum, gil, filizlər, mineral duzların məhsulları, turşular və s) mineral maddələr

vasitəsilə baş verir.

2. Üzvi çirklənmə – bu çirklənmə ilk növbədə

yüksək karbonluluğa malik kağız, toxumlar,

tərəvəzlər və bitkilər qalıqları vasitəsilə

yaranır.

3. Bakterioloji və bioloji çirklənmə – belə növ



çirklənmə kiçik bakteriya, yosunlar və qıcqırmış kif köbələklər vasitəsilə yaranır.
Yüklə 15,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin