1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətmişlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar
anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə
qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə
ehtiramını bildirdi.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər,
komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş
Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Sonra dövlətimizin başçısına abidənin yerləşdiyi parkda və onun ətrafında görülmüş
abadlıq və yenidənqurma işləri barədə məlumat verildi.