2 ŞƏrq ruhu ruh hələ o dərəcədə mücərrədləşməmiş



Yüklə 58,5 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü58,5 Kb.
#2052
növüMücərrəd
  1   2



2-1. ŞƏRQ RUHU

Ruh hələ o dərəcədə mücərrədləşməmiş,

təbii başlanğıcından ayrılmamışdı.

Hegel

Kimin ki, qəlbində insani ləyaqət hissi şölələnir, o hələ böyük xa­rüqələr yaratmaq imkanını itirməmişdir. Lakin, digər tərəfdən, o bəlkə də bu hissin təhqir oluna biləcəyindən qorxaraq, bu şö­lə­lə­rin sönə biləcəyindən qorxaraq, həyatda fəal mövqe tuta bilmir, mü­barizlik ruhunu itirir, şəxsi ləyaqətinin passiv müha­fi­zinə çevrilir.

Lakin insan küləklərə, dalğalara qarşı getməkdən çə­kinmə­mə­lidir. O inanmalıdır ki, harada isə sönməyən bir atəş var. Və nə vaxtsa külək güc gəlsə və qəlbin incə, xə­fif alovunu söndür­sə, o yenidən həmin ocağın köksünə sığınacaq və ondan atəş alacaqdır.

Milyon illər davam edən əməli fəaliyyət prosesində in­sanda heyvani instinktiv hisslərdən fərqli olan nəcib və ali hisslər – insani hiñslər yaranıb və bu hadisə bəşər ta­rixinə «Şərq ruhu» adı ilə daxil olub. Həmin ruhu ata-baba­larımız bir məşəl kimi nəsildən-nəslə ötürüb yaşadıb­lar.

Əsrlər ötüb, nə vaxtsa əzəmətli, lakin buz kimi soyuq olan ağıl dəryasının təlatümləri sahili bürüməyə başlayıb və bütün alçaq sahələrdəki alovların üzərinə su çiləyib, on­ları söndürüb. Atəşlər söndü, ehtiraslar cilovlandı, meydanı mücərrəd təfəkkür tutdu. Bu hadisə bəşər tarixinə «Qərb ruhu» adı ilə daxil olub.

Lakin Qərb ruhu alçaq əraziləri sulara qərq etsə də, uca zir­və­lərə qalxa bilməyib. Uca zirvələrdəki ocaqlar toxunul­maz qalıb.

Hamıda potensial imkan şəklində həm pri­mitiv, həm də ali, həm mənfi, həm də müsbət hisslər var. Lakin tərbiyə, mühit, hakim ruh bunlardan hansını isə can­landırır, gerçəkliyə çevirir, digərləri isə passiv imkan şəklində qalır. Necə ki, elə yazılar olur ki, onu yalnız alovda isindirəndə oxunmağa başlayır, eləcə də qəlbimizin potensial hisslərini müəyyən bir canlı təsir, müəyyən bir atəş öz hərarəti ilə isindirərkən, onlar oyanır, fəal qüvvəyə çevrilir, «cahanda kamalın qalib gələcəyinə» əminlik yaranır.

Bu sönməyən atəş, bu insani ləyaqət şöləsi əsrlərdən bizə miras qalmış mənəvi sər­vət­lə­ri­miz, adət-ənənələrimiz, dini-əxlaqi dəyərlərdir. Onu intellektual inqilabın tufanlarından, ro­bot erası­nın buz kimi soyuq nəfəsindən qorumaq vəzifəsi böyük bir sivi­li­za­si­yanın, müqəddəs bir ruhun “olum, ya ölüm” məsələsidir, üçüncü mi­nilliyin əvvəlində Şərq xalqları qarşısında duran ən böyük tarixi missiyadır.

Qərb dənizində batmamaq, yaxşı üzə bilmək üçün intel­lekt gə­misi lazımdır. Şərq intellektdən heç vaxt korluq çəkməyib. La­kin Şərqdə ənənəvi olaraq hərə öz gəmisi ilə üzməyə çalışıb. Birlə­şib böyük gəmi düzəlt­mək istəməyiblər. Öz gəmisini qura bilmə­yən­lər suya qərq olublar.

(Deyirlər ki, Şərq adamların sayına görə Qərbdən üstündür. Lakin Qərbdə buz kimi soyuq nəfs dalğaları üzə­rində böyük icti­mai gəmilər üzür. Şərqdə isə öz şəxsi gəmiləri ilə möhtəşəm dalğalara sinə gə­rib üzənlər azlıq təşkil edir).

Digər tərəfdən öz kiçik şəxsi gəmilərində üzənlər Qərbin bö­yük gəmiləri ilə qarşı-qarşıya gəlməmək üçün onların dalınca üz­mək məcburiyyətindədirlər.

Böyük dalğalar Şərqin alçaq təpələrdəki məşəllərini suya qərq edib. Ancaq uca zirvələrdəki alov hələ də şölələnməkdədir və yal­nız nəfs dalğalarının fövqünə qal­xanlar bu sönməz ruha qovuşa bilərlər.

Orta əsrlərdə məhz nəfsin əql vasitəsilə məhdudlaşdırılması, idarə olunması, insanın düşüncəli bir varlıq olaraq öz bədəni və instinktləri üzərində qələbəsi uğrunda mübarizə getmiş və bu proses fərdi miqyasdan çıxaraq bir ruhani hərəkat səviyyəsinə qalxmışdır. Süfizm də bu hərəkatın nəzəri əsası kimi formalaş­mışdır. Lakin bu təlimi sadəcə nəzəriyyədən fərqləndirən əsas cəhətlərdən biri də budur ki, burada ideya həyat tərzi ilə çulğalaşır, vəhdətdə olur.

Şərq kimi tanıdığımız sosial fenomen əvvəlcə fərdi-mənəvi bir fenomen kimi formalaşır. Şövqlü fəlsəfi təlim, dərin dini hiss və onlara tabe etdirilmiş solğun cismani həyat vahid fenomendə – şərqliliyin mahiyyətində qovuşur. Əmin ər-Reyhani «Məe Şərqəm» şerində şərqliliyin mahiyyətini bir neçə baxımdan təqdim edir. Aida İmanquliyeva onun yaradıcılığını tədqiq edərkən məhz bu məqamları ön plana çəkir və həmin şerin geniş təhlilini verir.



Yüklə 58,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin