2. Üçüncü koalisiyanın müharibələri



Yüklə 12,77 Kb.
tarix28.12.2021
ölçüsü12,77 Kb.
#48040
Üçüncü koalisiyanın müharibələri


2. Üçüncü koalisiyanın müharibələri.

Fransa İngiltərəni və onun müstəmləkələrini işğal etmək planı hazırlamışdı. 1802-ci ilin payızında Parma, Pyemont və İveçrə Fransaya birləşdirilmişdi. Napoleonun bütün tələblərinə baxma yaraq İngiltərə öz qoşununu Maltadan çıxartmadı. Fransa Yaxın Şərqə yeni müdaxiləyə hazırlaşırdı. 1803-cü ilin mayında İngiltərə ilə Fransa arasında hərbi əməliyyatlar bərpa olundu. Fransa qoşunu Hannoverə daxil oldu. Rusiyanın İngiltərə ilə Fransanı barışdırmaq cəhdləri nəticəsiz oldu. Napoleon İngiltərə ərazisinə desant çıxarmağa hazırlaşırdı. Rusiya başa düşürdü ki, təkcə diplomatik vasitələrlə Fransanın Aralıq dənizi hövzəsinə və Mərkəzi Avropaya müdaxiləsinin qarşısını almaq mümkün olmayacaq, Avropa dövlətlərinin iştirakı ilə müdafiə ittifaqlarının yaradılması zəruridir. 1804-cü ildə Rusiya ilə Fransa arasında diplomatik münasibətlərin kəsilməsi Napoleon Fransasına qarşı Avropa dövlətlərinin üçüncü koalisiyasının yaradılmasını sürətləndirdi. Rusiya və İngiltərə 1805-ci ilin aprelin 11-da Peterburqda ittifaq müqaviləsi bağladılar.



Napoleon 1805-ci ilin martında özünü İtaliya kralı elan etmişdi. 1805-ci ilin iyun ayında Genuya və Lukka Fransaya birləşdirilmişdi. Napoleonun İtaliyadakı işğalları Avstriyanın mənafelərinə zidd idi və Avstriya 1805-ci ilin avqustunda İngiltərə-Rusiya ittifaqına qoşuldu. Rusiyanın müttəfiqləri olduğuna görə İsveç, Danimarka və Siciliya da üçüncü koalisiyada iştirak edirdilər. 1805-ci ilin sentyabrın 23-də Türkiyə Rusiya ilə ittifaq müqaviləsi bağlayıb koalisiyaya qoşuldu. Qara dəniz boğazlarını Rusiya və Türkiyə birlikdə qorumalı idi. Rusiyanın hərbi gəmiləri boğazlardan sərbəst keçirdi, qeyri-Qara dəniz gəmiləri isə keçə bilməzdi. 1805-ci ilin oktyabrın 21-də admiral Nelsonun başçılığı ilə ingilis donanması Trafalqar döyüşündə birləşmiş Fransa-İspaniya donanmasını məğlub etdi. Avstriya tərəfindən hücum təhlü kəsini nəzərə alan Napoleon Britaniya adalarına hücumdan imtina edib əsas qüvvələrini Avstriya ordusuna qarşı yönəltdi. 1805-ci ilin oktyabrın 20-də Fransa ordusu Ulm döyüşündə Avstriya qoşununu məğlub etdi və Napoleon noyabrda Vyanaya daxil oldu. 1805-ci ilin dekabrın 2-də Fransa ordusu Austerlits döyüşündə birləşmiş Avstriya və Rusiya qoşunlarını məğlub etdi. Bu qələbə nəticəsində İngiltərə qitədə öz müttəfiqlərini itirdi. Austerlits qələbəsi Prussiyanın mövqeyinə təsir göstərdi. 1805-ci ilin noyabrın 3-də bağlanmış müqaviləyə görə Prussiya Rusiya ilə birlikdə Fransaya qarşı çıxış etməli idi. Lakin Austerlits döyüşündən sonra Prussiya höküməti qələbə münasi bəti ilə Napoleonu təbrik etdi. Napoleonun tələbinə uyğun olaraq 15 dekabr 1805-ci ildə Prussiya ilə Fransa arasında ittifaq müqaviləsi imzalandı və Napoleon Hannoveri Prussiyaya verdi. 26 dekabr 1805-ci ildə Fransa ilə Avstriya arasında imzalanmış Presburq sülhünə əsasən Avstriya Fransanın Qərbi Avropada bütün işğallarını tanıdı, Fransaya Venetsiyanı, İtaliyanı və Dalmatsiyanı, həmçinin 40 milyon təzminat, Tirolu isə Fransanın Almaniyadakı müttəfiqlərinə verdi. Avstriyanın Almaniya torpaqlarında hökmranlığına son qoyuldu. 1806-cı ilin avqustun 6-da Avstriyanın dövlət başçısı F.İosif alman imperatoru titulundan imtina etdi və Müqəddəs Roma imperiyası öz mövcudluğunu dayandırdı.
Yüklə 12,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin