Muhazirə8
Qafqazın Rusiya tərəfindən işğal edilməsinin başa çatması
Plan:
1.XIX əsrin əvvələrində Qafqazda hərbi-siyasi vəziyyət, Rus-Türk, Rus-İran müharibələri
2.Gürcüstanın və Azərbaycanın işğalı
3.Şimali Qafqazın işğalı
Ədəbiyyatlar:
1.Azərbaycan tarixi yeddi cilddə
2.Q.Əliyev. Qafqaz tarixi
3.R.Qurbanov. Qafqaz tarixi
I Pavelin ölümündən sonra (11 mart 1801) Rusiyanın xarici siyasəti xeyli fəallaşdı. Rusiyanın yeni imperatoru I Aleksandr İngiltərə ilə əlaqələri tez bərpa etdi (1801 oktyabr) və Fransa ilə “sülh, dostluq və əmin-amanlıq” haqqında müqavilə imzaladı. Avropada müharibənin dayandırılması Rusiyanın Qafqazda əl-qolunu açdı. Нələ I Pavelin sağlığında Peterburq hökuməti Qafqazda daha fəal hərəkət etməyi tələb edirdi. Ona görə də Gürcüstandakı vəziyyət, rus tacir və mülkədarların Qafqazda və şərqdə ticarət əlaqələrini bərpa etməli idi.
Gürcü çarı II İraklinin ölümündən sonra hakimiyyətə gələn çar XII Georgi Rusiyadan xahiş etdi ki, onun çarlığını tanısın və kömək üçün hərbi dəstə göndərsin. I Pavel yenə də cavabı bir qədər gecikdirmişdi, lakin ikinci dəfə xahişdən sonra gürcü çarlığını təsdiq edən qramota və hərbi kömək üçün Yeqorov polku Gürcüstana göndərildi. İran şahının da hücumu ilə əlaqədar sonra daha böyük hərbi qoşun göndərildi. Rus ordusu avar xanının hücumunun qarşısını aldı.
Gürcüstandakı vəziyyəti öyrənən çinovnik qraf A.A.Musin-Puşkin məlumat verərək bildirdi ki, Gürcüstanın birləşməsini Rusiya təmin etməsə əks təqdirdə Gürcüstan şah və yaxud sultan hökumətinin təsiri altına keçəcək. Gürcüstanın Rusiyaya birləşdirilməsi ancaq Osmanlı imperiyasının Rusiyaya qarşı hücumunun qarşısını ala bilər və bərəkətli torpaqlar Rusiya üçün sərvət ola bilər. Bu məlumatı dinləyən dövlət məsləhət şurası tezliklə onu təsdiq etdi. Bundan sonra Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqındakı manifesti I Pavel 30 (18) yanvar 1801-ci ildə təsdiq etdi. Bu vaxt artıq XII Georgi ölmüşdü. Gürcüstan quberniyasının təsdiqi barədəki senatın qərarı isə 1801-ci ilin mart ayında I Pavelin öldürülməsindən 5 gün qabaq verilmişdi. I Aleksandr hakimiyyətə gələndən sonra Gürcüstan məsələsi yenidən 2 dəfə dövlət səviyyəsində müzakirə edildi (22 (10) və 27 (15) apreldə). Müzakirədə P.A.Zubov və V.A.Zubov qardaşları, knyaz Q.Qalitsın, P.Lopuxin, D.Troşinski və b. öz fikirlərində bildirdilər ki, Rusiya cənubda möhkəmlənməlidir. Dövlət Şurasının üzvləri bildirdi ki, Gürcüstanın ərazisi Cənubi Qafqazda müsəlman xalqlarının ərazisini ayırır. Ona görə də Gürcüstanın Türkiyənin təsiri altına keçməsinə yol verməmək üçün Rusiya Ön Qafqazqabağı ərazilərə və Qafqaz xəttinə nəzarəti öz əlinə almalıdır. Gürcüstan Rusiya üçün böyük strateji əhəmiyyətə malik ərazi idi.
1801-ci ilin avqust ayında V.A.Zubovun, Gürcüstanın Rusiyaya birləşdirilməsi barədəki məlumatı dinlənildi və məlum oldu ki, gürcü zadəganlarının yarısı gürcü çarlığını saxlamaqla Rusiyanın himayəsinə keçməyin tərəfdarıdırlar. Zadəganların qalan yarısı və bütün sadə əhali tamamilə Rusiyaya birləşməyin tərəfdarıdır. Bundan sonra I Aleksandr sentyabrın 24-də (12) 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi manifestini təsdiq etdi. Bununla Gürcüstan Rusiyanın daxili idarəçiliyinə keçirildi.
Gürcüstanın Rusiyaya birləşdirilməsi və Gürcüstan-hərbi yolunun çəkilməsi Rusiyanın bütün Qafqazda mövqeyinin möhkəmlənməsinə və Rusiyanın bu ərazidə sonrakı siyasətinin həyata keçirilməsi strategiyasına və taktikasına müsbət təsirini göstərdi. Gürcüstanın köməyi ilə Rusiyanın Cənub-Şərqi Qafqaz və Şimal-Şərqi Qafqazda siyasətinin həyata keçirilməsi təmin edildi. Şimali Qafqazda əhalinin etnik qruplara ayrılması onların birgə müdafiəsinin təşkilinə mane olurdu. Dağıstanda ondan artıq feodal sahibkarlığı və 60-dan artıq kənd icması saxlanılırdı. Çar hökuməti Gürcüstandan sonra Dağıstanın şimal hissəsini tezliklə özünə birləşdirməyə çalışırdı. Bundan sonra Şimali Azərbaycan xanlıqları da belə təkliflə Rusiyaya müraciət etmişdi. Dərbənd və Bakı sahibkarları isə bu məsələdə ikili mövqe tuturdular. 1802-ci ilin sentyabr ayında Şimali-Şərqi Qafqazın bütün sahibkarlarının Georgiyev qalasında qurultayı keçirildi. Sonra isə 1802-ci il dekabrın 26-da onların razılığı ilə ümumi müqavilə imzaladı. Bağlanmış Şimali Qafqazda xan və dağlı icmalarının Rusiyanın tərəfində olduğunu elan etdi. Georgiyev qurultayından sonra 1802-ci il oktyabrın 15-də (3) Avar xanlığı belə bir qərar qəbul etdi. 1803-cü il aprel ayında xanlığın Xunzax şəhərində Sultan Əhməd xan Rusiyanın himayəçiliyini qəbul etdi.
1802-ci il sentyabrın 11-də general-leytenant P.D.Sişianov Qafqaza baş komandan təyin edildi. O, mənşəcə gürcü olub qədim knyaz familiyasına knyaz familiyasına mənsub idi. 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdu. I Aleksandrın tapşırığı ilə Sisiamov 1802-ci ilin dekabr ayında Georgiyevskdə Quba, Dərbənd, Talış xanları və Dağıstanın bəzi hakimləri ilə görüşüb danışıqlar aparmışdı. Bakı xanı görüşə getməmişdi. Bütün mübahisəli işlər sülh yolu ilə və İrana qarşı birgə mübarizə aparmaqla həll edildi. Sonra 1803-cü ildə Bakı xanlığı ilə də belə müqavilə bağlandı. Lakin Azərbaycan xanlıqları bundan sonra İranın yox, Rusiyanın təcavüzünə məruz qaldı. Ona görə Georgiyevsk müqaviləsi əhəmiyyətsiz qaldı. Şərqi Gürcüstan işğal ediləndən sonra Azərbaycanda ilk hədəf Car-Balakən oldu. Rus qoşunlarına burada Qulyakov komandanlıq edirdi. 1803-cü il martın 2-də hücum başlandı, 8-də Balakən tutuldu. Martın 29-da Car təslim oldu. 1804-cü il yanvarın 25-də Qulyakov çarlılar tərəfindən öldürüldü.
1804-cü il yanvarın 2-dən 3-ə keçən gecə ruslar iki istiqamətdə Gəncəyə hücum etdilər. Qarabağ qapısı tərəfindən general Partyankin hücum etmişdi. İlk döyüş Quluqobu deyilən yerdə oldu. Gəncə döyüşündə 1500-dən çox adam həlak oldu. Cavad xan və oğlu Hüseynqulu ağa həlak oldular. Şəhər hücumla alındı və Yelizavetpol dairəsi adında Rusiyaya birləşdirildi.
Bu vaxt İran şahı Rusiyaya qarşı müharibəyə hazırlaşırdı. İran şahı və Türkiyə sultanı belə güman edirdi ki, Qərbi Avropadakı yeni müharibə təhlükəsi Rusiyanı Qafqazdan uzaqlaşdıracaq. 1805-ci ildə Fransanın əleyhinə olaraq İngiltərə, Avstriya və Rusiyadan ibarət güclü ittifaq yaradıldı. Yaranmış vəziyyətdən istifadə edən I Napoleon İran və Türkiyəni Rusiyaya qarşı müharibəyə qaldırmağa səy göstərdi. Rusiya ilə Türkiyə arasındakı müqavilə pozularaq öz əhəmiyyətini itirdi. P.A.Sisianov müxtəlif sayda müxtəlif ərazilərə 15 min piyada və süvari dəstə, 24 top göndərdi. Əsas məqsəd Rusiyanın mövqeyini Cənubi Qafqazda möhkəmləndirmək idi.
1804-cü ilin may ayında İran şahının fövqəladə səfiri Sisianovun yanma gələrək tələb etmişdi ki, rus qoşunları təcili olaraq Azərbaycan xanlıqlarını, Gürcüstan, Dağıstan ərazilərini tərk etməlidir. Şah ordusu İrəvan üzərinə yeriməklə Gürcüstanı tutmaq əzmində idi. Eyni zamanda Kabardin, Çeçen və Osetin knyazlıqlarından və əhalidən bütün dağ yollarını rus qoşunlarına qarşı bağlamağı tələb etmişdi.
Bu məqsədlə şahın saray adamları Gürcüstanın Rusiyaya qatılmasından narazı olan və Gürcüstanda irsi hakimiyyətə gələn çar adamlarından istifadə etməyə səy göstərdilər. Əslində Gürcüstanın Rusiyaya qatılmasında XII Georginin qardaşı Aleksandr və bir sıra çar adamları Gürcüstanın milli marağını ruslara satmışdılar.
İran şahı Rusiyaya qarşı müharibəyə ingilislərə və Qafqazın İran şahı tərəfində olan varlı adamlara və əhalisinə arxalanaraq başlamışdı. Lakin az sonra bu ümid tamamilə yalan oldu. Çünki İngiltərənin özünə Rusiya ilə Napoleona qarşı ittifaqa girmək lazım idi. Əlbəttə, Britaniya hökuməti Rusiyanın Qafqaza girməsini istəmirdi, ona görə də müharibənin ilk ilində az miqdarda pul, zabit və silahla köməklik göstərdi. Bu məsələdə İngiltərənin əsas müttəfiqi Fransa idi.
Bu zaman Rusiyanın Qafqazda qoşunu cəmi 20 min nəfərə yaxın idi, həm də demək olar ki, hər yerə səpələnmişdi. Az saylı rus ordusuna keçilməz dağ ərazisində müharibə aparmaq çətin idi. Ona görə də Sisianov taktiki planlardan istifadə etdi. Qələbə qazanmaq üçün müxtəlif istiqamətlərdən hücuma keçməklə gözlənilməz zərbələr endirdi. Eçmiadzində şah ordusunu məğlub edərək İrəvanı təhlükə altına aldı. Hər yerdə erməni Rusiyanın tərəfində idi. Əsrin əvvəllərində İmeretiyada II Solomon çarlıq edirdi. O, mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün Meqreliya, Quriya, Abxaziya və Svanetiya knyazlıqlarını özünə tabe etmək, Türkiyəni Batum, Poti və Suxumdan çıxarmaq istəyirdi. Bu məqsədlə Rusiya himayəsinə keçmək istəyirdi.
1803-cü ildə Meqreliya knyazı Qriqol Dadiani Rusiya himayəsini qəbul etdi. Bundan sonra Rusiya hökuməti İmeretiya çarı II Solomona himayəçilik istəməsini tələb etdi. 1804-cü ildə İmeretiya Rusiya təbəəliyini qəbul etdi. Hər iki çarlıq ərazisində rus qoşunları yerləşdirildi. Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə əlaqədar əksər ermənilər Gürcüstana köçürüldü. İrəvan qalasını almaq üçün rus ordusunda artilleriya çatmırdı. Şahın tərəfdarları Şimal-Şərqi Qafqazın əhalisini Rusiyaya qarşı ümumxalq mübarizəsinə qaldıra bildilər. Lakin ayrı-ayrı Osetin feodalları silahlı dəstələr təşkil etdilər. Əhməd Dudarov adlı sahibkar narazı kəndliləri toplayaraq Rusiyaya qarşı mübarizəyə qalxdı. O, açıq-aşkar əhalini rusları məhv etməyə çağırırdı. Silahlı üsyanın təzyiqi nəticəsində rus ordusu 1804-cü ilin payızında Vladiqafqazdan çəkilmək məcburiyyətində qaldı. Sisianov da İrəvanı tərk edərək Gürcüstan-hərbi yoluna çəkildi. Şərqi Qafqazda Dağıstan sahibkarlarının bir qrupu və Şimali Azərbaycan açıq-aşkar Rusiyaya qarşı qalxdı. Qazıqumuq xanı Surxay xan bütün dağlıları ruslara qarşı müharibəyə çağırdı. Lakin yenə də şahın planında nəzərdə tutduğu kimi bütün Dağıstanı Rusiyaya qarşı qaldıra bilmədilər. Çünki əks qüvvələr də güclü idi. Hələ 1804-cü ildə Şahəli xanın başçılığı ilə Dağıstanda ruslara qarşı çıxanları qovaraq rus ordusunu şəhərə girəndə təntənə ilə qarşılamışdılar. Ona görə də hər yerdə əhalinin əhval-ruhiyyəsi eyni deyildi. P.D.Sisianov yeni-yeni qələbələr qazanırdı. Yelizavetpolda Abbas Mirzənin dəstəsin ağır zərbə endirərək onu geri çəkilməyə məcbur etdi. Rus ordusunun köməyi ilə qələbə çalan Qarabağ, Şəki, Şirvan xanları Rusiyanın himayəçiliyini qəbul edən müqavilə imzaladılar. 1806-cı il fevralın 20-də (8) knyaz Sisianov böyük bir dəstə ilə Bakıya daxil oldu. Hətta о özünə olan böyük inama arxayın olaraq heç bir müdafiəçisiz qala qapısından içəriyə daxil olub Bakı xanı ilə görüşə gedərkən tapança ilə nökər-gözətçi tərəfindən öldürülmüşdü. Başı kəsilərək İran şahına hədiyyə kimi göndərilmişdi. Sisianovun ölümü Rusiyada böyük səs-küyə səbəb oldu. Lakin, çox çəkmədi. Qafqaza yeni baş komandan İ.V.Qudoviç təyin edildi. Çeçenistan və Dağıstanın bir sıra dağlı icmaları Rusiya himayəsini qəbul etdilər. 1807-ci ildə çeçenlər Rusiya himayəçiliyini ikinci dəfə qəbul etdilər. Həmin il avarların 12 kənd icması Rusiyanın tərəfinə keçdi.
Yenə Avropadakı vəziyyətlə və Türkiyə ilə müharibənin başlanması ilə bağlı Rusiyanın Qafqazda mövqeyi yenidən 1806-1807-ci illərdə zəiflədi. Türkiyə 1806-cı il dekabrın 30-da Rusiyaya rəsmi müharibə elan etdi. I Napoleona qarşı çevrilən ittifaqın məğlub olması və 1806-cı ilin oktyabrına Napoleon ordusunun Prussiya qoşunlarını darmadağın etməsi, İstambulun Napoleon Fransası ilə həmrəyliyini gücləndirdi.
I Napoleon İranla da siyasi danışıqlarda qələbə çalmışdı. 1807-ci il mayın 4-də şərqi Prussiyada İran səfiri ilə Fransanın xarici işlər naziri Маrе arasında ittifaq müqaviləsi imzalanmışdı. Əslində bu müqavilə Rusiya ilə İngiltərə əleyhinə bağlanmışdı. I Napoleonun fikrincə bu müqavilədən sonra Gürcüstan ruslardan təmizlənməli, fransız qoşunları Əfqanıstandan keçərək Hindistan sərhəddinə daxil olmalı və Ost-Hindistan kompaniyasını öz təsiri altına almalı idi. Fransanın İstambuldakı nümayəndəsi Sebastiani Türkiyə və İranla müqavilənin başa çatmasına çalışaraq 70 nəfər fransız zabitini Tehrana göndərmişdi.
1807-ci ilin yayında bağlanmış Tilzit sülhü yenidən Avropada və Yaxın Şərqdə beynəlxalq vəziyyəti tamamilə dəyişdi. Bu müqavilə Fransa ilə İran və Türkiyə arasındakı münasibətə təsir göstərdi. Tilzit sülhündən sonra İran və Türkiyə İngiltərənin müdafiəsinə keçdilər. Bununla əlaqədar İngiltərə səfiri qiymətli hədiyyə ilə Tehrana getdi, Avropada hazırlanmış qızıl qabda böyük brilyantı şaha təqdim etmişdi.
Rus-İngiltərə münasibətləri pozuldu. Çünki Rusiya Tilzit sülhünə əsasən İngiltərənin iqtisadi blokadasına daxil olmuşdu. Vəziyyətdən istifadə edən İngiltərə İrana hərbi ləvazimatla köməklik göstərərək müharibənin uzanmasını təşkil etdi.
Osmanlı imperiyası ilə başlanan müharibə də Rusiyanın Qərbi Qafqazda vəziyyətini tamamilə dəyişmişdi. Çar hökuməti Qafqaza dair yeni plan hazırladı. Yeni plana əsasən Cənubi Qafqazın cənub-qərbi bütünlüklə Gürcüstan və Ermənistan torpaqları Rusiyanın himayəsinə keçməli idi. Bu planı Cənubi Qafqazın baş komandam İ.V.Qudoviç, 1809-cu ildən onu əvəz edən A.P.Tormasov həyata keçirməli idi. Türkiyə ilə müharibə Rusiyanın Şimali Qafqazda öz siyasətini həyata keçirməyə bir qədər mane oldu. Müharibənin əsas hadisəsi Dunayın tutulması oldu. Eyni zamanda Qafqazdakı hərbi əməliyyatlar Rusiya üçün böyük müvəffəqiyyətlər qazandırdı. Lakin Rusiya və Türkiyənin əsas hərbi gücləri Avropada idi. İranla da bağlanmış müqavilə də pozulmuşdu. Sərhədlərdə hər iki dövlət bir-birinə etibar etmirdi. Lakin vəziyyətin dəyişməsinə baxmayaraq Cənubi Qafqazda bir sıra xalqlar Rusiyanın himayəçiliyini qəbul edirdilər. Bütün Abxaziya 1809-10-cu illərdə Rusiyanın tərəfinə keçmişdi.
Rus-türk müharibəsi (1806-1812) dövründə II Solomon istiqlaliyyət qazanmaq üçün Kutaisdən Barsixe sarayına gedib rus qoşunlarını İmeretiyadan çıxarılmasını tələb etdi. Buna ı hökuməti II Solomonu taxtdan saldı və İmeretiya çarlığının ləğvi barədə qərar qəbul etdi. Bu məqsədlə İmeretiyaya əlavə rus qoşunları gətirildi. 1810-cu ildə danışıqlar zamanı II Solomonu əsir alıb Tiflisə gətirdilər. Lakin o, qaçaraq İmeretiyada üsyana rəhbərlik etdi. 4 ay mübarizədən sonra üsyan yatırıldı, II Solomon Trabzona qaçaraq 1815-ci ildə orada vəfat etdi. 1810-cu ildə İmeretiyada, Quriyal Abxaziyada rus üsul-idarəsi yaradıldı.
Osmanlı imperiyası Şimali Qafqazda da çalışırdı ki, Kabardin və Kuban əhalisini ruslara qarşı qaldırsın. Lakin buna nail ola bilmədi. Kabardin və balkarlar bir neçə dəfə öz fikirlərini dəyişmişdi. Hər iki tərəfdən istifadə etməyə çalışırdılar. Rus qoşunları 1810-cu ildə Kabardin ərazisinə daxil oldu, varlı feodallar çar hökuməti ilə danışıqlara getdi. 1811-ci ildə bütün kabardinlər və bir sıra Kuban kəndli ittifaqları və icmaları Rusiyanın tərəfinə keçdi. Lakin demək olar ki. Bütün Şimali Qafqazın əksər yerində vəziyyət ikili xarakter daşıyırdı. Rusiyanın tərəfinə könüllü keçməklə yanaşı, həm də güclü müqavimət var idi. Xalq hərəkatı artmışdı. Bir tərəfdən rus işğalı, digər tərəfdən İran, Türkiyə işğalı xalqı çıxılmaz vəziyyətdə qoymuşdu. Yaranmış vəziyyətlə əlaqədar Qafqazın baş komandanı general A.P.Tormasov 1810-cu il oktyabrın 22-də hərbi nazir M.B.Barklay de-ToIliyə məktub göndərərək bildirmişdi ki, Şimali Qafqaz əhalisinə qarşı hərbi gücdən, işgəncə və zülmdən fərqli olaraq, onlarla sülh danışığına girmək. Müəyyən mənada güzəştə getmək daha sərfəlidir. Lakin əksər rus zabitləri hərbi gücün tərəfdarı idilər.
I Aleksarıdr 1812-ci ildə Kabardin knyazının titulunu fərmanla təsdiq etdi. Bundan sonra knyazların çoxu Rusiya hökuməti tərəfindən hərbi rütbə və təltif aldılar.
Şimal-Şərqi Qafqazda - Dağıstanda və çeçenlərdə bir çox dağlı icmaları 1809-11-ci illərdə Rusiyanın tərəfinə keçdilər. 1809-cu ildə qaqauzlar, 1810-cu ildə bir çox "azad" cəmiyyətlər, 1806-11-ci illərdə dağlılar, 1809-cu ildə alagir cəmiyyətləri, 1811-ci ilin yanvar ayında Kistinin 13 kəndi, iyulda isə bir çox osetin aulları Rusiyanın tərəfinə keçdi. 1810-cu ildə çeçen-inquş cəmiyyətləri ikinci dəfə Rusiya tərəfində olduqları barədə and içdilər. Əlbəttə, bu hadisələr həb tarixçilər tərəfindən tam araşdırılmayıb. Hadisələrin gedişatı tam təfsilatı ilə öyrənilməyib.
Dağıstan icmalarının Rusiyanın təsiri altına keçməyi artıq başa çatmaq üzrə idi. 1812-ci ildə Qazıqumuq və Akuşa-Darqa xanlıqları (Dağıstanda) Rusiyaya birləşdi.
Rusiyanın Osmanlı imperiyası ilə apardığı müharibədə çaldığı qələbə, onun Qafqazda möhkəmlənməsində çox rol oynadı. 1811-ci ildə Dunayda M.İ.Kutuzovun hərbi birləşməsi türk ordusuna sarsıdıcı zərbə endirmişdi, Lakin Avropadakı vəziyyət I Napoleonun Rusiyaya qarşı müharibəyə hazırlığı, Rusiyaya öz ordusunu Avropa sərhədlərinə çəkməyə vadar etdi. I Napoleon Rusiyaya qarşı 600 minə qədər qüvvə toplamışdı. Yaranmış vəziyyət Osmanlı imperiyasından Rusiyanın bəzi tələblərindən əl çəkməyi məcbur etdi. Məsələn, Bessarabiyanın Rusiyaya verilməsi, Serbiyanın sərbəst idarə olunması və s. həm də Rusiya tərəfindən tutulan Axalkalaki, Poti və Anapa yenidən Türkiyəyə qaytarıldı. Bu məqsədlə eyni zamanda Rusiyaya birləşdirilən Gürcüstan, İmeretiya, Meqreliya, Quriya və Abxaziya Rusiyanın tərkibində qaldı. Digər tərəfdən, I Napoleonun Rusiyada qələbəsi Osmanlı imperiyasının da planlarını pozurdu. Ona görə də hər iki dövlət sülh danışığına getdi. 1812-ci il may ayının 28 (16)-də Вuxarestdə Rusiya ilə Türkiyə arasında sülh müqaviləsi imzalandı. Sülhün gizli maddəsi (2-ci maddə) Rusiyaya Qara dənizin şərqində hərbi ləvazimatını sahilə çıxarmadan daşınması imkanı verirdi. Redut, Anakliya və Suxum qalaları Rusiyada qaldı.
1813-cü ildə İranla da müharibə başa çatdı. Çünki şahın İngiltərə ilə də bağladığı müqavilə onun qələbəsini təmin etmədi.
1813-cü ildə il oktyabrın 24 (12)-də Rusiyanın Qafqaz üzrə yeni baş komandanı general N.F.Rtişşevlə şahin varisi Abbas Mirzə arasında Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Sülhə görə İran şahı Dağıstanın, Gürcüstanın, Qarabağ, Gəncə xanlığının, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və rus ordusu tərəfindən tutulan Talış xanlığının əsas ərazilərinin Rusiya tərəfində olmasını qəbul etdi. Hər iki tərəfin dövlət sərhədləri tanındı.
İran və Türkiyə üzərində çalınan qələbə Rusiyanın Qafqazda ələ keçirdiyi torpaqları hüquqi cəhətdən tanıtdı. Rus çarizminin Qafqazda bu işğalçı siyasəti 1917-ci il oktyabr çevrilişinə qədər rus çarizmi, 1920-ci ildən 1991-ci ilə qədər isə Sovet imperiyası tərəfindən həyata keçirildi.
1813-cü ildən sonra Rusiyanın mövqeyi Qafqazda daha da möhkəmləndi. Yerli xanlıqlarda və dağlı icmalarında hərbi inzibati hakimiyyəti genişləndi. I Napoleon ordusu üzərində çalınan tarixi qələbə Rusiyanı bütün Avropada güclü hərbi dövlət kimi tanıtdı. Balkanlarda və Cənubi Qafqazda Rusiyanın köməyi daha aydın nəzərə çarpırdı. Bu kömək ilk növbədə Türkiyə və İran istismarından azad olmaqda özünü göstərdi. Əslində isə yeni işğal olunan ərazilərdə özünümüdafiə qüvvələrinin yerləşdirilməsi və hərbi-bürokratik rejimin tətbiqi ilə xarakterizə olunurdu. Rusiyanın Qafqazda daxili siyasəti 1813-cü ildən sonra demək olar ki, tamamilə yenidən başlandı. Bu, əlbəttə Avropanın bir sıra dövlətlərini xüsusilə İngiltərəni narahat etməyə bilməzdi. Çünki İngiltərə istəmirdi ki, Rusiyanın İranla ticarət və başqa əlaqələri genişlənsin. Odur ki, 1814-cü ildə İranla yeni bir müqavilə bağlandı. Müqaviləyə əsasən İrana müharibə vəziyyətində hər cürə köməklik göstəriləcəyi bildirildi. İran dövləti isə maraqlı idi ki. 1813-cü ildən sonra əldən çıxan torpaqlan, Gürcüstanı, Şimali Azərbaycanı, Dağıstanı Rusiyadan geri alsın. İngiltərə İrana yardım üçün 200 min funt sterlinq verdi. İngiltərənin bu mövqeyi Rusiyanı narahat etdi. Baxmayaraq ki, Rusiyanın Avropada mövqeyi xeyli üstün idi, yenə də Qafqazda hərbi mövqeyini möhkəmləndirməyə hazır deyildi. Çünki maliyyə çətinliyi ucbatından hərbi qüvvələri əsasən Avropa ərazisində yerləşdirilmişdi. Ona görə də I Aleksandr Rusiyanın görkəmli hərbi xadimi A.P.Yermolovu Qafqaza göndərməyi məsləhət bildi. Çünki Yermolovun hərbi təcrübəsindən və ağıllı siyasətindən istifadə edib İranla müharibə voziyyəündən çəkinmək lazım idi. A.P.Yermolov 1812-ci ü Vətən müharibəsinin tanınmış qəhrəmanlarından biri idi. Borodino döyüşündə xüsusilə fərqlənmişdi. O, Suvorov və Kutuzov hərbi məktəbini keçmişdi.
1816-cı il may ayının əvvəlində Yermolov Qafqaza baş komandan, iyun ayında isə İrana fövqəladə səfir təyin edildi. Eyni zamanda 1820-ci ildə ayrıca gürcü korpusuna komandan və Gürcüstan, Həştərxan və Qafqaz quberniyaları üzrə rəis təyin edildi. Qafqazda ona çox böyük səlahiyyətlər verildi. 1817-ci ildə Yermolov Tiflisdən Tehrana getdi. O, İranda apardığı siyasətin nəticəsində Rus dövlətini əmin etdi ki, İran hökuməti yaxın vaxtlarda Rusiya Üə müharibə etmək iqtidarında deyil. Əlbəttə, o, 1824-cü ilə qədər təqribən bu fikirdə qaldı. Yermolov Qafqazda mövqeyini möhkəmləndirmək üçün ələ keçirilən torpaqların bir hissəsini rus kazakları və zabitləri arasında bölüşdürdü, hərbçilərə 30 desyatindən 400 desyatinə qədər torpaq payı verildi. 1821-ci ildə Qara dəniz quberniyasının hərbi torpaqlarına Çerniqov və Poltava quberniyalarından 16 mindən çox adam köçürüldü. 1826-cı ildə Yermolovun hərbi birləşməsində 124 top, 49 min adam var idi. Lakin çarizmin Qafqazda yeritdi hərbi siyasət və ruslaşdırma siyasəti yerli feodallar arasında bərk narazılığa səbəb olmuşdu. Odur ki, demək olar ki, 1818-ci ildən çarizmin siyasətinə qarşı Qafqazda müharibə başlandı. Dağlı özünümüdafiə dəstələri yaranırdı. Kabardin knyazları bu işdə daha fəal idilər. Yerli əhalinin çar siyasətinə qarşı qaldırılmasında şahın tərəfdarlarının da rolu xeyli güclü idi. Bu da Rusiya ilə İran arasında yeni müharibə vəziyyətinə gətirib çıxarmışdı. Qafqazın demək olar hər yerində çar siyasətinə qarşı xalq hərəkatı qalxmışdı. 1817 1825-ci illərdə çarizmin Şimali Qafqazda feodal dövlətləri üzərində müstəmləkəçilik siyasəti yeritməklə həmin əraziləri işğal etmişdi. Ona görə də yerli əhali öz torpaqlarının müdafiəsinə qalxmışdılar. Çarizmin yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı mübarizədə dağlı dəstələrinin, çeçenlərin və Dağıstan icmalarının hərəkətini çar hökuməti və onun Yermolov kimi generalları vəhşilik və qaçaqçılıq adlandırırdı. Yermolov yerli əhalinin xarakterinə yaxşı bələd idi. O, bilirdi ki, əhali yaltaqlıq və ikiüzlülüyü sevmir, Odur ki, onlara güc işlətməklə özünə tabe etməyə çalışırdı. Lakin aydın oldu ki, Yermolovun və Paskeviçin Qafqazda yeritdikləri qatı işğalçılıq siyasəti özünü doğrultmadı. 1825-ci ildə I Aleksandrın ölümü Yermolovun vəziyyətini dəyişdi. Hakimiyyətə gələn I Nikolay Yermolovun gizli təşkilatın üzvü olmasından şübhələndi. I Nikolay 1826-cı ilin payızında Yermolovu siyasi işdən uzaqlaşdıraraq əvəzində A.Menşikovu sərhədlər barədə danışıqlar aparmaq üçün şahın yanma göndərdi. Menşikov Tehrana gələn kimi nəzarətə alındı.
1826-cı il iyulun 18 (30)-də Abbas Mirzənin çoxsaylı qoşunu Rusiyanın tabeçiliyində olan Qarabağ xanlığına müharibə elan etmədən hücuma keçdi. Bu müharibə Rusiya üçün gözlənilməz və əlverişsiz oldu. Hətta Rusiya müharibənin başlanmasına belə inanmırdı. I Nikolay və ona yaxın olan generallar müharibənin başlanma günahım Yermolovda gördülər. Odur ki, 1826-cı ilin avqustunda onu general İ.F.Paskeviçlə əvəz etdilər. Şah ordusunun köməyi ilə Şimali Azərbaycan xanları və bir sıra Dağıstan sahibkarları öz hakimiyyətlərini bərpa etməyə səy göstərdilər. Şahın süvari dəstəsi ilə Mustafa xan Şirvana, Surxay xan Qazıqumuqa gəldi. Qaçqın gürcü çarı Aleksandr pulla tutulmuş açarların köməyi ilə Gürcüstan üzərinə hücuma keçdi. Gəncə xanlığının bərpası üçün bir qrup bəylər üsyan etdilər. Şah ordusu Gəncəni tutdu, sonra isə Lənkəranı ələ keçirtdi. Qubanı mühasirəyə alaraq Bakı qalası üzərinə hücuma keçməyə əlverişli şərait gözlədi. Lakin yerli feodalların qala qapılarını açmasına əhali imkan vermədi. Hərbi qarnizon təhlükəni dəf etdi. Abbas Mirzənin əsas məqsədi Tiflisi tutub, Dağıstanda ruslara qarşı ümumxalq üsyanı qaldırmaq idi. Eyni zamanda Abbas Mirzə keçmiş Qarabağ xanlığının uca dağlıq ərazisində yerləşən Şuşa qalasını ələ keçirməyə ehtiyat edirdi. Şuşanın müdafiəsini isə yerli əhali və 1500 nəfərlik rus ordusu qoruyurdu. Əhali şah ordusunun vəhşiliyindən qorxaraq Şuşanın qorunmasında rus ordusuna köməklik göstərdilər. Azərbaycanlı zabitlər də ruslar tərəfində vuruşurdu. Şuşanın qəhrəman müdafiəsi 48 gün davam etmişdi. Bu müddətdə general Yermolovun hərbi qüvvələri Şuşanın müdafiəsini təşkil etmək imkanı əldə etmişdi. 1826-cı il sentyabrın 3 (15)-də general V.R.Madatovun (milliyyətcə ermənidir) dəstəsi ilə rus qoşunları Şamxor yaxınlığında şah qoşunlarını məğlub edib yenidən Yelizavetpolu (Gəncəni) ələ keçirtdilər. Hərbi üstünlük rusların əlinə keçdi. Bu vaxt Yermolovun sərəncamında Yelizavetpol yaxınlığında 8700 rus əsgəri və 14 top var idi. Bu dəstəyə Paskeviç komandanlıq edirdi. Abbas Mirzənin dəstəsi Şuşanın mühasirəsindən əl çəkərək rus qoşunları tərəfə irəlilədi. 1826-cı il sentyabrın 13 (25)-də həlledici döyüş başlandı. Şah ordusunda 26 min piyada və süvari dəstə, 24 top və s. var idi. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq rus ordusu cinahlardan güclü zərbə ilə şah ordusunu məğlub etdi. |H Yermolov tərəfindən hazırlanmışdı. Bu döyüşdə rus qoşunları ilə Cənubi Qafqazın hərbi dəstələrinin əməkdaşlığı daha da möhkəmlənmişdi.
Məğlubiyyətdən sonra şah dəstəsi ilə birlikdə Şirvan xanı Mustafa xan, Nuxa xanı Səlim xan və başqa yerli feodallar da İrana getmişdi.
Rusiya hökuməti Türkiyə ilə də müharibə vəziyyətində olduğuna görə İranla müharibəni tez qurtarmaq istəyirdi. Odur ki, 1826-cı il oktyabrın 1 (13)-də güclü hücumla hərəkət edərək İrəvanı tutdular və yerli ermənilər onları təntənə ilə qarşıladı. Oktyabrın 13 (25)-də isə hücumsuz rus qoşunları Təbrizə daxil oldular. Şah sarayı sülh bağlamaq məcburiyyətində qaldı. Britaniya hökuməti də qızışdıncı siyasətindən əl çəkərik. Rusiyanın xeyrinə olmayan danışıqlaria sülh bağlamağı tələb etdi. Lakin hələ müharibədən əvvəl Rusiya İranla münasibətində Britaniyanın vasitəçilik rolundan imtina etmişdi. Ona görə də Britaniya hökuməti açıq-aşkar danışıqlara mane olurdu. Lakin rus qoşunları Tehrana tərəf irəlilədiyi zaman İran hökuməti danışıqlara başlamaq məcburiyyətində qaldı. 1828-ci il fevralın 22-də (5 mart) Türkmənçay sülh müqaviləsini imzaladı. Danışıqlar Paskeviç və Abbas Mirzə tərəfindən aparıldı. Rusiya tərəfində yazıçı A.S.Qriboyedov da iştirak edirdi. O, Paskeviçin siyasi dəftərxana işlərinə rəhbərlik edirdi. Danışıqlara əsasən rus ordusu İrəvan və Naxçıvan tərəfə çəkildi. İrəvan, Naxçıvan, Şərqi Ermənistan Rusiyaya birləşdirildi. Şah hökuməti Rusiyanın Xəzər dənizi vasitəsilə sərbəst ticarətinə söz verdi və ancaq Rusiyaya Xəzər dənizində hərbi dəniz donanması yaratmaq ixtyarı verildi. Ələ keçirilən bütün erməni əsirləri və İranda yaşayan ermənilər Qarabğa köçürüldü. Əlbəttə, bu, ermənilərin ruslarla birgə siyasətini və hiyləsinin nəticəsi idi. Erməmstanın İran və Türkiyə işğalıdan azad olmağı ermənilərin əsrlərdən bəri istək və arzuları idi. Ona da bu müharibənin nəticəsində nail ola bilmişdibilər. Qriboyedov fitnəkar siyasətin nəticəsi olaraq 30 yanvar (11 fevral) 1829-cu ildə Tehranda öldürülmüşdü.
Qafqazda siyasi vəziyyətdə dəyişiklik olmasına baxmayaraq Şimali-Qərbi Qafqazda vəziyyət həyəcanlı olaraq qalırdı. Rusiya hələ İranla müharibə apardığı zaman Osmanlı casusları Kubanda bir neçə dəfə rus hərbi məntəqələrinə hücum etmiş, vəziyyəti xeyli gərginləşdirmişdi. Kubanda özünümüdafiə dəstələrinə, əsasən yerli feodallar rəhbərlik edirdilər, çünki onlar bilavasitə Osmanlı imperiyası ilə iqtisadi cəhətdən bağlı idilər. Osmanlı imperiyasının ən çox xoşa gəlməz cəhəti onda idi ki, onlar Qafqazdan kasıb ailələri, əsirləri qul kimi alırdılar. Bu da yerli feodallara sərf edirdi. Eyni zamanda Kubandan qiymətli xəz, dəri və yük daşmırdı. Əslində sadə əhali heç xarici dövlətin təsiri altında olmaq istəmirdi. Uzun illər bu ərazilərdə Osmanlı imperiyasının zülmündən əhali cana doymuşdu. 1826-cı ildə Osmanlı imperiyasının nümayəndəsi paşa Hacı Həsən oğlu Anapaya gələrək yaxın kəndlərdən tələb etmişdi ki, sultana sədaqətli olmağa and içsinlər. Bu tələbi bəzi sahibkarlar qəbul etsələr də, dağlı əhali isə qəti rədd etdi. 1826-cı ildə Rusiya imperiyası Osmanlı imperiyasının təzyiqinə qarşı yunanların müharibəsini açıq-aşkar müdafiə etdi. Əlbəttə, bu məsələdə Britaniya ilə həmfikir olduğunu bildirdi və yunanlara daha geniş muxtariyyət verilməsini təbb etdi. Türklər isə bunu inanmadılar və güman etdilər ki, yunanların müdafiəsində hər iki dövlət qüvvə sərf edə bilər. Rusiya isə daha kəskin şəkildə Osmanlı qoşunlarının həmin ərazidən çıxarılmasını, Dunay sərhədlərinin müəyyən edilməsini, Serbiyanın müstəqilliyinin tanınmasını, Qara dənizdə azad ticarətin təmin olunmasını tələb etdi. Eyni zamanda Gürcüstanın, İmeretiyanın, Meqreliyanın, Quriyanın və Abxaziyanın könüllü olaraq Rusiya tərkibinə birləşməsini qəbul etməli idi. Rusiyanın bu tələbinə cavab olaraq Türkiyə ultimatumla tələb irəli sürdü. Osmanlı imperiyası çalışırdı ki, vaxt qazanmaqla yunan üsyanın yatızdırsın. 1826-cı il sentyabrın 25-də (7 oktyabr) Akkermanda Rusiya ilə Türkiyə arasında bağlanan sazişə əsasən Buxarest sülhünün şərtlərindən imtina etdiyini və Rusiya ilə Qafqazın əvvəlki sərhədlərini tanıdığını bildirdi. Osmanlı imperiyasının bu təbbbrinə cavab olaraq 1827-ci il iyulun 6-da Londonda Rusiya, İngiltərə və Fransa Yunanıstanı müdafiə edən sazişi imzaladılar. Rusiyanın tələbi ilə sazişə gizli bənd daxil edilmişdi. Həmin maddəyə əsasən Yunanıstanın muxtariyyətini Osmanlı imperiyası tanımasa ona qarşı hər üç dövlətin hərbi gücündən istifadə edilməli idi. 1827-ci il okytyabrın 20-də üç dövlətin hərbi eskadrası Navarin limanıına daxil olaraq oranı tutdular. Navarin döyüşündən sonra İngiltərə Osmanlı imperiyasına qarşı güc işlətməkdən qəti imtina etdi, Avslriya hökuməti isə Rusiyanın əleyhinə qərbdə qızışdırıcı rolunu oynadı. Avropa dövlətlərinin Rusiyaya olan münasibətindən istifadə edən Osmanlı imperiyası 1827-ci il dekabrın axırlarında demək olar ki, Rusiya ilə müharibə vəziyyətində oldu. Buna cavab olaraq 1828-ci il aprelin 2-də rus çarının fərmanı ilə Rusiya Osmanlı imperiyasına qarşı müharibəyə başladı. Müharibənin əsas gedişatı Balkan yarımadasını əhatə etdi. Qafqazda hərbi əməliyyat Rusiyanın xeyrinə daha uğurlu aparıldı. May ayında rus hərbi gəmiləri və dəstələri Şimali Qafqazda Anapada Osmanlı imperiyasının hərbi qüvvələrini mühasirəyə aldı. Məqsəd həm dənizdən, həm də qurudan Anapaya eyni vaxtda güclü zərbə endirmək idi. Rus ordusu Qafqaz cəbhəsində iki istiqamətdə Axalkalaki və Batum istiqamətində hücum etdi.
Dəniz qüvvələrinə vitse-admiral S.Q.Qreyk, quru əməliyyatına isə fərasətsiz kontr-admiral A.S.Menşikov rəhbərlik edirdi. Yerli feodallar isə əsasən Osmanlı qoşunlarına köməklik göstərirdilər. Qaraçay feodalları da ruslara müqavimət göstərmək istəmiş, lakin onlann qüvvəsi darmadağın edilmişdi. 1828-ci ilin yayında rus qoşunlarının Cənubi Qafqaz dəstələri hücumla Poti, Kars və Axaliyanı tutmuşdular. Erməni gürcü əhalisi rusları çox səmimiyyətlə qarşılayırdı.
1829-cu ilə rus qoşunları Cənubi Qafqazda Ərzurumu, Balkanlarda isə dağı aşaraq Ədirnəni tutdular. Bu hücum Osmanlı impenyasının mərkəzinə yol açdı və müharibənin gedişatı taleyini həll etdi. Pis vəziyyətdə qalan Osmanlı imperiyası 1829-cu il avaustun 22-də Ədirnədə sülh müqaviləsini imzaladə. Maraqlı burası idi ki, Rusiya bu müharibədə Osmanlı imperiyası tamamilə məğlubiyyətə uğratmaq imkanına malik olduğu halda, о London müqaviləsinə və Akkerman sazişinə sadiq olduğunu bildirdi. Lakin buna baxmayaraq Rusiya özünün qərb sərhədlərini cənuba nisbətən daha etibarlı və təhlükəsiz hesab edirdi. О Osmanlı imperiyasını özünün zəif, həm də nisbətən təhlükəli qonşusu hesab edirdi. Ədırnə sülhünə əsasən Osmanlı impenyası Yunamstanın tam muxtariyyətini tanıdı, Serbiyaya özünüidarə hüququ verdi, Dunay knyazlığının imtiyazlarına əməl edəcəyini və Dunay sərhədlərinin təsdiqinə razılıq verdi. Bütün Qara dəniz sahilləri Rusiyanın ixtiyarına keçdi. Müqaviləyə əsasən Aspinadze, Askuri, Xertvisi, Abastuman, Anapa, Poti və Kuban çayından Çoloki çayına qədər Qara dənizin bütün şərq sahili Rusiyanın əlinə keçdi. Rusiya birləşdirilən Qafqaz torpaqlarına heç bir etirazı olmayacağını bildirdi. Yeni ərazilərdə Rusiyanın hərbi-inzibati hakimiyyətini tanıtdı.
Müharibədən sonra Rusiyanın şərqdə mövqeyi gücləndi, Osmanlı imperiyasının isə qərbdə mövqeyi zəiflədi. Rus-İran, Rusiya-Türkiyə müharibələrinin nəticəsindən ən çox qazanan Ermənistan oldu. Şimali Qafqazın və ümumiyyətlə, bütün Cənubi Qafqazın Rusiyaya birləşdirilməsi uzun müddət tarixi ədəbiyyatda mütərəqqi hal kimi göstərilmişdir. Əslində bu ərazilərdə yaşayan xalqlar öz müstəqilliklərini itirərək bir işğaldan azad olub, digərinin işğalı altma keçmişdi. Bu xalqlarını ən böyük bədbəxtliyi onda olmuşdur ki, onlar vahid birliyi təmin edə bilməmiş və özlərinin təsir altına düşmək zərurətini yaratmışlar.
Qafqaz dünyanın çox zəngin və füsünkar təbiətli dağlar diyan olmaqla bərabər, mərdlik və qəhrəmanlıqda bənzərsiz bir vətən kimi çox qədimdən məşhurdur. Bu keyfiyyətlərlə yanaşı Qafqaz qədim tarixə, çox mühüm coğrafi əhəmiyyətə malik olan bir regionda yerləşir. Belə ki, üç tərəfdən Azov, Xəzər və Qara dənizlərilə əhatə olunmuş, cənubdan Türkiyə və İranla, şimaldan isə Rusiya ilə həmsərhəddir. Qafqaza əllidən artıq xalq və tayfa yaşayır. Milli, dini və dil mənsubiyyətlərindən asılı olmayaraq, bu xalqların hamısı özlərini fəxrlə "qafqazlı" adlandırırlar. Tarixən xəyanətkarlığı, fıtnəkarlığı, satqınlığı, məkrliyi və təcavüzkarlığı ilə tanınan və lənətlənən ermənilər istisna edilməklə, Qafqaz xalqları - azərbaycanlılar, gürcülər, avarlar. ləzgilər, çeçenlər, qumuqlar, saxurlar, inquşlar, qaraçaylılar, balkarlar, acarlar, osetinlər və başqaları həmişə bir-birlərinə rəğbətlə yanaşmış, mərdlikləri, şücaətləri və qəhrəmanlıqları ilə hörmət-izzət sahibi olmuşlar. Qafqaz bir cənnət guşəsi, rəşadət və qəhrəmanlıq diyarı kimi dünyanın ən böyük yazıçılarını. alimlərini və rəssamlarını heyran etmiş, onIarın ilham çeşməsinə çevrilmişdir.
Avropa, Asiya və Afrika qitələrinə gedən yolların qovşağında yerləşən və zəngin sərvətləri ilə məşhur olan Qafqaz eyni zamanda hökmdarların, sərkərdələrin də diqqətindən yayınmamışdır, zaman-zaman onların siyasi ehtiraslarının hədəfi olmuş, qanlı döyüşlər meydanına çevrilmişdir. Belə döyüşlərin tarixi çox qədimdən başlayır. Hələ eramızın birinci minilliyində dəfələrlə Qafqaz uğurunda iri dövlətlər və imperiyalar arasında müharibələr getmiş, sasanilərlə Bizans dövləti arasında qanlı vuruşlar olmuşdur. VII-VIII əsrlərdə Ərəb xilafəti, XIII əsrdə monqollar Qafqazı növbə ilə istila etmişlər. XVI-XVII əsrlərdə isə Qafqaz İran və Türkiyə arasında gedən müharibələr meydanına çevrilmişdi. Bütün müharibələrlə yanaşı Qafqaz xalqlarının azadlıq eşqi heç vaxt sönməmişdir. Yuxarıda göstərdiyimiz müharibələr içərisində Qafqaz xalqlarının iki böyük müharibə xüsusilə səciyyəvidir. Bunlardan biri Azərbaycan xalqının ərəb istilaçılarına və xilafətinə qarşı apardığı 20 illik istiqlal mübarizəsidir ki, bu mübarizəyə xalqımızın qəhrəman oğlu Babək əl-Xürrəmi (785-838) başçılıq etmişdir. İkinci müharibə isə XIX əsrin böyük bir dövrünü əhatə edən, daha doğrusu 60-cı illərədək davam edən "Qafqaz müharibəsidir" (1817-1864). Bu müharibələr dünya milli azadlıq savaşının ən möhtəşəm nümunələrindən biridir. Bu savaşlar dünya tarixinə böyük şəxsiyyətlər və qəhrəmanlar bəxş etmişdir. Bunlardan biz Cavari хаn, Şeyx Şamili, Qazi Məhəmmədi, Həmzət bəyi, Daniyal sultanı və başqalarını misal göstərə bilərik. Məhz bu qəhrəmanların və minlərlə azadlıq fədailərinin inadlı mübarizəsi nəticəsində imperiya hüdudlarının, I Pyotrun "Vəsiyyətnamə"sində göstərildiyi kimi, Hind okeanına qədər gedib çıxmasına mane olurdu.
Qafqaz müharibəsi (1817-1864) təkcə öz hərbi-strateji bənzərsizliyinə görə deyil, həm də təkan və zaman miqyasında ağılagəlməz ölçülərinə görə tarixçiləri və hərbi tədqiqatçıları hələ də düşündürməkdədir. Bir çox tarixçilər Qafqaz müharibəsi dövründə boyük qəhrəmanlıqlar göstərmiş Şeyx Şamilin bu mübarizə dövründə xüsusi rolu olduğunu qeyd edirlər. Avropa tarixçiləri də Şeyx Şamil mübarizəsinin xilaskarlıq miqyasını böyük minətdarlıq hissi ilə qeyd edirlər. Belə ki, Şeyx Şamilin misilsiz mübarizəsi neçə-neçə dövlət və siyasət xadimini, məşhur sərkərdələri valeh etmişdir. L.N.Tolstoy, N.Q.Çernışevski, N.A.Dobrolyubov, A.Düma, F.Rubo, İ.Ayvazovski, V.Potto kimi bədii sənət ustalarının yaradıcılığında məhəbbətlə tərənnüm olunmuşdur.
Azərbaycanın böyük oğlu filosof, şərqşünas alim, professor Mirzə Kazımbəy Şamil haqqında yazır: "Şamil olduqca maraqlı və çox görkəmli bir insandır, böyük imam, rəhbər və qəhrəmandır... O, müsəlman qanunlarını və ənənələrini mükəmməl bilməklə bərabər, ərəb elmlərinin bütün sahələrində geniş məlumata malik idi. Şamilin sakit və ciddi, sadə və məğrur, təmkinli və kövrək xarakteri vardı. O, Dağıstanı birləşdirmişdir. Şamil nəinki qəhrəmandır, həm də qəhrəmanların yaradıcısıdır". Mirzə Kazımbəy Qafqazda milli-azadlıq hərəkəatının, xüsusilə, Şamil hərəkatının böyük tədqiqatçılarından biridir. Onun 1985-ci ildə Bakıda çap olunmuş əsəri bizə bu hadisələr barədə çox qiymətli məlumatlar verir.
Qafqazda və bütün Şərqdə ilk demokratik respublilkanın - Azərbaycan Demokratik Respublikasının lideri (1918-1920) M.Ə.Rəsulzadə "Çağdaş Azərbaycan tarixi" əsərində "Qafqaziyanın istiqlal qəhrəmanı böyük Şamili" iftixarla xatırlatmışdır. Mirzə Bala Məmmədzadə "Milli Azərbaycan hərəkatı" əsərində Cavad xanla birgə Şamili də Qafqazın "prometeylərı" adlandırmışdır. Cahangir Zeynaloglu 1924-cü ildə İstanbulda çapdan çıxmış "Müxtəsər Azərbaycan tarixi" əsərində Azərbaycan və Dağıstan xalqlarının mübarizəsinin sıx bağlılığı qeyd edərək yazırdı: "Şimalda Şeyx Şamil ruslar ilə şiddətli müharibələr edib, Dağıstan və Çərkəzistanı müdafiə elədiyi kimi, cənubda da Azərbaycan xanlıqları ruslarla pəncə-pəncəyə çarpışırdılar". Yuxanda sadalanan tarixi əsərlər bizə bu dövrlə bağlı çox qiymətli məlumatlar verir. Bütün çətinliklərə baxmayaraq bizə bu məlumatların çatdırılması üçün biz həmin müəlliflərə borcluyuq. Hətta bəzi alimlər öz həyatları bahasına həqiqəti söyləməkdən çəkinməmişlər. 50-ci illərdə Şeyx Şamili Qafqaz xalqlarının nəzərindən salmaq məqsədi ilə siyasi kampaniya başlandı. Bu həm də XIX əsrin əvvəlbrində milli-azadlıq mübarizəsinə başqa don geydirmək məqsədi güdülürdü. Elm və məslək fədaisi, görkəmli Azərbaycan filosofu Heydər Hüseynov qorxu-qadalara baxmayaraq Şeyx Şamil haqqıında həqiqəti yazdığına görə, taleyi faciə ilə nəticələndi. H.Hüseynovun "XIX əsrdə Azərbaycanda içtimai və fəlsəfi fikir tarxindən" əsəri 1958-ci ildə Bakıda nəşr edildi. Lakin kitab haqqında müsbət rəy söyləyən alimlər, yazıçılar da cəzasız qalmadılar. Bu əsər öz obyektivliyinə və dürüstlüyünə görə çox böyük qiymətə malik olan bir əsərdir.
Bunlardan əlavə Azərbaycan tarixşünaslığının banisi hesab edilən böyük alim Abbasqulu Ağa Bakıxanovun 1970-ci ildə Bakıda nəşr olunmuş "Gülüstani-İrəm" əsərini də qeyd etmək lazımdır. Bu əsərdə XIX əsrin əvvələrində Qafqazda, xüsusilə Azərbaycanda baş vermiş hadisələr öz əksini tapmışdır. Qədim dövrdən 1813-cü ilə qədər, yəni Gülüstan sülhünə qədər olan dövrü əhatə edən bu əsərdə rusların Qafqazı işğal etmələri çox məharətlə göstərilmişdir.
XIX əsrin birinci yarısı üçün ən mühüm əsərlər sayılan "Qarabağnamə"lərin də əhəmiyyəti böyükdür. Belə ki, həm Mirzə Adıgözəl bəy, həm də Mirzə Camal Cavanşirin əsərləri 1736-1828 ilədək Qarabağ xanlığının tarixinin izlənilməsində bizə yardımçı olmuşdur.
Bu mövzuyla bağlı digər bir əsər isə Ə.N.Quliyev, İ.M.Həsənov və İ.V.Striqunovun 1960-cı ildə Bakıda çap olunmuş "XIX əsrin əvvəllərində Azərbaycanda tarix elminin inkişafı" əsəridir. Bu əsərin köməyi ilə biz, xüsusilə XIX əsrin əvvələrində, Azərbaycanda ictimai-siyasi vəziyyət haqqında məlumat alırıq. Bu isə mövzunun öyrənilməsində bizə çox kömək edir.
Bildiyimiz kimi, çarizmə qarşı ən güclü üsyanlardan biri Quba üsyanı olmuşdur. Bu haqda biz 1961-ci ildə Bakıda nəşr olunmuş A.S.Sumbatzadənin "Kubinskoe vosstanie 1837 qoda" əsərindən məlumat alırıq. Bu əsər bizə Quba üsyanının tarixini öyrənməyə imkan verən ən böyük əsərlərdən biridir. Bundan əlavə A.A.Bakıxanovun 1837-ci il oktyabrın 19-da Tiflis şəhərində Quba üsyanı ilə əlaqədar yazmış olduğu "İzahat"da geniş məlumat verir. Bu "İzahat"a 1989-cu ildə Bakıda nəşr olunmuş "Azərbaycan trixi üzrə qaynaqlar" kitabında rast gəlirik. Bu mənbənin üsyan haqqında məlumatı çox qiymətlidir. "Qafqaz müharibəsi" ilə bağlı fundamental əsər yazmış olan R.V.Fadevanın "Şestğdesət let Kavkazskoy voynı" əsərini də (1860-cı ildə Tiflisdə nəşr olunmuşdur) qeyd etməliyik. Bu əsər bütövlüklə "Qafqaz müharibəsinə" həsr edilmişdir.
Digər bir əsər isə Potonun "Kavkazskaya voyna" əsəridir. Bu əsər öz əhəmiyyətinə görə heç də digər əsərlərdə də qalmır, əksinə, problemə daha geniş kontekstdən qiymət verilir. Digər müəllif isə Dubrovindir. Onun "İstoriya voyn i vladıçestva russkix na Kavkaze" əsəri 5 cildən ibarətdir. Dubrovin başqa müəlliflərə nisbətən baş vermis hadisələrə daha obyektiv qiymət vermişdir. Onun əsərinin qiymətliliyi bir də ondadır ki, o, başqa müəlliflərdən fərqli olaraq Rusiyanın Qafqazı tutmasını işğal adlandırmışdır.
Bundardan əlavə İ.P.Petruşevskinin "Djaro-Belokanskie volneniye obşestva v pervoy çetverti XIX stoletiye" əsəridir. Bu əsər 1934-cü ildə Tiflisds nəşr olunmuş və əsərdə Car-Balakəndə baş verən hadisələr 1803-1830-cu ilədək izlənilir.
N.A.Smirnov bu problemlə bağlı "Politika na Kavkaze v 16-19 vekax", "Müridizm na Kavkaze" əsərləri mövzunun öyrənilməsində böyük əhəmiyyətə malik olmuşdur. Belə ki, bu əsərlər vasitəsi ilə biz rusların Qafqaz siyasətinin və mübarizmin Qafqaz müharibəsində boyük ideoloji rol oynadığunın şahidi oluruq. Adları çəkilən əsərlərin, movzunun öyrənilməsini də nə qədər əhəmiyyətli olduğunu qeyd etməklə yanaşı əsərlərin bəzi mənfi cəhətləri də vardır. Belə ki, bu müəlliflərin heç biri hadisələri obyektivliyi ilə doğru-dürüst tam işıqlandıra bilməmişdir. Çünki onlar Rusiyanın Qafqaz siyasətini daima ört-bastır etməyə çalışmış, hadisələrə başqa bir don geydirmişlər.
Bu əsərlər içərisində ən qiymətlisi və hadisələri daha obyektiv əks etdirən Şeyx Şamilin şəxsi katibi və mirzəsi Məhəmməd Tahirin 1992-ci ildə Bakıda nəşr olunmuş "Şeyx Şamil" əsəridir. Bu əsərin üstünlüyü ondadır ki, hadisələrin böyük əksəriyyəti onun gözü qarşısında baş vermis hadisələri olduğu kimi qələmə almışdır. Bu əsərdə Qazi Məhəmmədin, Həmzət bəyin və nəhayət, Şeyx Şamilin apardığı döyüşlərin xronikası verilmişdir.
Digər bir qiymətli əsər Tarik Mumtaz Göztəpənin 1991-ci ildə İstabulda nəşr olunmuş "Dağıstan aslanı İmam Şamil"əsəridir. Əsərdə Şamil hərəkatı haqda qiymətli məlumatlar verilir. Əsər 1998-ci ilin fevral-mart aylarında "Avrasiya" qəzetinin "Tarix" bölməsində eyni adla hissə-hissə çap olunmuşdur.
"Qafqaz müharibəsi" bizim bu günümüz üçün də çox aktualdır. Belə ki, 200 il bundan əvvəl Qafqaz qanlı hərbi-siyasi hadisələrin içində çalxalanırdı. Qafqaz xalqları Rusiya imperiyasının əsarəti altına düşməmək, öz azadlıqlarını qoruyub saxlamaq, yadellilərə qul olmamaq üçün ədalətli mübarizə aparırdılar. Tarix yenə təkrar olunur. Qafqaz xalqlarının dirçəliş dövrü başlanmışdır.
Bu tarixi zərurət ilə heç cür barışmaq istəməyən imperiya pərəst qüvvələr, vaxtı ilə Qafqazı qan içində boğmuş çar generallarının yolu ilə getmək istəyirlər. Bu gün Qafqazda baş hadisələr buna sübutdur. Azərbaycanın apardığı Qarabağ vuruşması, Çeçenistanda rusların azğınlığı, Gürcüstanda Osetin-Abxaz münaqişəsi - bunların hamısı Rusiya imperiyasının mürtəce Qafqaz siyasətinin nəticəsidir. Bunlara tab gətirmək və qalib çıxmaq üçün biz öz tariximizi bilməliyik, xüsüsilə Qafqazı Rusiya boyunduruğuna salan "Qafqaz müharibəsinin" tarixini yaxşı öyrənməliyik. Cavad xanın, Qazi Məhəmmədin, Həmzət bəyin, Şeyx Şamilin vətənpərvərlik məktəbi bizə dərs olmalıdır. Bu bizim ağır dövrümüz olmasına baxmayaraq, 1997-ci il noyabr ayının 4-də Bakıda Şeyx Şamilin 200 illik yubileyi çox təntənəli şəkildə qeyd olundu. Bu yubiley məclisində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev də iştirak etmiş və çox məzmunlu bir nitq söyləmişdir. Heydər Əliyev qeyd etmişdi ki. Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün biz Ümumqafqaz evinin yaranması yolu ilə Qafqazda sülhə nail ola bilərik. Sonda prezident buna əmin olduğunu bildirmişdir.
Bütün bunlar bir tərəfdən Şeyx Şamil məhəbbətinin nə qədər güclü olduğunu göstərirsə, digər tərəfdən Azərbaycan xalqının, ümumiyyətlə, Qafqaz xalqlarının sülhsevərll azadlıqsevərliyini sübut edir.
Qafqaz müharibəsi Rusiya imperiyasının Qafqazı işğal etmək üçün apardığı işğalçılıq müharibəsi idi. Digər tərəfdən, bu müharibə Qafqaz xalqlarının öz azadlıqlan uğrunda apardıqları azadlıq mübarizəsidir. Bu müharibə 3 mərhələdən keçmişdir. 1-ci mərhələ XIX əsrin əvvəllərindən başlayaraq 1839-cu ilə qədər olan dövrü, 2-ci mərhələ 1840-1852-ci illəri, 3-cü mərhələ isə 1852-1864-cü illəri əhatə edir.
Dostları ilə paylaş: |