26 fevral Xocalı soyqırımı günü münasibətinə muraciet



Yüklə 35,5 Kb.
tarix06.09.2017
ölçüsü35,5 Kb.
#29021
26 fevral Xocalı soyqırımı günü münasibətinə muraciet

26 fevral 1992-ci il tarixdə misli görünməyən dəhşətli cinayət üz verdi. Bu gün erməni təcavüzkarları vasitəsilə Xocalı əhalisi qətlam və Xocalı yerlə yeksan oldu. Bu dəhşətli cinayət hətta alman faşistlərinin cinayətlərindənde qat-qat vəhşi və rəhimsiz idi. Çünki bu soyqırınına başlayan erməni təcavüzçüləri heç südəmər uşaqlara da rəhm etmədilər. Öldürülən uşaqların gözlərinin oyulması, qulaqlarının kəsilməsi, qadınların döşlərinin kəsilməsi, hamilə qadınların qarnının sökülməsi və ana bətnində olan uşaqların doğranması, cənazələri şişlə dəlik-deşik edib və dağlaması erməni təcavüzçülərinin Azərbaycan gunahsiz millətinə qarşı olan nifrətlərini və ermənilərin mahiyyətcə cani və ziddi bəşər olduqlarını bir daha sübut etdi. Əlbəttə bu birinci və sonuncu cinayət deyildir. Ermənilər 1905-ci ildən başlamış bu günə qədər əllərinə düşən hər bir fürsətdən Azərbaycan türklərinin qətlamına başlamışlar ki, bu da onların bir hissədir.

Ermənilərin özlərini məsum və məzlum göstərməsi bu faciələrin beynəlxalq təşkilatları və xarici jurnalistlərin tərəfindən açiqlanmamasına səbəb olmuşdur. Amerikan jurnalisti Thomas Goltz bu faciələri yaxından görüb və öz gördüklərini əks etdirmək istəsə də təəssüf olsun ki, heç bir jurnal, radio və diğər media orqanları bu xəbəri dərc etməmişlər. Hətta BBC Moskva bürosu təəccüblənərək Thomas Goltza bunun imkansız və inanılmaz olduğunu demişlər. Eləcə də Azərbaycan vaxtaşırı dövləti öz hakimiyyəini qorumaq üçün bu xəbərləri ört-basdır edib və atışmada iki adamın ölməsini və Xocalıdan müdafiə edildiyini və Azərbaycanın kontrolunda olduğunu iddia edirdilər. Nəhayət fevralın 27-si Amerikan jurnalisti Thomas Goltz bu raportu Vaşinqton postuda dərc etməyə nail olmuşdur. Onun ardından London Sunday Times və ondan sonra da Fransa jurnalistləri Xocalı soyqırımından şəkillər və raportlar yaydılar. Thomas Goltzdan başqa rejiona gələn xarici jurnalistlərindən Anatol Lieven “London Times” və Rory Peck “Frontline News” jurnallarından olmuşlar.
Bu gün 366-cı rus ordusunun himayəti ilə erməni təcavüzkarları Xocalıya hərtərəfli hücum edib və kəndi məhv etmishdilər. Yuxarıda adını çəkdiyimiz American jurnalisti Thomas Goltz öz “Azərbaycan xatirələri” adlı kitabında ölülərin sayını 688 dəfn olunmuş və əlavə 400 sayılmamış cənazəni qeyd edir. O başqa yerdə İmam Sadıqovun 477 nəfərin dini qaydalarla dəfn olunmasını da qeyd etmişdir.
Təyid olunmuş raportlara görə Xocalı soyqırımında 613 nəfər qətlam olunmuşdur, bunlardan 106 nəfər qadın, 70 nəfər qoca və 83 nəfər uşaq idi. Eləcə də 150 nəfər itkin düşüb və 1275 nəfər əsir alınmışdır. 1000- dən artıq ev yerlə yeksan olmuşdur.
Bu faciədən 13 il keçsə də hələ də beynəlxalq orqanları erməni cinayətkarlarını məhkum etməmiş və Xocalı soyqırımını lazımınca rəsmiyyətdə tanımamışlar. Eyni halda həmən cinayətlərin davamı olaraq Azərbaycan torpaqları hələ də işğal altındadır. BMT-in 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli qərarları ilə Ernənistani təcavuzkarlığa məhkum edib və Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb etsə də bu qərarların həyata keçməsi üçün ciddi tədbir görünməmişdir.
Hörmətli Azərbaycanlılar, erməni cinayətkarlarının vasitəsilə yaranmış Xocalı soyqırımı və onun ardından minlər insanın qətli, minlərlə soydaşımızın əsir düşməsi, minlər təcavüzə məruz qalmış qadın və uşaqın, eləcə də milyondan artıq el-obasını itirib qaçqın düşmüş insanımıızın aci və ağrısın ancaq və ancaq torpaqlarımızın düşmən işğalından azad olunması azalda bilər. Bu gün bütün Azərbaycan milləti şəhidlərimizin ruhu qarşısında məsuldurlar. Azərbaycan millətindən başqa kimsə bu torpaqları azad etməyəcəkdir. Bu torpaqları yalnız və yalnız biz Azərbaycanlıların öz əlimizlə azad edilməlidir. Məhz buna görə də Güney Azərbaycan İstiqlal Partiyası bütün Azərbaycanlıları işğal altında olan torpaqlarımızın azadlığı üçün ciddi mübarizəyə dəvət edir.

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) sözçüsü

Saleh İldırım 26-02-2005
ildirim.azer@videotron.ca

g_a_i_partisi@yahoo.ca
Post adresi:

Guney Azerbaycan Istiqlal partisi



C.P. 1202. Maison de la post. Montreal. Quebec. H3B 3K9. Canada






Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin