4. DƏMIR –KARBON ƏRINTILƏRININ HAL DIAQRAMI
T.e.n. , dosent, E.M.Cavadov
P L A N:
1. Dəmir və onun xassisələri. Karbon və onun xassələri.
2. Dəmit –karbon ərintilərinin fazaları və struktur təşkil ediciləri.
3. Dəmir - karbon diaqramının analizi.
Ə D Ə B İ Y Y A T
1. Şükürov R. Metalşünaslıq Bakı, 2009.
Чередниченко В.С. Материаловеде-ние и технология конструкционных материалов. Из-во «омега», М; 2006.
Dəmir -karbon ərintiləri olan polad və çuqun müasir texnikanın ən əhəmiy-yətli ərintiləri hesab edilirlər. Polad və çuqununun istehsal həcmi digər metalların birlikdə istehsal həcmindən 10 dəfə artıqdır. Dəmir –karbon ərintilərinin hal diaqramı polad və çuqunların daxili quruluşunu aydın şəkildə göstərir.
Dəmir karbonla Fe3O kimyəvi birləşməsi əmələ gətirdiyi üçün diaqramın Fe – Fe3C hissəsi öyrənilir. Fe3C birləşməsində 6,67 % karbon olduğundan daha da yüksəkkarbonlu ərintilərin praktiki əhəmiyyəti olmur. Beləliklə dəmir –karbon diaqramını öyrəndikdə əsas komponentlər dəmir və sementit adlanan Fe3C kimyəvi birləşmə hesab edilirlər.
Dəmir boz rənkli metaldır, atom nömrəsi 26, ərimə temperaturu 15390S – dir.
Hal- hazırda tərkibində 99,999% Fe təmiz dəmir,99,8 -99,9% Fe olan texniki dəmir almaq mümkündür.Dəmirin iki polimorf modifikasiyası var:a və ¡.a -dəmir 9100S –dən aşağı mövcuddur, ¡-dəmir isə -1390S-dən yuxarı.1392-15390S tempera-tur intervalında a - dəmiri δ - dəmir kimidə işarə edirlər.
a-dəmirin krisrallik qəfəsi –HMK,qəfəsin dövrü 0,286 nm-dır.7680S –yə kimi a- dəmir maqnitlidir (ferromaqnitlidir). Bu temperatura Küri nöqtəsi deyilir və bu temperaturdan yuxarı dəmir maqnitliyini itirir və paramaqnitli olur. Dəmirin sıxlığı 7,68 q/sm3-dir. ¡- dəmirin kristal qəfəsi ÜMK – dir,dövrü a=0,364 nm-dir.
Şək.1-də saf dəmirin soyuma əyrisi göstərilmişdir.
Karbon qeyri-metallik elementdir,atom nömrəsi b,sıxlığı isə 2,5 q/s m3dur. Karbo -nun ərimə temperaturu 35000S-dır. Karbonun iki allotropik modifikasiyası var-almaz və qrafit.
Karbon dəmirdə maye və bərk halda həll olur,kimyəvi birləşmə -sementi t əmələ gətirir və yüksəkkarbonlu birləşmələrdə qrafit şəklində rast gəlir.
Dostları ilə paylaş: |