rəsmi adı, fiziki şəxsin (şəxslərin) s.a.a (nümayəndə olduqda s.a.a qeyd edilməlidir) (bundan sonra ismin müvafiq hallarında – İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) bir tərəfdən, “ ”
(ixtira, faydalı model və ya sənaye nümunəsinin adı) adlı ixtiranın (faydalı modelin və ya sənaye nümunəsinin) müəllif(lər)i (bundan sonra-Müəllif(lər)digər tərəfdən, aşağıdakı şərtlər barədə razılığa gələrək bu Müqaviləni imzaladılar.
(ixira, faydalı model və ya sənaye nümunəsinin adı) yaradılması və istifadəsi sahəsində “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra-Qanun) müəyyən edilmiş qaydada və şərtlər daxilində həmin obyektin yaradılmasına və istifadəsinə görə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) ilə “Müəllif(lər)” arasında münasibətləri tənzimləyir.
1.2. İxtiranın, faydalı modelin və ya sənaye nümunəsinin yaradılması və ondan istifadə üçün Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq Müəllif(lər) və İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) arasında müəllif müqaviləsi bağlanılmalıdır.
1.3. Müəllif(lər)in yaratdığı ixtira, faydalı model və ya sənaye nümunəsinə patent almaq hüququ İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan) məxsusdur.
1.4. İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və ya sənaye nümunəsinə patent alınması barədə iddia sənədi verməkdən imtina etdikdə və ya onun yaradılmasına dair Müəllif(lər)dən bildiriş aldığı tarixdən sonra 3 ay müddətində bu hüquqdan istifadə etmək niyyətini bildirmədikdə, patent alınması üçün iddia sənədi vermək hüququ Müəllif(lər)ə keçir.