8.12. Fonotaktika
Fonemlərin bu və ya digər kontekstdə və əhatədə gəlib-gəlməməsi onların real danışıqda işlənməsilə üzvi surətdə bağlıdır. Bu, həm ayrı-ayrı fonemlərə, həm də onların birləşmələrinə şamil edilə bilər. Məs., rus və alman dillərində morfem və söz sonunda cingiltili samitlər gələ bilməz. Buna elmi ədəbiyyatda auslaut (söz sonu) qanunu deyilir. Alman dilində /h/ samiti söz və morfem sonunda gələ bilmir, ancaq // samiti məhz bu mövqelərdə işlənir. Azərbaycan dilində /y/ və /ı/ fonemləri söz və morfem başında gələ bilmir.
Adətən /h/ samitinin auslautda gələ bilməməsini onun perseptiv cəhətdən zəif olması ilə izah edirlər. Deməli, auslaut (koda-heca sonu samitlər) çox zəif eşidilən mövqe olduğundan zəif udlaq samiti bu mövqedə işlənmir. Alman dilində isə /ŋ/ söz sonunda (müq. et: /zaŋ/ (oxudu), /zıŋç/ (oxumaq feilinin kökü) və zəif saitdən (şvadan) əvvəl gəlir (məs., /tsŋə/ (insanın ağzındakı dil), /zıŋən/ (oxumaq), /feRtsaeuŋ/ (bağışlayın)və s. Bəzən isə /k/ və /g/ -dan da əvvəl işlənir. Məs., /baŋk/ (bank), /lıŋks/ (sol), /laŋə/ (uzun) və s.
Alman dilində söz başında saitlərdən əvvəl /s/ gələ bilmir. Belə birləşmə olarsa, deməli, bu alınma sözdür. Məs., /siŋl/ (ing.d. sadə), /si:ti./(ing.d. şəhər) və s. Biz indiyə qədər fonemlərin işlənməsində bəzi məhdudiyyətləri açıb göstərdik. Ancaq fonotaktika dildəki bütün fonemlərin bir-birilə işlənə bilməsi qaydalarını müəyyən edir. Məs., Azərbaycan dilində mürəkkəb söz daxilində 3-dən artıq samit işlənə bilməz. Müq. et: /tərsməzhəb/, /kəntxuda/ və s. Alman dilində isə mürəkkəb sözdə 7 samit fonem bir-birinin ardınca gələ bilir. Məs., /'hrpst,tRtra:sə/ (payız küçəsi) və s. Beləliklə, biz görürük ki, dildə fonemlərin birləşmə yaratmalarında müəyyən məhdudiyyətlər ola bilər. Fonemlərin dildə birləşmələrini öyrənən elımə fonotaktika deyilir.
8.13. Fonemlərin manifestasiyası və heca
Fonemlərin ilkin reallaşması meydanı hecadır. Bəzən yanlış olaraq hecanı fonoloji vahid hesab edirlər. Heca prosodiyanın ən kiçik vahididir və o heç bir fonoloji əhəmiyyət kəsb etmir. O, vurğu və intonasiyanın daşıyıcısı kimi fonoloji araşdırmaların obyekti ola bilər. Hecada fonoloji seqmentlərin ardıcıllığı elə strukturlaşır ki, onu yalnız uzunluq və qısalıq, ton parametrinin qalxıb-enməsi, habelə gücün zəif və qüvvətli olması üçün bir-birini əvəz edən fonetik vahid kimi götürmək olar. Hecanın öz fonetik korrelyatı yoxdur. Ona görə də o dildən-dilə fərqli olur. Alman dilində /z)nə/ sözünü hecaya bölmək çox çətindir. Burada /n/ samiti həm birinci, həm də ikinci hecaya aid olduğundan onu
Dostları ilə paylaş: |