ALİ Tİbb təHSİl piLLƏSİNİn döVLƏt standarti rezidentura səVİYYƏSİ ÜZRƏ 060907 –“otorinolarinqologiya” İXTİsasinin



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix09.10.2019
ölçüsü0,73 Mb.
#29311
  1   2   3   4
LOR


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

 

 

Azərbaycan Respublikası  



Səhiyyə Nazirliyinin Kollegiyasının 

03.06.2011-ci il tarixli, 

 22 nömrəli qərarı ilə təsdiq 

edilmişdir 

 

ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI 

REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060907 –“OTORINOLARINQOLOGIYA” İXTİSASININ 

TƏHSİL PROQRAMI 

1.  ÜMUMİ MÜDDƏALAR 

1.1. 

Rezidentura  səviyyəsinin  060907  –«Otorinolarinqologiya»    ixtisası  üzə  Təhsil  proqramı 

(bundan  sonra  ixtisas  üzrə  Təhsil  Proqramı)  “Təhsil  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş 

“Ali  təhsil  pilləsinin  dövlət  standartı  və  proqramı”  tələblərinə,  “Rezidentura  təhsilinin 

məzmununu  və  təşkili  Qaydaları”na  və  “Rezidenturada  həkim-mütəxəssisi  hazırlığı  aparılan 

ixtisasların Təsnifatı”na uyğun hazırlanmişdir. 

1.2. 

060907  –«Otorinolarinqologiya»  ixtisası  üzə  Təhsil  proqramı  tabeliyində  və  mülkiyyət 

formasından  asılı  olmayaraq  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  və  həmin  ixtisas 

üzrə rezidentura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəsisələri üçün məcburidir. 

1.3. 

İstifadə olunan işarələr: 

 

İTP – ixtisas üzrə təhsil proqramı 

 

ÜFR – ümumi fənnlər, rotasiyalar 

 

PFR – peşə fənnlər, rotasiyalar 

 

ÜHM – ümumi hazırlığı mövzuları 

 

PHM – peşə hazırlığı mövzuları 

 

MH – Mühazirə (auditoriya saatı) 

 

SM – Seminar (auditoriya saatı) 

 

TM – Təcrübə məşğələ (auditoriya saatı) 

 

SB – Sərbəst məşğələ (auditoriyadan xaric məcburi sərbəst məşğələlər) 

 

A-assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi) 

 

P-sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi) 

 

İ-nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi) 

 

S-simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi) 

1.4. 

060907 –«Otorinolarinqologiya» ixtisasının xarakteristikası İTP-nın mənimsənilməsinin 

normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi: 



Ixtisasın şifri və adı 

Verilən həkim-

mütəxəssisin adı 

Təhsilin 

müddəti 

Kreditlərin 

sayı 

060907-“Otorinolarinqologiya” ixtisası 

Həkim-otorinolarinqoloq 

4 il 


240 

060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 



2.  HƏKİM-OTOLARİNQOLOQUN İXTİSAS XARAKTERİSTİKASI VƏ SƏRİŞTƏLİYİ 

(KOMPETENSİYASI)  

2.1. 

Həkim-otolarinqoloqun ixtisas xarakteristikası 

Otorinolarinqologiya-insanın qulaq, burun və boğaz xəstəliklərinin diaqnostikası, müalicəsi və 

profilaktikasına yönəlmiş tibbi elm sahəsidir. Həkim-otorinolarinqoloq və dərin fundamental və kliniki 

peşə hazırlığı tələb edən fəaliyyətə, o cümlədən elmi-tədqiqat işi aparmağa və pedoqoji fəaliyyətə hazır 

olmalıdir. 

2.2. 

Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan tələblər 

2.2.1.  Həkim-otolarinqoloq aşağıdakı ümummədəni kompetensiyalara yiyələnməlidir: 

ÜFR-01. 

 

BAZA TƏHSİLİ 

Ümumi bilik və bacarıqlar 

ÜFR-01.1. 

Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları çərçivəsində səlahiyyətlərini icra 

etməyə hazır olmalı və praktiki tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik etikası 

qaydalarına, məxfi informasiya ilə işləmək haqqında qanunlara və normativ hüquqi 

aktlara riayət etməli, həkimlik sirrini qorumalıdır; 

ÜFR-01.2. 

Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri təhlil etməyi bacarmalı, öz 

professional iş fəaliyyətinə humanitar, tibbi-bioloji və digər klinik elmlərin müxtəlif 

metodlarını tətbiq etməyi bacarmalıdır; 

ÜFR-01.3. 

Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi yardım və otorinolarinqoloji  xidmət 

göstərən müəssisələrin fəaliyyətini təyin edən əsas normativ sənədləri bilməlidir

ÜFR-01.4. 

Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və müalicə müəssisəsi üzrə daxili əmrlərlə 

təsdiq olunmuş tibbi sənədləşməni aparmalıdır; 

ÜFR-01.5. 

Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı, müzakirələr və mübahisələr 

aparmağı, professional məzmunlu mətnləri redaktə etməyi bacarmalı, əməkdaşlıq etməli, 

mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi və pedaqoji fəaliyyət 

göstərməlidir;  

ÜFR-01.6. 

İdarəçilik üsullarını və metodlarını bilməli, müxtəlif tərəddüdlü vəziyyətlərdə öz 

professional peşə səriştəliliyi çərçivəsində lazımi məsul idarəçilik qərarını verməyi 

bacarmalıdır; 

ÜFR-01.7. 

Tibbdə və otorinolarinqologiyada etika və deantalogiya əsasları, qanuni məsuliyyət, 

xəstə-həkim münasibətlərini; 

ÜFR-01.8. 

Tətdqiqatın planlaşdırılması və aparılmasını, elmi çıxışlar və çatdırma bacarığını, təməl 

biostatistik bilikləri, tibbi statistika və informatika; 

ÜFR-02. 

FİZİOLOGİYA 

Ümumi biliklər 

ÜFR-02.1. 

Orqanizmin normal fiziologiyasını bilməlidir; 

ÜFR-02.2. 

Orqan sistemlərin fiziologiyası 

ÜFR-02.2.(a) 

Yara sağalması 

ÜFR-02.2.(b) 

Qidalanma və metabolizm 

ÜFR-02.2.(c) 

Hemostaz və koaqulyasiya 

ÜFR-02.2.(d) 

Su-elektrolit mübadiləsi 

ÜFR-02.2.(e) 

Hüceyrə bölünməsi, diferensasiyası və apoptoz 

ÜFR-02.2.(f) 

İmmun sistem 


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

ÜFR-02.2.(g) 

Hamiləlik 

ÜFR-02.2.(h) 

Homeostaz 

ÜFR-02.3. 

Ümumi cərrahi xəstəlıklərin patogenezini və patofiziologiyasını bilməlidir. 

ÜFR-02.4. 

Ümumi cərrahiyyədə ümumi patoloji proseslərin mexanizmlərini bilməlidir; 

ÜFR-02.4.(a) 

Yara sağalması və iltihab 

ÜFR-02.4.(b) 

Ağrı 


ÜFR-02.4.(c) 

Onkogenez 

ÜFR-02.4.(d) 

Sepsis 


ÜFR-02.4.(e) 

İmmün pozulmalar 

ÜFR-02.4.(f) 

Şok 


ÜFR-02.5. 

Yaşla əlaqədarı fizioloji dəyişiklikləri bilməlidir. 

ÜFR-02.6. 

Çox istifadə olunan klinik testlərin normal dəyərlərini və yaşla əlaqədar dəyişiklikləri 

bilməlidir. 

ÜFR-02.7. 

Cərrahi müalicə və monitorizasiya üçün vacib olan fizioloji bilikləri əldə etmək. 

Ümumi bacarıqlar 

ÜFR-02.8. 

Fizioloji biliklər əsasında klinik və laborator sınaqları izah edə bilməlidir; 

ÜFR-02.9. 

Hamilələrin və yaşlıların fizioloji xüsusiyyətlərini müalicə planlarında nəzərə almaq 

ÜFR-01. 

TOPOQRAFİK ANATOMİYA VƏ OPERATİV CƏRRAHİYYƏ  

Ümumi biliklər 

ÜFR-01.01.  Gicgah sümüyünün (xarici, orta, daxili qulağın gicgah sümüyü piramidasının) 

topoqrafiyasını, cərrahi anatomiyasını; 

ÜFR-01.02.  Burun və burun ətrafı ciblərin kəllə boşluğu, göz yuvaları, üz nahiyyəsi, ətraf digər 

orqanlar ilə topoqrafik münasibətlərini; 

ÜFR-01.03.  Udlağın, qırtlağın və yemək borusunun fəqərə sütunu, boyunun damar sinir dəstəsi, ön, 

arxa divararalığı ilə topoqrafik münasibətlərini; 

ÜFR-01.04.  LOR orqanların və baş nahiyəsinin, boyunun və döş qəfəsinin limfa düyünləri ilə 

əlaqələrinin topoqrafiyasını və bunların patologiyada əhəmiyyətini; 

ÜFR-02. 

PATOMORFOLOGİYA  

Ümumi biliklər 

ÜFR-02.01.  Sitoloji və histoloji müayinədə iltihabi xəstəliklərin, xoş və bəd xassəli şişlərin differensial 

diaqnostik meyarlarını; 

ÜFR-02.02. 

Xoş və bədxassəli xəstəliklərin patogenezini bilməlidir; 

ÜFR-02.03. 

Orqanların patologiyalarını bilməlidir; 

ÜFR-02.04. 

Cərrahi patologiyaların prisiplərini bilməlidir; 

ÜFR-02.05. 

Cərrahi preparatların işlənməsini bilməlidir; 

ÜFR-02.06. 

Klinik və laborator məlumatların cərrahi xəstəliklərin diaqnostikasında istifadəsini 

bilməlidir; 



Ümumi bacarıqları 

ÜFR-02.07.  Sitoloji və histoloji müayinə üçün materialların götürülməsini, onları hazırlamağı;  

ÜFR-02.08.  Sitoloji və histoloji müayinələrin aparılmasını;  


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

ÜFR-02.09.  Mikroskop altında preparatlara baxışı, immunohistokimyəvi müayinələrin aparılmasını; 

ÜFR-02.10. 

İncə iynə aspirasion biopsiyasını, eksiziyonal və insizional biopsiyanı, kəsici iynə 

biopsiyasını bacarmalıdır; 

ÜFR-02.11. 

Klinik, laborator məlumatların cərrahi xəstələrin diaqnostikası, müalicəsi, əməliyyatını, 

əməliyyatdaxili və sonrası aparılmasında tətbiqini bacarmalıdır; 

ÜFR-02.12. 

Cərrahi xəstələrin aparılmasında patolohistoloq ilə işini  bacarmalıdır 

ÜFR-03. 

MİKROBİOLOGİYA  

Ümumi biliklər 

ÜFR-03.01.  Mikrobiologiyanın ümumi məsələlərini, mikroorqanizmlərin növlərini, mikrobioloji 

laboratoriyanın işini;  

ÜFR-03.02.  Qidalı mühitləri, əkmə üsullarını;  

ÜFR-03.03.  Mikoskopları, onların təyinatını, mikroskopik müayinəni;  

ÜFR-03.04.  Qram-müsbət, qram-mənfi, anaerob bakteriyaları, irinli-iltihabi proseslərin törədicilərinin, 

difteriyanı, qrip, paraqripoz virusların, patogen ibtidailərin, göbələk xəstəliklərinin 

laborator diaqnotikasını;  

ÜFR-03.05.  Bakteriyanın toksikliyini, immuniteti;  

ÜFR-03.06.  QBB xəstəliklərinin mikrobiologiyasını və antibiotikoterapiyasını; 



Ümumi bacarıqları 

ÜFR-03.07.  Yaxmaların hazırlanmasını, rəngləmə, mikroorqanizmləri aşkar etmək metodlarını; 

ÜFR-03.08.  Müayinə materialları götürməyi, müayinə üsullarını; 

ÜFR-03.09.  Qanın sterilliyə götürülməsini, hemokulturanın müayinəsini;  



ÜFR-04. 

HEMATOLOGİYA  

Ümumi biliklər 

ÜFR-04.01.  Qanın morfoloji tərkibini, onun müayinə metodikasını;  

ÜFR-04.02.  LOR orqanların iltihabi, allergik, generalizə olunmuş irinli iltihabi xəstəliklərində qanın 

morfoloji tərkibindəki dəyişiklikləri;  

ÜFR-04.03.  Qan xəstəlikləri zamanı LOR orqanlardakı və qandakı dəyişiyliklərin xüsusiyyətlərini; 

Ümumi bacarıqları 

ÜFR-04.04.  Leykemiya və leykozlar zamanı əmələ gələn anginalarda sümük iliyinin müayinəsini 

aparmağı, oradakı dəyişiylikləri qiymətləndirməyi;  

ÜFR-04.05.  Leykemiya və leykozlar zamanı əmələ gələn anginalarda müalicə prinsiplərini; 



ÜFR-05. 

KLİNİK BİOKİMİYA 

ÜFR-05.01. 



ÜMUMİ BİOKİMYA  

Ümumi biliklər 

ÜFR-05.02.  QBB xəstəlikləri zamanı qan, sidik, beyin-onurğa beyin mayesində aşkar olunan 

biokimyəvi dəyişiylikləri; 


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

ÜFR-05.03.  Qulaq, burun, udlaq ifrazatının və sekretinin, labirint mayesinin əsas biokimyəvi 

göstəricilərini, onların diaqnostik əhəmiyyətini;  

ÜFR-05.04.  QBB şişləri zamanı markerlərin təyini metodikalarını; 

ÜFR-05.05. 



SU – ELEKTROLİT VƏ TURŞU – QƏLƏVİ HOMEOSTAZI 

Ümumi biliklər 

ÜFR-05.05.1. 

Normal su-elektrolit və turşu-qələvi tarazlığını bilməlidir; 

ÜFR-05.05.1(a) 

Orqanizmin maye mühitlərini bilməlidir; 

ÜFR-05.05.1(b) 

Maye mühitləri arasında su mübadiləsinin fiziologiyasını bilməlidir və bunun 

əhəmiyyətini qavramaq; 

ÜFR-05.05.2. 

Su-elektrolit homeostazında yaşla əlaqədar dəyişiklikləri bilməlidir; 



Ümumi bacarıqlar 

ÜFR-05.05.3. 

Su və elektrolit pozulmalarının diaqnostikasını və korreksiyasını bacarmalıdır; 

ÜFR-05.05.4. 

Turşu-qələvi pozulmalarının diaqnostikasını və düzəldilməsini bacarmalıdır; 

ÜFR-05.06. 



METABOLİZM 

Ümumi biliklər 

ÜFR-05.06.1. 

Enerji metabolizmını bilməlidir; 

ÜFR-05.06.2. 

Bədən temperaturunun tənzimini bilməlidir; 

ÜFR-05.06.3. 

Metabolizmin hormonal tənzimini bilməlidir; 

ÜFR-05.06.4. 

Aralıq metabolizmı bilməlidir; 

ÜFR-05.06.5. 

Metabolizmdə yaşla əlaqədar ortaya çıxan dəyişiklikləri bilməlidir; 

Ümumi bacarıqlar 

ÜFR-05.06.6. 

Reanimasion xəstələrin gündəlik enerji ehtiyaclarını təyin etmək; 

ÜFR-05.06.7. 

Reanimasion xəstələrdə azot mübadiləsini hesablaya bilməlidir. 

ÜFR-06. 

ANESTEZİOLOGİYA VƏ REANİMATOLOGİYA 

ÜFR-06.01. 



ANESTEZİOLOGİYA 

Ümumi biliklər 

ÜFR-06.01.1. 

Ağrının patofiziologiyasını və müalicəsini bilməlidir; 

ÜFR-06.01.2. 

Yerli, regional və ümumi anesteziyada istifadə olunan dərmanların farmakologiyasını 

və istifadə qaydalarını bilməlidir; 

ÜFR-06.01.3. 

Yerli, regional və ümumi anesteziyanın prinsiplərini, metodlarını, göstəriş, əks-

göstəriş və ağırlaşmalarını bilməlidir; 

ÜFR-06.01.4. 

Böyüklərdə və uşaqlarda ümumi ağrısızlaşdırmanın əsasları; 

ÜFR-06.01.5. 

Otorinolarinqoloji əməliyyatlar zamanı ən çox istifadə olunan ağrısızlaşdırma, 

anesteziya üsullarını;  

ÜFR-06.01.6. 

QBB xəstəliklərində yerli və ümumi anestetikləri və onların təsirini, tətbiq 

texnikalarını; 

ÜFR-06.01.7. 

Ümumi ağrısızlaşdırma zamanı xəstələrin vəziyyətinə nəzarət üsulları və onların 

qiymətləndirilməsi metodlarını; 



060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 



Ümumi bacarıqlar 

ÜFR-06.01.8. 

Cərrahi xəstələri anesteziya nöqteyi-nəzərdən qiymətləndirməyi bacarmalıdır; 

ÜFR-06.01.9. 

Anesteziya vaxtı xəstənin monitorizasyasınu bacarmalıdır; 

ÜFR-06.01.10. 

Tənəffüs yolunu açıq tutma tədbirlərini bacarmalıdır; 

ÜFR-06.01.11. 

İntubasiya və ekstubasiyanı bacarmalıdır; 

ÜFR-06.02. 



ÜRƏK-AĞCİYƏR REANİMASİYA 

Ümumi biliklər 

ÜFR-06.02.1. 

Kritik vəziyyətlərin mexanizmlərini, həyatqurtarma tədbirlərinin prinsiplərini, 

ardıcıllığını və hədəf göstəricilərini bilməlidir; 

ÜFR-06.02.2. 

Ürək dayanmasının səbələrini və mexanizmlərini bilməlidir; 

ÜFR-06.02.3. 

Ürək dayanmasında istifadə olunan dərmanların farmakologiyasını bilməlidir; 

ÜFR-06.02.4. 

Mexaniki ventilyasiyanın tənəffüs və ürək-damar sisteminə təsirini bilməlidir; 

ÜFR-06.02.5. 

Şokdakı xəstələrin monitorizasiyasında istifadə edilən üsulları bilməlidir; 



Ümumi bacarıqlar 

ÜFR-06.02.6. 

Kritik vəziyyətlərdəki xəstələrdə həyatqurtarma tədbirlərini ardıcıllıqla yernə 

yetirməyi bacarmalıdır; 

ÜFR-06.02.7. 

Ürək dayanması və aritmiyaların diaqnostikasını bacarmalıdır; 

ÜFR-06.02.8. 

Ürək masajı və defibrilyator istifadəsini bacarmalıdır; 

ÜFR-06.02.9. 

Tənəffüs yollarının tıxanmasının diaqnostikasını və müalicəsini bacarmalıdır; 

ÜFR-06.02.10. 

Endotraxeal və nazotraxeal intubasiyanı bacarmalıdır; 

ÜFR-06.02.11. 

Krikotirotomiya və traxeostomiyanı bacarmalıdır; 

ÜFR-06.02.12. 

Mexaniki ventilyatorlardan istifadə etməyi bacarmalıdır; 

ÜFR-06.02.13. 

Körpücükaltı, vidaci və bud venalarına kateter qoymağı bacarmalıdır; 



ÜFR-07. 

QİDALANMA 

Ümumi biliklər 

ÜFR-07.01.  Xəstələrin qidalanma vəziyyətlərini qiymətləndirmək üçün biliklərə sahib olmaq; 

ÜFR-07.02.  Qidalandırma üsullarını bilməlidir; 

ÜFR-07.03.  Cərrahi xəstəliklərin qidalanmaya təsirini və qidalandırılması vacib olan xəstəlikləri 

bilməlidir; 

ÜFR-07.04.  Yaşla əlaqədar qidalanmada ortaya çıxan dəyişiklikləri bilməlidir; 



Ümumi bacarıqlar 

ÜFR-07.05.  Xəstələrin qidalanma vəziyətini qiymətləndirməyi bacarmalıdır; 

ÜFR-07.06.  Qidalandırma üsullarının seçimini bacarmalıdır 

ÜFR-07.07.  Enteral və pareneral qidalandırma kateterlərini yerləşdirməyi bacarmalıdır; 

ÜFR-07.08.  Qidalandırmalı olan xəstələrdə qida ehtiyaclarını hesablamağı bacarmalıdır; 

ÜFR-07.09.  Parenteral qidalandırmada enerji və vitamin pozulmalarını təyin etməyi və aradan 

qaldırmağı bacarmalıdır; 

ÜFR-07.10.  Qastrostomiya, yeyunostomiya və dəridənkeçən qastrostomiyanın icrasını bacarmalıdır; 



060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

ÜFR-07.11.  Enteral və parenteral qidalandırmada ağırlaşmaların təyinini və müalicəsini bacarmalıdır; 

ÜFR-08. 

ÜMUMİ CƏRRAHİYYƏ  

Ümumi biliklər 

ÜFR-08.01.  Aseptika, antiseptikanı, cərrahi infeksiyaları; 

ÜFR-08.02.  Travmalar zamanı müalicə prinsiplərini;  

ÜFR-08.03.  Yemək borusunda aparılan cərrahi əməliyyatları; 

ÜFR-08.04.  QBB xəstəliklərində lazer cərrahiyyəsi, radiofrekans və digər enerji qaynaqlarının tətbiqini; 

Ümumi bacarıqları 

ÜFR-08.05.  Xəstələrdən anamnez toplamağı və müayinə üsullarını, laborator müayinələrin nəticələrini 

təhlil etməyi;  

ÜFR-08.06.  QBB xəstəliklərində cərrahi sarğı, cərrahi tikiş texnikaları və materialları, əməliyyatdan 

sonra xəstənin aparılması və əməliyyatdan sonrakı ağırlaşmaları; 

ÜFR-08.07.  Xəstələrə diaqnoz qoymağın əsaslarını, medikamentoz müalicəni aparmağı və istifadə 

olunan dərmanları;  

ÜFR-08.08.  Venapunksiya, venaseksiyanı, mədə zondu və sidik yollarına kateter qoymağı; 

ÜFR-08.09.  Xarici yuxu arteriyasının bağlanmasını, traxeotomiyanı (meyiddə və xəstədə); 

ÜFR-09. 

TRAVMATOLOGİYA 

Ümumi biliklər 

ÜFR-09.01. 

Açıq və qapalı zədələnmələrin patofiziologiyasını bilməlidir; 

ÜFR-09.02. 

Travmaların mexanikasını və ballistikasını bilməlidir 

ÜFR-09.03. 

Təcili yardım göstərişlərini bilməlidir; 

ÜFR-09.04. 

QBB organların travmalarında müalicə prinsiplərini bilməlidir

ÜFR-09.05. 

Zədələnməyə nəzarət cərrahiyyəsinin prinsiplərini bilməlidir; 

Ümumi bacarıqlar 

ÜFR-09.06. 

Çoxlu orqan travması olan xəstələrin aparılmasını bacarmalıdır; 

ÜFR-09.07. 

Travmalı xəstələrin xəstəxanaya qədərki, təcili yardım, reablitasiya mərhələlərdə 

diaqnostikasını, müalicəsini, müşahidəsini müştərək şəkildə bacarmalıdır; 



ÜFR-10. 

NEVROLOGİYA  

Ümumi biliklər 

ÜFR-10.01.  Baş beyinin anatomo-fizioloji xüsusiyyətlərini, nevroloji müayinə üsullarını;  

ÜFR-10.02.  Kəllə-beyin sinirlərini, onların müayinə üsullarını, patologiyasını dəyərləndirməyi;  

ÜFR-10.03.  Nevrologiyada baş ağrıları, səbəbləri, degenerativ xəstəlikləri;  

ÜFR-10.04.  Yuxunun fiziologiyası və yuxu xəstəliklərini; 

Ümumi bacarıqları 

ÜFR-10.05.  Otogen və rinogen kəllədaxili ağırlaşmaların nevroloji simptomları; 

ÜFR-10.06.  Baş gicəllənmə, onun xüsusiyyətləri və differensial diaqnostikasını; 


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 



ÜFR-11. 

TİBBİ STATİSTİKA VƏ İNFORMATİKA 

Ümumi biliklər 

ÜFR-11.01. 

Ümumi cərrahiyədə araşdırma prinsiplərini bilməlidir; 

ÜFR-11.02. 

Ümumi epidemiyoloji prinsipləri bilməlidir; 

ÜFR-11.03. 

Klinik və eksperimental tədqiqatların planlaşdırılmasını və statistikasını bilməlidir; 

ÜFR-11.04. 

İnsan üzərində tədqiqatların prinsiplərini bilməlidir; 

ÜFR-11.05. 

Ən yaxşı klinik tətbiqləri bilməlidir; 

ÜFR-11.06. 

BXK-10-nun strukturanı və hissələri bilməlidir; 

ÜFR-11.07. 

Sübutlu təbabətin prinsiplərini bilməlidir; 

Ümumi bacarıqlar 

ÜFR-11.08. 

Dərman və cihaz firmalarının təqdim etdiyi məlumatlara tənqidi yanaşmağı bacrmaq; 

ÜFR-11.09. 

Tibbi biliklərə yiyələnməyi, tənqidi yanaşmağı və tətbiqində sübutlu təbəbətin 

prinsiplərinə əsaslanmağı bacarmalıdır 

ÜFR-11.10. 

Klinik və eksperimental tədqiqatları planlaşdırmağı, aparmağı, nəticələrini təqidim 

etməyi və yazmağı bacarmalıdır; 

ÜFR-11.11. 

Databaz proqramları və statistika proqramları ilə işləməyi bacarmalıdır; 

2.2.1.  Həkim-otorinolarinqoloq aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir: 

PFR-01. 

OTOLOGİYA  

Peşə bilikləri 

PFR-01.01. 

Ölkədə otoloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator müəssisələrinin 

işinin, böyük və uşaq əhalisinə təcili və təxirəsalınmaz yardımın təşkili; 

PFR-01.02. 

Xarici, orta və daxili qulağın xəstəliklərinin yayılması, nomenklaturasını, təsnifatını 

etiologiyası, patogenezi, klinik simptomları, diaqnostikası, müalicə prinsiplərini, ölüm 

göstəricilərini; 

PFR-01.03. 

Kəskin koxleovestibulyar pozğunluqları, onların klinik simptomlarını, diaqnostikası və 

müalicəsini, bu zaman aparılacaq təcili yardımı;  

PFR-01.04. 

Qulaq məşəli kəllədaxili ağırlaşmaları, onların yayılması, təsnifatı, klinikası, 

diaqnostikasını və müalicəsini, mastoidit, üz sinirinin iflici, səbəbləri, formaları, 

diaqnostikası və müalicəsini; 

PFR-01.05. 

Otoloji xəstəliklərin profilaktikası tədbirlərini, profilaktik müayinənin təşkili və 

aparılmasının ümumi prinsiplərini; 

PFR-01.06. 

Otoloji xəstəliklərdə dispanserizasiya, onun mahiyyəti, dispanserizasiyanın məqsədi, 

xəstəliklərin aşkar edilməsi üsulları və müalicəsi prinsiplərini; 

PFR-01.07. 

Təcili yardım tələb edən otoloji xəstəliklər və vəziyyətləri, bu zaman aparılan müayinələrin 

diaqnostik əhəmiyyətini; 

PFR-01.08. 

Otoloji xəstəliklər zamanı tətbiq edilən medikamentoz və cərrahi müalicə üsullarının 

effektlilik göstəricilərini; 

PFR-01.09. 

Otoloji xəstəliklər zamanı baş verən fəsadların əmələ gəlmə mexanizimlərini və onların 

aradan qaldırılması yollarını; 

PFR-01.10. 

Qulağın bəd xassəli şişlərin yayılmasını, formalarını, klinik simptomlarını, biopsiyası 

üsullarını, morfoloji xüsusiyyətlərini aşkar etməyi, şüa, kimyəvi və cərrahi müalicəsini; 


060907 – “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət 

tələbləri 

PFR-01.11. 

Qulaq xəstəlikləri ilə əlaqədar xüsusi anatomik, fizioloji, patofizioloji və digər sahələri; 



Peşə bacarıqları 

PFR-01.12. 

Pasiyentin xəstəliyi haqda ətraflı informasiyanın toplanması; obyektiv müayinə üsullarının 

tətbiqi; xəstəliyin ümumi və xüsusi əlamətlərini aşkar etmək, xüsusən, təxirəsalınmaz 

yardımı tələb edən hallarda; 

PFR-01.13. 

Otoloji xəstəlikləri zaman tətbiq olunan müayinə üsullarını (otoskopiya, eşitmə borusunun 

keçiriciliyinin yoxlanması, eşitmənin, vestibulyar funksiyanın müainəsini, cərrahi 

mikroskopla işləməyi) və onların xəstəliyi təyin etməkdə rolunu;  

PFR-01.14. 

Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək; xəstəni bu vəziyyətdən çıxarmaq üçün 

lazımi tədbirlərin görülməsi; 

PFR-01.15. 

Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək (laborator, rentgenoloji, funksional və 

sair); 

PFR-01.16. 



Hospitallaşmaya göstərişləri təyin etmək və onu təşkil etmək; 

PFR-01.17. 

Differensial diaqnostikanın aparılması, kliniki diaqnozun, xəstənin aparılma sxemi, planı 

və taktikasının əsaslandırılması; 

PFR-01.18. 

Zəruri dərman vasitələrini və digər müalicə tədbirləri təyin etmək; 

PFR-01.19. 

Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını 

tapmaq; 

PFR-01.20. 

Müxtəlif otoloji xəstəliklərin cərrahi və dərman müalicəsi prinsiplərinin xarakteristikasını 

verməyi, konservativ və cərrahi müalicəyə göstərişləri təyin etməyi; konkret xəstəlik 

zamanı farmakoloji, fizioterapevtik və cərrahi müalicə üsullarını seçməyi; qulaq 

əməliyyatları zamanı lokal, regional və ümumi anesteziyanın seçilməsini, tətbiqini və 

aparılmasını; 


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin