Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев



Yüklə 13,87 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix18.01.2017
ölçüsü13,87 Mb.
#5798
  1   2   3   4   5   6   7   8   9   10

“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни  тяърцбя иля бир-

ляшдирян, фикирлярини тятбиг едя билян вя онлардан ямяли нятиъя эютцря

билян,  ъямий йятя, юлкяйя, халга  конкрет файда эятирян инсанлар

алимлярин сырасында хцсуси йер тутурлар”.

Цмуммилли лидер ЩЕЙДЯР ЯЛИЙЕВ

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev mayın 16-da Şamaxı As tro -

fizika Rəsədxanasında əsaslı təmir və

yenidənqurmadan sonra yaradılan şəraitlə

tanış olmuşdur. 

Son illərdə Azərbaycanda astronomiya

elminin inkişafı istiqamətində mühüm təd -

birlər həyata keçirilmişdir. Bu baxımdan

Şamaxı Astrofizika Rəsədxanasında aparılan

təmir və yenidənqurma işləri diqqəti cəlb

edir. Azərbaycan astronomiya elmi Nə sir əd -

din Tusi tərəfindən XIII əsrdə Cənubi Azər -

 

bay 


canda yaradılmış məşhur Marağa Rə 

-

 sədxanası ilə şöhrət qazansa da, XX əsrdə



milli astronomiya elminin inkişafında yeni

əlamətdar bir mərhələ başlanmışdır. 1927-ci

ildən Azərbaycanda astronomiya eks 

pe 


-

disiyaları fəaliyyət göstərmişdir. Bu eks  pe -

di 

siyalar Şamaxı da daxil olmaqla Azər 



-

baycanın bir sıra rayonlarını tədqiq etmiş,

son nəticədə rəsədxananın tikilməsi üçün

məhz Pirqulu ərazisinə üstünlük verilmişdir. 

Rəsədxana 1959-cu ildə Azərbaycanın

tanınmış alimləri Həsən Əliyev və Yusif

Məmmədəliyevin təşəbbüsü ilə yaradılmış,

1960-cı ildə isə fəaliyyətə başlamışdır. Dəniz

səviyyəsindən 1500 metr hündürlükdə yer -

ləşən rəsədxana çətin müşahidə edilən cənub

göyünün öyrənilməsində dünyanın bir çox

rəsədxanaları ilə müqayisədə üstünlüklərə

malikdir. Mütəxəssislərin rəyinə görə, burada

aydın gecələrin sayı il ərzində 200-ə çatır. 

2008-ci ildən sonra Şamaxı Astrofizika

Rəsədxanasının həyatında yeni əlamətdar

mərhələ başlanmışdır. Belə ki, Azərbaycanda

elmin inkişafına böyük diqqət göstərən

dövlətimizin başçısı rəsədxananın yenidən

qurulması, burada təmir-bərpa işlərinin apa -

rılması ilə bağlı sərəncamlar imzalamış,

tapşırıqlar vermişdir. Prezident İlham Əli 

-

yevin 2008-ci ilin sentyabrında və 2009-cu



ilin iyulunda imzaladığı sərəncamlarla rəsəd -

xananın maddi-texniki bazasının güc lən diril -

məsi və əsaslı təmir-tikinti işlərinin apa rıl -

ması üçün dövlət büdcəsindən və Prezidentin

ehtiyat fondundan ümumilikdə 8 milyon

manat vəsait ayrılmışdır. Sərəncamların icrası

nəticəsində bu elmi-tədqiqat mərkəzinin

maddi-texniki bazası möhkəmlənmiş, əsaslı

təmir və yenidənqurma işləri aparılmış, yeni

binalar inşa olunmuş, müasir qurğular işə

salınmışdır. 

Azərbaycan Milli Elmlər Akademiyasının

prezidenti  akademik Akif Əlizadə döv lə ti -

mizin başçısına məlumat verdi ki, rəsəd 

-

2

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



Dünyadakı ən qabaqcıl texnologiyalar Azərbaycanda olmalıdır. 

İlham Əliyev

Ïðåçèäåíò Èëùàì ßëèéåâ 

Øàìàõû Àñòðîôèçèêà Ðÿñÿäõàíàñûíûí 

éåíèäÿí ãóðóëìàñûíû 

éöêñÿê ãèéìÿòëÿíäèðìèøäèð

xanada inzibati bina, sərgi və 110 nəfərlik

mühazirə zalları, 6 teleskop binası, o cüm -

lədən 2 metrlik əsas teleskopun binası əsaslı

təmir olunmuş, 110 nəfərlik yeməkxana

tikilmişdir.

Əsaslı təmir və yenidənqurmadan sonra

buradakı inzibati otaqlarda iş şəraiti ən

müasir səviyyəyə çatdırılmışdır. Rəsəd xa -

nanın Bakı şəhər bölməsi, «Günəş fizikası»,

«Günəş və Yer əlaqələri», «Planetlər və kiçik

səma cisimləri» və digər şöbələri vardır.

İkimetrlik əsas teleskopun yerləşdiyi

binada yaradılan şəraitlə tanış olan döv lə ti -

mi  zin başçısına məlumat verildi ki, bu bina

ilə yanaşı, horizontal Günəş teleskopunun,   70

və   35 santimetrlik teleskopların, həmçinin

alman teleskopunun binaları da əsaslı təmir

olunmuşdur. Əsas teleskopun idarəetmə sis -

temi tam avtomatlaşdırılmışdır. Rəsəd xana -

nın bütün teleskoplarına müasir və yeni işıq

qəbulediciləri alınmış, xüsusi kameralar və

kriogen qurğusu quraşdırılmışdır. Ümu 

-

milikdə rəsədxana astrofizika və fundamental



astronomiya sahəsində keçmiş sovet və

postsovet elmi proqramlarına mühüm

töhfələr vermişdir. 

Rəsədxana AMEA tərəfindən təsdiq

olunmuş elmi proqram əsasında fəaliyyət

göstərir. Proqram dünya elminin ən qabaqcıl

və prioritet problemləri ilə uzlaşdırılmışdır.

Rəsədxanada qalaktikanın, ulduzların, pla -

netar dumanlıqların, Günəşin, planetlərin və

kometaların müşahidəsi aparılır. Burada

ulduzlar fizikası, Günəş sistemi cisimlərinin

dinamikası və fizikası, həmçinin Günəş

fizikası istiqamətində elmi işlər görülür. 

3

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



Dövlətimizin başçısına Şamaxı Astro 

-

fizika Rəsədxanasının əvvəlki və ye 



-

nidənqurmadan sonrakı görüntüləri əsasında

bu elmi-tədqiqat mərkəzinin fəaliyyəti barədə

məlumat verildi. Rəsədxananın direktoru

Əyyub Quliyev teleskopların müasir 

ləş 


-

dirilməsi və avtomatlaşdırılması, gələcəkdə

nəzərdə tutulan işlər, həmçinin əldə olunan

nailiyyətlər barədə danışdı. Bildirildi ki,

burada Günəş fizikası sahəsində tədqiqatlar

aparılmış, yüksək elmi nəticələr əldə

olunmuşdur. Günəş alışmalarının inkişafı,

maqnit sahəsi və Günəş atmosferinin incə

quruluşu ilə bağlı aparılan tədqiqatlarla

yanaşı, ulduz fizikası sahəsində qeyri-

stasionar, dəyişən və qoşa sistem ulduzları,

geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar

da öyrənilir. 

Dövlətimizin başçısına son günlərdə

kosmosdan alınan görüntülər, o cümlədən

diametri 6,5 metrdən çox olan teleskoplar

barədə məlumat verildi. 

Rəsədxananın yenidən qurulmasını yük -

sək qiymətləndirən və bunun Azərbaycan

elminə bir töhfə olduğunu vurğulayan Pre -

zident İlham Əliyev dedi: 

– Son illər burada aparılan tikinti-qu 

-

ruculuq işləri öz bəhrəsini vermişdir. Şamaxı



Rəsədxanası uzun illərdir ki, fəaliyyət

göstərir. Vaxtilə buraya böyük investisiyalar

qoyulmuşdu. Amma sonra bu şəkillər də

göstərir, mən də burada birinci dəfə olarkən

görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü.

Həm burada elmi araşdırmalar aparmaq üçün

problemlər yaranmışdı, həm də alimlərin

yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş



4

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



5

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

binalar yararsız vəziyyətə düşmüşdü,

dağılırdı. Ona görə biz qərara gəldik ki,

rəsədxananı kompleks şəkildə bərpa edək. 

Müvafiq sərəncamlar verilmişdir. Mən

burada dəfələrlə olmuşam. Çox şadam ki,

artıq biz rəsədxananı tam şəkildə yenidən

qurduq, bərpa etdik. Çox gözəl şərait

yaradılmışdır. Əsas teleskop da təmir edildi.

Alimlərin də yaşayış şəraiti yaxşılaşdı.

Burada yaşamaq, işləmək üçün bütün

imkanlar vardır. Bu, Azərbaycan elminə

verilən böyük töhfədir. 

Azərbaycan elminin inkişafı üçün əməli

tədbirlər görülür. Mənim müvafiq sə 

rən 

-

camlarım olmuşdur. Elmin maddi-texniki



bazasının möhkəmləndirilməsi, alimlərin

fəaliyyətinin stimullaşdırılması üçün vacib

addımlar atılmışdır. Elmin İnkişaf Fondu

yaradılmışdır. Yəni Azərbaycan dövləti

çalışır ki, elmə ayrılan vəsait artsın və

Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına

maksimum dərəcədə xidmət göstərsin. İndi

biz elmin ənənəvi və yeni istiqamətləri üzrə

ciddi fəaliyyət göstəririk. Bu ilin fevral

ayında artıq kosmik sənayenin təməlini

qoyduq. Artıq bizim peykimiz orbitə

çıxarılıbdır. Belə olan halda hesab edirəm ki,

Azərbaycan bölgənin elm mərkəzinə çevril -

mə lidir. Artıq Azər baycan bölgənin iqtisadi,

siyasi mərkəzidir. İndi görürsünüz hər ay

mötəbər siyasi tədbirlər keçirilir.



Azərbaycan bölgənin elm mərkəzinə də

çevrilməlidir. 

Biz əlavə nə lazımdırsa, edəcəyik. Hesab

edirəm ki, biz bu bazadan yeni layihələrin

həyata keçirilməsi istiqamətində işimizi

davam etdirəcəyik. Əlbəttə, elə etməliyik ki,

elmə qoyulan vəsait elmin inkişafına xidmət

göstərsin. Eyni zamanda bunun praktiki nə -

ti 


 

cələri də olsun. İqtisadi inkişafımız və

ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı

üçün elmi praktiki addımlarla uzlaş 

dır 

-

malıyıq. Daha doğrusu, bu uzlaşma vardır,



gərək daha da səmərəli olsun. Dünyadakı ən

qabaqcıl texnologiyalar Azərbaycanda ol 

-

malıdır. İndi dünya səviyyəsində olmasına



baxmayaraq, hesab edirəm ki, rəsədxananın

gələcək inkişafı istiqamətində əlavə addımlar

atılmalıdır. Biz aparıcı rəsədxanaların səviy -

yəsinə qalxmışıq.

Rəsədxanada aparılan təmir-tikinti işləri

çərçivəsində ərazi tamamilə hasara alınmış,

beşmərtəbəli iki binanın birinci mər 

təbə 


-

lərində poçt, tibb məntəqəsi, uşaq bağçası,

mağaza və digər xidmət obyektləri yara 

-

dılmışdır. Magistral elektrik, su, kanalizasiya,



xarici və daxili qazlaşdırma, tele 

kom 


mu 

-

nikasiya xətləri yenidən çəkilmişdir. İnzibati



binanın ətrafında yeni yaşıllıq salınmışdır.

Prezident İlham Əliyev rəsədxananın əra -

zisində yaradılan yeni yaşayış massivindəki

şə rait lə də tanış oldu. Burada 40 və 32   mən -

zil li beşmərtəbəli iki bina, bir və iki mərtəbəli

10 kottec və mehmanxana inşa olunmuşdur.

Otaqlarda qonaqların rahatlığını yüksək

səviyyədə təmin etmək üçün bütün şərait

yaradılmışdır. Qonaqlar kotteclərin sürətli

internet, kabel televiziyası və digər

xidmətlərindən yararlana biləcəklər. 

AMEA-nın müxbir üzvü,

k.e.d. professor Vaqif Abbasov


– Hörmətli Akif müəllim, bu gün

Azərbaycan Milli Elmlər Aka de miyasında

islahatlar aparmağa ehtiyac varmı? Eh -

tiyac varsa, səbəbləri nədir?

– Azərbaycanın çoxşaxəli fundamental

elmi respublikamız SSRİ-nin tərkibində

olarkən iqtisadi inkişafın təmin olunmasına

əhəmiyyətli töhfə verərək uzun illər

təfəkkür, maarifləndirmə və sosial-mədəni

funksiyaları uğurla yerinə yetirmişdir.

Lakin mürəkkəb və zid diy yət li 90-cı illərin

başlanğıcında Azərbaycan elmində ağır

vəziyyət yarandı. Sovetlər məkanında uzun

illər mövcud olan elmi əlaqələr dərhal

pozuldu, kadr hazırlığının ardıcıllığı kəsildi,

maddi-sosial şərait acınacaqlı bir vəziyyətə

düşdü,  təd qi qat ların  intensivliyi  azaldı.

Sahəvi elmlərin tənəzzülə uğraması, büdcə

vəsaitlərinin dağılıb-yayılması elmi po 

-

tensialın xeyli zəifləməsinə və əksər



hal larda nüfuzlu elmi məktəblərin da ğıl -

masına gətirib çıxartdı. Ümumiyyətlə,

statistika ba 

xımın 


dan belə şərait Elmlər

Akademiyasının ümumi  reytinqinin aşağı

düşməsinə səbəb oldu.

Elmi metrik təhlil respublika alim lərinin

fərdi reytinq göstəricilərinin də yüksək

olmadığını əks etdirir. Yalnız bir neçə

alimin istinad indeksi 500-dən, Hirş indeksi

isə 8–10-dan artıqdır.

Göründüyü kimi, elmi tədqiqatların

təşkilinin əvvəlki forması, ilk növbədə,

Elmlər Akademiyasında sovetlər döv ründə

uğurlu nəticələr göstərməyinə bax mayaraq,

planlaşdırma-paylama  sis te min dən  bazar

iqtisadiyyatı sisteminə, daha doğrusu, elm

və iqtisadiyyat sahəsində özünütəşkil

sisteminə keçid dövrünün yeni iqtisadi

reallıqlarına söz yox ki, uyğun gələ

bilməzdi. Məhz bu baxımdan, bu gün elm

sahəsində respublikanın sosial-iqtisadi

inkişafının xüsusiyyətlərini, onun tarixi

köklərini, mədəni ənənələrəni və digər

xüsusiyyətlərini nəzərə alan islahatların

aparılmasına böyük ehtiyac duyulur.

– AMEA-nın işini canlandırmaq üçün

Rəyasət Heyətinin nəzdində hansı şö 

-

bələrin açılmasını vacib sayırsınız?

– Qeyd edim ki, Rəyasət Heyətinin

strukturunda vacib olan funksional şö bələr

vaxtında yaradılmamışdır. Bun lardan: əsas

təyinatı elmi və innovasiya fəa liyyətinin

normativ-hüquqi bazasını işləyib hazır 

-

lamaqdan ibarət olan – hüquq şöbəsini;



dünya elminin inkişaf ten 

densiyalarını



6

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



АМЕА-нын президенти, 

академик Akif Əlizadə

təhlil etmək və Aka demiyada aparılan elmi

tədqiqatların ona uyğunluq dərəcəsini qiy -

mətləndirmək funksiyasını daşıyan –

ana litik  şöbəni; akademik institutların və

onlarda işləyən elmi əməkdaşların fəaliy -

yətinin ef 

fektivliyinin göstəriciləri və

me yarlar məcmusunu müəyyənləşdirən –

elmi metrik təhlil və proqnozlaşdırma şö -

bəsini; təyinatı Akademiyanın iştirakı ilə

mövcud olan dövlət proqramlarının həyata

ke 

çi 


ril 

məsinə nəzarət etmək və ölkənin

milli ma raq larına cavab verən yeni dövlət

proq  ramlarının təşəbbüskarı olan – Dövlət



Proq 

ramı və İnnovasiya Layihələri

şöbəsini  və bir sıra başqa şöbələri qeyd

etmək olar.



– AMEA-nın elmi-tədqiqat insti 

-

tutlarının işini canlandırmaq üçün hansı

tədbirləri həyata keçirmək lazımdır?

– Analiz həm də göstərir ki, Aka demiya

institutlarının fəaliyyətinin tək 

mil 


ləş 

-

dirilməsinə böyük ehtiyac vardır. Azər 



-

baycan Respublikası Prezidentinin 10 aprel

2008-ci il “Azərbaycan elmində islahat

aparılması ilə bağlı Dövlət Ko missiyasının

yaradılması haqqında”  Sə rən camında ta -

mamilə düzgün qeyd olunmuşdur ki,



“...Həm sahəvi, həm də Akademik ins ti -

tutlarda yeni zamanın standartlarına cavab

verməyən, köhnə üsul və metodlara əsas -

lanan tədqiqatlar aparan şöbələr, mərkəz

və laboratoriyalar fəaliyyət göstərir.

Müasir elmin tələbləri ilə ayaqlaşmağa

qadir olan kollektivlər isə maddi-texniki

bazanın zəifliyindən və vəsaitlərin çatış -

mazlığı səbəbindən öz elmi layihələrini

reallaşdırmaqda çə tinliklərlə qarşılaşırlar.

Müstəqil Azər 

baycan Respublikasında

Azərbaycan Milli Elmlər Akademiyası hələ

də elmdə yeni sima qazana bilməmiş və

dünyada qəbul edilmiş sxem əsasında elmi

işlərin ma 

liyyələşdirilməsinə nail ol 

ma 

-

mışdır”.

Yaranmış vəziyyəti aradan qaldırmaq

məqsədilə təcili tədbirlər görülməlidir. Bu

məqsədlə biz “müasir dövrün stan 

dart 

-

larına” cavab verən meyarlara əsaslanaraq



Akademiya institutlarının son 10 ildəki

fəaliyyətinin qiymətləndirilməsini nəzər də

tuturuq. Belə qiymətləndirmə siste minin

yaradılmasına bu gün ehtiyac vardır. Bizim

Kibernetika İnstitutunda elmi tədqiqatların

keyfiyyətini müəy yənləşdirmək üçün in -

formasiya texno logiyası işlənib hazırlanmış

və sınaqdan keçirilmişdir. Zənnimizcə,

olduqca vax tında yaradılmış bu metodik

yanaşmadan biz Milli Elmlər Aka de mi -

yasında istifadə etməliyik. Nəzərdə tu  tul -

muş qiy mət ləndirmənin nəticələrinə əsas -

lanaraq hər bir Akademik institutun

reytinqini və onun dünya elminin sə viy -

yəsinə  uy ğunluğunu  müəy yən ləşdir məyi

plan laş dırırıq.  Ölkənin  sosial-iqtisadi  in ki -

şa fında hər bir Akademik institutun xid -

mətini qiymətləndirmək və bu sahədə dün -

ya  təcrübəsini  nəzərə  alaraq,  AMEA-nı    n

maliyyələşdirilməsinin  yeni  me    xa nizm lə -

rini işləyib hazırlamaq olduqca vacibdir.

–  AMEA-nın elmi-tədqiqat institut 

-

larının prioritet tədqiqat istiqamətlərini

necə müəyyənləşdirməyi planlaş dırır sınız?

– Bildiyiniz kimi, Azərbaycanın iq ti -

sadiyyatı həm neft-qaz, həm də qeyri-neft

sektorunda çox sürətlə inkişaf edir. Strateji

sənəddə – “Azərbaycan 2020: Gələcəyə

baxış” Konsepsiyasında (Azər baycan Res -

publikası Prezidentinin 29 dekabr 2012-ci

ildə təsdiq olunmuş Sərəncamı) yaxın

gələcək üçün dövlət prioritetləri aydın

surətdə müəyyən edil mişdir. Azərbaycan

Milli Elmlər Aka demiyasının fəaliyyətinin

prioritet  is  ti  qamətləri  də,  birmənalı  olaraq,



7

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



bu prioritetlərə uyğun olmalıdır. Azər 

-

baycan Respublikası Prezidenti, möhtərəm



İlham Əliyev AMEA-nın illik Ümumi

yığın cağındakı (aprel, 2011) nitqində haqlı

olaraq qeyd etmişdir: “Bu  gün  Azər bay can

iqtisadiyyatı qarşısında duran çağırışlar

elmin inkişafı ilə bağlı ol 

malıdır. Bizim

üçün elmin inkişafı ilə bağlı əsas məsələ

prioritetlərin düzgün se çil məsidir”. Tam

məsuliyyətlə bildirmək istəyirəm ki, bu,

qarşımızda duran əsas məsələlərdən biridir.

Akademiya  ins ti tutlarının  fəaliyyətlərinin

prioritet is ti qamətləri dövlət prioritetləri ilə

birbaşa bağlı olmalıdır.

Eyni  zamanda  Akademiya  tə şəb büs kar

qismində öz fəaliyyətinin prioritet is ti qa -

mətlərində dövlət prioritetlərinə mü vafiq

olan elmi proqram layihələrini irəli sürə

bilər və sürməlidir. Biz çalışmalıyıq ki,

Akademiyanın hər bölməsinin belə bir

dövlət proqramı olsun və bu proqramların

işlənib hazırlanması, reallaşdırılmasında

Akademiya institutlarının iştirakı onların

elmi-təşkilati fəaliyyətinin mühüm ef fektiv

göstəricilərindən biri olsun.

Nəhayət, Azərbaycan Elmlər Aka 

de 

-

miyası 2020-ci ilin perspektivi baxı mından



öz fundamental tədqiqatlarının pri 

ori 


-

tetlərini aydın və dəqiq müəy 

yən 

ləş 


dir 

-

məlidir.



Bizim fikrimizcə, belə istiqamətlər aşa -

ğıdakılar ola bilər:



8

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



– Respublikanın dayanıqlı inkişafının

əsa  sını təşkil edən, ölkənin enerji təh lü kə -

siz   liyinin  yüksəldilməsinə  və  enerji  kom       p -

l e k   s    lərinin  səmərəli  fəaliyyətinə    yö      nəl   -

dilmiş elmi tədqiqatlar;

– Ölkənin faydalı qazıntı yataqlarının

aşkar olunması, yataqların xammallarının

tərkibinin elmi əsaslarla öyrənilməsi və

səmərəli emal texnologiyalarının işlənib

hazırlanması;

– Neft və qazın kimyası, bərpa olunan

bioyanacaqların yaradılması istiqamətində

tədqiqatlar;

–  İnformasiya-kom muni kasiya  texno -

logiyaları sa hə sində elmi tədqiqatlar;

– Həyat elmləri (tibb və insan sağ 

-

lamlığı);



–  Ölkənin  milli  təh lü kə siz liyinə  və

müdafiə  qa biliy yə tinin  artırılmasına  yö -

nəldilmiş elmi tədqiqatlar;

– Ətraf mühitin mühafizəsi sahəsində

elmi tədqiqatlar;

– İctimai və humanitar elm lər – tarix,

ədəbiyyat, dilçilik sahəsində elmi təd 

-

qiqatlar.



– AMEA-nın elmi tədqiqatlarının

maliyyələşməsi sahəsində, sizcə, hansı

optimal sistem qəbul edilməlidir?

– Bildiyiniz kimi, Dünya dövlətlərinin

əksəriyyətinin elmi-texniki siyasətində elmi

tədqiqatların maliyyələşdirilməsi hakim

mövqeyə malikdir. Sənaye ba 

xımından


inkişaf etmiş ölkələrdə elmə qoyulan

xərclərin dinamikasının təhlili göstərir ki,



cəmiyyətin tərəqqisi birbaşa elmə sərf

olunan vəsaitin həcmindən asılıdır. Bunu

nəzərə alaraq, dövlət, bir qayda olaraq,

elmə böyük vəsait ayırır. Bu xərclərin yu -

xarı həddi ümumi milli məhsulun 2,2%-də  n

(Almaniya) baş layaraq 5% (İsrail) arasında

dəyişir. Amerika iqtisadçısı F.Şererin for -

ma laşdırdığı “texniki tə rəqqinin təbii qa -

nunu” birmənalı olaraq elmi tədqiqatların

maliyyələşdirilmə həcm 

ində dəqiq ifadə

olunmuş tendensiya əyani olaraq izlənilir:

ayrıca götürülmüş hər bir ölkədə elmə

sərf olunan xərc miqdarca milli məhsul

istehsalını qabaq lamalıdır.

Azərbaycanda iqtisadi inkişaf tempi

heyrətamiz olsa da, təəssüf ki, ölkəmizdə

elmin maliyyələşdirilməsi hələ də “qalıq

prinsipi” üzrə həyata keçirilir. Azərbaycan

Respublikası Dövlət Statistika Ko mi təsinin

rəsmi məlumatına görə, əgər 1980–1990-cı

il 


lər ərzində dövlət büdcəsindən elmə

ayrılmış maliyyə vəsaitinin həcmi ümumi

milli məhsulun  (ÜMM) 0,3–0,5 %-ni təşkil

edirdisə, bu rəqəm 1995-ci ildən baş layaraq

ÜMM 0,2% səviyyəsinə enmişdir. Əlbəttə,

bu həcmdə vəsait  nəinki elmi inkişaf etmiş

dövlətlər sırasında texnoloji sıçrayışa nail

olmaq, hətta mövcud olan elmi potensialı,

elementar olaraq, qorumaq üçün də əsla

kifayət deyildir. Eyni za 

manda elmin

maliyyələşdirmə həcminin sadəcə olaraq

artırılması bazar iqtisadiyyatı şəraitində

elmin rəqabət qabiliyyətinə nail olması

üçün heç də qənaətbəxş tədbir sayıla

bilməz. Ayrılan vəsaitlərin paylanmasında

elə bir səmərəli mexanizm yaradılmalıdır

ki, bu vəsaitlər az əhəmiyyətli təd qiqatlara

yox, milli maraqlara cavab verən prioritet

istiqamətlərə yönəldilsin. İns 

titutlara

vəsait ayırarkən onların mul tidissiplinar

elmi-tədqiqat proqramları çərçivəsində

apar dıqları işlərini, nəşr olunmuş əsərlərin

sayını, istinad gös təricisini, Akademiya

üzvlərinin sayını, cavan elmlər dok tor -

larının tərkibini, beynəlxalq elmi jur 

-

nallarda iştiraklarını, elmi nəşrlərdə nə



dərəcədə fəal olduqlarını nəzərə alaraq

qiymətləndirmək lazımdır. Zənnimizcə,



Yüklə 13,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin