“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир-
ляшдирян, фикирлярини тятбиг едя билян вя онлардан ямяли нятиъя эютцря
билян, ъямий йятя, юлкяйя, халга конкрет файда эятирян инсанлар
алимлярин сырасында хцсуси йер тутурлар”.
Цмуммилли лидер ЩЕЙДЯР ЯЛИЙЕВ
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 16-da Şamaxı As tro -
fizika Rəsədxanasında əsaslı təmir və
yenidənqurmadan sonra yaradılan şəraitlə
tanış olmuşdur.
Son illərdə Azərbaycanda astronomiya
elminin inkişafı istiqamətində mühüm təd -
birlər həyata keçirilmişdir. Bu baxımdan
Şamaxı Astrofizika Rəsədxanasında aparılan
təmir və yenidənqurma işləri diqqəti cəlb
edir. Azərbaycan astronomiya elmi Nə sir əd -
din Tusi tərəfindən XIII əsrdə Cənubi Azər -
bay
canda yaradılmış məşhur Marağa Rə
-
sədxanası ilə şöhrət qazansa da, XX əsrdə
milli astronomiya elminin inkişafında yeni
əlamətdar bir mərhələ başlanmışdır. 1927-ci
ildən Azərbaycanda astronomiya eks
pe
-
disiyaları fəaliyyət göstərmişdir. Bu eks pe -
di
siyalar Şamaxı da daxil olmaqla Azər
-
baycanın bir sıra rayonlarını tədqiq etmiş,
son nəticədə rəsədxananın tikilməsi üçün
məhz Pirqulu ərazisinə üstünlük verilmişdir.
Rəsədxana 1959-cu ildə Azərbaycanın
tanınmış alimləri Həsən Əliyev və Yusif
Məmmədəliyevin təşəbbüsü ilə yaradılmış,
1960-cı ildə isə fəaliyyətə başlamışdır. Dəniz
səviyyəsindən 1500 metr hündürlükdə yer -
ləşən rəsədxana çətin müşahidə edilən cənub
göyünün öyrənilməsində dünyanın bir çox
rəsədxanaları ilə müqayisədə üstünlüklərə
malikdir. Mütəxəssislərin rəyinə görə, burada
aydın gecələrin sayı il ərzində 200-ə çatır.
2008-ci ildən sonra Şamaxı Astrofizika
Rəsədxanasının həyatında yeni əlamətdar
mərhələ başlanmışdır. Belə ki, Azərbaycanda
elmin inkişafına böyük diqqət göstərən
dövlətimizin başçısı rəsədxananın yenidən
qurulması, burada təmir-bərpa işlərinin apa -
rılması ilə bağlı sərəncamlar imzalamış,
tapşırıqlar vermişdir. Prezident İlham Əli
-
yevin 2008-ci ilin sentyabrında və 2009-cu
ilin iyulunda imzaladığı sərəncamlarla rəsəd -
xananın maddi-texniki bazasının güc lən diril -
məsi və əsaslı təmir-tikinti işlərinin apa rıl -
ması üçün dövlət büdcəsindən və Prezidentin
ehtiyat fondundan ümumilikdə 8 milyon
manat vəsait ayrılmışdır. Sərəncamların icrası
nəticəsində bu elmi-tədqiqat mərkəzinin
maddi-texniki bazası möhkəmlənmiş, əsaslı
təmir və yenidənqurma işləri aparılmış, yeni
binalar inşa olunmuş, müasir qurğular işə
salınmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti akademik Akif Əlizadə döv lə ti -
mizin başçısına məlumat verdi ki, rəsəd
-
2
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Dünyadakı ən qabaqcıl texnologiyalar Azərbaycanda olmalıdır.
İlham Əliyev
Ïðåçèäåíò Èëùàì ßëèéåâ
Øàìàõû Àñòðîôèçèêà Ðÿñÿäõàíàñûíûí
éåíèäÿí ãóðóëìàñûíû
éöêñÿê ãèéìÿòëÿíäèðìèøäèð
xanada inzibati bina, sərgi və 110 nəfərlik
mühazirə zalları, 6 teleskop binası, o cüm -
lədən 2 metrlik əsas teleskopun binası əsaslı
təmir olunmuş, 110 nəfərlik yeməkxana
tikilmişdir.
Əsaslı təmir və yenidənqurmadan sonra
buradakı inzibati otaqlarda iş şəraiti ən
müasir səviyyəyə çatdırılmışdır. Rəsəd xa -
nanın Bakı şəhər bölməsi, «Günəş fizikası»,
«Günəş və Yer əlaqələri», «Planetlər və kiçik
səma cisimləri» və digər şöbələri vardır.
İkimetrlik əsas teleskopun yerləşdiyi
binada yaradılan şəraitlə tanış olan döv lə ti -
mi zin başçısına məlumat verildi ki, bu bina
ilə yanaşı, horizontal Günəş teleskopunun, 70
və 35 santimetrlik teleskopların, həmçinin
alman teleskopunun binaları da əsaslı təmir
olunmuşdur. Əsas teleskopun idarəetmə sis -
temi tam avtomatlaşdırılmışdır. Rəsəd xana -
nın bütün teleskoplarına müasir və yeni işıq
qəbulediciləri alınmış, xüsusi kameralar və
kriogen qurğusu quraşdırılmışdır. Ümu
-
milikdə rəsədxana astrofizika və fundamental
astronomiya sahəsində keçmiş sovet və
postsovet elmi proqramlarına mühüm
töhfələr vermişdir.
Rəsədxana AMEA tərəfindən təsdiq
olunmuş elmi proqram əsasında fəaliyyət
göstərir. Proqram dünya elminin ən qabaqcıl
və prioritet problemləri ilə uzlaşdırılmışdır.
Rəsədxanada qalaktikanın, ulduzların, pla -
netar dumanlıqların, Günəşin, planetlərin və
kometaların müşahidəsi aparılır. Burada
ulduzlar fizikası, Günəş sistemi cisimlərinin
dinamikası və fizikası, həmçinin Günəş
fizikası istiqamətində elmi işlər görülür.
3
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Dövlətimizin başçısına Şamaxı Astro
-
fizika Rəsədxanasının əvvəlki və ye
-
nidənqurmadan sonrakı görüntüləri əsasında
bu elmi-tədqiqat mərkəzinin fəaliyyəti barədə
məlumat verildi. Rəsədxananın direktoru
Əyyub Quliyev teleskopların müasir
ləş
-
dirilməsi və avtomatlaşdırılması, gələcəkdə
nəzərdə tutulan işlər, həmçinin əldə olunan
nailiyyətlər barədə danışdı. Bildirildi ki,
burada Günəş fizikası sahəsində tədqiqatlar
aparılmış, yüksək elmi nəticələr əldə
olunmuşdur. Günəş alışmalarının inkişafı,
maqnit sahəsi və Günəş atmosferinin incə
quruluşu ilə bağlı aparılan tədqiqatlarla
yanaşı, ulduz fizikası sahəsində qeyri-
stasionar, dəyişən və qoşa sistem ulduzları,
geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar
da öyrənilir.
Dövlətimizin başçısına son günlərdə
kosmosdan alınan görüntülər, o cümlədən
diametri 6,5 metrdən çox olan teleskoplar
barədə məlumat verildi.
Rəsədxananın yenidən qurulmasını yük -
sək qiymətləndirən və bunun Azərbaycan
elminə bir töhfə olduğunu vurğulayan Pre -
zident İlham Əliyev dedi:
– Son illər burada aparılan tikinti-qu
-
ruculuq işləri öz bəhrəsini vermişdir. Şamaxı
Rəsədxanası uzun illərdir ki, fəaliyyət
göstərir. Vaxtilə buraya böyük investisiyalar
qoyulmuşdu. Amma sonra bu şəkillər də
göstərir, mən də burada birinci dəfə olarkən
görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü.
Həm burada elmi araşdırmalar aparmaq üçün
problemlər yaranmışdı, həm də alimlərin
yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş
4
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
5
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
binalar yararsız vəziyyətə düşmüşdü,
dağılırdı. Ona görə biz qərara gəldik ki,
rəsədxananı kompleks şəkildə bərpa edək.
Müvafiq sərəncamlar verilmişdir. Mən
burada dəfələrlə olmuşam. Çox şadam ki,
artıq biz rəsədxananı tam şəkildə yenidən
qurduq, bərpa etdik. Çox gözəl şərait
yaradılmışdır. Əsas teleskop da təmir edildi.
Alimlərin də yaşayış şəraiti yaxşılaşdı.
Burada yaşamaq, işləmək üçün bütün
imkanlar vardır. Bu, Azərbaycan elminə
verilən böyük töhfədir.
Azərbaycan elminin inkişafı üçün əməli
tədbirlər görülür. Mənim müvafiq sə
rən
-
camlarım olmuşdur. Elmin maddi-texniki
bazasının möhkəmləndirilməsi, alimlərin
fəaliyyətinin stimullaşdırılması üçün vacib
addımlar atılmışdır. Elmin İnkişaf Fondu
yaradılmışdır. Yəni Azərbaycan dövləti
çalışır ki, elmə ayrılan vəsait artsın və
Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına
maksimum dərəcədə xidmət göstərsin. İndi
biz elmin ənənəvi və yeni istiqamətləri üzrə
ciddi fəaliyyət göstəririk. Bu ilin fevral
ayında artıq kosmik sənayenin təməlini
qoyduq. Artıq bizim peykimiz orbitə
çıxarılıbdır. Belə olan halda hesab edirəm ki,
Azərbaycan bölgənin elm mərkəzinə çevril -
mə lidir. Artıq Azər baycan bölgənin iqtisadi,
siyasi mərkəzidir. İndi görürsünüz hər ay
mötəbər siyasi tədbirlər keçirilir.
Azərbaycan bölgənin elm mərkəzinə də
çevrilməlidir.
Biz əlavə nə lazımdırsa, edəcəyik. Hesab
edirəm ki, biz bu bazadan yeni layihələrin
həyata keçirilməsi istiqamətində işimizi
davam etdirəcəyik. Əlbəttə, elə etməliyik ki,
elmə qoyulan vəsait elmin inkişafına xidmət
göstərsin. Eyni zamanda bunun praktiki nə -
ti
cələri də olsun. İqtisadi inkişafımız və
ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı
üçün elmi praktiki addımlarla uzlaş
dır
-
malıyıq. Daha doğrusu, bu uzlaşma vardır,
gərək daha da səmərəli olsun. Dünyadakı ən
qabaqcıl texnologiyalar Azərbaycanda ol
-
malıdır. İndi dünya səviyyəsində olmasına
baxmayaraq, hesab edirəm ki, rəsədxananın
gələcək inkişafı istiqamətində əlavə addımlar
atılmalıdır. Biz aparıcı rəsədxanaların səviy -
yəsinə qalxmışıq.
Rəsədxanada aparılan təmir-tikinti işləri
çərçivəsində ərazi tamamilə hasara alınmış,
beşmərtəbəli iki binanın birinci mər
təbə
-
lərində poçt, tibb məntəqəsi, uşaq bağçası,
mağaza və digər xidmət obyektləri yara
-
dılmışdır. Magistral elektrik, su, kanalizasiya,
xarici və daxili qazlaşdırma, tele
kom
mu
-
nikasiya xətləri yenidən çəkilmişdir. İnzibati
binanın ətrafında yeni yaşıllıq salınmışdır.
Prezident İlham Əliyev rəsədxananın əra -
zisində yaradılan yeni yaşayış massivindəki
şə rait lə də tanış oldu. Burada 40 və 32 mən -
zil li beşmərtəbəli iki bina, bir və iki mərtəbəli
10 kottec və mehmanxana inşa olunmuşdur.
Otaqlarda qonaqların rahatlığını yüksək
səviyyədə təmin etmək üçün bütün şərait
yaradılmışdır. Qonaqlar kotteclərin sürətli
internet, kabel televiziyası və digər
xidmətlərindən yararlana biləcəklər.
AMEA-nın müxbir üzvü,
k.e.d. professor Vaqif Abbasov
– Hörmətli Akif müəllim, bu gün
Azərbaycan Milli Elmlər Aka de miyasında
islahatlar aparmağa ehtiyac varmı? Eh -
tiyac varsa, səbəbləri nədir?
– Azərbaycanın çoxşaxəli fundamental
elmi respublikamız SSRİ-nin tərkibində
olarkən iqtisadi inkişafın təmin olunmasına
əhəmiyyətli töhfə verərək uzun illər
təfəkkür, maarifləndirmə və sosial-mədəni
funksiyaları uğurla yerinə yetirmişdir.
Lakin mürəkkəb və zid diy yət li 90-cı illərin
başlanğıcında Azərbaycan elmində ağır
vəziyyət yarandı. Sovetlər məkanında uzun
illər mövcud olan elmi əlaqələr dərhal
pozuldu, kadr hazırlığının ardıcıllığı kəsildi,
maddi-sosial şərait acınacaqlı bir vəziyyətə
düşdü, təd qi qat ların intensivliyi azaldı.
Sahəvi elmlərin tənəzzülə uğraması, büdcə
vəsaitlərinin dağılıb-yayılması elmi po
-
tensialın xeyli zəifləməsinə və əksər
hal larda nüfuzlu elmi məktəblərin da ğıl -
masına gətirib çıxartdı. Ümumiyyətlə,
statistika ba
xımın
dan belə şərait Elmlər
Akademiyasının ümumi reytinqinin aşağı
düşməsinə səbəb oldu.
Elmi metrik təhlil respublika alim lərinin
fərdi reytinq göstəricilərinin də yüksək
olmadığını əks etdirir. Yalnız bir neçə
alimin istinad indeksi 500-dən, Hirş indeksi
isə 8–10-dan artıqdır.
Göründüyü kimi, elmi tədqiqatların
təşkilinin əvvəlki forması, ilk növbədə,
Elmlər Akademiyasında sovetlər döv ründə
uğurlu nəticələr göstərməyinə bax mayaraq,
planlaşdırma-paylama sis te min dən bazar
iqtisadiyyatı sisteminə, daha doğrusu, elm
və iqtisadiyyat sahəsində özünütəşkil
sisteminə keçid dövrünün yeni iqtisadi
reallıqlarına söz yox ki, uyğun gələ
bilməzdi. Məhz bu baxımdan, bu gün elm
sahəsində respublikanın sosial-iqtisadi
inkişafının xüsusiyyətlərini, onun tarixi
köklərini, mədəni ənənələrəni və digər
xüsusiyyətlərini nəzərə alan islahatların
aparılmasına böyük ehtiyac duyulur.
– AMEA-nın işini canlandırmaq üçün
Rəyasət Heyətinin nəzdində hansı şö
-
bələrin açılmasını vacib sayırsınız?
– Qeyd edim ki, Rəyasət Heyətinin
strukturunda vacib olan funksional şö bələr
vaxtında yaradılmamışdır. Bun lardan: əsas
təyinatı elmi və innovasiya fəa liyyətinin
normativ-hüquqi bazasını işləyib hazır
-
lamaqdan ibarət olan – hüquq şöbəsini;
dünya elminin inkişaf ten
densiyalarını
6
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
АМЕА-нын президенти,
академик Akif Əlizadə
təhlil etmək və Aka demiyada aparılan elmi
tədqiqatların ona uyğunluq dərəcəsini qiy -
mətləndirmək funksiyasını daşıyan –
ana litik şöbəni; akademik institutların və
onlarda işləyən elmi əməkdaşların fəaliy -
yətinin ef
fektivliyinin göstəriciləri və
me yarlar məcmusunu müəyyənləşdirən –
elmi metrik təhlil və proqnozlaşdırma şö -
bəsini; təyinatı Akademiyanın iştirakı ilə
mövcud olan dövlət proqramlarının həyata
ke
çi
ril
məsinə nəzarət etmək və ölkənin
milli ma raq larına cavab verən yeni dövlət
proq ramlarının təşəbbüskarı olan – Dövlət
Proq
ramı və İnnovasiya Layihələri
şöbəsini və bir sıra başqa şöbələri qeyd
etmək olar.
– AMEA-nın elmi-tədqiqat insti
-
tutlarının işini canlandırmaq üçün hansı
tədbirləri həyata keçirmək lazımdır?
– Analiz həm də göstərir ki, Aka demiya
institutlarının fəaliyyətinin tək
mil
ləş
-
dirilməsinə böyük ehtiyac vardır. Azər
-
baycan Respublikası Prezidentinin 10 aprel
2008-ci il “Azərbaycan elmində islahat
aparılması ilə bağlı Dövlət Ko missiyasının
yaradılması haqqında” Sə rən camında ta -
mamilə düzgün qeyd olunmuşdur ki,
“...Həm sahəvi, həm də Akademik ins ti -
tutlarda yeni zamanın standartlarına cavab
verməyən, köhnə üsul və metodlara əsas -
lanan tədqiqatlar aparan şöbələr, mərkəz
və laboratoriyalar fəaliyyət göstərir.
Müasir elmin tələbləri ilə ayaqlaşmağa
qadir olan kollektivlər isə maddi-texniki
bazanın zəifliyindən və vəsaitlərin çatış -
mazlığı səbəbindən öz elmi layihələrini
reallaşdırmaqda çə tinliklərlə qarşılaşırlar.
Müstəqil Azər
baycan Respublikasında
Azərbaycan Milli Elmlər Akademiyası hələ
də elmdə yeni sima qazana bilməmiş və
dünyada qəbul edilmiş sxem əsasında elmi
işlərin ma
liyyələşdirilməsinə nail ol
ma
-
mışdır”.
Yaranmış vəziyyəti aradan qaldırmaq
məqsədilə təcili tədbirlər görülməlidir. Bu
məqsədlə biz “müasir dövrün stan
dart
-
larına” cavab verən meyarlara əsaslanaraq
Akademiya institutlarının son 10 ildəki
fəaliyyətinin qiymətləndirilməsini nəzər də
tuturuq. Belə qiymətləndirmə siste minin
yaradılmasına bu gün ehtiyac vardır. Bizim
Kibernetika İnstitutunda elmi tədqiqatların
keyfiyyətini müəy yənləşdirmək üçün in -
formasiya texno logiyası işlənib hazırlanmış
və sınaqdan keçirilmişdir. Zənnimizcə,
olduqca vax tında yaradılmış bu metodik
yanaşmadan biz Milli Elmlər Aka de mi -
yasında istifadə etməliyik. Nəzərdə tu tul -
muş qiy mət ləndirmənin nəticələrinə əsas -
lanaraq hər bir Akademik institutun
reytinqini və onun dünya elminin sə viy -
yəsinə uy ğunluğunu müəy yən ləşdir məyi
plan laş dırırıq. Ölkənin sosial-iqtisadi in ki -
şa fında hər bir Akademik institutun xid -
mətini qiymətləndirmək və bu sahədə dün -
ya təcrübəsini nəzərə alaraq, AMEA-nı n
maliyyələşdirilməsinin yeni me xa nizm lə -
rini işləyib hazırlamaq olduqca vacibdir.
– AMEA-nın elmi-tədqiqat institut
-
larının prioritet tədqiqat istiqamətlərini
necə müəyyənləşdirməyi planlaş dırır sınız?
– Bildiyiniz kimi, Azərbaycanın iq ti -
sadiyyatı həm neft-qaz, həm də qeyri-neft
sektorunda çox sürətlə inkişaf edir. Strateji
sənəddə – “Azərbaycan 2020: Gələcəyə
baxış” Konsepsiyasında (Azər baycan Res -
publikası Prezidentinin 29 dekabr 2012-ci
ildə təsdiq olunmuş Sərəncamı) yaxın
gələcək üçün dövlət prioritetləri aydın
surətdə müəyyən edil mişdir. Azərbaycan
Milli Elmlər Aka demiyasının fəaliyyətinin
prioritet is ti qamətləri də, birmənalı olaraq,
7
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
bu prioritetlərə uyğun olmalıdır. Azər
-
baycan Respublikası Prezidenti, möhtərəm
İlham Əliyev AMEA-nın illik Ümumi
yığın cağındakı (aprel, 2011) nitqində haqlı
olaraq qeyd etmişdir: “Bu gün Azər bay can
iqtisadiyyatı qarşısında duran çağırışlar
elmin inkişafı ilə bağlı ol
malıdır. Bizim
üçün elmin inkişafı ilə bağlı əsas məsələ
prioritetlərin düzgün se çil məsidir”. Tam
məsuliyyətlə bildirmək istəyirəm ki, bu,
qarşımızda duran əsas məsələlərdən biridir.
Akademiya ins ti tutlarının fəaliyyətlərinin
prioritet is ti qamətləri dövlət prioritetləri ilə
birbaşa bağlı olmalıdır.
Eyni zamanda Akademiya tə şəb büs kar
qismində öz fəaliyyətinin prioritet is ti qa -
mətlərində dövlət prioritetlərinə mü vafiq
olan elmi proqram layihələrini irəli sürə
bilər və sürməlidir. Biz çalışmalıyıq ki,
Akademiyanın hər bölməsinin belə bir
dövlət proqramı olsun və bu proqramların
işlənib hazırlanması, reallaşdırılmasında
Akademiya institutlarının iştirakı onların
elmi-təşkilati fəaliyyətinin mühüm ef fektiv
göstəricilərindən biri olsun.
Nəhayət, Azərbaycan Elmlər Aka
de
-
miyası 2020-ci ilin perspektivi baxı mından
öz fundamental tədqiqatlarının pri
ori
-
tetlərini aydın və dəqiq müəy
yən
ləş
dir
-
məlidir.
Bizim fikrimizcə, belə istiqamətlər aşa -
ğıdakılar ola bilər:
8
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
– Respublikanın dayanıqlı inkişafının
əsa sını təşkil edən, ölkənin enerji təh lü kə -
siz liyinin yüksəldilməsinə və enerji kom p -
l e k s lərinin səmərəli fəaliyyətinə yö nəl -
dilmiş elmi tədqiqatlar;
– Ölkənin faydalı qazıntı yataqlarının
aşkar olunması, yataqların xammallarının
tərkibinin elmi əsaslarla öyrənilməsi və
səmərəli emal texnologiyalarının işlənib
hazırlanması;
– Neft və qazın kimyası, bərpa olunan
bioyanacaqların yaradılması istiqamətində
tədqiqatlar;
– İnformasiya-kom muni kasiya texno -
logiyaları sa hə sində elmi tədqiqatlar;
– Həyat elmləri (tibb və insan sağ
-
lamlığı);
– Ölkənin milli təh lü kə siz liyinə və
müdafiə qa biliy yə tinin artırılmasına yö -
nəldilmiş elmi tədqiqatlar;
– Ətraf mühitin mühafizəsi sahəsində
elmi tədqiqatlar;
– İctimai və humanitar elm lər – tarix,
ədəbiyyat, dilçilik sahəsində elmi təd
-
qiqatlar.
– AMEA-nın elmi tədqiqatlarının
maliyyələşməsi sahəsində, sizcə, hansı
optimal sistem qəbul edilməlidir?
– Bildiyiniz kimi, Dünya dövlətlərinin
əksəriyyətinin elmi-texniki siyasətində elmi
tədqiqatların maliyyələşdirilməsi hakim
mövqeyə malikdir. Sənaye ba
xımından
inkişaf etmiş ölkələrdə elmə qoyulan
xərclərin dinamikasının təhlili göstərir ki,
cəmiyyətin tərəqqisi birbaşa elmə sərf
olunan vəsaitin həcmindən asılıdır. Bunu
nəzərə alaraq, dövlət, bir qayda olaraq,
elmə böyük vəsait ayırır. Bu xərclərin yu -
xarı həddi ümumi milli məhsulun 2,2%-də n
(Almaniya) baş layaraq 5% (İsrail) arasında
dəyişir. Amerika iqtisadçısı F.Şererin for -
ma laşdırdığı “texniki tə rəqqinin təbii qa -
nunu” birmənalı olaraq elmi tədqiqatların
maliyyələşdirilmə həcm
ində dəqiq ifadə
olunmuş tendensiya əyani olaraq izlənilir:
ayrıca götürülmüş hər bir ölkədə elmə
sərf olunan xərc miqdarca milli məhsul
istehsalını qabaq lamalıdır.
Azərbaycanda iqtisadi inkişaf tempi
heyrətamiz olsa da, təəssüf ki, ölkəmizdə
elmin maliyyələşdirilməsi hələ də “qalıq
prinsipi” üzrə həyata keçirilir. Azərbaycan
Respublikası Dövlət Statistika Ko mi təsinin
rəsmi məlumatına görə, əgər 1980–1990-cı
il
lər ərzində dövlət büdcəsindən elmə
ayrılmış maliyyə vəsaitinin həcmi ümumi
milli məhsulun (ÜMM) 0,3–0,5 %-ni təşkil
edirdisə, bu rəqəm 1995-ci ildən baş layaraq
ÜMM 0,2% səviyyəsinə enmişdir. Əlbəttə,
bu həcmdə vəsait nəinki elmi inkişaf etmiş
dövlətlər sırasında texnoloji sıçrayışa nail
olmaq, hətta mövcud olan elmi potensialı,
elementar olaraq, qorumaq üçün də əsla
kifayət deyildir. Eyni za
manda elmin
maliyyələşdirmə həcminin sadəcə olaraq
artırılması bazar iqtisadiyyatı şəraitində
elmin rəqabət qabiliyyətinə nail olması
üçün heç də qənaətbəxş tədbir sayıla
bilməz. Ayrılan vəsaitlərin paylanmasında
elə bir səmərəli mexanizm yaradılmalıdır
ki, bu vəsaitlər az əhəmiyyətli təd qiqatlara
yox, milli maraqlara cavab verən prioritet
istiqamətlərə yönəldilsin. İns
titutlara
vəsait ayırarkən onların mul tidissiplinar
elmi-tədqiqat proqramları çərçivəsində
apar dıqları işlərini, nəşr olunmuş əsərlərin
sayını, istinad gös təricisini, Akademiya
üzvlərinin sayını, cavan elmlər dok tor -
larının tərkibini, beynəlxalq elmi jur
-
nallarda iştiraklarını, elmi nəşrlərdə nə
dərəcədə fəal olduqlarını nəzərə alaraq
qiymətləndirmək lazımdır. Zənnimizcə,
Dostları ilə paylaş: |