Yatmış vulkanı narahat etmək olmaz
Belə bir hadisə 2000-ci ilin oktyabrında
Azərbaycanda, Ceyranbatan su anbarının
cənub-şərq sahilində, Keçəldağ vulkanında
baş vermişdir. Çoxdan sönmüş bu vulkanın
yamaclarında aparılan təsərrüfat işləri onun
oyanması ilə nəticələnmiş və dəhşətli
püskürmə baş vermişdir. Vulkanın yer səthinə
çıxardığı brekçiya yarımçıq tikilini ört
-
müşdür.
2001-ci ildə Azərbaycanın ən aktiv Lök -
batan vulkanının kraterinin yaxınlığında
böyük çala qazılır. Düşünülməmiş təsərrüfat
fəaliyyəti elə həmin ilin oktyabrında vulkanı
oyatmağa “təhrik” edir. Qəti olaraq yadda
sax lamaq lazımdır ki, yatan vulkanı oyatmaq
olmaz, bu, xoşa gəlməyən sonluqla nə
ti
-
cələnə bilər.
Texnogen proseslər, əksər hallarda vulkan
fəaliyyətinin aktivləşməsinə ciddi təsir
göstərir. 1974-cü ildə Krımda biz belə bir
hadisənin şahidi olmuşduq: Kerç şəhərinin
yaxınlığında, Soldatskaya kəndinin kənarında
boru xətti çəkilərkən inşaatçılar ikinci bir
xəndək qazmaq məcburiyyəti qarşısında qa -
landa palçıq vulkanından keçib gedən birinci
xətt brekçiya ilə dolmuş və deformasiyaya
uğramışdır.
Başqa bir misal: Novoselovka kəndinin
kənarında sutoplayıcı hövzənin tikintisinə
başlanılır və bunun üçün çoxdan fəaliyyətsiz
olan palçıq vulkanına bitişik kiçik təpəcik
seçilir. 20 metr uzunluğu, 9 metr eni və 2,5
metr dərinliyi olan çala qazılandan sonra
qəflətən palçıq axını başlayır və çalanı
tamamilə doldurur.
Palçıq vulkanları və ətraf mühitin eko -
logiyası
Qobustanda palçıq vulkanlarının ək
-
səriyyəti yaşayış yerlərindən kənarda yer -
ləşmişdir. Amma Abşeron yarımadasında və
Şamaxı rayonunda insanların ehtiyatsız
fəaliyyətinin nəticəsi olaraq bəzi vulkanlar
zibillənir və dağıdılır. Belə ki, Qobu Bozdağı,
Quşcu, Mədrəsə və digər vulkanların ətrafı
zibilxanaya çevrilmişdir, Axtarma-Qaradağ
vulkanında fəaliyyətdə olmayan sopka
dağıdılmışdır və s.
Qrifonların zibillənməsi, vulkan kal
-
derlərinin zibilxanaya çevrilməsi, nəzarətsiz
olaraq vulkan brekçiyasından tikinti materialı
və kimyəvi xammal kimi istifadə edilməsi
faktları bunu xüsusi ilə vurğulamağı tələb
edir. Belə hərəkətlər təkcə bu təbiət abi də -
lərinin məhvinə səbəb olmur, müəyyən
dərəcədə antisanitariya yaradır, həm də ətraf
mühit üçün təhlükə törədir. Palçıq vul kan -
larının fəaliyyəti nəticəsində yer səthinə
çıxarılan materiallarla birlikdə oradakı tul -
lantılar da axıb ətrafı çirkləndirir.
Vulkan fəaliyyəti xüsusi landşaftın, şoran
torpaqların yaranmasına səbəb olur, bəzən
də neftli sahələr əmələ gəlir. Aparılan
tədqiqatlar göstərmişdir ki, bu landşaftlar
nadir geo
kimyəvi ərazilərə mənsubdur və
canlı or qanizmlərdə çox miqdarda olan bəzi
mik ro elementlərin öyrənilməsi üçün maraq
doğurur. Çünki onlar (məsələn, bor molibden,
stronsium) heyvanlarda endemik xəstəliklərin
baş verməsinə səbəb olur.
Palçıq vulkanları ölkənin milli sərvəti və
təbii ehtiyatlarıdır. Odur ki biz onları
qorumağa borcluyuq və təbiətin özünün
insanlarımıza ərməğan etdiyi, istifadəsi üçün
elə də xüsusi böyük xərc tələb olunmayan bu
qiymətli nemətdən maksimum faydalanmağa
çalışmalıyıq.
42
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Cənubi Xəzərdə sualtı palçıq vulkanı
Azərbaycan Respublikası Prezidentinin
2007-ci ilin avqustunda verdiyi sərəncama
əsasən Abşeron rayonu və Qobustan əra
-
zisində palçıq vulkanları qruplarının Dövlət
Qoruğu yaradılıb və indi bu nadir təbiət
abidələrinin qorunması üçün lazımi tədbirlər
görülür.
Elmi nailiyyətlər və bəzi tövsiyələr
Son 20 ildə Azərbaycanın palçıq vul kan -
ları dünyanın aparıcı neft şirkətlərinin
mütəxəssislərinin (BP, Statoyl, AMOK, Ek -
son), Qərb universitetlərinin, eləcə də Rusiya
və Ukrayna alimlərinin tədqiqat obyektinə
çevrilmişdir. Alınan elmi nəticələrin ək sə -
riyyəti xarici ölkələrin nüfuzlu jurnallarında,
beynalxalq konfransların, simpoziumlarının
materiallarında dərc olunmuşdur.
Ümumiyyətlə, 40 il ərzində aparılan təd -
qiqatlar nəticəsində bir sıra böyük əhəmiyyət
kəsb edən elmi nəticələr əldə edilmişdir.
Bunlardan bəzilərini qeyd etmək lazımdır.
Palçıq vulkanlarının yayıldığı əra
zi
lərdə
dərinliklərdə yerləşən neft-qaz yataqlarının
geo
kimyəvi axtarış metodu və kəşfiyyat
strukturlarında sönmüş sualtı vulkanların
xəritə alma üsulu işlənmiş və Xəzərdə tədqiq
olun
muşdur. Palçıq vulkanlarının mor
fo
-
genetik təsnifatı verilmişdir, onların qırıl ma -
larla əlaqəsi, zaman və məkan paylanma
qanunauyğunluqları müəyyən edilmişdir və s.
Palçıq vulkanizmi problemi üzrə elmi
tədqiqatlar, araşdırmalar ildən-ilə genişlənir.
2003-cü ildə ilk dəfə olaraq Azərbaycan və
Xəzərin həmsərhəd akva toriyasının palçıq
vulkanlarının geodinamik əsasda, yarım
milyon miqyaslı xəritəsi tərtib olunmuşdur.
2002-ci və 2009-cu illərdə Azərbaycanda son
200 ildə qeydə alınmış palçıq vulkanlarının
püs
kür
mələrinə aid kataloqlar nəşr olun
-
muşdur.
Hazırda xarici ölkələrin palçıq vulkanları
haqqında məlumat bankı hazırlanmışdır.
1971-ci ildə ümumdünya geoloji ədə
biy
-
yatının tarixində ilk dəfə olaraq “Azər bay -
can
ın palçıq vulkanlarının atlası” çapdan
çıx mışdır. Yaxın vaxtlarda Azərbaycan palçıq
vul kanlarının yeni atlası ilə yanaşı, həm də
ilk dəfə xarici ölkələrin palçıq vulkanlarının
hazırlanmış atlası Azərbaycan, ingilis və rus
dillərində nəşr olunacaqdır.
Qeyd etmək lazımdır ki, palçıq vul
-
kanlarının fəaliyyəti ilə bağlı rejim mü
-
şahidələri aparmaq üçün bir neçə vulkanda
elmi stansiyaların yaradılması vacib mə sə -
lələrdəndir. Bu, vulkanın təhlükəli oyanış -
larının proqnoz imkanlarının və onun
baş
vermə mexanizminin öyrənilməsinə,
ümu mi və neft-qaz geologiyasının bir çox
fundamental məsələlərinin həll edilməsinə
imkan verəcək. Belə stansiyalar tələbə-
geoloqların ixtisas təcrübəsi keçmək üçün də
yaxşı baza kimi xidmət göstərə bilər. Eyni
zamanda palçıq vulkanizmi muzeyinin
yaradılması da az maraq doğurmur; belə bir
muzeyin yaradılması bu nadir təbiət
hadisəsinə aid bütün mövcud materialların,
əldə edilmiş elmi-praktiki nəticələrin yer -
ləşdirilməsində, palçıq vulkanlarının baş
vermə və fəaliyyət modellərinin əyani su -
rətdə nümayiş etdirilməsində müstəsna rol
oynaya bilər.
Adil Əliyev,
AMEA Geologiya İnstitutunun
“Palçıq vulkanizmi” şöbəsinin
rəhbəri, g.m.-e.d., əməkdar
elm xadimi, professor
43
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
XX əsrdə astronomiya elmi xeyli inkişaf
etdi. Öncə 1922-ci ildə rus fiziki Aleksandr
Fridman kainatın statistik quruluşa sadiq
olmadığını aşkarladı. Eynşteynin nə
zə
riy
-
yələrinə əsaslanan Fridman hesabladı ki,
kainat hərəkətdədir və bu hərəkət ge
niş
-
lənmə, yaxud yığılma vasitəsilə baş verə
bilər. Fridmanın hesablamalarının önəmini
dərk edən ilk tədqiqatçı isə Belçikanın ən
nüfuzlu səma bilicisi Corc Lemetr (Georges
Lemaitre) oldu. Lemetr dəqiqləşdirdi ki, kai -
nat bir başlanğıcdır və həmin baş lan ğıcdan
üzübəri sürətli şəkildə genişlənmə baş verir.
Belçikalı alimin fikirlərindəki daha bir
önəmli məqam ondan ibarət idi ki, həmin
başlanğıc anındakı partlayışdan «artıq» qalan
və hesablana bilinən bir radiasiya olmalı idi.
Lemetr əvvəlcədən elmi dairələrdə ciddi
qarşılanmayan və dəstək almayan bu fi kir -
lərin doğruluğuna əmin idi. Çünki kainatın
genişlənməsinə dair başqa arqumentlər də
ortaya çıxırdı.
Amerika astronomu Edvin Habbl (Edwin
Hub ble) nəhəng teleskopla səmanı izləyərkən
ul duzların uzaqlaşmaları nəticəsində qır mı -
zı m tıl işıq yaydıqlarını üzə çıxardı. O, Ka li -
forniyadakı Mount Vilson (Mount Wilson)
rəsədxanasındakı bu kəşfi ilə sabit olmayan
kainat nəzəriyyəsini ortaya atdı və illərcə sa -
bitlik prinsipini dəstəkləyən bütün elm
adamlarının təsəvvürlərini kökündən dəyişdi.
Hab blın kəşfi göstərir ki, həqiqətən də, uzaq -
laşan ulduzların işığı qırmızı rəngə doğru
dəyişir. Kaliforniyadakı Mount Vilson rə
-
sədxanasından izlənən ulduzlar dün ya mızdan
uzaqlaşmaqda davam edirlər. Məntiqi olaraq
başa düşmək çətin deyil ki, ulduzlar təkcə
bizdən yox, həm də bir-birlərindən uzaq
-
laşırlar. Bu isə elə kainatın genişlənməsi de -
məkdir!
Devid Filkinin (David Filkin) «Sterhen
Nawkings Universe» adlı kitabında həmin
məsələ belə şərh edilib:
«Heç iki il keçmədi ki, Lemetr göz lə -
mədiyi bir xəbəri aldı. Habbl qalaktikalardan
gələn işığın spektrinin qırmızıya doğru
dəyişdiyini aşkarladı, bu isə Dopler effektinə
görə, kainatın genişlənməsi deməkdir. Artıq
hər şey sadəcə zamanla bağlı idi. Eynşteyn
Habblın çalışmaları ilə maraqlanırdı və
Mount Vilson rəsədxanasında onunla gö rüş -
mək fikrinə düşmüşdü. Eyni vaxtda Lemetr
də Kaliforniya Texnologiya İnstitutunda kon -
frans keçirmək qərarına gəldi və Eynşteynlə
Habblı görüşdürməyi bacardı. Özünün «ilk
atom» ideyasını anladaraq, kainatın
«dünəni olmayan bir gündə» yaradıldığını
söylədi. Bütün lazımı riyazi hesablamalar
artıq aparılmışdı. Lemetr sözünü bitirəndən
sonra qulaqlarına inana bilmədi. Çünki
Eynşteyn ayağa qalxıb, bu fikirlərin indiyə
qədər eşitdiyi «ən gözəl və qaneedici şərh»
olduğunu etiraf etmişdi. O, Kainatı sabit və
davamlı təsəvvür etməyi bəşəriyyətin ən
böyük xətası olduğunu söyləməli oldu».
Bəli, dünyanın ən nəhəng alimlərindən
biri olan Eynşteyni ayağa qaldıran gerçək
kainatın bir başlanğıcı olması fikri idi.
44
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Бюйцк
Партлайышдан
йаранмыш Каинат
«Yeddi göyü və bir o qədər də yeri
yaradan Allahdır. Allahın hər şeyə qadir
olduğunu, hər şeyi öz elmi ilə ehtiva etdiyini
biləsiniz deyə, Allahın əmri onların arasında
nazil olar» («Talaq» surəsi, 12).
Kainatın genişlənməsi ilə bağlı faktlar
artdıqca, yeni iddiaların da ardı-arası kəsil -
mirdi. Bu gerçəkliyi əsas tutaraq yola çıxan
elm adamları Lemetrinin dediyi kimi, «za -
manı geriyə fırladanda» getdikcə kiçilən,
sonda nöqtə boyda olan kainat modeli ilə qar -
şı
laşdılar. Riyazi hesablamalar bütün kai
-
natdakı maddələrin qaynağı olan bu nöq tə nin
dəhşətli cazibə qüvvəsi səbəbindən «sıfır
həcmə» sahib olacağını göstərdi. Demək,
kainat sıfır həcmə malik bir nöqtənin
partlaması ilə ortaya çıxmışdır. Bu partlayışa
«Big Bang» (Böyük Partlayış) adı verildi.
Böyük Partlayışın göstərdiyi önəmli bir
reallıq var idi: «sıfır həcm» elə yoxluq ol -
duğuna görə, kainat yoxdan var olub. Bu isə
kainatın bir başlanğıcı olduğu deməkdir!
Beləliklə, materializmin «kainat əzəli və
əbədidir» iddiası darmadağın edildi.
Kainatın böyük bir partlayış nəticəsində
yaranmağa başlaması gerçəkliyi təsdiqini ta -
pan dan sonra astrofiziklər bu yöndə araş -
dırmalarını sürətləndirdilər. Corc Qamova
(George Gamov) görə, əgər kainat bir part la -
yışdan yaranıbsa, demək, həmin partlayışdan
sonra «artıq qalan» radiasiya fəzaya dağıl -
malı idi. Bu mülahizənin yaradıldığı illərdə
bütün elmi tapıntılar «Böyük Partlayış» nə -
zəriyyəsini təsdiqləyəcək şəkildə ardıcıllıqla
sıralanırdı.
1965-ci ildə Arno Penzias (Arno Penzias)
və Robert Uilson (Robert Wilson) adlı iki
araşdırmaçı təsadüf nəticəsində həmin ra -
diasiya dalğalarını kəşf etdilər. «Kosmik fon
radiasiyası» adı verilən bu hadisə fəzadakı
bəlli bir qaynaqdan yayılan hər hansı ra -
diasiyadan fərqlənirdi. Başqa sözlə desək, bu
radiasiyanın konkret mənbəyi yox idi, bütün
kainata yayılmışdı. Beləcə, uzun müddətdir
kainatın hər yerində bərabər ölçüdə istilik
dalğaları şəklində təsbit olunan bu ra
-
diasiyanın «Böyük partlayış» ilk dönəm
-
lərindən qaldığı ortaya çıxdı. Üstəlik, bu
rə qəm elm adamlarının öncədən proqnoz -
laşdırdıqları rəqəmə çox yaxın idi. Penzias
və Uilson «Böyük partlayış»ı təcrübə yolu ilə
sübuta yetirən ilk alimlər olduqları üçün
Nobel mükafatına layiq görüldülər.
Bir müddət sonra isə Corc Smut (George
Smoot) və onun NASA-dakı komandası
kosmosa göndərilən «COBE» süni peyki
vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində
Penziasla Uilsonun ölçmələrinin doğru ol -
duğunu təsdiqlədilər.
Peykdəki həssas cihazların göstəriciləri
«Böyük partlayış»ın həqiqət olduğunu bir
daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar
«Böyük partlayış»ın ilk anlarındakı hərarət
və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər.
Beləcə, «COBE» «Böyük partlayış»ın hə -
qiqət olduğunu aşkar dəlillərlə ortaya qo y -
muşdur və elmi çevrələr artıq bu açıq
ger
çəkliyi etiraf etmək məcburiyyətində
idilər.
Bir başqa dəlil isə fəzadakı hidrogen və
helium qazlarının miqdarının hesablanması
zamanı ortaya çıxdı. Belə ki, kainatdakı
hidrogen və helium qazlarının nisbəti «Bö -
yük partlayış»dan «artıq» qalan hidrogen-
helium nisbətinin nəzəri gös təricilərinə son
dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması
Böyük Partlayışın elm aləmində qəti şəkildə
qəbul olunmasıyla nəticələndi. Tanınmış elmi
jurnal olan «Scientific American» 1994-cü
ilin oktyabrında «Böyük Partlayış» modelini
«əsrimizin qəbul olunmuş yeganə modeli»
olduğu barədə yazdı.
Uzun illər boyunca «hüdudsuz kainat»
modelini dəstəkləmiş alimlər də bir-birinin
ardınca bunu etiraf edirdilər. Fred Hoyl ilə
birlikdə uzun müddət sabit kainat nə zə riy -
yəsini müdafiə edən Dennis Şiama (Dennis
Sciama) «Böyük Partlayış» gerçəkliyi qar -
şısında düşdüyü aciz durumu belə anlatdı:
«Bir vaxtlar «sabit kainat» nəzəriyyəsini mü -
dafiə edənlərlə ona qarşı çıxanların arasında
çox sərt çəkişmə vardı. Çoxları kimi mən
inandığım üçün deyil, gerçək olmasını is -
tədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim.
Modelin yanlışlığını göstərən dəlillər ortaya
çıxdıqca həm mən, həm də Fred Hoyl onlara
necə cavab verəcəyimizi bilmirdik. Amma
dəlillər çoxaldıqca artıq oyun bitdi və «sabit
kainat» nəzəriyyəsini bir tərəfə atdıq».
Beləliklə, elm inkişaf etdikcə ortaya
çıxardığı dəlillər «sabit kainat» nəzəriyyəsini
tarixin arxivinə göndərdi. Bunun ardınca isə
da ha önəmli suallar meydana çıxmağa baş -
ladı: onların da ən başlıcası «Böyük part -
layışdan öncə nə var idi» sualı idi.
«Böyük partlayışdan öncə nə var idi»
sualının bircə cavabı mövcuddur: yerləri və
göyləri böyük bir düzən içində yaradan üstün
güc və qüdrət sahibi olan Allahdır. İnamından
asılı olmayaraq, əksər
elm adamları bunu qəbul
etmək məcburiyyətində
qalırdılar. Hətta elmi
platformada bunu qəbul
etməyi özlərinə sığış dır -
masalar belə, bəzi fikir
və ifadələri onları bunu
təsdiqləməyə məcbur
edir. Məsələn, tanınmış
ateist filosof Entoni Flu
(Anthony Flew) etirafın
insanın ruhuna xeyirli
olduğunu deyərək, bun -
ları yazırdı: «Mən də bir
46
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
etiraf edəcəm. Ateizm ba xımından «Böyük
Partlayış» modeli olduqca xoşagəlməzdir.
Çünki elm faktiki olaraq dinin iddiasını
sübuta yetirib ki, kainatın bir başlanğıcı var.
Mən hələ də ateizmə ina nıram, amma etiraf
edim ki, Böyük Part layışın qarşısında ateizmi
müdafiə etmək olduqca çətindir».
İngilis fiziki H.P.Lipson və digər elm
adamları bu nəzəriyyəni istər-istəməz qəbul
etmək məcburiyyətində olduqlarını etiraf
edirlər: «Məncə, bu nöqtədən daha da irəliyə
getmək və yeganə izahın yaradılış olması ilə
razılaşmaq məcburiyyətindəyik. Buna özüm
də daxil olmaqla, əksər fiziklər üçün son
dərəcə xoşagəlməz və hətta ağır olduğunun
fərqindəyəm, əgər təcrübə ilə əldə olunmuş
faktlar bir nəzəriyyəni təsdiqləyirsə, xo
-
şumuza gəldi-gəlmədi, onunla razışmalıyıq.
Nəticədə istəsələr də, istəməsələr də, elm
materialist alimlərin qarşısına tək bir ger -
çəkliyi qoyur: maddə və zaman sonsuz güc
sahibi olan, göyləri, yeri və ikisinin arasında
olanları qüsursuz yaradan bir Yaradıcı, hər
şeyə qadir olan Allah tərəfindən yaradılıb».
Big Bang modeli bəşəriyyətin kainatı
tanımasına yardımçı olmaqla yanaşı, çox
önəmli bir funksiyanı da gerçəkləşdirib. Sitat
gətirdiyimiz ateist filosof Entoni Flunun
dediyi kimi, «Böyük Partlayış»la birlikdə
«elm dinin iddiasını sübuta yetirib». Dini
qaynaqların irəli sürdüyü bu gerçək kainatın
yoxdan yaradılmasıdır. Bu, elmi kəşfdən
minlərcə il öncə Allahın insanlara yol gös -
tərmək üçün göndərdiyi Müqəddəs kitablarda
yazılıb. İlahi qaynaqlar arasında təhrif edil -
məmiş yeganə kitab olan Qurani-Kərimdə
həm kainatın yoxdan yaradılışı, həm də bu
yaradılışın biçimi ilə bağlı bilgilər verilib:
«Həqiqətən, göylərin və yerin yara dıl -
ması gecəylə gündüzün bir-birini əvəz
etməsi ağıl sahibləri üçün dəlillərdir».
(«Ali-İmran» surəsi, 190).
On dörd əsr öncə vəhy edilən bu bilgilər
XX əsrin elmi məlumatları ilə tamamilə
uyğun gəlir. Hər şeydən əvvəl, kainatın yox
ikən var edilməsi Quranda belə yazılır:
«O, göyləri və yeri (yoxdan) var
edəndir».
(«Ənam» surəsi, 101)
Günümüzdən tam 14 əsr öncə, insanların
kainatla bağlı bilgiləri son dərəcə məhdud
olan dönəmlərdə Quranda bildirilən bir başqa
gerçək isə eynilə Big Bang nəzəriyyəsinin
önə çəkdiyi kimi, bütün kainatın çox kiçik
həcmdə bir yerdən ayrılıb genişlənməklə
ortaya çıxmasıdır:
«Məgər kafir olanlar göylə yer bir-
birinə bitişik ikən bizim onları ayır
dı
-
ğımızı, hər bir canlını sudan yaratdığımızı
bilmirlərmi? Yenə də iman gətirməzlər?»
(«Ənbiya» surəsi, 30)
Bu ayənin ərəbcə orijinalında çox önəmli
bir kəlmə seçimi var. Ayənin «bir-birinə
bitişik ikən» şəklində tərcümə edilən «ratq»
kəlməsi ərəbcə lüğətlərdə «bir-biri ilə iç-içə,
ayrılmaz halda, qaynayıb-qarışmış» anlam la -
rına gəlir. Yəni bütün halında olan iki mad -
dəni anlatmaq üçün işlədilir. Ayədəki
«ayır dıq» ifadəsi isə ərəbcə «fatq» feilidir ki,
bu da «ratq» halındakı bir nəsnəni yarıb,
parçalayıb, xaricə çıxarmaq anlamına gəlir.
Məsələn, toxumun cücərərək, torpağı yarıb
çıxması bu feil ilə ifadə edilir.
Bunu biləndən sonra yenidən ayəyə diq -
qət edək. Orada Göy və Yerin «ratq» du -
rumunda olduğundan bəhs edilir. Ardınca isə
bildirilir ki, bunlar «fatq» feili ilə ayrılıblar.
Yəni biri digərini yararaq, xaricə çıxıb.
Doğurdan da, «Böyük Partlayış»ın ilk anını
xəya
lımızda canlandıranda «kosmik yu
-
murta» deyilən nöqtənin (gələcək) kainatın
bütün maddələrini içinə aldığını görürük.
Yəni hər şey, başqa sözlə, «göylər və yer» bu
nöqtənin içində «ratq» halındadır. Ardınca
həmin «kosmik yumurta» şiddətlə partlayıb,
47
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
48
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
bu yolla maddələr «fatq» olub, yəni yu mur -
tanı yarıb, bayıra çıxaraq, bütün kainatı əmələ
gətiriblər.
Quranda bildirilən bir başqa gerçək isə
elm tərəfindən ancaq 1920-ci illərin son
-
larında ortaya çıxan kainatın genişlənməsi
faktıdır. Bir qədər əvvəl bəhs etdiyimiz kimi,
ilk dəfə Habblın «ulduz»ları işıq spektrinin
qırmızıya doğru sürüşməsinə (bir-birindən
uzaqlaşıb genişlənməsinə) dayanaraq kəşf
etdiyi bu gerçəklik Quranda belə təsvir
olunub:
«Biz göyü qüdrətimizlə yaratdıq və
şübhəsiz, Biz onu genişləndirməkdəyik»
(«Zariyad» surəsi, 47).
Çağdaş elmin kəşfləri bir yandan ma te -
rializmin ehkamlarını darmadağın edir, digər
tərəfdən Quran ayələrində xəbər verilən
gerçəklikləri bir daha təsdiqləyir. Çünki
kainat materialistlərin hesab etdiyi maddi
dünyadakı təsadüflərlə deyil, Allahın qüdrəti
ilə yaradılıb və Allahdan gələn bilgi, şübhəsiz
ki, kainatın yaradılışı haqqında ən dolğun
bilgidir.
XXI əsrdə elmin inkişafı bir gerçəyə işarə
idi: Kainat üstün bir güc və sonsuz Elm
sahibi olan Allah tərəfindən yoxdan var
edilib.
Aynur Bağırova,
AMEA-nın Neft-Kimya Prosesləri
İnstitutunun əməkdaşı
49
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Tomas Kun 1922–1996
Amerika elm tarixçisi və filosofudur.
1943-cü ildə Harvard Universitetini bitirib.
1948–56-cı illərdə bu universitetdə müəllim
işləyib. 1956–64-cü illərdə Kaliforniya Uni -
versitetinin müəllimi, Prinston Uni ver sitetinin
və Massaçusets Texnologiya İns
ti
tutunun
professoru seçilib.
Tomas Kun elmin tarixi inkişafına «elmi
inqilab» konsepsiyası ilə mühüm töhfəni
verdi. Kun uğurla elmin fəlsəfəsinin analizini
elmin tarixinin tədqiqatı ilə birləşdirdi. O,
əsas diqqəti elmi tədqiqatların strategiyasının
köklü dəyişməsinə, yeni radikal və fun
-
damental konsepsiyaların formalaşması, öy -
rənilən reallığın yeni təqdimatı, tədqiqat
fəaliyyətinin yeni metod və nümunələrinin
yaranması mərhələsinə yönəltdi. Bu mər
-
hələlər elmi inqilablar adlandırıldı.
Elmi inqilablar – elmi idrakın prosesi və
məzmununda radikal dəyişikliyin baş
verməsi, qabaqcadan lazım olan yeni nəzəri
və metodoloji şərtlərdən yeni fundamental
anlayışlar, metodlar sisteminə, dünyanın
yeni elmi mənzərəsinə keçid, həmçinin
müşahidə və eksperimentlərin material
vasitələrində keyfiyyət dəyişikliklərin ya ran -
masıdır. Bu dövrü fərqləndirmək və təsvir
etmək üçün o, paradiqma (yunanca «nü -
munə») anlayışını elmi dövriyyəyə gətirdi.
Paradiqma anlayışı elmi istiqamətlərin
formalaşmasının xarakteristikasını, elmi
inqilabların analizini, həmçinin elmi bilik -
lərin müxtəlif mərhələlərinin təsviri üçün
elmin tarixi və nəzəriyyəsində geniş istifadə
olunmaqla yanaşı, həm də müxtəlif elmi
istiqamətlərin (məsələn, psixologiya, so sio -
logiya, kimya, dilçilik və s.) metodoloji
analizində tətbiq olunur.
Paradiqma elmi icmalar tərəfindən qəbul
olunmuş fundamental biliklər sistemini, fəa -
liyyət nümunələrini özündə əks etdirir. Pa ra -
diqma anlayışı təkcə elmi biliklərin in kişafının
məxsusi metodoloji və episte moloji xa rak -
teristikası hesabına elmin tarixi dinamikasının
analizini deyil, həm də elmi fəaliyyətin sosial
aspektlərini özündə bir ləşdirir.
Elmi icmalar alimlər qrupunu xarakterizə
edir. Kuna görə məhz paradiqmalar alimləri
və icmaları birləşdirir və onları konkret
tədqiqat işləri ətrafında cəmləşdirir. Normal
elmin əsas məqsədi bu məsələləri həll etmək,
yeni faktları aşkarlamaq, nəzəri bilikləri
inkişaf etdirməkdir. Bu da öz növbəsində
paradiqmanın dərinləşməsi və konkret
ləş
-
məsinə gətirib çıxarır. Məsələn, böyük Azər -
baycan alimi akademik Yusif Məm
mədə
-
liyevin alkilləşmə, xlorlaşma, poli mer ləşmə
sahələrindəki fundamental təd
qiqatları bir
paradiqma kimi indi də alimlərin elmi
tədqiqatlarında mayak rolunu oynayır. Bu
elmi tədqiqatların həyata keçirilməsi üçün
Y.Məmmədəliyev güclü alimlər qrupu təşkil
etdi. Yeni ideya ətrafında dünya şöhrətli
məktəb yaratdı və sonra bu məktəbdən yeni
məktəblər yarandı.
Paradiqmaların dəyişməsi elmi inqilab
deməkdir. Bu proses yeni paradiqmaları elmə
daxil edir və elmi icmaları yenidən birləşdirir.
Alimlərin bir qismi köhnə paradiqmalarda
qalmaqda davam edirlər. Amma onların çoxu
yeni paradiqmalar ətrafında birləşirlər. Əgər
yeni paradiqma uğurlu kəşfə, yeni faktların
toplanmasına, yeni nəzəri modellərin for -
malaşmasına imza atırsa, faktları izah edirsə,
o daha çox tərəfdarlar qazanır. Nəticədə elmi
inqilabı yaşadan elmi icma yeni inkişaf
mərhələsinə qədəm qoyur və Kun bunu
Dostları ilə paylaş: |