Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев



Yüklə 13,87 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix18.01.2017
ölçüsü13,87 Mb.
#5798
1   2   3   4   5   6   7   8   9   10

65

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



elmi istiqamətlər üzrə məqalələrinin heç

birini çap etdirmirlər. Hamısını özlərində

saxlayırlar.

–  Necə hesab edirsiniz, bu, ölkənin

qapalılığından irəli gəlir, yoxsa ideyaların

yayılması qorxusundan?

– Mən İngiltərədə iki ali məktəbə daxil

olmuşdum. Kembric Universitetinə və İmperial

Kollecə. İkisi arasında seçim etmək istədim.

Bu universitetlərin hər ikisi  dünya reytinq

cədvəllərində TOP 10-a daxildirlər. Amma

Kembric Universiteti bir az öndədir. Sonra

bir az araşdırma apardım və bu universitetlərin

əsas fərqlərini öyrəndim. Məsələn, biz

bitkilərdən bio yanacaqlar hazırlayırıq və bu

sahədə elmi işləri, hətta tanınmış elmi jur-

nallarda çap elətdirməyə can atmırıq. İmperial

bu elmi işləri şirkətlərə patent olaraq satır.

Məsələn, mən bir elmi iş görürəm. Bunun

bir hissəsini jurnalda çap etdiririk, amma

prosedurasını vermirik. Kem 

bricdə isə

əksinədir, elmi işlər çap olun 

 

 

duğundan bu



göstəriciyə görə reytinqdə önə keçə bilir.

Məsələn, İranın tutduğu yolun bir az oxşarlığı

var. Onlar da kimya, fizika sahəsində sanballı

tədqiqatlar aparırlar. Amma həmin işlər Avropa

jurnallarında çap olunmadığından dünyada

tanınmırlar.



– İranın sizin təhsil aldığınız ali məktəb

qədər nüfuzlu ali məktəbləri yoxdur.

Görünür ki, bu ölkə də vətəndaşlarını xarici

ölkələrdə oxutmağa üstünlük verir?

– Bəli, onlar tələbələrini  dövlət he sa -

bına  göndərir və oxutdururlar. Və daha yaxşı

mütəxəssis əldə etmək üçün bakalavr, ma -

gistr pillələri ilə kifayətlənmirlər. O insanlar

orada qalıb doktorantura oxuyur, bütün

təcrübələrə yiyələnib, sonra öz ölkələrinə geri

dönür və sanballı elmi araşdırmalarda iştirak

edirlər. Başqa bir nümunə: təxminən 3 il öncə

Səudiyyə Ərəbistanı 20 milyard dollara

ölkəsində bir universitet təsis edib. Bu dün -

yada analoqu olmayan bir layihədir. Univer-

sitetin 4–5 araşdırma mərkəzi var. Bu uni -

versitetdə doktoranturaya gələn tələbələrə

villalar, maşın və ildə 50 min dollar  məvacib

verilir ki, onlar bu ölkədə elmi işlərə maraq

göstərsinlər. Bütün aparıcı universitetlərin

doktoranturasında oxuyanlara təkliflər gön -

dəriblər. Bizə də təkliflər gəlmişdi. Təsəvvür

edin, universitet elə inşa olunub ki, elə bil 5

ul  duzlu oteldir, tələbələrin qaldığı villalar isə

dənizin kənarında yerləşir.



– Ərəb ölkələri və post-sovet məkanına

daxil olan ölkələr, deyəsən, son dövrlər

insan kapitalına diqqət yetirməyə baş 

-

layıblar. Bilirik ki, təbii kapital bunların

əsas zənginliyini təşkil edir. Artıq hiss

edirlər ki, neftin tükənməsi baş verərsə,

onun yerini insan kapitalının inkişafı tuta

bilər. Necə hesab edirsiniz, birinci univer-

sitet və tədqiqat mərkəzləri yaradılmalıdır?

– Ərəbistanda yaradılmış universitetin

bizə tam proseduru göndərilmişdi. Univer-

sitetin yaradılması üçün 10 milyard dolları

Ərəbistan şeyxi, 10 milyard dolları isə Ərə -

bistan neft şirkəti yatırıb. Bunlar o cür şərait

yaratmaqla alimləri ölkəyə cəlb edirlər.

Avropalı üçün Ərəbistanda yaşamaq çətindir.

Amma yenə də ora gedir. Niyə gedir?  Çünki

orada işləmək üçün hər cür şərait ya 

ra 

-

dılıb. Professora elə bir şərait yaradılır ki, o



özü ilə birlikdə doktorantlarını da həmin

universitetə cəlb etsin. Hazırda orada böyük

elmi tədqiqatlar aparılır. İmperial Kollec

dünya universitetlərinin ilk beşliyinə daxil

olan ali məktəbdir. Görürəm ki, bizim Kol-

lecin tələbələrinin bəziləri də ora maraq

göstərirlər. Düşünün, yeni açılmış və reytinq -

siz yerə reytinqli yerdən gedirlər. Çünki

oranın gələcəyini görürlər. Ərə bis tanda bütün

bunların yaradılmasının ən böyük səbəbi

neftin tükənməsinin duyul masıdır. 

66

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



İngiltərədə aparılmış araşdırmaya

görə, neft 2020-ci ildə pik nöqtəsinə çata-

caq.  Yəni neftin istifadəsinin maksimumu

2020-ci ildə pik nöqtəsində dayanacaq və bu

il dən sonra çox sürətli eniş gözlənilir. Bəzən

deyirlər ki, 2020-ci ildə  hələ maksimuma

çatırıqsa, hələ bir 100 il də neft bol olacaq.

Elə deyil.  Çünki biz bu yüz ilə yavaş-yavaş

gəlmişik.  Pik nöqtədən aşağıya doğru sürətli

eniş olmalıdır.



– Təxminən, 980 il bundan qabaq Av -

ropada ilk universitet – Boloniya Univer-

siteti yaradılıb. Artıq 980 ildən sonra

«uni versitet ideyası» Ərəb və  qeyri-Avropa

öl kələrinə gəlib çatıb. Ərəbistanda olduğu

kimi Qazaxıstanda da Nursultan Na 

zar 

-

bayev Universiteti yaradılıb. Əslində, bun -

lar bizim üçün bir çağırışdır. Sizcə, Neft

öl kəsi olan Azər baycanda da artıq fun da -

men tal sə viyyədə belə bir universitet ideyası

gerçək ləşməlidirmi?

– Mən Azərbaycanda böyük araşdırma

mərkəzinin, müasir laboratoriyaların açıl ma -

sını çox istəyirəm. Hazırda ölkəmizdə bunu

etməyə hər cür şərait var.  Ərəbistan nü mu -

nəsi kimi başlanğıcda xaricdən mütəxəssislər

də dəvət etmək olar. Məsələn, 5 professor

cəlb olunsa, onların ətrafındakı doktorantları

da gətirmək olar. Çətini təcrübədir. Sonra

bizim ölkənin elm adamları bu işi davam

etdirə bilərlər.

– Maraqlı bir məsələyə toxundunuz.

Akademiyanın müxbir üzvü Vaqif Abbasov

hələ yeniyetmə yaşınıza çatmamış sizdə bu

fənnə maraq oyadıb.

– Vaqif müəllim bunları əlimizdə olan

şəraitlə edib.  Bizim əlimizdə Avropadakı la -

bo 


ratoriyalar olsaydı, görün nələr olardı.

Artıq 9 il ötməsinə baxmayaraq, Vaqif müəl -

lim hələ də bizimlə əlaqə saxlayıb, bütün

işlərimizlə maraqlanır. Vaqif müəllim əlindən

gələni edir ki, biz bu elm sahəsində uğurlar

qazanaq. Onun şəraiti və imkanları olsa, tək

mənim yox, mənim kimi  yüzlərlə tələbənin

təhsil almasına və tədqiqat aparmasına

yardımçı olar.

– Sənan bəy, indiki dövrün adı post-in-

dustrial, yaxud informasiya cəmiyyətidir. Bu

cəmiyyətdə bilik və elm tamam başqa sta-

tusda çıxış edir. Fənlərarası yanaşma, si -

nergizm mühüm paradiqmalar sayılır. Sizin

məşğul olduğunuz istiqamət də  fənlərarası

yanaşmanın bir nümunəsidir. Belə olan

halda tədqiqat daha effektli olmurmu? 

– Azərbaycanda təbiət elmlərinin öy 

-

rədilməsi müasir Avropa standartlarına  cavab



vermir. Daha çox Sovet təhsil sistemi qal -

maqdadır. Bir misal çəkim. Alman fiziki, No -

bel mükafatı laureatı Şredingerin fiziki

kim yadan bir tənliyi var. Azərbaycanda mü -

əl lim Şredingerin neçənci ildə doğul masını,

onun harda yaşaması və bu düsturu kəşf

etməsindən dərs keçir və bununla ki fa yət -

lənməyə çalışır. Müəllim bunu açıqlamır ki,

bu tənlik haradan gəlir və necə istifadə

olunmalıdır. Sözüm odur ki, bizə bir alimin

harada anadan olmasından çox, onun işlərinin

mahiyyəti və tətbiqinin izah edilməsi daha

vacibdir.

Azərbaycanda müasir laboratoriyaların

yaradılmasının vaxtı çatıb. Bizim ölkənin

bunu edəcək bütün imkanları var. Məsələn



İmperial Kollecin illik dövriyyəsi milyard

dollar yaxındır. Hardasa, bu gəlirin 50

faizi kimyadan gəlir. Avropada bir univer-

siteti həyatda «yaşadan» kimyadır. Niyə?

Şirkətlərlə bağlanılan müqavilələrə görə.

Məsələn, bizim bir professor oturub bir elmi

iş yazır. Deyir ki, Shell şirkətinə mən bitkidən

benzini əvəz edəcək bioyanacaq alacam.

Şirkət buna maraq göstərir. Deyir ki, mən sizə

fond yaradıram və 5 milyon funt yatırım

edirəm. O, 5 milyon funt universitetin he sa -

bına yatırılır. Onun 3 milyonu universitetə

67

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



qalır, yerdə qalanı professora çatır. Bizim

universitetlər dövlətdən və tələbələrin təhsil

haqlarından maliyyələşir. Amma istək olsa

universiteti bir sahə üzrə inkişaf etdirib,

böyük gəlirlər əldə etmək olar.

–  Belə çıxır ki, bizdə universitetlərin

vəsait qazanmaq ideyaları hələlik yoxdur?

– Mən Qafqaz Universitetində oldum.

Orada yeni kimya ixtisası açılıb. BP ilə bir

yerdə laboratoriyalar alıblar. Orada hər bir

şərait var, amma açdıqları fakültənin adı

«kimya-metodika»dır. Onlara təklif elədim

ki,  bu qədər laboratoriya avadanlığı gətir mi -

siniz və bu qədər xərc çəkmisiniz, amma

«kimya-metodika» yerinə «kimya» fakültəsi

açsaydınız, daha yaxşı olmazdımı? Kimya

metodikası üçün o laboratoriyaların heç bir

əhəmiyyəti yoxdur. Bu istiqamət təkcə

müəllim yetişdirməməlidir. Yəni tək bununla

irəli getmək olmaz. Bir professor otursun la -

boratoriyada bir elmi iş yazsın, məsələn,

kimyadan yeni bir ideya atsın ortaya. Dövlət

ona mütləq yardım edəcək. Rasional gəlir

əldə etmək istəyən dövlət bunu mütləq

etməlidir. Hazırda ARDNŞ alternativ enerji

üçün çox işlər görür. Eşitdiyim qədər bio -

etanol zavodu açmağa hazırlaşır. Çünki tək

neftlə irəli getmək olmaz.



–  Neft bitdikdən sonra böhran haqda

düşünmək lazımdır?

– Bəli. Məsələn, neftin olub-olmaması

İngiltərəni maraqlandırmır. Amma bizim

kimi ölkələri maraqlandırmalıdır.



– Söhbətlərimizdən göründü ki, Avropa

təhsil mühiti daha liberaldır. Yəni azad

insan, qrafiksiz iş rejimi və s. Məsələn, təhsil

aldığın Univesitetdə plan qoyulurmu ki, ildə

neçə elmi məqalə verməlisiniz?

– Orada mənim ən çox bəyəndiyim iş

qrafiki odur ki, əsasən, sənin gördüyün iş

maraq kəsb edir.  Məsələn bizdə belədir ki,

saat 9-da işə gəlib, 5-də işdən çıxmalısan.

Amma orda onları bu maraqlandırmır. Elə

vaxt olur ki, 3 saat, elə vaxt olur ki, 7 saat

işləyirəm. Əsasən, bu mənim işimə görədir.

Bu prinsip elə formalaşdırılıb ki, insan özü-

özünə məsuliyyət daşıyır. Ortada bir elmi iş,

nəticə olmayandan sonra işə 9-da gəlib, 5-də

getməyin nə əhəmiyyəti var?



68

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



İmperial Kollec, London

– Elmi işlərin dəyərləndirmə kriteriyaları

necədir?

– Məsələn, mən bir az aşağı reytinqli

universitetdə oxusaydım, gördüyüm işlər beş

fərqli məqalədə çıxmalı idi. Mənim hazırda

yazdığım elmi iş dünyada reytinq üzrə ilk on-

luqda olan jurnallarda çıxacaq.  Məsələn,



«Green Chemistry», «Journal of American

Society» jurnallarını misal çəkə bilərəm.

Dünyada kimya jurnallarının sayı çoxdur.

Amma qeyd olunanlar Top 5, Top 10-a

daxildirlər. Jurnallar da universitetlər kimi

təs nifatlanır. Yəni hər universitet adını çək -

diyim jurnallarda məqalə çap etdirə bilmir.

Məsələn, mən istəsəm, öz elmi işimi beş

hissəyə bölə və onu beş fərqli jurnalda çap

etdirə bilərəm. Amma onun bir hissəsini Top

reytinqli jurnala göndərsəm, orada çap olun-

mayacaq, bunu qəbul etməyəcəklər.  Mənim

hazırda gördüyüm elmi iş «5 hid 

rok 

si 

-

metilfurfuralın alınması»dır. Bunun  gə lə -

cəkdə yanacaq kimi istifadə olunması

nə zərdə  tutulur.Bundan alınan kimyəvi

məhsullar benzinlə birəbir alternativdir.

İndiyə qədər birinci nəsil bioyanacaq

çıxmışdı, bu bioetanol idi. Bunların həm

 enerji sıxlığı azdır, həm də bunu maşına ben-

zin kimi töküb sürə bilməzsən. Gərək

maşının mühərriki dəyişə. Flexi motor de yi -

lən bir şey var, ondan mühərrikə qoyulmalıdır

ki, yanacaq kimi istifadə olunsun və onunla

da sürət alınsın. Hazırda bizim aldığımız

komponentlər benzinlə oxşar xassəlidir.



– Siz qeyd etdiniz ki, Azərbaycanda da

araşdırma mərkəzləri yaradılsın. Yəni indiki

vəziyyətdə bu həm də mövcud təhsil sis 

-

teminə uyğun gəlməlidir. Yəni indiki labo-

ratoriya sistemlərində, elmi-tədqiqat in sti -

tutlarının  istiqamət lə rin də,  dövrün  elmi

paradiqmalarının işlənməsi üçün «yeni

nəfəsə» ehtiyac var. Siz təhsilinizi başa vur-

duqdan sonra bunları etmək üçün Vətənə

üz tutacaqsınızmı?

– Bəli, mənim orada təhsil müddətimi

başa vurmağıma çox vaxt qalmayıb, il ya -

rıma, iki ilə doktoranturanı bitirirəm. Bitirənə

qədər də bir neçə elmi işlərim çıxacaq.

Əlbəttə ki, mən müasir kimya və müasir

texnologiya ilə orada tanış olmuşam. Əgər

ölkəmdə müasir laboratoriya yaradılsa,

məmnuniyyətlə gələrəm. Dönüb, Azər bay -

canda kimyanın inkişafı üçün əlimdən gələni

edərəm.

– Deyirlər dünyanın tanınmış uni ver -

sitetləri «yeni insan» yetişdirir. Yəni bir çox

hallarda təfəkkürü, idrakı normal olan,

lakin onu büruzə verə bilməyən insandan

yeni, başqa bir insan yetişdirilir. Bura əxlaq,

mənəviyyat və qürur məsələlərini də daxil

etmək olar. Bunlar, şübhəsiz ki, təhsilin və

elmin nəticəsində baş verir.  Buna mü 

-

nasibətiniz?

– Bəli, təhsil elə bir dəyərdir ki, onun

insanın formalaşmasında çox böyük rolu var.

Məsələn, çoxu təhsilə dırnaqarası bir iş,

diplom almaq üçün vasitə kimi  baxır. Biz

azərbaycanlı tələbə kimi ora getmişdik.

Hesab edirəm ki, kimya biliklərimiz də nor-

mal idi. Amma həmin universitetlər bizim

biliklərimizi inkişaf etdirdilər, bizi for ma -

laşdırdılar. Məsələn, biz burda elmin

müəyyən bir hissəsini bilir və  öyrənirdik.

Amma orada müasir kimya və texnologiya ilə

məşğul olduq. Kimya da daxil olmaqla hər

hansı bir sahə ilə dərindən məşğul olduqca,

daha fərqli həyat formalaşır.

– Ümumiyyətlə, təhsillə elm sıx surətdə

bir-biri ilə bağlıdır. Məşhur ingilis yazıçısı

Çarlz Snou «İki mədəniyyət» əsərində

huma 

nitar mədəniyyəti təbiət və texniki

elmlərin mədəniyyəti ilə müqayisə edir. Necə

dü şünürsünüz,  yaxşı  təd qi qat çılar  məşğul

ol duqları elm sahəsindən asılı olmayaraq,

mədəniyyətləri, davranışları, cəmiyyətdə

69

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



70

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



nüfuzları ilə seçilməlidirlərmi? Elmin

birləşdirici key 

fiy 

yəti barədə nə deyə

bilərdiniz?

– Bəli, məsələn, təbiət elmlərinə

yiyələnən bir insan həm də siyasətdən baş

çıxarmalıdır. Mə sələn, bizim ofisə demək

olar ki, bütün ölkələrdən insanlar gəlir.

Avropa öl kə lə rindən, Çindən, Afrikadan və s.

Oturub söhbət edirik. Gərək ölkənin

coğrafiyasını, tarixini, iqtisadiyyatını yaxşı

biləsən ki, dolğun söhbət də apara

biləsən.  Çünki suallar verirlər. Məsələn, ötən

ilin  oktyabr ayında Azərbaycanda «Yusif

Məmmədəliyev» kon fransı keçirildi. Vaqif

Abbasov məni və mənimlə işləyən professoru

bu konfransa dəvət etdi. O,  tərəddüdsüz

dəvəti qəbul etdi və dedi ki, gedib Azər -

baycanı görmək istəyir.  Azərbaycandan o

qədər danışmışam ki, onlarda ölkəmiz haq -

qında böyük maraq yaranıb.



– Bəzən deyirlər ki, Çindən, Ya poniyadan

olan tələbələr, eyni zamanda İn gil tərənin  bir

çox adlı-sanlı orta mək təblərinin məzunları

fərd olaraq daha qabiliyyətlidirlər. Bu

belədirmi? Məsələn, siz öz nümunənizdə

biliklərinizi  çinli və yaponla müqayisə edə

bilərsinizmi?

– Sizə deyim ki, bizim ölkədən gələn

tələbələr biliklərinə görə çox ölkənin və 

-

təndaşları, həmçinin çinlilərdən və yaponlar-



dan geri qalmırlar. Sadəcə, şərait fərqimiz

olub. Çində bilirsiniz necədir? Mən orada

olimpiyaçı gənclərlə görüşdüm. 4-cü sinifdən

sonra şagirdlər arasında seçim başlanır. Bizdə

idman komplekslərinə geniş yer verildiyi

kimi orada da hər şəhərdə elm kompleksləri

var. Tələbələr xaricdə təhsil almaq üçün

həmin mərkəzlərdən seçilirlər. Mən İmperi-

alda doktoranturanın tələbəsi olduğum üçün

assistent kimi dərs də keçirəm. Labora-

toriyalarda mənim  tələbələrim olur. Məsələn,

40 tələbənin siyahısına baxıram, onlardan 30

nəfəri çinli, koreyalı və yapondur. Bir ya iki

ingilis və fransız görərsiniz. Çinlilər, ko 

-

reyalılar və yaponlar Avropada təhsil alıb,



qayıdırlar öz ölkələrinə. Məqsəd gələcək

nəsli elmi yönümdə inkişaf etdirməkdir.



– Çox maraqlıdır. Amma biz isə hələlik

proqnozlaşdıra bilmirik ki, bizim gənclər

təhsillərini başa vurduqdan sonra ölkəyə

qayıdacaqlar, yoxsa yox?

– Açığı, mən sizə deyim ki, Avropaya

gedən gənclərin çoxu ilə söhbət edirəm.

Avropada təhsil alan gənclərimizin çoxu

Vətənə ayıtmaq istəmir. Onların Azərbaycana

qayıtmaq fikirləri yoxdur. Bilirsiniz nəyə

görə? Məncə, özünə güvən yoxdur. Həmişə

deyirəm, təhsil almağa gəlib qayıtmaq is -

təməyən insanlarda özünə güvən yoxdur.

İstəyirlər ki, özlərini orada sübut etsinlər.

Onların ən əsas qorxuları odur ki, gələrlər

Azərbaycana, burada alınmaz və geri qayıda

bilməzlər. Açığı, hər yerdə normal işlə təmin

olunmaq mümkündür. Buna baxmayaraq,

onlar risk edib bura gəlmək istəmirlər.

Amma öz qabiliyyətinə güvənən insan

ölkəyə qayıdıb əlindən gələni etməlidir.

– Sənan bəy, çox maraqlı məsələyə to -

xundunuz. Hər bir dövlət, hökumət yaxşı

ideyaları dəstəkləyir. Onların həyata ke 

-

çirilməsinə çalışır. Azərbaycan gənc lərinin

xaricdə təhsil alması ideyası əslində

zəmanənin ideyası idi. Biz bundan çox da -

nışmalıyıq. Bu işləri çox işıqlandırmalıyıq.

Aldığınız təhsilin gələcəkdə tətbiqi üçün

nələrin çatıb-çatmadığını indidən söyləyə

bilərsinizmi?

– Tamamilə doğrudur, dediyiniz kimi bu

dövrün tələbatı idi. Götürək Qazaxıstan nü -

munəsini. Ötən ilə qədər bu ölkə də bizim

ölkəmiz kimi xaricə tələbə göndərirdi. Bu

ildən başlayaraq onlar doktoranturaya tə 

-

ləbələr göndərməyə başlayıblar. Dövlət bu



71

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

istiqamətdə bütün vəsaitlərini doktorantura

tələbələrinə ayırır. Bakalavr təhsilini onlar

gedib Rusiyada və ya Avropada alır. Amma

vəsaitin çoxunu doktorantura tələbələrinə

ayırırlar ki, onlar bir mütəxəssis kimi yetişib

ölkəyə fayda verə bilsinlər. Sizin də qeyd et-

diyiniz kimi, Qazaxıstan artıq öz elmi kom-

pleksini yaradıb. Onların məqsədi odur ki,

ilkin təhsili orada versinlər, doktorantlar isə

Avropada yetişsinlər. Arzuladığım odur ki,

Çində olduğu kimi Azərbaycanda da elm

komplekslərinə üstünlük verilsin. Bir ölkə

inkişaf  etmək istəyirsə, ancaq elmə yatırım

etməlidir. Vaqif müəllimin bir sözü var:

“Fiziki güc tükənəndir, amma elmi güc

tükənməzdir”. 



– Bəli, təbii və fiziki kapital tükənəndir.

Bunun insan kapitalına keçməsinin yol la rı

axtarılır və çox şadıq ki, Siz də bu yolları ax-

taran  tədqiqatçılardan  biri si niz.  Dü şü nür -

sünüz ki, inkişafın yeganə yolu insan

po tensialının  inkişa fı dır?

– İnsan potensialı ilə elmi inkişaf etdirib

alternativ yollar tapmaq lazımdır. Məsələn,

Azərbaycanda Neft-Kimya Prosesləri kimi

böyük bir institut var. Sadəcə, bura yatırımlar

olmalıdır ki, müasir laboratoriyalar açılsın və

biz də gəlib tədqiqatlarımızı aparaq. Mənim

işlədiyim sahə Azərbaycan üçün vacib bir

sahədir.  Təvazökarlıqdan uzaq, mən

müasir laboratoriyalarda olan cihazların,

de 

mək olar ki, hamısında işləməyi ba 

-

carıram. Burada onların tətbiqini öyrədə bi -

lə rik. Hətta biz özümüz də buraya  xaricdən

tələbə cəlb edə bilərik.

– İnsan kapitalı ideyası ötən əsrin 60-cı

illərinin ideyasıdır. Bunu Amerika iqtisad -

çı sı  Qerri Beker elmi dövriyyəyə gətirib. O

belə hesab edirdi ki, təhsilə, elmə qoyulan

xərclər müəyyən müddətdən sonra ar 

-

tıqlaması ilə yerini doldurur. Bizdə həm va -

li deynlər, həm də dövlət vətəndaşların təhsili

üçün vəsait xərcləyir. Sizin təh 

silinizin

vəsaiti kim tərəfindən ödənilir?

– Mən bir il araşdırma üzrə magistratu-

rada oxudum. Magistratura təhsilimin xərc -

ləri Azərbaycan Dövlət Neft Şirkəti

tə  rə findən ödənildi. Keçən ildən etibarən, xa -

ric də təhsil üzrə dövlət proqramının bizə ver -

diyi imkanlar hesabına təhsilimi davam

et dirirəm. Sizin qeyd etdiyiniz dövrün tələbi

çox hörmətli cənab prezident İlham Əliyev

tərəfindən dəstəkləndi və Azərbaycan və 

-

təndaşlarının xaricdə təhsil alması üçün proq -



ram qəbul olundu.  Bu bizə şərait yaratdı ki,

Avropa mühitini görək, biliklərə yiyələnək və

Azərbaycana qayıdanda bunu tətbiq edək.

– Həm də sizin bir növ arxayınlığınız var

ki, aldığınız təhsil ailənizə maddi sıxıntı

gətirmir.

– Əlbəttə, bu böyük dəstəkdir. Bir

kimyaçı kimi dövlət mənim təhsilimə böyük

vəsait ayırır. Mən bu etimadı doğ 

rult 

-

malıyam.  Əgər mən təhsilimi başa vurub, bir



şirkətdə işlə təmin olunsam, şübhəsiz ki,

dövlətim və xalqım üçün əlimdən gələni

edəcəyəm.

– Mən də sonda elmə böyük həvəsinizə

görə sizə təşəkkür edirəm. Artıq hiss edirik

ki, Azərbaycanda da elm sahəsində yeni in-

tibah başlayır və siz də həmin intibahın

hərəkətverici qüvvələrisiniz.

– Həqiqətən, belədir. Hər bir ölkənin

inkişaf yolu elmdən keçir. Dövlətimiz və

onun çox hörmətli prezidenti İlham Əliyev

cənablarının elmə çox böyük önəm və dəstək

verməsi də ölkəmizin sürətli və dinamik

inkişafını təmin etmək istəyi ilə bağlıdır.

Maraqlı söhbətə görə sağ olun.

Söhbəti apardı:



Yüklə 13,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin