«Mümkün olduqca daha çox səla hiy -
yətləri başqalarına həvalə edin».
Administratorlar da alimlər kimi öz
işlərini sakit qaydada daha yaxşı icra edirlər.
«İstənilən idarə ya irəli və ya geri
gedir».
Aparıcı elmi müəssisəyə rəhbərlik boş
dayanmağı tələb etmir. Yeni ideyaları və
texnologiyaları tez istifadə etmək lazımdır ki,
digər yerlərdə çalışan alimlər sizin əmək -
daşlarınızın edəcəyi təcrübələri onlardan
daha tez edə bilməsinlər. Uğur avtomatik
olaraq yeni əməkdaşlara və avadanlıqlara
tələbat yaradır ki, bunun üçün çox vaxt yeni
binalar tikmək lazım gəlir. Əgər siz çox az
hallarda irəli hərəkət edirsinizsə, yeni elmi
sıçrayışların bir qismi digərlərinə qismət
olacaq. Bu halda aparıcı əməkdaşlarınızın bir
qismi digər yerlərə işləməyə gedəcək.
İdmanda olduğu kimi, elmdə də mövsümün
sonunda, yaxud bir il qabaq kimin çempion
olması əhəmiyyətli deyil. Odur ki özünüzə iş
yeri seçərkən sentimental olmayın və bunu
digər alimlərdən də gözləməyin. Gəmi ilə
birgə batmaq ağılsızlıqdır.
« Satışa qoyulan qonşu əraziləri həmişə
alın».
Elmi müəssisənin inkişafı qaçılmaz olaraq
ərazinin genişlənməsini tələb edir. Odur ki
tərəddüd etmədən sizin əraziyə bitişik yeri
alın. Hətta satıcı olduqca yüksək məbləğ
tələb etsə belə, siz bu sahənin çox vacib
olduğunu nəzərə alıb tərəddüd etməyin. Bu
sahəni gələcəkdə əvvəlkindən daha baha
qiymətə satmaq imkanlarınız çox olacaq.
Zamanında bir qədər artıq ödəmək qonşunun
sizə öz şərtlərini diktə etmək vaxtını
gözləməkdən daha sərfəlidir.
«Cəlbedici bina elmi müəssisəyə güclü
görünməkdə kömək edir».
Çox da gözəl olmayan bina tikilirsə, dər -
hal görsənir ki, daha ucuz tikinti materialları
və tanınmayan arxitektorların xidməti he -
sabına pula qənaət edilib. Lakin uzaq pers -
pektiv üçün bu sərfəli deyil. Yaraşıqlı müasir
binalar xeyriyyəçilərə inam verir ki, onların
da nəvələri bu idarənin şöhrətindən istifadə
etsinlər. Uzunömürlülük hissi əliaçıqlığa
səbəb olmalıdır.
«Qoy sizin varlı qonşunuz olsun».
23
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Hansı məsrəfləri təmin etməsindən asılı
olmayaraq, tədqiqat qrantları bütün eh ti yac -
la rı tam ödəyə bilmir. Özünü zəngin mə zun -
larından asılı edə bilən universitetlərdən
fərqli olaraq, elmi-tədqiqat müəssisələrinə
uğurlarına öyünən zəngin qonşular lazımdır.
«Hamilərinizlə dostluq edin».
Hamilərinizlə münasibətinizi şəxsi ün
-
siyyət səviyyəsinə qaldırmağın yaxşı üsulu
onların qayğıdan dincəldikləri sferaya daxil
olmaqdır (məsələn, onların klublarına daxil
olmaq və ya yay istirahətini onların ailələri
dincəldikləri yerlərdə keçirmək). Əgər onlar
sizi istək xatirinə dost kimi görsələr, çətin
vəziyyətdə sizin üçün daha çox şey edə
bilərlər.
heç nə verməsəniz sponsorlar məyus
olacaq».
Xeyriyyəçilik qarşılıq tələb edir. Sizin
işiniz üçün pul xərcləyən adamlara onların
xeyirxahlığı üçün cavab jesti ilə təşəkkür
bildirmək lazımdır. Bu, heç də o demək deyil
ki, onlarla əliaçıqlıqda bərabər olmağa
çalışırsınz: hədiyyədən çox diqqət vacibdir.
Öz müəssisəniz üçün də səxavətli ol
-
mağınız vacibdir. Sizin əmək haqqınızı
müəyyən edənlərə ümumi işiniz üçün onun
bir hissəsini qurban verməyə hazır olmağınızı
göstərməyiniz heç də pis olmaz.
«Əhəmiyyətli qərarları vaxtında qəbul
edin».
Uğur çox vaxt rəqiblərdən qabiliyyətli
olanlara yox, birinci başlayanlara gəlir. Əgər
nəsə etmək lazımdırsa, onu ləngimədən edin.
Çox gözləsəniz, kimsə başqası həmin ideyanı
söyləyəcək və siz başqasının proqramının
icraçısı olacaqsınız. Belə hallarda tabeçilikdə
olanların əllərinə sizin nə üçün ən yüksək
əməkhaqqı almağınızla maraqlanmaq fürsəti
düşəcək.
Ceyms Uotson yazır:
«Ümumi uğura inam naminə Harvardda
əməkhaqqı ciddi rəqiblərdən daha yüksək
olmalıdır. Ulduzları cəlb etmək üçün ulduz
əməkhaqqı vermək lazımdır. Yaxşı alimlər
Harvarddan ona görə getmirlər ki, burada
heç kim elmə artıq varlanmaq üçün gəlmir.
Elmin horizont kənarına çıxarılması üçün
yaxşı ağılları toplamaq lazımdır. Həmçinin
onlara imkan vermək lazımdır ki, yaxşı
ağıllar təbii yolla getməklə istədiklərini
etsinlər, başqa sözlə, öz dövrlərinin ən
cəlbedici məsələlərini həll etməyi bacarsınlar.
Belə ağıllar qaçılmaz olaraq özlərinə
oxşarları cəlb edəcək və yerdə qalanlar öz-
özünə çıxdaş olacaqlar».
24
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
AMEA-nın müxbir üzvü,
k.e.d. professor Vaqif Abbasov
Eynşteyn: – Siz dünyadan təcrid
olunmuş Allaha inanırsınızmı?
Taqor: – Təcrid olunmamış Allaha.
Bitib-tükənməyən insan şəxsiyyəti Kainatı
an
layır. Heç nə insan şəxsiyyəti üçün
anlaşılmaz ola bilməz. Bu sübut edir ki,
Kainatın həqiqəti insan(ın) həqiqətidir.
Öz fikrimi aydınlaşdırmaq üçün mən
elmi bir faktdan istifadə edim. Materiya –
aralarında boşluq olan proton və elek
-
tronlardan ibarətdir, amma buna bax
-
mayaraq, o, ayrı-ayrı elektron və protonları
fəzada birləşdirən rabitə olmadan bütöv
görünə bilir. Eynilə bunun kimi, insanlıq da
individuumlardan ibarətdir, amma onların
arasında insan cəmiyyətinə canlı orqanizm
vəhdəti bəxş edən insan münasibətlərinin
qarşılıqlı əlaqəsi hökm sürür. Bütövlükdə
Kainat bizimlə individuumlar kimi əla
-
qədədir. Bu, insanın Kainatıdır.
25
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
РЕАЛЛЫЬЫН ТЯБИЯТИ
Təbiət şairi Rabindranat Taqor ilə
təbiət haqqında elmin yaradıcılarından
biri olan Albert Eynşteynin söhbəti
Söhbət 14 iyul 1930-cu ildə baş
tutmuşdur.
İfadə edilmiş ideyanı mən incəsənətdə,
ədəbiyyatda və insanın dini şüurunda tədqiq
etmişəm.
Eynşteyn: – Kainatın təbiəti haqqında
iki müxtəlif konsepsiya mövcuddur:
Dünya – insandan asılı olan vahid
tamlıq kimi.
Dünya – insan ağlından asılı olmayan
reallıq kimi.
Taqor: – Bizim kainatımız əbədi insanla
harmoniyada olduqda biz onu həqiqət kimi
anlayırıq və gözəllik kimi duyuruq.
Eynşteyn: – Amma bu, kainatın xalis
insani konsepsiyasıdır.
Taqor: – Başqa konsepsiya ola bilməz.
Bu dünya – insanın dünyasıdır. Onun
haqqında elmi təsəvvür – alimin təsəv vü rü -
dür. Buna görə də bizdən kənarda dünya
mövcud deyil. Dünyamız nisbidir, onun
reallığı bizim şüurumuzdan asılıdır. Əq -
liliyin və gözəlliyin bu dünyaya həqiqilik
bəxş edən hansısa standartı var; duyğuları
bizim duyğularımızla üst-üstə düşən Əbədi
İnsanın standartı.
Eynşteyn: – Sizin “Əbədi İnsan”ınız
insan mahiyyətinin ifadəsidir?
Taqor: – Bəli, əbədi mahiyyətin. Biz
onu öz emosiyalarımız və fəaliyyətimiz va -
si
təsilə dərk etməliyik. Biz Ali İnsan
de dikdə bizə xas olan məhdudiyyətləri ol -
ma
yan insanı nəzərdə tuturuq. Elm
ay rı lıqda götürülmüş bir şəxsiyyətlə məh -
dud
laş
mayan tədqiqatla məşğul olur, o,
həqiqətin qeyri-şəxsi insani dünyasıdır. Din
bu hə qiqətləri başa düşür və onların bizim
daha dərin tələblərimizlə əlaqəsini mü
-
əyyən edir; bizim individual olaraq həqiqəti
dərkimiz ümumi məna kəsb edir. Din
həqiqətə dəyər bəxş edir və biz həqiqəti
onunla öz aramızda harmoniya hiss edərək
anlayırıq.
Eynşteyn: – Amma bu o deməkdir ki,
həqiqət və gözəllik insandan kənarda
müstəqil deyil.
26
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Taqor: – Bəli, müstəqil deyil.
Eynşteyn: – Əgər birdən insanlar möv -
cud olmasalar, onda Apollon Bel vederskiy
gözəlliyini itirərmi?
Taqor: – Bəli!
Eynşteyn: – Mən gözəlliyin bu cür
konsepsiyası ilə razıyam, amma həqiqət
konsepsiyası ilə razı ola bilmərəm.
Taqor: Nə üçün? Axı həqiqət insan
vasitəsilə dərk edilir.
Eynşteyn: – Mən öz konsepsiyamın
düzgünlüyünü isbat edə bilmərəm, amma
bu mənim dinimdir.
Taqor: – Gözəllik – universal insanda
təcəssüm etmiş kamil harmoniya idealından
ibarətdir; həqiqət–universal ağlın kamillik
zirvəsidir. Biz individuumlar həqiqətə, kiçik
və böyük səhvlər edərək, damla-damla
təcrübə toplayaraq, ağlımızı aydınlaşdıraraq
yaxınlaşırıq, yoxsa başqa hansı yolla
həqiqəti dərk edə bilərik ki?
Eynşteyn: – Mən isbat edə bilmərəm ki,
elmi həqiqət, doğurdan da, insandan asılı
olmayan həqiqətdir, amma mən buna
möhkəm inanıram. Həndəsədə Pifaqor
teoremi insan varlığından asılı olmayan,
nəsə təxmini doğrunu müəyyən edir. Hər
halda əgər insandan asılı olmayan reallıq
varsa, onda bu reallığa müvafiq olan
həqiqət də olmalıdır və birincinin inkarı öz
arxasınca ikincinin də inkarını gətirir.
Taqor: – Universal İnsanda öz ifadəsini
tapan həqiqət mahiyyətcə insani olmalıdır,
çünki əks halda biz individuumların dərk
edə biləcəyi heç nəyi, hətta məntiqi
proseslərlə, başqa sözlə desək, insani
qabiliyyət olan təfəkkür vasitəsilə yaxınlaşa
bildiyimiz elmi həqiqəti də heç vaxt həqiqət
adlandırmaq mümkün olmazdı. Hind
fəlsəfəsinə görə, ayrılıqda götürülmüş bir
individuumun ağlı ilə anlaşıla və sözlərlə
təsvir oluna bilməyən Brahma var, yəni
mütləq həqiqət. O ancaq individuumun son -
suzluğa tamamilə qərq olması yolu ilə dərk
edilir. Belə həqiqət elmə məxsus ola bil -
məz. Haqqında danışdığımız bu hə qi qə t in
təbiəti səthi xarakter daşıyır, yəni insan ağ lı
o şeyi təsəvvür edir ki, onu həqiqi sayır, elə
buna görə də bu həqiqət insanidir. Onu
Maya və yaxud illüziya adlandırmaq olar.
Eynşteyn: – Sizin konsepsiyanıza – bu,
ola bilsin ki, hind konsepsiyasıdır – uyğun
ola raq, biz ayrıca bir şəxsin yox, bütöv lük -
də bütün insanlığın illüziyaları ilə məş
-
ğuluq.
Taqor: – Biz elmdə intizama tabe
oluruq, şəxsi ağlımıza qoyulan bütün
məhdudiyyətləri rədd edirik və beləliklə,
Universal İnsanın ağlında öz ifadəsini tapan
həqiqətin anlaşılmasına gəlib çatırıq.
Eynşteyn: – Həqiqət bizim şü ur um uz -
dan asılıdırmı? Bu, problemli mə sə lədir.
Taqor: – Bizim həqiqət adlandırdığımız
–reallığın subyektiv və obyektivlik as
-
pektləri arasında rasional harmoniyadan
ibarətdir, bu aspektlərin hər biri Universal
İnsana məxsusdur.
Eynşteyn: – Hətta biz gündəlik həyat ı -
m ızda istifadə etdiyimiz predmetlərin də in -
sandan asılı olmayan reallığına istinad
et mək məcburiyyətindəyik. Biz bunu duyğu
or qanlarımızın məlumatları arasında qar şı -
lıq lı əlaqəni rasional üsulla müəy yən -
ləşdirmək üçün edirik. Məsələn, stol, hət ta
əgər evdə heç kim olmasa da öz ye rin də
dayanmış olacaqdır.
Taqor: – Bəli, stol individual ağla
əlçatmaz qalacaqdır, amma universal ağıla
yox. Mənim qavradığım bu stolu mənimlə
eyni cinsdə bir ağıl da qavraya bilər.
27
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Eynşteyn: – İnsandan asılı omayan Hə -
qi qətin varlığı haqqında bizim təbii baxış
bucağımızı nə izah etmək olar, nə də isbat,
amma ona hamı inanır, hətta ibtidai insanlar
da. Biz Həqiqəti fövqəlinsani obyektivliyə
aid edirik. Varlığımızdan, təcrübəmizdən və
ağlımızdan asılı olmayan bu reallıq bizim
üçün zəruridir, halbuki biz onun mənası
haqqında heç nə deyə bilmərik.
Taqor: – Elm sübut etdi ki, stol bərk
cism kimi sadəcə olaraq görünüşdür və
buna görə də əgər insan ağlı var olmasaydı,
bu ağlın stol kimi qavradığı nəsnə də var ol -
maz dı. Elə bu vaxt onu da qəbul etməliyik
ki, stolun elementar fiziki reallığı, məsələn,
elek trik qüvvəsinin fırlanan ayrı-ayrı mər -
kəz lərinin çoxluğu kimi, nəsə başqa bir şeyi
ifadə etmir, belə ki, bu sonuncu da insan
ağlına məxsusdur.
Həqiqətin anlaşılması prosesində uni -
versal insan ağlı ilə ayrılıqda götürülmüş
individuumun ağlı arasında əbədi konflikt
baş verir. Bu arasıkəsilməyən anlama
prosesi bizim fəlsəfəmizdə, bizim eti ka -
mızda gedir. Hər halda, əgər insandan asılı
olmayan hansısa bir həqiqət olmuş olsaydı,
onda onun varlığı bizim üçün mütləq
surətdə qapalı olardı.
Musiqidə not ardıcıllığı kimi hadisələrin
ardıcıllığı da məkanda yox, yalnız zamanda
baş verir; ağlın bunu təsəvvür etməsi çətin
deyil. Belə bir ağlın reallıq konsepsiyası,
Pifaqor həndəsəsinin daha heç bir əhə
-
miyyət daşımamağı musiqi reallığı ilə
qohum olacaqdır. Kağızın reallığı ədə
-
biyyatın reallığından sonsuz dərəcədə
uzaqdır. Kağızı yeyən qüvvənin ağlı üçün,
ümumiyyətlə, ədəbiyyat deyilən bir şey
yoxdur. Amma insan ağlı üçün ədəbiyyat
həqiqət kimi kağızın özündən daha böyük
dəyərə malikdir. Eynilə bunun kimi, əgər
insan ağlı ilə nə rasional, nə də hissi, heç bir
əlaqəsi olmayan hansısa bir həqiqət varsa,
bir insan ağlına malik varlıqlar olanadək o,
yiyəsiz qalacaqdır.
Eynşteyn: – Onda mən Sizdən daha
dindaram.
Taqor: – Mənim dinim Əbədi İnsanın,
Universal İnsan ruhunun
öz şəxsi varlığımda dərk
edil məsindən ibarətdir. Bu
mənim “İnsan dini” ad
-
landırdığım Hibbert mü -
ha zirələrimin
mövzusu
olub.
Tərcümə k.e.d.
professor
Leylufər
Əliyevanındır
28
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
29
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
1902-ci il
Fiziologiya və tibb üzrə:
– Malyariyaya qarşı mübarizə metodlarının tapılması
Kimya üzrə:
– Purin və şəkər qrupundan olan maddələrin sintezi
Fizika üzrə:
– Şüalanmaya maqnetizmin təsirinin kəşfi
Åëì ñàùÿëÿðè öçðÿ Íîáåë
ìöêàôàò÷ûëàðû
30
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
İngilis həkimi və alimi Ronald Ross
Nepalda, Britaniya ordusu zabitinin ailəsində
anadan olmuşdur. Valideynləri onu 8 yaşında
İngiltərədə orta məktəbdə oxumağa gön
-
dərirlər. Ross bütün həyatı boyu yazıçı,
müğənni və musiqiçi olmaq istəyirmiş. Bütün
bunlara baxmayaraq, o, atasının təkidi ilə
1874-cü ildə müqəddəs Varfolomey xəs tə -
xanasının nəzdindəki kollecə daxil olur. Beş
ildən sonra həmin kolleci bitirən Ronald
ingilislərin «Hin distana tibbi yardım» təş -
kilatında həkim işləməyə başlayır.
İngiltərədə işlədiyi dövrlərdə o, hə kim -
likdən çox ədəbi yaradıcılıqla məşğul olur.
Gənc həkim yazırdı: «Mən üzərimə götür -
düyüm tibbi öhdəliklərdən imtina etmişdim.
Ədəbi işlərlə məşğul olurdum. Bəşəriyyətə
çox böyük fəlakət gətirə biləcək bir xəstəliyin
səbəblərini öyrənib insanlara fayda vermək
haqqında heç düşünmürdüm də». Hindis
-
tanda o zaman geniş yayılan xəstəliklərdən
biri mal yariya idi. Az sonra Ross mal ya -
riyanın səbəblərini öyrənməyə başladı.
1880-ci ildə Şarl Laveran tapmışdı ki,
malyariyanı birhüceyrəli parazit olan plaz -
modilər yaradır. Məlumdur ki, in
sanlarda
plazmodilər eritrositlərdə kök salır və onlarda
cinsiyyətsiz çoxalır. Sonra eritrositləri par -
çalayır, münaqişə ya
radaraq yeni sikl
cinsiyyətsiz çoxalmalar yaradırlar. Sonda
plazmodilər ayparaya bənzər yetkin formaya
çevrilərək xəstə insanlara ağcaqanadın diş -
ləməsi vasitəsilə keçirlər. Bu parazitlərin
cinsi çoxalması ağcaqanad orqanizmində
gedir. İnsan isə bu parazitlər üçün aralıq «ev
sahibi» rolunu oynayır.
Artıq insanda plazmodilərin cin siy yətsiz
çoxalmasının mərhələsi öy rə nil mişdi, ancaq
bunun malyariyaya yoluxma yolları ay
-
dınlaşdırılmamışdı. Ross o zamankı hakim
nəzəriyyə ilə razılaşmırdı. Yazdığı mə
-
qalələrdə sübut etməyə çalışırdı ki, malyariya
qanda bağırsaq zəhərinin çoxalması ilə
şərtlənir. Bir sözlə, o, Laveranın plazmodilər
nəzəriyyəsi ilə hesablaşmırdı.
1894-cü ildə İngiltərəyə məzuniyyətə
qayıdan Ronald Ross həkim parazitoloq
Patrik Menson ilə görüşür. Menson Rossa
bildirir ki, malyariyanın insana ağcaqanad
dişləməsi vasitəsilə keçməsini o da fərz edir,
ancaq bunu sübut edə bilmir. Ross yazırdı:
«Bu fərziyyə məni maraq landırmağa başladı
və Hindistana qayıdan kimi bunun hərtərəfli,
eksperimental tədqiqatının aparılması barədə
qərar qəbul etdim».
31
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Gələcəyin Nobel mükafatçısı Sekun der -
ab adda ağcaqanadlarda plazmodiləri aşkar
etmək məqsədilə histoloji (histos yunanca
«toxuma») tədqiqatlara başlayır. Hindistanda
elmi ədəbiyyat qıtlığından ağcaqanadların
elmi təsnifatlandırılması üçün material tapa
bilməyən Ross özünün təsnifatlandırmasını
tərtib etmək məc bu riy yətində qalır.
İki il müddətində o, adi ağcaqanadları
öyrənir və nəhayət, ağcaqanadların mədə
divarında piqmentasiya olunmuş qişa aşkar
edir. Ross tapır ki, bu qişa plaz
modi
lərin
formalarından biridir. Bundan sonra o,
malyariyanın müx
təlif dərəcəsinə yolu
xan
xəstələrin qanını ağ
ca
-
qanadlara ver məklə onların
mədələrini tədqiq etməyə
başlayır. Bununla da o aşkar
edir ki, plazmodilər ağca
-
qanadların orqanizmində
müəyyən for
mada yet
-
kinləşirlər: «Mal yariya prob -
lemini həll etdim. Növbəti
işlərimizin is
tiqaməti ta
-
mamilə aydın ola caq. Yəqin
ki, elm və bəşəriyyət növbəti
qələ bəsini çala bildi» – deyə
Ross qışqırır.
Eksperimentlərini başa
çat
dıran ingilis həkimini Radjputana
göndərirlər. An caq burada insanlarda mal -
yariya aşkar olunmur. Ross quşlarda mal -
yariyanı öyrənməyə başlayır. Altı aydan
son ra Mensonun təkidi ilə o, malyariyanın
geniş yayıldığı Kəlküttəyə gəlir. Burada
Ross malyariya törədən müxtəlif ağ ca qa nad -
la rı aşkar etməyə çalışır. Nəhayət, o, 1898-ci
ildə törədicilərin həyat siklini–yoluxma mər -
hə ləsi də daxil olmaqla ağcaqanadın tüpürcək
vəzisindən axan törədicini aşkar edir.
1899-cu ildə «Hindistanda hərbi xid mət -
dən» tərxis olunan Ross İngiltərəyə qayıdır.
Bunun la da, onun eksperimental tibb sa hə sin -
də
ki karyerası başa çatır. Onun quş mal
-
yariyası haqqında işlərini italyan
təd qiqatçıları Qrassi və Binyami davam et -
dirirlər. Qrassi və onun əməkdaşları belə
qənaətə gəlirlər ki, insanda və quşlarda
malyariyanı törədən Anopheles (anofeles)
tipli ağcaqanadlardır. Onlar plazmodilərin
insan orqanizmindəki həyat siklinə görə
sübut etdilər ki, bataqlıq yerlərdə mal
ya
-
riyadan qorunmağın əsas yollarından biri ağ -
caqanada qarşı maddədən istifadə etməkdir.
Buna baxmayaraq, Rossun malyariya
haqqındakı tədqiqatları Qrassinin işlərindən
xeyli əvvəl dərc olunmuşdu.
Beləliklə, 1902-ci ildə
fiziologiya və tibb üzrə
Nobel mükafatı «Mal yariya
üzrə tədqiqatlarına və bu
xəstəliyə qarşı mübarizə
me todlarını işlədiyinə görə»
Ronald Rossa verildi.
Mükafatı təqdim edən
Karolin İnstitutunun əmək -
daşı Merner, Rossun işlərini
«tibbi praktika və gigiyena
sa həsində mühüm təd qi qat -
lar» adlandırmışdır.
Ronald Ross ömrünün
son 20 ilini malyariyanın epi demiologiya və
profilaktikasına həsr etmişdir. Onun gəldiyi
əsas qənaət bu idi ki, mal
yariyaya qarşı
mübarizənin əsas şərti ağ
ca
qanadların
məhvidir. Onun metodları Ku
ba
da bu
xəstəliyə qarşı mübarizədə öz ef
fektini
vermiş oldu.
Ronald Ross «Tropik həkimləri cə miy -
yəti»nin prezidenti, bir çox aparıcı uni
-
versitetlərin fəxri üzvü seçilmişdir.
Böyük alim 1932-ci ildə Londonda vəfat
etmişdir.
32
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
German Emil Fişer 1852-ci ilin oktya -
brın 9-da Almaniyanın Oyskirxen şəhərində
kommersant ailəsində anadan olmuşdur. Ves -
lar dövlət məktəbinə və Bonnda gim naziyaya
daxil olana qədər Emil 3 il müəllim yanında
fərdi dərslər keçmişdir. O, hey rət ləndirici
yad
daşa, elmlərə böyük marağa, nadir
inadkarlığa və intuisiyaya malik idi. Atası
istəyirdi ki, oğlu Köln mahalının Yuskirsen
şəhərindəki ağac emalı üzrə ailə biznesini
davam etdirsin. Təbiət elmlərinə, xüsusən də
fizikaya maraq onu atasının istəyinin əley -
hinə getməyə məcbur etdi. Üç ildən sonra o,
təhsilini Vetsler və Bonn şəhərində davam
etdirdi. 1869-cu ildə gimnaziyanı əla qiy mət -
lərlə başa vurdu.
Akademik karyeraya can atmasına bax -
ma yaraq, Fişer iki il atasının firmasında iş lə -
yir. Oğlunun işə könülsüz yanaşmasını gö rən
atası onu Bonn Universitetinə təhsil al ma ğa
göndərir. Burada Fişer məşhur kimyaçı
Fridrix Kekule, məşhur fizik Avqust Kundtun
mühazirələrində iştirak edir. Təhsil mühiti
onu fizika elminə daha çox çəksə də, bir ildən
sonra o, qohumu, kimyaçı Otto Fişer ilə
birlikdə Bonn şəhərini tərk edir. Fişer
Strasburq Universitetinə daxil olur, burada
Adolf fon Bayerin təsiri altında yenidən
kimyaya qayıdır.
Gələcəyin Nobel mükafatçısı 1874-cü ildə
doktorluq dərəcəsini aldıqdan sonra Stras -
burq Universitetində müəllim vəzifəsini tutur.
Maliyyə cəhətdən asılı olmayan, təşkilati və
pedaqoji öhdəliklərdən azad olan Fişer
ömrünü laboratoriya tədqiqatlarına həsr edir.
Qohumu, kimyaçı Otto ilə birgə əmək -
daşlıqda o, fenilhidrazini (yağlı maddələr)
kömürdən alınan üzvi boyaqların istehsalında
istifadə olunan maddələri tədqiq etmək üçün
istifadə etməyə başlayır. Fişerin təd
-
qiqatlarından qabaq bu maddələrin kimyəvi
strukturu təyin olunmamışdı. 1875-ci ildə
Adolf fon Bayer Münhen Universitetinə ke -
çir və Fişer onun yanına gedərək assistent ki -
mi üzvi kimyanı öyrənməyə başlayır.
Son
ralar gələcəyin Nobel mükafatçısı
Erlanqen və Varsburqdakı Universitetlərdə
dərs deyir. 1892-ci ildə onu Berlinə dəvət
edir lər. O, ömrünün sonuna qədər burada el -
mi və pedaqoji fəaliyyət göstərir.
Bu universitetlərdə Fişer kofein, alkaloid
kimi birləşmələri tədqiq edir və bunlardan
asılı olmadan tapır ki, sidik turşusu və quanin
onun purin adlandırdığı rəngsiz kristal
maddədən əmələ gəlir. Sidik turşusu 1766-cı
ildə Karl Şeele tərəfindən tapılmışdı. Kofein
isə Ferdinand Runqe tərəfindən kəşf
edilmişdir. Ancaq Fişer sübut etdi ki, bunların
birləşməsi oxşar struktura malikdir və biri
digərindən sintez oluna bilir. Bu mövzuda
işlərini davam etdirən Fişer purinin özü də
daxil olmaqla böyük sayda purin sırasının
törəmələrini sintez etmiş oldu. Purin (latınca
purus “təmiz”) – üzvi sintezdə mühüm bir -
ləşmədir və nuklein turşusunun mühüm
komponentidir. Fişer öz tədqiqatlarını purin
törəmələrinin alınmasında davam etdirirdi.
Beləliklə, böyük alman kimyaçısı artıq
1890-cı
ildə laboratoriyada fruktoza,
mannoza və qlükozanı sintez etməyi bacardı.
Bununla yanaşı, o, hidrazinləri öyrənməkdə
davam edir və trifenilmetan boyalarının
tərkibi əsasında yeni nəzəriyyə irəli sürür.
Fişer 1892-ci ildə Berlin Universitetinin
Kimya İnstitutunun direktoru vəzifəsinə təyin
olunur və ömrünün sonuna qədər bu vəzifədə
çalışır. O, tədqiqat işlərini şəkərdən fer ment -
lərə qədər inkişaf etdirərək tapır ki, fer ment -
lər yalnız kimyəvi qohumluğu olan mad
-
dələrlə reaksiyaya girir. O, tədqiqatları nə -
ticəsində 40-a yaxın zülal tipini təs ni fatlandırır.
Fundamental tədqiqatların aktiv tərəfdarı
olan alman kimyaçısı bir sıra fənlərarası layi -
hələrdə, məsələn, nisbilik nəzəriyyəsini yox -
lamaq məqsədilə Günəşin tutulması eks
-
pedisiyasını təşkil etmişdir.
1902-ci ildə German Emil Fişer “şəkər
və purin qrupundan olan maddələrin sintezi
ilə bağlı mühüm eksperimentlərinə görə”
kimya üzrə Nobel mükafatına layiq görüldü.
Onun tərəfindən hidrazin törəmələrinin kəşfi
şəkərin və digər birləşmələrin süni yolla alın -
ması probleminin ən gözəl həlli oldu. Digər
tərəfdən onun qlikozidlərin sintezi metodu
bitki fiziologiyasının inkişafına əvəzsiz
töhfələr verdi. Bununla yanaşı, o, proteinlər,
enzimlər (yunanca daxili ma
ya
lanma) və
digər kimyəvi substansiyalar sahəsində də
kəşflər etmişdir.
Fişerin Nobel nitqi olduqca böyük maraq
kəsb etmişdir. Qısa nitqində o demişdir:
“Təbiətin sirlərini gizlətdiyi pərdə kar bo hid -
ratlara aid məsələlərdə yavaş-yavaş açılmağa
başladı. Buna baxmayaraq, üzvi kim ya digər
daha mürəkkəb predmeti – zülalları öy rən mə -
sə, o vaxta qədər həyatın kimyəvi müəmmaları
həll olunmamış qalacaq”.
Fişerin elmi kəşflərinin bir neçəsini illər
üzrə qeyd etməyi vacib sayırıq.
1875-ci il – fenil hidrazinin sintezi.
Bu birləşmə aldehid və ketonlar üçün
reaktiv kimi istifadə olunmuş, sonra da mo -
nosaxaridlərin identifikasiyası üçün tətbiq
edilmişdir.
1882-ci il – purin birləşmələrinin qu ru lu -
şunun öyrənilməsi. Bu işlər sonralar kofeinin,
teobrominin və s. sintezinə gətirib çıxardı.
1884-cü ildən başlayaraq karbohidratların
miqyaslı tədqiqi, tərkibin və strukturun təyin
edilməsi, nomenklaturanın işlənib hazır lan -
ması.
1890-cı il – üzüm və meyvə şəkərinin
sintezi.
1894-cü il – kimyəvi birləşmələrin sintezi
üçün fermentlərin istifadəsi.
1899-cu ildən başlayaraq zülalların
kimyası üzrə tədqiqatlar.
1901-ci il – amin turşuların analizinin efir
metodunun işlənib hazırlanması, valin, prolin
və oksiprolin amin turşuların kəşfi.
1903-cü il – dietilbarbitur turşusunun
(veronal, barbital) kəşfi.
1907 – polipeptidlərin kəşfi.
Elmə verdiyi töhfələrə görə Fişer 1906-cı
ildə Alman kimya cəmiyyətinin Hoffman
adına medalına, 1913-cü ildə Franklin
İnstitutunun Eliot Kresson Qızıl medalına
layiq görülmüşdür.
1899-cu ildə Fişer Peterburq Elmlər Aka -
demiyasının xarici müxbir üzvü seçilmişdir.
Ölümündən sonra onun şərəfinə Almaniya
kimya cəmiyyəti Emil Fişer xatirə medalı
təsis etmişdir.
O, 1919-cu ildə Berlində vəfat edib.
Abidəsi Berlində ucaldılıb.
Dostları ilə paylaş: |