«Tədqiqat sahəsini sizi bezdirməzdən
əvvəl dəyişin».
«Öz zamanını qabaqlayan tədqiqat
predmetini seçin».
Hansısa başqa adamların etdiyi böyük
kəşfdən sonra onun detallarını dəqiq ləş dir -
mək sizi çətin ki böyük alim etsin. Ək
-
səriyyətin hələ həllinin vaxtı çatmadığını
hesab etdiyi əhəmiyyətli tədqiqat problemini
qarşınıza qoyun və bir sıçrayışla öz həm -
karlarınızı ötüb keçin.
«Yalnız yaxın illərdə hiss oluna bilən
uğur gətirəcək məsələlər üzərində işləyin».
Öz zamanını qabaqlayan çox əhəmiyyətli
məsələləri tapmaq olar. Mən hər hansı bir
16
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
məsələ ətrafında işə o vaxt inamla başlayıram
ki, yaxın üç-beş ildə düşünülmüş nəticələri
almaq mümkün olsun. Əgər sizin tunelin
sonunda işıq görmək şansınız olduqca
azdırsa, bu sahəyə aid mövzu götürüb öz elmi
karyeranızı risk altına salmayın. Əgər 30%
ehtimalla yaxın iki-üç ildə suallara cavab
tapacağınıza əsasınız varsa və digər ək
-
səriyyət yaxın on ildə onu həlledilməz hesab
edirsə, belə cəhdi etməkdən çəkinməyin.
«Heç vaxt iştirakçılardan ən ağıllısı
olmayın».
İntellektual turnirlərdən həmişə qalib
çıxmaq üçün gözlənilməz intellektual dö -
yüşlərdə iştirak etmək lazımdır. Müha
-
kimələrinizdə səhvləri tutan, fikrinizi təsdiq,
yaxud inkar edə bilən kifayət qədər biliyə və
qabiliyyətə malik olan adamların məclisinin
əvəzini heç nə verə bilməz. Ətrafdakıların
ağlı nə qədər itidirsə sizin də ağlınız bir o
qədər iti olacaq. Bu, insan təbiətinə, xüsusən
də kişi təbiətinə ziddir, amma sürünün
başçısının mövqeyi daha böyük uğurlar əldə
etməyə mane ola bilər. Birinci dərəcəli kimya
bölməsində az-çox inkişaf etmiş kimyaçı
olmaq o qədər də yaxşı olmayan bölmədə
birinci dərəcəli ulduz olmaqdan daha
yaxşıdır.
«İntellektual rəqibləriniz ilə sıx əlaqə
saxlayın».
Əgər siz əhəmiyyətli məqsəd uğrunda
çalışırsınızsa, çox ehtimal ki, ciddi rəqabətlə
qarşılaşacaqsınız. Kim tədqiqatla tək məşğul
olmaq istəyirsə, elmdən kənarda qalmağa
məhkumdur. Yarışda iştirak istəyi güclü əsəb
yarada bilər. Amma layiqli rəqiblərin olması
sizin şərəfli məqsədə can atmağınızın tə mi -
natçısına da çevrilə bilər. Əgər onlar olduqca
çoxdursa, düşünməyə dəyər. Bu o deməkdir
ki, siz olduqca aydın, öz zamanını kifayət
qədər qabaqlayaraq daha konservativ və
əksəriyyəti qorxuda bilən məqsəd uğrunda
yarışda iştirak edirsiniz. Üç və ya dörddən
çox rəqibin olması təkcə sizin uğur şansınızın
az olmasını demir, həm də adekvat qiy mət -
ləndirmə aparmağın mümkün olmadığını
deyir. Bu halda əksər rəqiblərinizin güclü və
zəif tərəfləri haqqında adekvat təsəv
-
vürünüzün ehtimalı az olur. Onlar sayca nə
qədər az olsalar, məsələləri aydınlaşdırmaq
daha asanlaşır və daha çox şansınız yaranır
ki, bu yarışda ağıllı hərəkət edə biləsiniz.
Rəqiblər çox olduqda onlardan qaçmaq
təhlükəli yol açmaqdır.
«Sizinlə intellekt baxımından bərabər
olan adamlarla bir yerdə işləyin».
Adətən, iki alim bir yerdə işləyərkən iki
nəfər tək işləyən və hər biri öz yolu ilə
gedənə nisbətən daha çox uğur əldə edir.
Yaxşı elmi cütlüklər rasional seçilmiş evliliyə
bənzəyir və bir-birini uğurla tamamlayan
insanları birləşdirir.
Elmi komandada ikidən çox adam
olduqda orada sıxlıq yarana bilər. Əgər üç
adam ümumi məqsəd ardınca gedirsə,
onlardan biri lider olur, digərlərindən biri isə
gec-tez özünü başqalarından zəif hiss etməyə
başlayır və incik düşür. Əsas qərarlar onsuz
qəbul olunur. Bundan başqa, üç nəfər bir
yerdə işlədikdə hər kəsin alınan nəticələrdə
iştirakını ifadə etmək çətin olur.
«Qoy həmişə sizi xilas edə bilən
adamınız olsun».
Siz dövrünüzü qabaqlamağa cəhd etdikdə
özünüzə çox şey götürdüyünüzü hesab edən
adamları daim qıcıqlandıracaqsınız. Onlar
sizin uğursuzluqlarınıza sevinəcəklər, hesab
edəcəklər ki, tale sizi haqlı olaraq cəza
-
landırır. Bəzən onlar özlərini yalnız o anda
göstərəcəklər ki, siz fəlakətə uğrayırsınız.
Sizə təqaüd və ya qrant verilməsini uzatmaq
haqqında onların qərarlarını eşitdikdə, be lə -
lərindən necə asılı olduğunuzu bilə cək siniz.
Odur ki təsir gücünə malik olanlardan (va li -
17
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
de ynlərinizdən başqa) kimlərin sizin tə rə -
finizdə olmasını həmişə bilməyiniz yaxşıdır.
«Mühazirələrdə öz tədqiqatlarınızdan
danışın».
«Tələbələrdən söylənilən faktlardan
uzağı görməyi tələb edin».
Bacarıqlı tələbələrdən yalnız digər
lə
-
rindən öyrəndikləri faktları və ya ideyaları
sizə söyləməyi tələb etməyiniz onları au -
ditoriyadan kənardakı həyata hazırlamır.
«Tələbələrinizi sizin mütəxəssis ol ma -
dığınız predmetləri mənimsəməyə görə
mükafatlandırın».
Tələbələrin hamısı sərbəstliyə can atır.
Gələcəkdə inkişaf etmək üçün onları bu
sərbəstliyə hazırlamağın ən yaxşı üsulu lazım
olan yaxın fənlər və texnologiyalarla tanışlıq
imkanlarının yaradılmasıdır.
«Heç vaxt imkan verməyin ki, tə
-
ləbələriniz özlərini laborant hiss etsinlər».
Tələbələrinizə sizin maraqlandığınız
mövzu üzrə gələcəkdə dissertasiya mövzusu
vermək məqsədəuyğundur. Eyni zamanda
heç cür imkan vermək olmaz ki, onlar sizin
karyeranız üçün işlədiklərini hiss etsinlər.
Tələbələr gördükləri işlərin, hər şeydən
əvvəl, onların öz xidmətləri kimi qeyd
olunacağına əmin olduqda daha yaxşı
çalışırlar.
Ceyms Uotson qeyd edir ki, tələbə onun
laboratoriyasına gəldikdən bir və ya iki ay
sonra onun işinə hər gün etdiyi nəzarəti
dayandırır. İmkan verir ki, tələbə öz tempində
işləsin və kabinetinə yalnız ona nəsə göstərə
biləcəyi halda gəlsin. Əgər tələbə işlədiyi
laboratoriyada məzmunlu seminar keçə
bilirsə, bu o deməkdir ki, o, artıq sərbəst
işləməyi öyrənib.
«Gülərüz köməkçi götürün».
Ceyms Uotson yazır: “Kim mənimlə birgə
işləyirdirsə, mən onu ailə üzvü kimi qəbul
edirdim. Onlarla birgə nahar edir, birgə
çimərliyə gedir, xizək sürürdüm. La
bo
-
ratoriyada işlədiyim dövrlərdə özümə kö -
məkçi laborantlar seçəndə çalışırdım ki,
mənim əhatəmdə yumor hissi və pozitiv
əhvali-ruhiyyəsi olan, sülhə meyilli insanlar
çox olsun. Ən yaxşı ətraf mənim evlənməmiş
həmya şıdlarım idi. Hələ ailə qayğıları ilə
yük lənmədiklərindən onlar ciddi iş rejiminə
riayət etməyə bilərdilər. Onlardan xahiş
etmək olardı ki, axşam saatlarında və istirahət
günlərində (biz hansısa nəticəni daha tez
almaq istədikdə) bizə kömək etsinlər. Eyni
zamanda mən də onlara əməkdaşlarım kimi
yox, daha çox dostlarım kimi baxırdım və
hətta laboratoriyada iş olduqda belə qal
-
malarını xahiş etmirdim».
«Akademik müəssisələr sadəcə dəyişə
bilməzlər».
Akademik mübarizələrin çox hissəsi otaq -
lar, təyinat və yüksəliş uğrunda olur. Uni -
versitet həyatı tez-tez sıfır cəmli oyun olur və
burada hər bir uduşa ekvivalent uduzmaq
düşür. Təəssüf ki, əksər dekanlar və şöbə
müdirləri çox vaxt ardıcıl fəaliyyət gös
-
tərmirlər və öz əməkdaşlarını bir il öncə
imtina olunmuş nə iləsə mükafatlandırmaqla
öz hakimiyyətlərini və təsirlərini saxlamağa
çalışırlar.
«Kollec tələbələrini elmi işə həvəs
-
ləndirin».
Ceyms Uotson yazır: «Laboratoriya ma -
saları boş olan kimi, mən ləngimədən
rəhbərliyim altında tədqiqatlar aparmağa
canatan qabiliyyətli kollec tələbələrini qəbul
edirdim. Onlardan çoxu hələ müəyyən
etməmişdi ki, magistraturaya, yaxud tibb
kollecinə daxil olacaqlar. Onlar üçün elmi
işlə klinikadakı işin fərqini görmək faydalı
idi. Bundan başqa, tədqiqat qruplarında
iştirak onlara elm sahəsində şəxsi key fiy -
yətlərin əqli qabiliyyətdən az əhəmiyyətli
18
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
olmadığına inanmaq imkanı verir -
di. Elm ilə uğurlu məşğul olmaq
üçün «xüsusi növ qa
biliyyət
lazımdır» fikri doğ
rudur. Labo
-
ratoriyalarda çox vaxt elə adam -
lara rast gəlmək olur ki, onların
müstəsna istedadları imtahanlar
vaxtı aşkar olunmayıb. Onlar
yalnız o vaxt oya nırlar ki, onların
qarşılarında «köhnə mə lum olana»
aid yox, «yeni məlum olmayana»
aid məsələ qoyulur.
«Öz fakültənizdə seminarları
elmdəki yeniliyə həsr edin».
Fakültənin keyfiyyətinə həf
-
təlik semi narlara əsasən qiymət vermək olar.
Elm məşhurları, adətən, harasa yalnız o
zaman getməyə hazır olurlar ki, orada özləri
üçün fayda görsünlər. Geniş tələbə
auditoriyası cəlb edilə bilməyən və əsasən
fakültənin nüfuzunu qorumaq üçün təkcə
əməkdaşların iştirak etdiyi auditoriyada
keçirilən seminarlar tezliklə onlar üçün də
cansıxıcı olur. Se minarları keçirmək üçün
çalışdığınız uni
versitetdə öz yerini hələ
möhkəmlətməmiş yeni yaranan elmi is
-
tiqamətlərin nü ma yəndələrini dəvət etmək
daha yaxşı olar. Seminarları aparmaq üçün
yaşlı əmək
daş
larınızdan olan dostlarınızı
seçərkən siz tələbəyə onlarda olanı onlara
vermək riskini edirsiniz. Əksər hallarda
seminarı kiçik işçilərdən birinə həvalə etmək
lazımdır. Kiçik əməkdaşlarda bu işi bacarmaq
üçün vaxt və motivasiya çoxdur, çünki onlar
fikirlərini, intellektual həyatlarını zən
-
ginləşdirə biləcək alimlərlə görüşmək im -
kanını qiy mət lən dirirlər.
«Yeni jurnalın redkollegiyasının tər
-
kibinə daxil olun».
Çoxdan mövcud olan jurnalın red
kol
-
legiyasının tərkibi olduqca nadir hallarda
dəyişir ki, yeni elmi istiqamətlərin tələblərinə
cavab versin. Yeni istiqamət yeni düşüncə
tərzi yaradır və yeni jurnal tələb edir. Keçmiş
ilə yaşayan redaktorlar heç də həmişə elmdə
yeniliyin qiymətini layiqincə verə bilmir və
çox vaxt bilmir ki, rəy üçün kimə müraciət
etsin.
«Böyük kəşflərin nəticələrini ləngimədən
çap etdirin».
«Səyahət elmi fəaliyyəti yaxşılaşdırır».
Hansı mötəbər elmi müəssisədə iş
lə
-
məyinizdən asılı olmayaraq, sizin ixtisasınız
üçün əhəmiyyətli olan işlər böyük ehtimalla
haradasa başqa yerdə də icra olunur. Digər
auditoriyalar qarşısında çıxışlardan imtina
etməklə siz öz gələcəyinizi zədələyirsiniz. Öz
ərazinizdən kənara çıxmaqla siz bacarıqlı
aspirantlar və elmə gəlmək istəyən digər
istedadlı adamlarla görüşə, onları ko man -
danıza dəvət etməklə güclənə bilərsiniz. Əgər
siz həddindən artıq gediş-gəliş edirsinizsə,
təbii ki, bu, əks nəticə də verə bilər. Çalışın
ki, əsas kurslar üzrə öz mühakimələrinizi
təxirə salmayasınız.
«Həyata keçməsi möcüzələr tələb edən
layihələri müdafiə etməyin. Hətta onlar
19
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
həyata keçirilsə belə, verəcəkləri mənfəət
məsrəflərdən az olacaq».
«Mübahisəli məsələlərə aid təkliflər siyasi
müdafiə tələb edir».
«Uğurları mükafatlandırmaq lazım
-
dır».
Ceyms Uotson yazır: «Bəziləri çox çə -
rənləyir ki, guya elm mühiti üçün pul birinci
stimul deyil. İstənilən işə götürən üçün əmək-
haqqı sizə necə dəyər verildiyini göstərmək
üsuludur. Beləliklə, pul sizə lazım olsa da,
olmasa da nəzarət edin ki, əməkhaqqınız
statusunuza uyğun olsun».
«Öz hiddətinizi vasitəçilərlə çatdırın».
Universitet administrasiyasının ünvanına
dərin hiddət hislərinizi sizinlə rəftarın düzgün
olmadığını düşünən dostlarınız vasitəsi ilə
çatdırmağınız yaxşıdır. Hər şeyi öz de ka nı -
nı za birbaşa demək cəhdiniz asanlıqla elə
ifadələrə yol açar ki, bununla aranızdakı
körpülər yana bilər. Heç vaxt yol verməyin
ki, sizi təmkinli olmayan insan kimi qəbul
etsinlər.
«Adekvat olmayan iş otağına
görə iş dən çıxmağa hazır olun».
«Eyni vəzifədə olan bütün
əməkdaşlar üçün otaqların bərabər
paylanması ədalətlidir, amma işin
səmərəliliyini azaldır. Öz karye
-
rasının müxtəlif mərhələlərində
çalışan elmi işçilərin tələbatları
müx təlifdir. Onlara uyğun şəkildə
otaqlar verilsə və geri alınsa belə bu,
dostbazlıqda günahlandırmağa gə -
tirib çıxara bilər. Beləliklə, otaqların
rasional düşüncədən daha çox siyasi
düşüncələr əsasında bölgüsü nor -
maya çevrilir. Amma sizə yeni işıqlı
ideyanı işləyib hazırlamaq və ya
eks perimental sıçrayış üçün lazım
olan məkan ayrılmasa, başqa yerdə
çalışan işçilər sizi tamamilə ötüb
keçə bilər. Lazımi otağın ay
rıl
masından
imtina o deməkdir ki, sizin ba
ca
rıq
-
larınızı yetərincə qiy mət lən dirmirlər, yaxud
gedəcəyiniz və ya qa lacağınız fakültə üçün
məna kəsb etmir. Bütün bunlar kifayət qədər
ciddi məsələdir və həmişə bundan keçmək
çətin olur. Amma bu Darvin dünyasında siz
böhran yaratmasanız belə, deyilənlərin daha
az sakit həm
kar
larınızdan yan keçəcəyi
qaçılmazdır.
«Qoy sizin rəhbərliyə yaxın dostlarınız
olsun».
«Heç vaxt ölməkdə olan istiqamətlər üzrə
mütəxəssislərə daimi əməkhaqqı təklif
etməyin».
«Sədrlik edin».
Əksər aparıcı universitetlərin alimləri
elmlə məşğul olmaq vaxtına mane olan
səlahiyyətləri götürmək istəmirlər. Onlar
administrativ işi bezdirici hesab edirlər və hər
biri istəyir ki, bölmənin sədri kimsə başqası
olsun. Məsuliyyətdən bu yolla qaçma sə -
bəbindən əksər təbiət elmləri bölmələrində iş
20
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
mümkün olandan az cəlbedici olur. Kok teyli
qarışdıran solominka (çubuq) qiymətlidir.
Şöbələrin zəif rəhbərləri əmək daşlar arasında
əhəmiyyətli kursları, qiymətli avadanlıqları
və iş fazasını (yerini) bölərkən ağılsız
qərarlar qəbul edirlər. Uğursuz seçilmiş
əməkdaşlar məşğələləri aparır və kitabxana
üçün heç kimin oxumadığı jur nalları alır.
Bölmənin iclasları mənasız keçir, həyati
məsələlərə aid olmayan mənasız müzakirələr
aparılır və otaqda oksigen tükənənə qədər
davam edir. Sədr funksiyası ağıllı pro fes -
sorun vaxtının 10%-dən çoxunu alma
-
malıdır.
«İki ciddi məşğuliyyət olduqca çoxdur».
Sırf nəzəri düşüncələr kimi bir çox
eksperimentlər də, adətən, sizin əvvəlcə
düşündüyünüzdən ən azı 5 dəfə artıq güc
tələb edir. İstənilən peşə sahibi: istər
universitet rektoru olsun, istərsə də skripkaçı,
yaxud qiymətli kağızlar üzrə mütəxəssis və
ya alim olsun, öz işinə sadiq və vurğun
olmalıdır. Diqqətinizi müxtəlif predmetlər
arasında bölməklə sizinlə eyni qabiliyyətə
malik, amma məqsədyönlü olan rəqibinizin
xeyrinə oynayırsınız. Özünü peşəkar vio
-
lonçelçi adlandıran uğurlu bankir çox vaxt nə
yaxşı bankir, nə də yaxşı violonçelçi olur.
«Bir bina daxilində rəqabət sağlamlıq
üçün zərərlidir».
«Eyni məqsədə can atan ciddi rəqibin
olması həmişə həyəcan mənbəyidir. Hər
zaman yanınızdakı adama pislik istəyiniz
mənəvi gücü zəiflədir. Odur ki rəqiblər başqa
ölkədə deyillərsə, başqa şəhərdə olmaları
yaxşıdır. Əgər onlar eyni binadadırlarsa, bu,
miniatür formalı cəhənnəmdir, həm də az
məhsuldarlığı olan cəhənnəm.
«Elmi karyeranızın zirvəsini gözləmədən
rəhbər olmağa çalışın».
«Maarifləndirici mütləqlik rejimi ya ra -
dın».
«Məni ona görə direktor təyin etdilər ki,
Kold-Sprinq-Xoborda işləyən əməkdaşlara
laboratoriyanın gələcəyi haqqında fikirlərimi
yox, laboratoriyanın gələcəyini təmin etməyi
inandırdım. Əslində, tədqiqat müəssisəsi de -
mo kratik ola bilməz. Hər halda ağıllı rəhbər
onun planlarının qiymət lən diril mə sinin qay -
ğısına qalır. Mən heç vaxt Kold-Sprinq-
Xoborda işləyən uyğun sahələrin mü
-
təxəssislərindən qeyri-rəsmi məsləhət almadan
yeni əməkdaşları işə gö tür mə mişəm. Əsasən
çox vaxt bizim ştatda işləyən alimlərimizin
müdafiə etdikləri adamlar yeni əməkdaşlar
olurdular. Bildiyim qədər bir dəfə də olsun
elə adamı işə götürmədim ki, bizim digər
əməkdaşlarımız ona qarşı olsunlar».
«Öz alimlərinizə beysbol komandasını
idarə edən menecer kimi rəhbərlik edin».
İdman və qabaqcıl elmi tədqiqatlar ara -
sında ümumi cəhətlər çoxdur. Hər ikisinin
həqiqi ulduzları ortayaşlı adamlar deyil,
gənclərdir. Bəzən elə olur ki, yaşı 40-ı ötən
insan da tor qarşısında raketka ilə və ya
lövhə qarşısında tabaşir ilə təhlükəli qüvvə
olur. Yalnız o adamlar uzunmüddət elm
sahəsində menecer ola bilərlər ki, daima
oyunu yeni səviyyəyə qaldıra bilən
istedadlıların ax ta rışında olsunlar. Əmək -
daşlarının orta yaşının tədricən yuxarı
qalxmasına yol verilən elmi müəssisələrdə
cansıxıcılıq qaçılmaz olur. Lakin yeni
binalar tikilməsi və yeni iş yerlərinin
açılması hesabına əməkdaşların orta yaşını
azaltmaq bizə lazım deyil. Yaşlı olan binada
həyat qaynamırsa, onda pul boruda olduğu
kimi uçmağa başlayır. Həm çinin artıq topu
dəqiq ata bilməyən alimləri təqaüdə gön -
dərməyin vacibliyini başa düş
mək yaxşı
menecer üçün əhəmiyyətlidir. Yalnız daima
özünü yeniləşdirən, yeni düşüncə tərzini
qəbul edən adamlar sizinlə işləyərkən orta
yaş əldə edə bilərlər.
21
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
«Oyunçuları mövsümün ortasında
dəyişməyin».
Alimi işə götürdükdən sonra ona tam
imkan verin ki, topu tor üzərindən ata bilsin.
Əgər siz «bu həftə kim yaxşı formadadır»
prinsipi ilə öz oyunçularınızı qiymətlən dir -
səniz yalnız komanda ruhuna ziyan gətirmiş
olarsınız. Ardıcıllıq və sabitlik sizin oyun -
çularınızdan ən yaxşı nəticələri əldə etmək
üsuludur. Bu münasibətdə başqalarının elmi
işlərinə rəhbərlik öz elmi işini icra etməkdən
əsaslı şəkildə fərqlənir.
«Elmə ayrılan ianələri elmin ma liy yə -
ləşdirilməsinə ayırın, əməkhaqqına yox».
Ümumi qayda belədir: istənilən elmi
müəssisənin büdcəsinin yalnız ən minimal
hissəsi yaşlı əməkdaşların əməkhaqqına sərf
olunmalıdır. Normal maliyyələşdirmə şə
-
raitində kim uğurlu alim kimi qalırsa, o öz
şəxsi tələbatlarından xeyli artıq qrantlar ala
bilir. İanələrdən daxil olan vəsaitlərin
karyerasını yeni başlayanlara və ya alınan
qrantların elmi tələbatları uyğun gələn
alimlərə ayrılması daha yaxşı olar.
«Aparıcı alimlərə vəzifə ar -
tımını onların gözlədiyi vaxtdan
tez verin».
Yaxşı işçilərin vəzifələrini tez-
tez ar
tırmaqla siz qiymətli
olmayan əməkdaşlara ayrılan
büdcə vəsaitinin azaldılmasını
qaçılmaz edirsiniz. Kimi qiymət -
lən dirir si nizsə, ona səxavətli olun:
əməkhaqqına edilən əlavələr in -
flyasiyanın sürətini ötmürsə, başqa
yerdə iş axtarmaq lazımdır.
«Mümkün olan qədər az
qəbul təyin edin».
Əməkdaşlardan kimsə kabi ne -
tinizə gəlirsə və ya sizin qəbu
-
lunuza yazılmaq üçün zəng edirsə,
dərhal öyrənin ki, ona nə lazımdır.
Əgər həqiqətən hər hansı ava
-
danlığa və ya tarifə ehtiyac hiss
edirlərsə, gözləmədən «hə» de
-
məklə həm də əməkdaşın vaxtına
qənaət etmiş olursunuz. Hətta siz -
də olmayan pulu ödəməyə söz
vermək lazım gəlsə belə, onu edin.
İşçinizin sizin xoşunuza gəlməsi
yox, ancaq öz işinin qayğısına
qalması sizi maraqlandırmalıdır.
«Öz narazılığınızı bil
dir
-
məkdən çəkinməyin».
22
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
İşçilərinizdən biri nə vaxtsa ağılsız söz
danışdıqda etirazınızı bildirin. Ən yaxın
adamınızın sizin narazılığınızı bilməsinə
acıqlanmayın. Bu sizin sağlamlığınız üçün
zərərlidir. Bu həm də davranışı ilə sizi təhqir
etmiş adama münasibətdə qeyri-səmimi
olmaqdır. Onlar bundan sonra eh
tiyat
-
lanmalıdırlar ki, böyük xoşagəlməzliklər
yaranıb və təbii ki, bundan sonra sizin
tənqidinizə cavab verməyi vacib hesab
edəcəklər. Belə xoşagəlməz söhbətlər
sonraya saxlanılarsa, həmin adam öz həyatını
yaşamağa başlayar və münaqişə toxumu
səpər. Bu, məhsuldar olmayacaq. Hətta siz
haqlı deyilsinizsə, tələsik üzr istəyin.
«Ərazini gəzin».
Əməkdaşlarınız qarşıya çıxan problemləri
sizə çatdırmaq üçün kabinetinizə nadir
hallarda gəlirlər. Dəhşətli həqiqət sizə o vaxt
məlum olacaq ki, artıq «ağacın budağı»
qırılır. Öndə olmaq üçün günün bir hissəsini
əraziyə baxış keçirmək lazımdır. Bu sizə
laboratoriyada vəzifə pillələrində yüksək yer
tutmayan əməkdaşlarla görüşmək, onlara
işlədikləri üçün xoş rəftar göstərmək və ya
razılıq sözləri ilə təşəkkür etmək imkanı
verəcək. Həmçinin laboratoriyalara axşamlar
və istirahət günləri də baş çəkmək əhə
-
miyyətlidir. Güman ki, yalnız adi günlərdə və
ya gündüz saatlarında iş aparılan la
bo
-
ratoriyalara baş çəkmək bir o qədər faydalı
deyil. Şənbə günü laboratoriya masası ar -
xasında çalışan işçi orada vaxtını keçirmək
üçün durmur.
Dostları ilə paylaş: |