XİDMƏT MÜQAVİLƏSİ № KVT-20/10-2021 Bakı şəhəri 20 oktyabr 2021-ci il Hazırkı Müqavilə, bir tərəfdən öz Nizamnaməsi və Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən “AZEDUNET” MMC-nin direktoru Natiq Rza oğlu Yəhyayev şəxsində (bundan sonra “Sifarişçi” adlandırılacaq), və digər tərəfdən öz Nizamnaməsi və Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən “AZRABİTƏ SERVİS” MMC-nin direktoru Hüseynov Şəmməd Gülməmməd oğluşəxsində (bundan sonra “İcraçı” adlandırılacaq), aşağıdakı şərtlərlə bağladılar.
1.1. Bu Müqavilənin “Əlavə 1”-nə əsasən, bu müqavilənin İcraçı tərəfindən telekommunikasiya və rabitə xidmətlərinin göstərilməsi və avadanlıqlarının quraşdırılmasıdır.
1.2. İcraçı tərəfindən göstərilən xidmətlərin ümumi həcmi hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə 1”-də göstərilmişdir.
2. Birgə fəaliyyətin şərtləri
2.1. Razılaşdırılmış işlər Spesifikasiyası (bu müqavilənin 1 №-li və sonrakı əlavələri) çərçivəsində bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş işlərin yerinə yetirilməsi zamanı layihə sənədləri tərtib edilməlidir.
2.2. Arzu olunan nəticənin formalaşması texniki tapşırıq şəklində yazılı rəsmiləşdirmə yolu ilə, vacib olan və kifayət dərəcəli detallaşdırma qaydasında həyata keçirilir.
2.3. Texniki tapşırığı hər iki tərəf imzalayır və onun əsasında Sifarişçi tərəfin arzuladığı, İcraçı tərəfindən yerinə yetirdiyi işlərin uyğunluğu yoxlanılan sənəd hesab olunur.