Hiss üzvlərinin verdiyi bilik son dərəcə zəngin və rəngarəngdir. Lakin o, tam deyil, məhduddur. Hissi bilik bizə predmetin, yalnız ayrı-ayrı xarici tərəfləri haqqında təsəvvür versə də, onların daxili təbiətini, mahiyyətini və inkişaf qanunlarını aşkara çıxara bilmir.
1.Mövcud anlayışlar dərinləşdirilir, dürüstləşdirilir və daha yüksək abstraksiya (mücərrədlik) səviyyəsinə qaldırılır.
2. Yeni anlayışlar meydana gəlir və bunların əsasında təfəkkürün başqa formaları- mühakimələr, əqli nəticələr formalaşır
Elmi anlayışlar predmetin bütün tərəflərini deyil, yalnız mühüm və ümumi tərəflərini əks etdirir. Anlayışların inkişafı prosesi iki istiqamətdə davam edir.
Əlamətlər özü də
ümumi,
fərqləndirici,
mühüm,
qeyri-mühüm,
zəruri, təsadüfi və s.
yerlərə bölünür.
Anlayış predmetlərin ən mühüm və fərqləndirici əlamətlərini əks etdirən təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində rol oynayır. Anlayış - elə təfəkkür formasıdır ki,onun vasitəsiylə predmet və hadisələrin ümumi, mühim əlamətləri beynimizdə əks olunur.Anlayışın səciyyəsi əlamətlərdən başlamalıdır. Cismin əlaməti onun digər cisimlərlə oxşaq və fərqli cəhətləridir.
Uyuşan anlayışlar 3 cür olur:
eynimənalı (anlayışlar həcm etibarilə tam üst-üstə düşən),
kəsişən (birinin həcmi, qismən digərinin həcminə daxil olur)
və tabeli anlayışlar (birinin həcmi digərinin həcminə tam daxil olur və onun bir hissəsini təşkil edir).
Hər bir anlayışın məzmunu və həcmi olur. Bunlar anlayışın məntiqi sturukturunu təşkil edir. Məzmun anlayışda fikirləşilən cismin və hadisələrin mühüm və ümumi əlamətləridir. Yəni, anlayışda sadalanan əlamətlər predmetin məzmununu təşkil edir.
Uyuşmayan anlayışlar da 3 cür olur:
Müştərək tabeli (iki və daha çox anlayış tam olaraq ayrı bir anlayışa tabe olub ona daxil olurlar),
əks (anlayışların birində olan bəzi əlamətlər digərində inkar edilir və biri digərini əvəz edilir),
zidd (anlayışlardan birinə xas olan əlamət digəri tərəfindən istisna edilir).