Aşağıdakı yollarla müraciət edə bilərik



Yüklə 295,89 Kb.
səhifə1/3
tarix01.12.2016
ölçüsü295,89 Kb.
#556
  1   2   3

powerpluswatermarkobject95229143



Microsoft Word Windows-un üzərində çalışa bilən, lakin ayrıca Office proqram paketi daxilində olan söz, qrafik imkanları ilə zəngin mətn proqramıdır. Bu proqramın bir neçə versiyası var – 2000,2003, 2007,2010, ancaq bizim istifadə etdiyimiz 2007 versiyasıdır. Word proqramı digər adlara görə də tanınır.

1. Microsoft Word 2. MS Word 3. Winword

Word proqramının elementi işarəsi W, uzadılmış fayl növü Doc və ya DOT adlanır. Proqramda çoxhəcmli kitab səhifələrinin avtomatik nömrələn- məsi, səhifələrin sütunlara ayrılması, mətnin bir səhifədən digər səhifəyə daşınması, sadə fiqurların, bəzəkli fontların və şəkillərin tətbiq olunması, sadə və mürəkkəb cədvəllərin işlənməsi və s. kimi əmrlərdən asanlıqla istifadə edə bilərik. Proqrama aşağıdakı yollarla müraciət edə bilərik:

1. Start.........All Programs........... Microsoft Word

2. Start........Run...................... WinWord

3.Desktop üzərində sağ düymə…….New….Microsoft Office Word Document-lə sənədi yaradıb üzərində sol düyməni iki dəfə vurmaqla.

Word-dən çıxmağın yolları:

1. Office Button Exit word əmrini seçməklə

2. Control Menyu (İdarəetmə menyusundan) Close (bağla) əmrini seçməklə və ya ALT + F4

3.Pəncərənin yuxarı sağ küncündəki Close düyməsini sıxmaqla (X)

Word pəncərəsinin ümumi quruluşu aşağıdakı kimidir.

    1. Title bar....başlıq çubuğu. Burada poqramın adı yerləşir.Bu bölümdə həmçinin Office Button(Offis düymələri) və Customize Quick Access Toolbar(Alətlərə sürətli müraciət yolları) yerləşir.Bu bölümü ribbon zolağından aşağıda yaxud yuxarıda yerləşdirə bilərik.Bunun üçün aşağıdakı yollara müraciət olunur:

1.Panel bar üzərində mouse-nin sağ düyməsiShow Quick Access Toolbar Below(Above) the Ribbon

2.Customize Quick Access ToolbarShow below(above)the ribbon

3.Word OptionsCustomize Show Qhuick Access Toolbar Below the Ribbon



2. Menu bar....siyahılar, menyular çubuğu (7 əsas menyu var). Məs: Home, İnsert,Page Layout və s

Qeyd:Menyulara daxil olmağın bir neçə yolu var:İstənilən menyu üzərində mausun sol düyməsini bir dəfə vurmaqla;Mausun diyircəyi;Alt ,F10 və F6 düymələri vasitəsilə.

3.Ribbon-Lentlər zolağı(bu bölümü bir neçə yolla görüntüyə gətirib,itirə bilərik:Panel bar üzərində sağ düyməMinimize the Ribbon; Customize Quick Access ToolbarMinimize the Ribbon; ( Ctrl+F1)

4. Horizontal ruler......üfüqi xətkeş

5. Vertical ruler....şaquli xətkeş

6. Horizontal scroll bar......üfüqi sürüşdürmə çubuğu(bu bölümün görüntüyə gəlməsi üçün səhifənin faizi 160%-dən çox olmalıdır.)

7. Vertical scroll bar.........şaquli sürüşdürmə çubuğu

8. Show Text Boundaries.............mətn sahəsi. Mətn sərhəddini görüntüyə gətirmək üçün Panel bar üzərində sağ düymədən -Customize Quick Access Toolbar Tools — Advanced — Show Text Boundaries aktivləşdirilir.

1.Title bar 2. Menu bar 3.Ribbon 4. Horizontal ruler 6. Horizontal scroll



7

77.Status bar 5.Vertical ruler 8. Show Text Boundaires



9. Status bar..........vəziyyət çubuğu, aşağıdakı komandalar yerləşir.

1. Page - Kursorun yerləşdiyi səhifə nömrəsi

2. Fayldakı səhifələrin sayı

3. Kursorun yerləşdiyi səhifənin sıra nömrəsi

4. Words – sözlərin sayı

5. Dil bölümü

6. Print Layout → çap görünüşü

QEYD 1: Word sənədinin normal görünüşü Print Layout - dur.

Qeyd 2: Page,Words,Languages və s. bölümləri status bölümü üzərində sağ düymədən görüntüyə gətirib,yaxud görüntüdən itirə bilərik.

  1. Full Screen Reading → tam, dolu ekranda ikili səhifə görüntüsü

2. Web Layout → internet görünüşü

3. Outline → kənarxətli.

Bu rejimdə işləmək üçün sənəddə başlıqlar olamlıdır.

4.Draf→Qaralama,eskiz formasında görünüş

9. Zoom → miqyas, səhifənin faizlə ölçüsünü dəyişir, lakin standart səhifə ölçüsü 100% - dir.(Səhifənin faizini max 500%,min 10%artırıb ,azalda bilərik.)

QEYD 2: Hər hansı sözü seçmək üçün → mausdan və ya Ctrl + Shift + →, Ctrl + Shift + ← düymələrindən istifadə olunur.Sözü süçmənin ən asan yolu istənilən söz üzərində durub mouse-nin sol doyməsini iki dəfə vurmaqdır.Kursorun olduğu yerdən mətnin sonuna qədər olan sahəni seçmək üçün Ctrl→Shift→End,kursorun olduğu yerdən mətnin başlanğıcına qədər olan sahəni seçmək üçün Ctrl→Shift→Home,düzbucaqlı bir sahəni seçmək üçün kursoru sahənin başlanğıcında yerləşdirib Ctrl→Shift→F8 düymələrindən istifadə edilir.

QEYD 3: Sətri seçmək üçün → mausdan və ya sətrin sonunda durub Shift + Home, sətrin əvvəlində durub Shift + End düymələrindən istifadə olunur.

OFFICE BUTTON

  1. New (Ctrl + N qısa yolu) yeni. Yeni bir sənəd yaratmaq. Yeni bir sənəd yaratmaq üçün Office buttons → New →Blank

document seçməliyik.

  1. Open (Ctrl + O) açmaq. Kompyuterin

yaddaşında və ya daşıyıcıda olan əvvəlcədən yazılmış hər hansı bir Word sənədini açmaq üçün istifadə olunur.

3. Save (Ctrl + S) yaddaşa vermək. İşlədiyimiz faylları yaddaşa vermək üçün istifadə olunur. Hər hansı bir Word sənədini yaddaşa vermək üçün Office button → Save → Navigation Pane bölümündən hansı bölümə yaddaşa vermək istəyiriksə həmin yeri seçib (məs: My documents) → File name bölümündən yaddaşa vermək istədiyimiz sənədin adını dəyişib → Save komandasını vururuq.

4. Save As (F12) fərqli yaddaş. Hər hansı bir sənədi bu komanda ilə də yaddaşa verə bilərik. Save as komandasının Save komandasından əsas fərqi Save əmri ilə sənədin yerini və adını yalnız bir dəfə seçmə imkanımız olur. Lakin Save as əmrini seçdikdə sənədin adını və yerini dəyişmək üçün pəncərə açılır.

QEYD: Sənədi şifrəli olaraq yaddaşa vermək üçün Office buttons → Save as → Tools → General options → Password to open bölümünə şifrəni yazıb ok → Reenter password to proceed bölümünə isə şifrənin təkrarını yazıb ok vururuq.

Sənədin şifrəsini ləğv etmək üçün → File → Save as → Tools → General options → Password to open bölümünə yazdığımız şifrəni silib → Ok → Save.

Əgər şifrəni Password to open bölümünə yox Password to modify bölümünə daxil etsək bu zaman yaddaşa verilən sənədi şifrəni bilmədən də açmaq mümkün olur. Lakin sənəd üzərində dəyişiklik etmək qeyri - mümkündür. Daxil etdiyimiz şifrəni silmək üçün isə Office buttons → Save as → Tools → General options → Password to open bölümündən şifrəni Delete əmri ilə silib Save vurmalıyıq.

  1. Print (Ctrl + P) Çap etmək

Quick PrintSürətli çap

Print Preview(Ctrl + F2)Çap öncəsi baxış

Printer Çap qurğusu

Name Adı

Status Vəziyyəti

Type Növü

Where Harada olduğu

Comment Mənası

Print to file Əgər kompyuterdə printer yoxdursa bu komanda vasitəsilə (şəbəkə olduqda) başqa kompyuterdə olan Printer vasitəsilə sənədi çap edə bilərik.

Print range Çap sahəsi, çap genişliyi

All Hamısını çap etmək

Curent page → kursorun olduğu səhifəni çap edir

Selection → seçilmiş mətn, bu komandanı aktivəşdirmək üçün əvvəlcə məlumatı seçmək lazımdır.

Pages → səhifələr

QEYD 1: Bir neçə səhifə daxilində yalnız bir səhifəni çap etmək üçün səhifənin nömrəsini yazıb Pages bölümünə daxil edirik. Məs:5 və s.

QEYD 2: Səhifələrarası çap etmək üçün səhifə nömrələrini "-" ilə daxil edirik. Məs: 5 -10 və s.

QEYD 3: Bir neçə səhifə daxilində müəyyən edilmiş səhifələri çap etmək üçün səhifə nömrələrini "," ilə pages bölümünə daxil etməliyik. Məs: 5,8,10 və s.

Number of copies → kopyaların sayı

Collate → ardıcıllıq. Səhifələrin çap olunma şəkli. Əgər aktiv olarsa səhifələr ardıcıl, əks halda bölüm əsasında çap olunacaq.

Print - All pages in range → seçdiyimiz parametrdəki səhifələrin hamısını o ölçüdə çap et.

  1. Əgər kağızın həm önünə, həm arxasına çap etmək istəyiriksə əvvəl bu siyahıdan Odd pages (tək siyahılar, bu zaman 1,3,5). Bundan sonra növbəti dəfə Even pages (cüt səhifələr,2,4,6) seçərək eyni çap kağızlarının arxa tərəfinə cüt səhifələri çap edəcək.

6.Prepare → Sənədi baxış üçün hazırlamaq.

Properties-Xassə və xüsusiyyətlər.Bunun üçün sənəd əvvəlcə yaddaşa verilir. Daha sonra sənəd üzərində sağ düymədən Properties əmrindən Details bölümünə daxil olub sənəd haqqında məlumatları qeyd edirik.Sənəd haqqında məlumat almaq üçün Prepare→Properties bölümünə daxil oluruq.

İnspect Document→ Sənədə baxış. Sənədin məzmununa görə yoxlanış işlərinin aparılması, yəni daxil edilmiş şərhlər, başlıq və sonluqlar, gizlədilmiş mətnlərin yoxlanılması üçün bu bölümə müraciət olunur.

Encrypt Document→ sənədə şifrə daxil etmək üçün istifadə olunur.

7. Send → Göndərmək. Hazırladığımız səhifəni E - mail və Fax vasitəsilə istənilən adresə göndərə bilərik.

8. Close (Ctrl + W) bağlamaq. Açıqda olan sənədi bağlayır.

QEYD 1: Word proqramında ən son istifadə etdiyimiz sənədlərin siyahısı Recent Documents düşür. Bu zaman artıq son istifadə etdiyimiz sənədləri Open pəncərəsində axtarmağa ehtiyac qalmır. Yəni buradan aça bilərik. Bu siyahıda ən çox 50 faylın adı ola bilər. Bunu özümüz də təyin edə bilərik. Bunun üçün: Panel bar üzərində Mouse – nin sağ düyməsi → Customize Quick Access ToolbarShow this number of Recent Documents bölmünə müraciət edirik.

Home menyusu

Home (Alt + H) → başlanğıc

QEYD 1: Menyulara klaviyaturadan daxil olmaq üçün Alt düyməsini sıxlı saxladıqda bizi hansı hərfi vuracağımız haqqında məlumatlandırır.

Paste → yapışdırmaq ( Ctrl + V)

Paste Special → xüsusi yapışdırmaq. Məs: şəkil formatında yapışdır- maq üçün - Picture.

Paste as Hyperli→Körpü şəklində yapışdır.Yaddaşdan,sənəddən götürülmüş hər hansı bir sözə istinadən açıqda olan sənəd arasında körpü olaraq əlaqə yardır.

Cut → kəsmək (Ctrl + X)

Copy → mətnin nüsxəsini artırmaq (Ctrl + C)

Format Painter → bir paraqrafa (sətir) verdiyimiz formatı başqa bir paraqrafa da tətbiq edir.

Clipboard → bufer yaddaş. Hər hansı bir məlumatı yaddaşa götürüb istədiyimiz zaman ondan istifadə etmək olar (Məs: № işarəsi, w hərfini yazmaq üçün hər dəfə dili dəyişmirik). Clipboard – da max 24 söz yaddaşda saxlaya bilərik.

1.Show Office Clipboard When Ctrl+C Pressed Twice-Bu komanda aktiv olarsa,Office Clipboard paneli Ctrl+C düymələrinin ikili vuruşu ilə açılır.

2.Show Office Clipboard icon on taskbar-Aktiv olduğu zaman Clipboard panelinin elementi taskbarda göstərilir.

3.Show Status near Taskbar when copying-aktiv olarsa məlumatı Ctrl+C düyməsi vasitəsilə buffer yaddaşa götürdüyümüz zaman taskbar yaxınlığında məlumat göstərilir.

QEYD 1: Cut, Copy əmri vasitəsi ilə yaddaşa götürülmüş mətni Paste əmri ilə istənilən yerdə yapışdırmaq olar.

Font (Ctrl+Shift+F)→ şriftlər, hərflər

Font style (Ctrl+Shift+P)→ hərfin formaları

Size → ölçü. Standart yazı ölçüsü 14 olmalıdır(max 1638)

Grow Font → şriftləri böyütmək(Ctrl+Ğ)

Shrink Font → şriftləri kiçiltmək(Ctrl+Ö)

Clear Formatting → aydın formatlaşdırmaq,yəni formatları təmizləyir.

Bold (Ctrl+B)→ qalın yazı

Italic(Ctrl+I) → mailli yazı

Underline (Ctrl+U)→ alt xətt növləri

Strikethrough → üzəri xəttli

Superscript (Ctrl→ Shift→ +)→ qüvvət

Subscript(Ctrl→ +)→ indeksə endimək

Change case → hərfin dəyişilməsi (Shift + F3)

  1. Sentence case → cümlənin ilk hərfini böyüdür

  2. Lowercase → bütün hərfləri kiçik yazır

  3. Uppercase → hamısını böyük yazır

  4. Capitalize Each Word → başlıq hərfləri böyük yazır

  5. Toggle Case – ilk hərfi balaca digərlərini böyük yazır


Text Highlight Color → mətnin arxa fonuna rəng verir

Stop-mətn işıqlandırmasını sonlandırır.

Font color → hərf rəngləri

  1. Font → şriftlər, hərflər

Font style → Şrift üslubları

Size → ölçü.

Font color → hərf rəngləri

Underline style → alt xətt növləri

Underline color → alt xətt rəngləri

Effects → effektlər

Strikethrough → üzəri xəttli

Double Strikethrough → üzəri iki xəttli

Superscript → qüvvət

Subscript → indeksə endirmək

Shadow → kölgə

Outline → kənar xəttli

Emboss → qabarıq

Engrave → oyuq

Small caps → balaca hərflər

All caps → böyük başlıq hərflər

Hidden → gizlətmək

Default → hər zaman üstə saxla.Yəni seçilən əmrləri (Məs: Arial,14, Bold və s. kimi əmrləri) dəyişmədən avtomatik açılması üçün istifadə edirik

2. Character Spacing → xarakterik məsafə

Scale → faiz, miqyas. Xarakterlərin genişliyini seçmək, hərflərin faiz əsasında en və hündürlüyü normal 100% olmalıdır.

Spacing → məsafə

a) Normal → normal

b) Expanded → genişləndirilmiş

c) Condensed → sıxlaşdırılmış

Position → mövqe

a) Normal → normal

b) Raised → qaldırılmış

c) Lowered → endirilmiş

Home menyusu (2)

Bullets → işarələr. Sətrlərin avtomatik işarələnməsi. Define New Bullet bölməsindən yeni işarələr seçmək olar.

Numbering → nömrələr. Sətrlərin avtomatik

nömrələnməsi. Define New Number Format

bölməsindən isə yeni nömrələmə forması,

istiqamətin və s. müəyyənləşdirmək olar.

Multilevel list → çoxsəviyəli siyahılar.Bu bölüm vasitəsilə testlərin tərtibi,mövzu başlıqlarında alt başlıqların qeyd olunması üçün istifadə olunur.

Sort → düzülüş.

  1. Ascending → məlumatı əlifba sırası

ilə, rəqəmləri isə artan sıra ilə düzür.

  1. Descending → məlumatı əlifba sırasının əksinə, rəqəmləri isə azalan sıra ilə düzür.

Show/Hide → abzasın, enterin və boşluğun sayını göstərir və gizlədir.

Align Text Left → mətni soldan sağa doğru yazır

Centered → mətni mərkəzdən yazır

Align Text Right → mətni sağdan sola doğru yazır

Justify → ikiyandan (bərabər). Mətnin hər tərəfinin səhifənin sol və sağ kənarlarına görə bərabər, səliqəli olması üçün seçilməlidir.

Line spacing → sətirlərarası məsafənin təyin olunması

Shading → kölgə. Mətnin arxa fonunun kölgələndirilməsi.

Botton Border → cədvəl sərhədi. Müxtəlif formalı cədvəl yaratmaq olar.

Paragraph → paraqraflar

  1. İndents and Spacing → itələnmələr və məsafələr

İndentation → itələnmiş. Mətni sağ və sol istiqamətlərə doğru sürüşdürmək.

Special-xüsusi

First line-yalnız birinci cümləyə

abzast təyin eliyir

Hanging-Birinci cümləni çıxmaq

şərtilə yerdə qalan cümlələrə abzast

təyin edilir.

Spacing → məsafə

  1. Before → əvvəl

  2. After → sonra

Line spacing → sətirlərarası

məsafənin təyin olunması

  1. Single → tək sətirlər

  2. 1,5 lines → sətirlər arasında 1,5

boşluq buraxır

  1. At least → ən kiçik sətir boşluğunu təyin edir

  2. Exactly → bütün sətir boşluqların eyni ölçüdə olmasını təmin edir.

  3. Multipe → sətirlərarası boşluğu faizlə artırıb – azaltmaq üçündür.

  4. Double → sətirlər arasında ikiqat boşluq buraxır

2. Line and page breaks → bu bölüm ayrı - ayrı paraqraflara və onların sətrlərinə avtomatik nəzarət etmək üçündür.

a) Window Orphan Control → asılı sətirlərə qadağa.

Bu komanda akiv olarsa,axırıncı sətirə aid olan

yeni səhifədən başlayan sözü aid olduğu

sətirlə birlikdə yeni səhifədə yerləşdirəcək.

  1. Keep Lines Together → Sətirləri

birlikdə saxla.-Bu komanda aktiv olarsa,

səhifənin axırıncı sətrində yerləşməyən söz

yeni səhifədə aid olduğu paraqrafla birlikdə

yerləşəcək.

d) Keep With Next → sonrakı ilə

birlikdə saxla.Bu komanda aktiv olarsa

səhifənin sonuna yerləşməyən axırıncı sətrin

axırıncı sözü yeni səhifədən başlayacaq.

d) Page Break Before → Səhifə kəsilmədi mövqeyi

e) Don`t Hypenate → bu paraqrafdakı sözlərin hecalanmamasını təmin edir.

Change Styles → stillərin dəyişdirilməsi

  1. Style set → stillərin seçilməsi, quraşdırılması

  2. Colors → hərflərin rəngi

  3. Fonts → fontların seçilməsi

Find → tapmaq (Ctrl + F). Səhifədə olan sözü avtomatik tapmaq üçün → Find → Find what bölümünə səhifədə axtaracağımız olan sözü yazıb → Find next əmrini vururuq.

  1. Match case → yazdığımız məlumatda böyük və kiçik hərflər nəzərə alınaraq axtarış aparılır.

  2. Find whole words only →yazılımış söz və ifadə tam şəkildə

axtarılır.

Use willcards (tərcümə) →Yalnız bir

hərfinə görə fərqlənən sözləri tapır.

Məsələn:Yaman,kaman,saman.

  1. Sounds like → müxtəlif

formada yazılan, ancaq eyni cür

tələffüz edilən sözlər tapılacaqdır.

Məsələn ingilis dilində olan “Color” və

Colour” sözləri eyni şəkildə tələffüz



olunur.

  1. Find all word forms → bütün söz formalarını tapır. Məsələn: Checking, checked kimi eyni köklü sözləri tapır.


Replace → əvəz etmək (Ctrl + H). Səhifədə olan sözü başqa sözlə əvəz etmək üçün → Replace → Find what bölümünə dəyişəcəyimiz sözü, Replace with bölümünə isə nə ilə əvəz edəcəyiksə o sözü yazıb → Replace komandasını vururuq.

Go to → səhifələrarası keçid (Ctrl + G). Bir neçə səhifə daxilində səhifədən - səhifəyə keçmək üçün → Go to → Enter page number daxil edəcəyimiz səhifənin nömrəsini yazıb → Go to komandasını vururuq.

QEYD 1: Find, Replace və Go to əmrlərinin hər birində Less (bütün seçənəklər) adlanan əmri vursaq Search Options (axtarma parametrləri) adlanan bölüm açılacaq. Bunlar göstərilən parametrlər üzrə axtarışı təmin edir.

Select → seçmək.

  1. Select All → hamısını seçmək

  2. Select Objects → obyektləri seçmək

  3. Select Text with Similar Formatting → Eyni formatlanmış,müxtəlif səhifələrdə olan məlumatları seçir.

İnsert Menyusu (1)



Insert → daxil etmək (Alt + N)

Cover Page → səhifə cildlərinin forması

Remowe Current Cover Page→Daxil edilmiş səhifə cildini silmək

Save Selection to Cover Page Gallery→seçilən səhifə cildini gallery bölümünə yaddaşa verir.

Blank Page → Kursorun döyündüyü yerdən boş səhifə artıraraq səhifəni sındırır.

Page Break → Kursorun olduğu yerdən səhifəni sındırır.

Table → cədvəl . Cədvəldə Tab düyməsi ilə sonrakı hücrə, Shift + Tab ilə əvvəlki hücrəyə keçə bilərik.

  1. İnsert Table → cədvəl daxil et

a) Table size → cədvəlin ölçüsü

b) Number of columns → sütunların sayı

c) Number of rows → sətrlərin sayı

d) Fixed column with → cədvəlin ölçüsünü

müəyyən edir.(Sütunların sayını max-63,sətirlərin sayını isə 32767- kimi artırmaq mümkündür)

2. Draw Table → cədvəl çəkmək (əl ilə)

3. Excel Spreadsheet → Excel proqramından iri həcmli cədvəl daxil edir.

4. Quick Tables → hazır cədvəllər daxil edir. Məs: calendar hazırlamaq üçün bu bölməyə müraciət edə bilərik.


Yüklə 295,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin