ASİYA İNKİŞAF BANKI
ASİYA İNKİŞAF BANKININ
İCTİMAİ ƏLAQƏLƏR SİYASƏTİ
İnformasiyanın Açıqlanması və Mübadiləsi
Mart 2005
ABBREVİATURA
AİB
‐
Asiya İnkişaf Bankı
AİF
‐
Asiya İnkişaf Fondu
AfİB
‐
Afrika İnkişaf Bankı
NK
‐
Nəzarət Komitəsi
ÖSP
‐
ölkə strategiyası və proqramı
ÖSPT
ölkə strategiyası və proqramının təshihi
İEK
‐
İnkişafın Effektivliyi Komitəsi
AYİB
‐
Avropa Yenidənqurma və İnkişaf Bankı
ASB
‐
Avropa Səhmdar Bankı
Aİ
‐
Avropa İttifaqı
BYİB
‐
Beynəlxalq Yenidənqurma and İnkişaf Bankı
İİB
‐
İnter‐Amerika İnkişaf Bankı
BMK
‐
Beynəlxalq Maliyyə Korporasiyası
BVF
‐
Beynəlxalq Valyuta Fondu
ÇİB
‐
çoxtərəfli inkişaf bankı
ÇİTA
‐
Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi
QHT
‐
qeyri‐hökümət təşkilatı
XƏO
‐
Xarici Əlaqələr Ofisi
AMK
‐
Açıqlama üzrə Məsləhət Komitəsi
LİS
‐
layihə üzrə informasiya sənədi
RƏSP
‐
regional əməkdaşlıq strategiyası və proqramı
RƏSPT
‐
regional əməkdaşlıq strategiyası və proqramının təshihi
PHT
‐
Prezidentin hesabat və tövsiyəsi
XLF
‐
Xüsusi Layihə Fasilitatoru
BMTİP
‐
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
TƏRİFLƏR
“təsir olunan insanlar” Asiya İnkişaf Bankının (AİB) yardım göstərdiyi layihə və ya proqramın
müsbət və ya mənfi təsirində ola bilən insanlar, deməkdir.
“qiymət” (i) dövlət sektor layihələri və ya proqramları üçün qiymətləndirmə missiyası və ya
qiymətləndirmə missiyası təxirə salınıbsa, bu təxirə salınmanı təsdiq edən dəyərləndirmə üzrə
menecment görüşü; (ii) özəl sektorun layihələri üçün o missiya ki, layihə Özəl Sektorun Kredit
Komitəsi tərəfindən dəyərləndiriləndən sonra işə başlayır.
“təsir olunan insanlar üçün açıq” müvafiq forma, qayda və dildə asan əldə edilə bilən və təsir
olunan insanlar üçün anlaşılan, deməkdir.
“Direktorlar Şurası”, başqa tərif verilmədikdə AİB‐in Direktorlar Şurasına istinad edir.
“tamamlama”, sənədin tamamlanması onun hazırlanmasına məsuliyyət daşıyan AİB şöbəsinin
tələblərinə cavab verən mərhələyə çatdırılması, deməkdir.
“məxfi biznes informasiyası” AİB müştəriləri, məsləhətçiləri, konsultantları və başqa ona aid
olan tərəflərlə bağladığı məxfilik və ya açıqlanmama sazişində göstərilən informasiya
deməkdir.
“yekün hesabat” (i) formal olaraq AİB‐ə təqdim olunmuş yekün hesabat; (ii) AİB‐in yardım
göstərdiyi layihə və ya proqram hazırlanmasında istifadə oluna biləcək AİB‐ə görə keyfiyyətli
hesabat; (iii) dəyişiklik tələb etməyən hesabat, deməkdir.
“tarixi informasiya” AİB‐nin yardım etdiyi layihələrə, proqramlara, siyasətlərə və ümumi
əməliyyatlara aid, lakin daha “fəal olmayan” məlumat, deməkdir.
“ictimaiyyətə açıq” AİB‐in İnternet səhifəsində əldə edilə bilən, deməkdir.
1
“köçürülmə planı” vaxtaşırı düzəliş verilən AİB‐in Məcburi Köçürülmə Siyasətinə və
Əməliyyatlar Vəsaitinin F2/OP məcburi köçürülmə bölümünə uyğun olaraq hazırlanmış tam
və ya qısa köçürülmə planı, deməkdir.
“köçürülmə strukturu” Əməliyyatlar Vəsaitinin F2/OP məcburi köçürülmə bölümünə uyğun
olaraq istənilən hazırlanmış köçürülmə strukturu, deməkdir.
1
Siyasət həmçinin açıqlama və ya yaymanın resipiyent və ya auditoriyadan asılı olaraq digər yollarını da göstərir
(məsələn, məsləhətləşmə prosesinə dəstək verən informasiya, təsir olunan insanlar və ya digər maraqlı tərəflər
tərəfindən öyrənilən informasiya və ya ictimaiyyət üçün informasiya). Onlar ayrıca göstərilir və “ictimaiyyət üçün
açıq” tərifinə daxil deyil )
.
“strategiya və proqramın qiymətləndirilməsi” yoxsulluğun təhlili; gender, idarəetmə, ətraf
mühit və özəl sektorun tematik təhlilləri; strategiya və proqramın hazırlanmasında aparılan
sektoral qiymətləndirməyə istinad edir. Bura həmçinin qiymətləndirilmələrin təshihi daxildir.
“strategiya və proqram” və ya “strategiyalar və proqramlar” inkişaf etməkdə olan hər hansı bir
üzv ölkə və ya region üçün hazırlanmış ölkə strategiyası və proqramı, ölkə strategiyası və
proqramının təshihi, regional əməkdaşlıq strategiyası və proqramı, regional əməkdaşlıq
strategiyası və proqramının təshihi, deməkdir.
“olunduqda”, qəbul, tamamlanma, təsdiq, müzakirə, təqdim olunduqda və qəbul,
tamamlanma, təsdiq, müzakirə, təqdim olunma tarixindən sonra 2 həftə (14 təqvim günü)
ərzində, deməkdir.
QEYDLƏR
Bu hesabatda “$” ABŞ dollarına istinad edir.
İctimai əlaqələr siyasətində gələcək zaman AİB‐in müəyyən fəaliyyət və tapşırıqları yerinə yetirmək
niyyətində, məcburi gələcək zaman isə AİB‐in öhdəliklərə razı olduğunu göstərir.
MÜNDƏRİCAT
Səhifə
ƏSAS XÜLASƏ
i
I.
GİRİŞ
1
II.
İCTİMAİ ƏLAQƏLƏR VƏ İNKİŞAFIN EFFEKTİVLİYİ
3
III.
İCTİMAİ ƏLAQƏLƏRDƏ AİB TƏCRÜBƏSİ
4
A.
Informasiya Siyasətinin İcrası
4
1.
Informasiya Siyasətinin Əsas Xüsusiyyətləri
4
2.
İcranın Qiymətləndirilməsi
4
B. Açıqlama Siyasətinin İcrası
5
1.
Açıqlama Siyasətinin Əsas Xüsusiyyətləri
5
2.İcranın Qiymətləndirilməsi
6
C. Nəticə
7
IV.
SİYASƏT
7
V.
STRATEGİYA
8
A.
Xarici əlaqələr
9
1.
İlkin şərtlər
9
2.
Liderlik və Motivasiya
9
3.
Hədəf Auditoriyaları
10
4.
Hədəf Auditoriyaları ilə Əlaqələrin Yaradılmasına Yanaşmalar
11
5.
Əsas Əlaqələndiricilər
11
B.
İnformasiyanın Açıqlanması
12
1.
Tərcümələr
12
2.
AİB Əməliyyatlarına dair İnformasiya
12
3.
Digər Informasiyalar
22
4.
Ehtimal olunan Açıqlamalara İstisnalar
25
VI.
İCRA TƏDBİRLƏRİ
29
A.
Rollar və Öhdəliklər
29
1.
Menecment
29
2.
Departamentlər və Ofislər
29
3.
Xarici Əlaqələr Ofisi (XƏO)
29
4.
Nümayəndəliklər və Daimi Nümayəndəliklər
31
5.
Borc Alanlar və ya Özəl Sektor Layihələrinin Sponsorları
32
6.
Açıqlama üzrə Məsləhət Komitəsi
32
B.
İnformasiyanın Əldə Edilməsinin Təşkili
33
1.
Aktiv Açıqlama
33
2.
İstisnalı İnformasiya Sorğuları
33
3.
Sorğuların Dili
33
4.
Cari İnformasiya Sorğularına Cavabların Müddəti
33
5.
Şikayətlər
34
6.
Tarixi İnformasiya Sorğuları
34
C.
Qüvvəyə Minmə Tarixi və Keçid Dövrü
34
D.
Monitorinq və Hesabat
35
E.
Yenidən Baxılma və Düzəlişlər
35
VII.
KADRLAR VƏ VƏSAİTİN CƏLB OLUNMASI
35
A.
Xarici Əlaqələr
36
B.
İnformasiyanın Açıqlanması
36
VIII.
UYĞUNLUĞUN TƏHLİLİ
37
IX.
TÖVSİYƏ
37
ƏLAVƏ 1
38
DİGƏR ÇOXTƏRƏFLI İNKIŞAF BANKLARINDA İCTİMAİ ƏLAQƏLƏR VƏ
İNFORMASİYANIN AÇIQLANMASI İSTİQAMƏTLƏRİ
38
A.
Digər Çoxtərəfli İnkişaf Banklarının Xarici Əlaqələri
38
B.
Digər Çoxtərəfli İnkişaf Banklarında İnformasiyanın Açıqlanması
38
ƏLAVƏ 2
45
İCRANIN QİYMƏTLƏNDİRİLMƏ ÇƏRÇİVƏSİ
45
ƏLAVƏ (sifariş olunduqda)
Xarici Məsləhətləşmələr Prosesi və Nəticələr
i
XÜLASƏ
Asiya Inkişaf Bankı (AİB) effektiv fəaliyyət göstərməsi üçün bir çox insan və təşkilatlarla
işləməlidir. Güclü və faydalı əməkdaşlıq qurmaq üçün AİB‐in məqsəd və vəzifələri aydın və
yaxşı anlaşılan olmalı, özü isə geniş tanınmış, peşəkar, nəticə yönümlü və təcrübəli bir təşkilat
kimi qəbul olunmalıdır.. İnam qazanmaq və inkişaf prosesində iştiraka dəstək vermək üçün
AİB bütün maraqlı tərəflərlə informasiyanın mübadiləsi yolu ilə açıq və hesabatlı olmasını
nümayiş etdirməlidir. AİB həmçinin maraqlı tərəflərin informasiya sifarişlərini yerinə yetirə
bilməlidir.
Effektiv xarici əlaqələr və informasiyanın açıqlanması, yəni daha açıq və fəal ictimai əlaqələr bu
əməkdaşlığın qurulmasında əsas elementlərdir.
Ötən onillikdə daha cox aşkarlığa və informasiyanın əldə edilməsinə doğru aydın bir
tendensiya vardır, bu gün isə artıq qəbul olunub ki, informasiyanın mübadiləsi inkişafın
özülünü təşkil edir. Şəffaflığa yönəlmiş və qlobal əlaqələr inqilabı ilə ikiqat gücləndirilmiş bu
tendensiya insanların dövlət, özəl və gəlirsiz sektorlar təşkilatları tərəfindən təqdim olunan
informasiyanın növü, əhatəsi və ötürülməsi ilə bağlı gözləntilərini artırır. AİB daha da
genişlənən aşkarlıq erasına uyğunlaşmalıdır ki, üzv ölkələrdəki rəqib təşkilatlarla, bir çox
hökümətlərin və özəl sektorun praktikaları ilə, habelə insanların gözləntiləri ilə ayaqlaşa bilsin.
AİB ictimai əlaqələr siyasəti ilə (Siyasət) daha effektiv xarici əlaqələr qurması üçün struktur
təklif edir. Bu siyasət 1994‐cü ildə qəbul olunmuş iki sənədi əvəz edir: İnformasiya Siyasəti və
Strategiyası, İnformasiyanın Məxfiliyi və Açıqlanması Strategiyası. Bu, AİB‐in ictimaiyyətə təklif
etdiyi informasiyanın miqyas və növünü genişləndirir.
Siyasətin məqsədi maraqlı tərəflərin AİB‐ə olan inamını və onların AİB‐lə əməkdaşlıq
qabiliyyətini artırmaqdır. AİB əməliyyatlarının inkişaf təsirini daha da gücləndirmək üçün
Siyasət aşağıdakı məsələlərə yönəlibdir:
•
AİB‐in fəaliyyəti, siyasəti, strategiyaları, vəzifələri və nəticələrinin açıqlanması və
anlaşılması;
•
inkişaf məsələlərində yeni və innovativ perspektivlərlə təmin etmək üçün öyrənilmiş
dərslər və bilgi inkişafı mübadiləsi və yayımı;
•
iştirak inkişafına yönəlmiş AİB‐lə təsir olunan insanlar daxil olmaqla maraqlı tərəflər
arasında daha geniş ikitərəfli informasiya yayımı;
•
AİB əməliyyatlarının şəffaflığı və hesabatlılığı
ii
Beləliklə, AİB işi barəsində ictimaiyyət və maraqlı tərəflərlə bilgi və informasiyanı daha da fəal
bölüşdürəcəkdir. Məxfilik üçün səbəb olmadıqda AİB informasiyanı açıqlayacaqdır. Siyasət AİB
tərəfindən hissəvi olaraq açıqlanmamasına zəmanət verir; Siyasətə görə, insanlar AİB‐in
açıqladığı informasiyanın əldə edilməsində bərabər hüquqa malik olmalıdırlar.
AİB haqqında Bilgi və Anlayışların Təkmilləşdirilməsi
AİB yoxsulluq, qlobal təhlükəsizlik, ətraf mühitin davamlılığı və iqtisadi qeyri‐müəyyənlik
daxil olmaqla zamanımızın həlledici məsələlərinə cavab verdikdə artan təzyiqlərlə üzləşir.
Asiya və Sakit okean regionunun dinamizmi AİB işlədiyi ölkələri qlobal nəticələrlə dəyişdirir.
Bunun nəticəsi olaraq, hökümətlər, biznes, vətəndaş cəmiyyəti tərəfindən AİB‐in qarşısına
qoyulan ekspert bilgilərinin təmin edilməsinə aidtələblər daim artır.
AİB daha effekttiv olaraq öz intellektual liderliyini artırmalı və region haqqında əsaslı biliklərini
yaymalıdır. Üzv ölkələrin hökümətləri, jurnalistlər, vətəndaş cəmiyyəti təşkilatları və AİB‐
əməkdaşları hesab edir ki, dünyanın ən çox əhalisi olan regionun üzləşdiyi həlledici iqtisadi və
sosial məsələlərd AİB‐in səsi eşidilməlidir.
Siyasət AİB əməliyyatları, AİB barədə daha geniş və fəal olaraq informasiyanın yayılması və
AİB əməliyyatları barəsində informasiyanın asan əldə edilməsi üçün institusional mexanizmi
təmin etməklə bu kimi məsələlərə ünvanlanıbdır.
Siyasət vasitəsilə, AİB Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasında rolu
barəsində öz üzvləri, vətəndaş cəmiyyəti təşkilatları, biznes, media, akademik təşkilatları,
inkişaf tərəfdaşları və ümumiyyətlə geniş ictimaiyyəti məlumatlandırmağa cəhd edir.
İnkişafa dair Bilgilərin Bölüşdürülməsi və Nəticələr
AİB öz işi barəsində aydın təsəvvür yaratmağın məsuliyyətini daşıyır. Bundan əlavə, indi AİB
ölkə yardımında və inkişaf etməkdə olan üzv ölkələrə Minilliyin İnkişafı Məqsədlərinə çatmaq
köməyində nəticəyə əsaslanan menecment yanaşmasına arxalanır. AİB həm də bu nəticələrin
hesabatı ilə bağlı ictimaiyyət qarşısında məsuliyyət daşıyır.
Cuzi donor vəsaitlərinə çoxalan müsabiqələri nəzərə alsaq, inkişaf proqramlarına sərf olunan
vəsaitlərə ictimaiyyətin nəzarəti güclənir. AİB məşğul olduğu bir çox araşdırmalarının
nəticələrini geniş yaymalıdır.
Siyasət bu problemlərə cavab verir. Təcrübələri öyrənərək, nəticələri təkmilləşdirmək cəhdində,
Siyasət AİB‐ uğursuzluqlar, səhvlər və uğurlar barədə hesabat vermək imkanı yaradır.
İnformasiya mənfi olduğuna görə gizli saxlanmamalıdır. Belə aşkarlıq siyasətlərə və
əməliyyatlara aid konstruktiv dialoqu həvəsləndirəcəkdir. İctimai təşkilat kimi AİB ictimaiyyətə
hesabat verməlidir.
iii
Əlaqələrin Gücləndirilməsi
İnkişafın effekttivliyinə əmin olmaq üçün AİB, yardım etdiyi əməliyyatlarda təsir olunan
insanlara geniş imkanlar yaratmalı və onların həyatına təsir göstərə bilən qərarlar barəsində
informasiya verməlidir. Qərar vermədə daha geniş icma səviyyəli iştiraka təkan vermək üçün
AİB, üzv ölkələrin hökümətləri və özəl sektorun layihə sponsorları maraqlı tərəflərə
informasiya vermək və onlara rəylərini bildirməkdə imkan yaratmaq prosesini qəbul etməlidir.
Layihələrin uğuru çox vaxt insan, icma və təşkilatlarda inamın yaradılmasından; layihə
məqsədlərinin izahından; yerli töhfələrin verilməsindən; layihə ərazilərində yaşayan insanların
öhdəliklərindən asılı olur. Layihədən bəhrələnənlərlə və təsir olunan insanlarla əlaqələrin
gücləndirilməsi üçün AİB öz xarici əlaqələr siyasətlərini, təcrübələrini və imkanlarını
təkmilləşdirməlidir.
Siyasət insanların AİB‐in yardım etdiyi fəaliyyətlə bağlı informasiyanı axtarmaq, almaq,
ötürmək hüququnu dəstəkləyir. Bu Siyasət vasitəsilə AİB çalışır ki, vaxtında, aydın və münasib
qaydada informasiyanı təqdim etsin, və bu informasiyanı təsir olunan insanlarla onların
layihənin planlaşdırılmasına dəyərli töhfələrindən bəhrələnmək üçün vaxtında bölüşsün.
Səffaflığın Təkmilləşdirilməsi
AİB hesab edir ki, şəffaflıq yalnız inkişafın effektivliyini deyil, həm də ictimaiyyətin təşkilata
olan inamını artırır. AİB şəffaflığın müsbət nümunəsi olmağa və şəffaflıq məsələlərində
üzvlərinə verdiyi məsləhətlərə uyğun hərəkət etməyə çalışır.
AİB həmçinin anlayır ki, hüquqi və praktiki səbəblərə görə tam açıqlama həmişə mümkün
olmur. Məsələn, AİB ideyaların araşdırılması, informasiyanın mübadiləsi, daxildə və üzvləri ilə
açıq diskusiyaların aparılmasında əməkdaşlarının informasiyasını və özəl layihə sponsorları və
müştərilərinin məxfi biznes informasiyasını qorumalıdır. Bununla belə, istisnalar məhduddur.
Siyasətin İcrası
Siyasətə AİB‐in ümumi prinsiplərini həyata keçirmək üçün istifadə edəcəyi strategiya daxildir.
Strategiya AİB xarici əlaqələrini daha da fəallaşdırmaq və AİB əməliyyatlarına aid
informasiyanın əldə edilməsini asanlaşdırmaq üçün qəbul edəcəyi yanaşmaları təsvir edir.
Strategiya
informasiyanın
yayımı,
mübadiləsi,
maraqlı
tərəflərin
rəyini;
AİB–in
ünvanlandıracağı ictimaiyyət; tərcümə; Siyasətin icrasına cavabdeh olanların rolunu təsvir edir.
AİB konkretləşdirilmiş xarici əlaqələr srategiyasını müəyyənləşdirməklə xarici əlaqələrə dair
yanaşmalarını təkmilləşdirəcəkdir. AİB üzvləri üçün önəmli məsələlərdə aydın mövqelər
nümayiş etdirəcək, bu mövqeləri izah etmək üçün informasiya məhsullarını daha da
iv
təkmilləşdirərək geniş şəkildə yayacaqdır. Xarici əlaqələrin təşkilat üçün önəmliliyinə aydınlıq
gətirmək üçün AİB təşkilat işlərinin və əməkdaşlarının iş qabiliyyətinin buna uyğun olaraq
dəyişdirilməsini nəzərdə tutur.
Daha da çox şəffaflığa nail omaq üçün AİB dövlət və özəl sektorlar əməliyyatlarına dair
ictimaiyyət üçün açıq sənədləşdirməni genişləndirir. Strategiya AİB hazırladığı xüsusi sənədləri
və digər informasiyanı təsvir edir, nəyin ictimaiyyət üçün açıq olduğunu göstərir, və ehtimal
olunan açıqlama istisnalarının siyahısını tərtib edir.
İnkişaf demokratiyasını dəstəkləmək üçün AİB layihə ilə təsir olunan insanları informasiya ilə
təmin edəcəkdir. Strategiya AİB‐ əməkdaşları tərəfindən AİB işinə dair şərh, məsləhət, tənqid
və başqa rəyləri necə nəzərə alacağını təsvir edir. Strategiya həmçinin AİB cavabını rəy vermiş
maraqlı tərəflərə necə aydın çatdıracağını da izah edəcəkdir.
İctimai Açıqlama üzrə Məsləhət Komitəsi Siyasətin açıqlama tələblərinin təfsir, monitorinq və
yenidən baxılmasına məsuliyyət daşıyacaqdır. AİB Xarici Əlaqələr Ofisi (XƏO) ictimai
informasiya fəaliyyətlərinin mərkəzi olacaqdır vəSiyasətin icrası və ardıcıl tətbiqinə məsuliyyət
daşıyacaqdır. XƏO Siyasət üzrə treninqkeçirəcəkdir. XƏO‐dakıyeni informasiya və açıqlama
bölümü Siyasətin açıqlama tələblərini yoxlayacaq, əməliyyat şöbələrinə əlaqələr planlarının
inkişaf etdirilməsində yardım edəcək, ictimai informasiya mərkəzlərinin şəbəkəsini yaradacaq
və tərcümə struturunun əsasını qoyacaqdır.
Siyasət
AİB
və
regionun
inkişaf
problemləri
haqqında
bilgi
və
anlayışların
təkmilləşdirilməsində ilk addımdır. AİB‐in məqsədi Asiya və Sakit okean regionunda
ictimaiyyətdə öz işi və işinin nəticələri haqqında aydın təsəvvür yaratmaqdır. Biliklərin effektiv
yayılması vasitəsilə AİB inkişafın daha böyük effekttivliyinə nail ola bilər.
Dostları ilə paylaş: |