Avropa şurasi (AŞ pa)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
  1   2   3   4   5   6   7   8   9   ...   60
Avropa Şurası
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə, qurban


AVROPA ŞURASI (AŞ PA) 

 

Əsrlər boyu baş vermiş amansız müharibələr, münaqişələr ucbatından bəşər sivilizasiyası zərər çəkmiş, yüz 



milyonlarla insanın həyatına son qoyulmuş, planetin gələcəyi sual altında qalmışdır. XX əsr Avropasının da 

taleyi belə faciəvi olmuşdu. Qitə  iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on 

milyonlarla iman tələfatına məruz qalmışdır. 

İkinci  Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin  etibarı 

gələcəyini  təmin etmək, silahlı qarşıdurmaları istisna etmək və sabit inkişafı təmin etmək üçün yeganə vasitə 

kimi insan fəaliyyətinin bütün sahələrində 

SIX 

əməkdaşlıq əlaqələri yaratmağa başladılar. Bu işi həyata keçirmək 



və qitədə inteqrasiyanı dərinləşdirmək məqsədilə Avropa regional təşkilatları yaradıldı,  1949-cu il mayın 5-də 

təsis edilmiş Avropa Şurası (AŞ) tezliklə Avropanın nüfuzlu regional təşkilatlarından birinə çevrildi. 

XX  əsrin sonlarında dövlət müstəqilliyi  əldə  etmiş  Azərbaycan  dünya birliyinin tamhüquqlu üzvü

 

olmaq, 



beynəlxalq proseslərdə  bütün ölkələr və xalqlar ilə  çiyin-çiyinə  yaxından iştirak etmək xəttini fəal surətdə 

həyata keçirir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev 1993-cü ilin iyunundan xalqın yekdil iradəsi ilə 

Azərbaycana yenidən rəhbərliyə  başladıqdan sonra dünya və regional beynəlxalq strukturlar ilə  əməkdaşlığın 

genişləndirilməsi sahəsində daha məhsuldar, ardıcıl  səmərəli səylər göstərilmişdir. 

Ötən dövrdə Prezident Heydər Əliyev Avropa dövlətlərinin başçıları, Avropa təşkilatlarının nümayəndələri 

ilə intensiv görüşlər, danışıqlar keçirmiş, müzakirələr aparmışdır. Prezident Heydər  Əliyevin Azərbaycanı 

dünyaya, o cümlədən Avropaya tanıtmaq, onun strukturlarına inteqrasiya etmək sahəsindəki gərgin diplomatik 

səyləri nəhayət öz nəticəsini vermişdir. 1996-cı il iyunun 28-də Avropa Şurası  Parlament Assambleyasının 

Bürosu Azərbaycana Avropa Şurasında "Xüsusi qonaq'' statusunun verilməsi barədə qərar qəbul etmişdir. 

O vaxtdan bəri ölkəmizin bu təşkilata tamhüquqlu üzv olması istiqamətində məqsədyönlü iş aparılır. Söhbət ilk 

növbədə  milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, demokratik proseslərin sürətləndirilməsi, 

cəmiyyətin humanistləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı tədbirlərdən gedir. 

Fransa Respublikasının Prezidenti Jak Şirakın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər 

Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və  hökumət  başçılarının 1997-ci il oktyabrın 10-11-da 

Strasburqda keçirilmiş ikinci zirvə görüşündə iştirakı ölkəmizin Avropa Şurası ilə əməkdaşlığı tarixində yeni bir 

dövrün başlanğıcını qoymuşdur. 

Azərbaycan Prezidentinin Avropa Şurasının zirvə görüşündə iştirakı tarixi hadisə idi. Müstəqil Azərbaycan 

Respublikasının Prezidenti ilk dəfə idi ki, Avropa Şurasının zirvə görüşündə iştirak edirdi və orada çıxış edərək 

ölkəmiz haqqında danışmaq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsindəki vəziyyəti 

və bu problemin tezliklə həllində Azərbaycanın mövqeyini açıqlamaq imkanı əldə etmişdi. 

Zirvə görüşü zamanı Avropanın kütləvi informasiya vasitələrinin nümayəndələri Prezident Heydər Əliyevin 

keçirdiyi görüşlərə, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə  bağlı  məsələlərə  böyük maraq 

göstərirdilər. 

Prezident Heydər  Əliyev Avropa Şurası ilə  əməkdaşlığın genişləndirilməsi və  dərinləşdirilməsi 

istiqamətində  bir sıra tədbirlər həyata kecirmis, sərəncamlar imzalamışdır. Məqsəd Azərbaycanın Avropa 

Şurasına mexaniki şəkildə  daxil olmasından deyil, Avropa standartlarına həqiqətən uyğunlaşdırılmasından 

ibarətdir. Azərbaycan dövləti  çalışır ki, həmin səviyyəyə nail olsun və Azərbaycanın Avropa Şurasına  qəbul 

edilməsi bunun məntiqi yekununa çevrilsin. 

2000-ci il iyunun 26-30-da Fransanın Strasburq səhərində  Avropa  Şurası Parlament Assambleyasının 

növbəti  sessiyası keçirildi. Sessiyanın gündəliyinə  daxil edilmiş  məsələlərdən biri də Azərbaycan 

Respublikasını təşkilata tamhüquqlu üzv qəbul olunması idi. 

Azərbaycanın Avropa Şurasına qəbulu haqqında məsələ  sessiyanın 28 iyun tarixli iclasının  gündəliyinə 

daxil edilmişdi. 

Səsvermənin nəticələri gözlənilməz olmadı. Azərbaycanın Avropa Şurasına qəbulu lehinə 120 nəfər, 

əleyhinə 1 nəfər səs verdi, 5 nəfər isə bitərəf qaldı. Beləliklə, Azərbaycan Respublikasının Avropa Şurasına 

tamhüquqlu üzv seçilməsinə qitə ölkələri tam dəstək verdilər. 

Bu hadisə dövlətimizin başçısının apardığı düzgün, ölçülüb-biçilmiş xarici siyasətin məntiqi nəticəsi idi və 

Azərbaycan diplomatiyasının tarixində öz yerini tutacaqdır. 

Bu gün Azərbaycan böyük Avropa ailəsinə  daxil olur. Ölkəmizin Avropa Şurası  sıralarına qoşulması 

mühüm hadisədir. Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq 

əzmindədir. 

Azərbaycan cəmiyyəti Avropa dəyərlərini  əldə  rəhbər tutaraq, Avropa təcrübəsindən bəhrələnərək tərəqqi 

etmək, müasir cəmiyyət qurmaq niyyətindədir və demokratiya prinsiplərinə daim sadiq qalacaqdır.  





Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə