Ayrı-seçiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ



Yüklə 73,7 Kb.
səhifə1/9
tarix25.11.2022
ölçüsü73,7 Kb.
#70429
  1   2   3   4   5   6   7   8   9
İnsan Hüquqları - Mühazirə 8


Mövzu-8
Ayrı-seçkiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ.



  1. Ayrı-seçkiliyə məruz qalmama hüququ

  2. Təsirli hüquqi müdafiə vasitələri hüququ.



1.Ayrı-seçkiliyə məruz qalmama hüququ
Ayrı-seçkilik qadağasının mənası və əhəmiyyəti. Bərabərlik anlayışı birinci nəsil insan hüquqları arasında çox vacib yerə sahibdir. Belə ki, bərabərliyin pozulması, çox vaxt insan ləyaqətinə zidd bir hal alır. Buna görə də, bərabərlik hüququ və bərabər hüquqi rəftar, hüququn hamılıqla qəbul edilmiş bir prinsipidir. Habelə bərabərlik hüququ, hüququn müəyyənlik və hüquqa etibar prinsiplərinə sıx bağlıdır: belə ki, bir qayda olaraq, insanın cinsiyyəti və irqindən başqa, digər xüsusiyyətləri dəyişə bilər –onun yaşı, əmlak vəziyyəti, siyasi görüşləri, dini, dili, vətəndaşlığı və digər aspektləri dünənkindən fərqli ola bilər. Hüquqi sabitlik və müəyyənlik prinsipləri bunu tələb edir ki, əmlak vəziyyətiniz yaxud siyasi görüşləriniz dəyişsə belə, bu hal sizin hüquqi statusunuza təsir göstərməsin. Hüquq bərabərliyinin bu qədər əhəmiyyəti belə nəticəyə gətirib çıxarır ki, ona riayət olunmaması, insan hüquqlarına verilən təminatları aradan qaldırır. Məhz bu səbəblərə görə UDHR(Universal Declaration of Human Rights-) İnsan Hüquqları Haqqında Bəyannamənin preambulasında belə deyilir: “insan cəmiyyətinin bütün üzvlərinə xas olan ləyaqətin və bərabər və ayrılmaz hüquqların tanınması dünyada azadlığın, ədalətin və sülhün təməlidir”. Bərabərlik hüququnun digər mənası da ayrı-seçkiliyin qadağan olunmasıdır. Mahiyyətcə bu hüquqlar eynidir. Azərbaycan Konstitusiyasında bərabərlik hüququndan söz edildiyi halda, insan hüquqlarına aid beynəlxalq və regional sənədlərdə isə “ayrıseçkiliyin qadağan olması”ndan söz edilir. Bunlara misal kimi aşağıdakıları göstərə bilərik:
1. İnsan hüquqları haqqında Ümumi Bəyannamə (1948) (1-ci və 2-ci maddələr);
2. İqtisadi, sosial və mədəni hüquqlar haqqında BMT Sazişi (1966) (2-ci maddə);
3. Mülki və siyasi hüquqlar haqqında BMT Sazişi (1966) (2-ci və 26-cı maddələr);
4. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında BMT Sazişi (1966);
5. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında BMT Sazişi (1979);
6. İnsan hüquqları haqqında Amerika Konvensiyası (1-ci və 24-cü maddələr);
7. İnsan və xalqların hüquqları haqqında Afrika Konvensiyası (2-ci və 3-cü maddələr).
Ayrı-seçkilik qadağasının 2 cəhəti nəzərə alınmalıdır. Birincisi, ləyaqəti alçaldan və ədalətsiz olduğu halda o mütləqdir, ikincisi, bu qadağa bütün hüquqi statuslara və münasibətlərə şamil olunmalıdır. Bunu ona görə qeyd edirik ki, bu hüququ tənzimləyən 1950 tarixli AİHK(Avropa İnsan Hüquqları Konvensiyası)-nın 14-cü maddəsi, bu qadağanı ancaq AİHK-da göstərilən maddi hüquqlar baxımından gətirir. Halbuki ICCPRin 2-ci maddəsi, Avropa Konvensiyasının 14-cü maddəyə bənzədiyi halda, ICCPR-in 26-cı maddəsi bütün hüquqlar baxımından ayrı-seçkilik qadağasını nəzərdə tutur: “Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkilik qoyulmadan müdafiə olunmaq hüququna malikdir. Bu baxımdan hər cür ayrı-seçkilik qanunla qadağan olunmalı və qanun bütün şəxslərin hər hansı əlamətinə, o cümlədən, irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər əqidələrinə, milli, yaxud sosial mənşəyinə, mülki vəziyyətinə, doğuluşuna, yaxud digər hallara görə ayrı-seçkilikdən bərabər və təsirli müdafiə olunmasını təmin etməlidir.” AİHK-da bu çatışmazlığı aradan qaldırmaq üçün 12-ci Protokol qəbul edildi. Lakin AŞ-nın bütün dövlətləri, hələ ki, bu Protokolu ratifikasiya etməyib.
AİHK-nın 14-cü maddəsi: ayrı-seçkiliyin qadağan olunması. “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, siyasi və digər baxışlar , milli və sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.14-cü maddənin məqsədi, Konvensiyanın və onun protokollarının müddəaları ilə qorunan hüquq və azadlıqlardan istifadə zamanı fərdləri ayrıseçkilikdən qorumaqdır. Gördüyümüz kimi 14-cü maddədə hansı əlamətlərə görə ayrı-seçkiliyin qadağan olunması sadalanır: bunlar cins, irq, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum əlamətləridir. “Və ya digər status” ifadəsi onu nəzərdə tutur ki, ayrı-seçkilik əlaməti qismində sadəcə 14-cü maddədə göstərilən səbəblər deyil, habelə, digər səbəblər də başa düşülməlidir. Məsələn, nikahda olma, nikahdankənar doğulma, peşə statusu, hərbi status və əqidə ilə bağlı hərbi qulluqdan imtina və sair hallar.

Yüklə 73,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin