Azad İsa oğlu Qurbanov, Rəhilə Abdulla qızı Abdullayeva



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
tarix17.11.2019
ölçüsü3,71 Mb.

Azad İsa oğlu Qurbanov

Rəhilə Abdulla qızı Abdullayeva 

 

 

 

 

 

FƏRDİ 

 KOMPÜTERLƏRİN 

 PROQRAM TƏMİNATI 

(

Təkrar nəşr

Azərbaycan Respublikası Təhsil 

Nazirinin 23 may 2001-ci iltarixli 540 

saylı əmri ilə Ali məktəb tələbələri üçün 

dərs vəsaiti kimi tövsiyə edilmişdir.  

 

II cild 

 

 

 

 

 

 

 

 

 



 

Elmi 

redaktor:

AMEA-nın həqiqi üzvü, texnika elmləri 

doktoru, professor Ə.M.Abbasov 

Rəy verənlər: Fizika-riyaziyyat elmləri doktoru 

V.R.İbrahimov 

 

Fizika-riyaziyyat elmləri doktoru 



Ə.N.Nəsibov 

 

 

A.İ.Qurbanov, R.A.Abdullayeva Fərdi kompüterlərin 

proqram təminatı. II cild-Bakı:, 2006.-177 s.: şəkilli 



 

 

 

 

Dərs vəsaitində Web saytların yaradılmasının üsul və vasitələri izah edilmiş, 

mühəndis-texnoloji, iqtisadi hesablamaların yerinə yetirilməsində, 

riyaziyyat, fizika, geologiya, astronomiya və s. təbiət elmlərinin nəzəri 

problemlərinin həllində geniş  tətbiq olunan riyazi proqramlar şərh 

olunmuşdur. Kitabda HTML dilinin elementləri, müasir Web texnologiyalar 

haqqında məlumatlar verilmiş,  Maple 9.01 riyazi proqram paketi, Ulead 

Gif Animator, Dreamweaver MXGraph DigitizerAdvanced Grapher 

proqramları şərh olunmuşdur.   

 

 

 



 

 

 



 

 

 



 

    

 Fəsil 1 Web tərtibat proqramları 

 



1.1.  WEB SAYTLAR:  YARADILMA VƏ 



YAYILMA ÜSULLARI 

 

  



1989-cu  ildə  amerikan  texniki  Tim  Berners  Li  tərəfindən 

irəli sürülmüş «hipermətn» prinsipi və sonradan HTML dilinin və 

HTTP 

protokolunun 



yaradılması 

kompüter 

informasiya 

texnologiyasında  yeni  istiqamətin-Web  texnologiyanın  əsasını 

qoydu.  Bunun  nəticəsində    İnternetin  yeni  xidmət  növü - World 

Wide Web (ümumdünya  hörümçək  toru)  və  ya WWW xidməti 

təşəkkül tapdı və İnternet rahat və əlverişli informasiya mübadiləsi 

və  ünsiyyət  vasitəsi  olmaqla  yanaşı,  həm  də  böyük  informasiya 

mənbəyinə  çevrildi.  Bu  gün WWW xidməti  vasitəsilə  praktiki 

olaraq bütün mövzularda informasiya əldə etmək olar. İnformasi-

ya  əsasən Web-saytlar      formasında  istifadəçilərə  təklif  olunur.  

Web-  saytlar  bir-birilə  əlaqəsi  olan  və  vahid  mövzuya  həsr 

olunmuş Web-səhifələr sistemidir. Hər bir Web-sayt unikal URL

1

 



ünvanına malik olur. İnformasiyanın axtarışı və sənədə istinad bu 

ünvan əsasında həyata keçirilir. 

Web-saytlar  əsasən  HTML,  XML

2

  və    XMTL  dilləri 



əsasında  yaradılır.  Son  illər  saytların  yaradılmasında  həmçinin 

aşağıdakı müasir Web texnologiyalardan geniş istifadə edilir: 

•  JavaScrpit  

•  VbasicScript 

•  CGİ (Common Gateway Interface)  

•  ASP 


•  PHP 

•  Macromedia Flash

3

 

•  CSS 



Müasir Web texnologiyalar  saytların  funksiyalarını  genişlən-

dirir,  onlara  dinamizm  verir,  gözəl  tərtibat  effektlərinin 

                                                 

1

 URL-Universal Resource Locator (Ehtiyatların universal göstəricisi)  



2

 2000-ci ildə World Wide Web Consortium tərəfindən  yaradılmışdır.   

3

 Bu texnologiyanın vasitəsilə kiçik həcmli, yüksək keyfiyyətli interaktiv 



animasiya yaradılır. 

Fərdi kompüterlərin proqram təminatı 

 



yaradılmasını,  istifadəçi  və  informasiya  mənbəyi  arasında 



interaktiv əlaqəni  təmin edir. 

Saytın  yaradılmasında  əsasən 2 tip  proqramlardan: 

HTML və ya XMTL redaktorlardan  və WYSIWYG prinsipi ilə 

işləyən Web redaktorlardan (məsələn: FrontPage, Macromedia 

Dreamweaver MX və s.)  istifadə olunur. Sayt yaradan şəxslər–

Web dizaynerlər bu proqramları dərindən bilməklə yanaşı, həm 

də yüksək bədii  yaradıcılıq qabiliyyətinə malik olmalıdır. Belə 

ki,  sayt  informasiyanı  istifadəçiyə  dolğun  çatdırmaq  və 

istifadəçinin  estetik  zövqünü  «oxşamaq»  üçün  gözəl  tərtibatla 

yaradılmalıdır.  Bu  məqsədlə  saytların  yaradılmasında Web 

qrafika  elementlərindən:  şəkillərdən,  diaqram  və  qrafiklərdən, 

animasiyalı  təsvirlərdən,  səs  və  video  fayllardan  və  s.  geniş 

istifadə  olunur.  Qeyd  edək  ki,  İnternetdə  sürətli  informasiya 

mübadiləsini  təmin  etmək  üçün  xüsusi Web qrafika,  səs  və 

video  formatlarından  istifadə  olunur. Web qrafika  formatı 

olaraq  Эиф,  Жпеэ,  Жпэ,  Пнэ,  səs  formatı  olaraq  Au, 



Мп-3, Rmx, Rmj,  video  formatı  olaraq  Avi,  Мpeg-3, 

Mov, Swf, Spl  və  s.  formatlarından  istifadə  olunur. Web 

qrafika elementlərini yaratmaq üçün xüsusi dizayn proqramları, 

məsələn  Ulead Gif Animator, 

3D-Xara, XaraWeb Style və s., 

bir sıra rəsm redaktorlarının, məsələn, PhotoShop, Corel Photo 

Paint və s. xüsusi utilitləri tətbiq olunur.  

Web-saytlar  iki  formada:  statik  və  dinamik  saytlar 

şəklində  yaradılır.  Statik  saytlar  əsasən  istifadəçiyə  konkret  

informasiyanı  çatdırmaq  funksiyasını  yerinə  yetirir.  Dinamik 

saytlar  istifadəçi  ilə  informasiya  mənbəyi  arasında  interaktiv 

əlaqəni təmin edir. Çatlar, Web forumlar, Internet mağazalar, elan 

lövhələri,  qonaq  kitabları,  axtarış  və  reytinq  sistemləri  və      s. 

dinamik  saytlar  şəklində  yaradılır.  Dinamik  saytlar  «klient-

server»  arxitekturası  əsasında  fəaliyyət  göstərir.   Belə  ki, klient 

kimi Web brauzer (məsələn, İntenet Explorer, Opera və s.), server 

kimi Web server  və  verilənlər  bazası  serveri  çıxış  edir. Brauzer 

vasitəsilə istifadəçinin göndərdiyi  məlumatı Web server təhlil 


    

 Fəsil 1 Web tərtibat proqramları 

 



edərək, server əlavəsinə  ötürür. Server əlavəsi  göndərilmiş 



məlumat əsasında verilənlər bazası serverində axtarış və verilənlər 

üzərində  nəzərdə  tutulmuş  əməliyyatları  yerinə  yetirir.  Sonrakı 

addımda server əlavəsi  aparılmış  əməliyyatların  nəticəsini 

brauzerin qəbul etdiyi formata çevirib Web serverə, o isə  öz 

növbəsində Web brauzerə göndərir. Bu səbəbdən dinamik saytlar 

mütləq,  istifadəçinin  informasiyasını Web  serverə  çatdıracaq 

forma  ilə  təchiz  edilmiş Web-səhifəyə  və    bu  informasiya  

əsasında  verilənlər  bazasında  əməliyyat  aparan  və  nəticəni 

istifadəçiyə  çatdıran  server  əlavəsinə  malik  olmalıdır.  Bu  gün 

server  əlavəsi  əsasən, CGİ, ASP,  PHP  texnologiyaları  tətbiq 

edilməklə  yaradılır. CGİ  texnologiyası  nisbətən  daha  əvvəllər 

tətbiq  edilmişdir.  Bu  səbəbdən  İnternetdə  bu  texnologiyaya 

əsaslanan dinamik saytlar çoxluq təşkil edir. CGİ texnologiyasının 

əsas  üstünlüyü  onun  klient  proqram  təminatından  asılı  olma-

masıdır.  Bu  texnologiyanı  praktiki  olaraq,  istənilən  versiyalı  

brauzerlər qəbul edir. Lakin, CGİ texnologiyası kompüterin sistem 

resurslarına  cox tələbkardır. Proqram təminatı bazarında təklif 

olunan CGİ  tipli server əlavələrinin  əksəriyyəti  kompilyasiya 

olunmuş  proqram  modullarından-  exe  genişlənməsinə  malik 

fayllardan ibarətdir. CGİ texnologiyası əsasında yaradılan dinamik 

sayt aşağıdakı prinsip əsasında fəaliyyət göstərir: 

• 

Web-səhifə  istifadəçinin  informasiyası  ilə  yanaşı  



verilənlər  bazasında    əməliyyat  aparmaq    üçün  müvafiq CG

İ

 



əlavəsinin adını Web  serverə  göndərir. 

 

•  Web server öz növbəsində  həmin adda CGİ əlavəsinin 



icra olunmasını təmin edir.  

•  CGİ  əlavəsi  verilənlər  bazası serverində  müəyyən 

əməliyyatlar  apararaq yekun Web-səhifəni Web  serverə  

qaytarır.  

Məsələn,  Bakı  Dövlət  Universitetinin  Elmi  kitabxa-

nasının elektron kataloqu CGI texnologiyası əsasında hazırlan-

mışdır və kitabxananın elektron biblioqrafik məlumat bazasında 

Fərdi kompüterlərin proqram təminatı 

 



On-Line  axtarışı  təmin  edir



1

.  Kataloqun  ana  səhifəsində 

istifadəçi  öz sorğusunu formalaşdırır, yəni axtarış üçün zəruri 

məlumatları  daxil  edir.  Axtar  düyməsini  sıxdıqda  bu 

məlumatlar və CGI əlavəsinin ünvanı  Web  serverə  göndərilir. 

Nəticədə, OPACServlet.exe əlavəsi  yerinə  yetirilərək  oxucu 

sorğusunun  cavabı OPACResultSimp.html  səhifəsi  vasitəsilə 

oxucuya çatdırılır.  

ASP  (Active  Server  Pages;  serverin  aktiv  səhifələri) 

texnologiyası MicroSoft firması tərəfindən yaradılmışdır. Web-

səhifəni ASP texnologiyasının tətbiqi ilə interaktiv etmək üçün  

Web-səhifədən    makrodildə  yazılmış  skriptə

2

  müraciət  etmək  



lazımdır.  Skript  bilavasitə  serverdə  yerləşir  və  interpretasiya 

olunur. Məhz bundan sonra istifadəçi brauzerinə ASP skriptinin 

işinin nəticələri ilə birlikdə artıq hazır HTML-sənədi göndərilir. 

Ona  görə  də  haqlı  olaraq  qeyd  edilir  ki,  ASP  texnologiyasını 

tətbiq  etmək  üçün  istifadəçi  kompüterində  hansı  proqram 

təminatının  olmasının  heç  bir  mənası  yoxdur.  Ancaq  ASP-nin 

istifadə olunacağı Web serverin tipinin müəyyənləşdirilməsinin 

böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  onların  heç  də  hamısı  bu 

texnologiyanı qəbul etmir. 

PHP texnologiyası da Web-səhifədə yerləşdirilmiş skriptə 

müraciət  əsasında  fəaliyyət  göstərir.  Skript  PHP  (Personal 

Home Page tools)

3

 dilində hazırlanmış xüsusi proqram kodudur 



və serverdə yerləşən Web əlavəyə-HTML sənədinə alt proqram 

kimi  daxil  edilir.  Brauzer  vasitəsilə  skriptə  müraciət  olduqda, 

kod  interpretasiya  olunur.  Məhz  bundan  sonra  istifadəçi 

brauzerinə  PHP  ssenarisinin  işinin  nəticələri  ilə  birlikdə  artıq 

hazır HTML-sənədi göndərilir.  Qeyd edək ki, bu texnologiya, 

əsasən MySQL bazasından  informasiyanın  istifadəçiyə 

çatdırılması üçün geniş tətbiq olunur. 

                                                 

1

http://www.bsu.az/lib/cgi1/marc/opacform.html



 

ünvanlı sayta müra-ciət 

etməklə oxucular  elektron kataloqdan istifadə edə bilərlər.  

2

 Java Script və Vbasic Script dilində yazılır. 



3

 PHP PERL-i xatırladan  interpretasiya dilidir. 



    

 Fəsil 1 Web tərtibat proqramları 

 

10

 Web-saytların  İnternetdə  yayımını  təşkil  etmək  üçün  o 



Web serverlərdə yerləşdirilməlidir. Bunun üçün istifadəçi Web 

host-a  malik  olmalıdır.  Yəni  o Web  serverlərdə  xüsusi  disk 

sahəsi  icarəyə  götürməlidir.  İki  növ Web  hosta  malik  olmaq 

olar:  pullu  və  pulsuz.  Bir  sıra  saytlar  məsələn 

www.boom.ru

www.narod.ru



www.chat.ru

  və  s.  pulsuz Web  host  təklif 

edirlər.  Bunun  üçün  istifadəçi  sayta  daxil  olub,  qeydiyyatdan 

keçməli, öz saytını «usta rejimi» və şablonlar vasitəsilə yenidən 

yaratmalı  və  ya  hazır  saytı  FTP  protokolu  ilə  serverə 

göndərməlidir.  Bu  xidmətin  müqabilində  firmalar  pulsuz 

saytlarda  reklam  banerləri  yerləşdirirlər.  Bu  da  çox  zaman 

istifadəçini qane etmir. Yayımın pullu forması müəyyən ödəniş 

əsasında, Web-saytın  provayderin və ya Web  host təklif edən  

firmaların Web serverlərində  yerləşdirilməsini  nəzərdə  tutur. 

Bu forma daha etibarlıdır və geniş istifadə olunur.  

 

 

1.2. HTML-DİLİNİN ƏSAS ELEMENTLƏRİ 



Web-səhifənin strukturu. 

Hər bir Web-səhifə və ya html sənədi  standart struktura 

malik olur. Sənədin  strukturu məcburi bloklardan ibarət olub, 

xüsusi direktiv-teqlər

1

 vasitəsi  ilə təsvir olunur. Teqlər  “< >”  



mötərizələrinin  daxilində  yazılır.  Teqlər  cüt  və  ya  tək  olurlar. 

Cüt  teqlər    “bağlayan ” və    “açan”  teqlərdən  ibarət  olurlar. 

“bağlayan” teqin əvvəlində  sleş -/ işarəsi qoyulur. Qeyd edək 

ki, hər bir sənədin əvvəlində açan  <щтмл>  teqi, sonunda isə  

bağlayan   teqi yerləşməlidir.  

                                                 

1

 Teq ingilis dilindən tərcümədə nişan deməkdir. 



Fərdi kompüterlərin proqram təminatı 

 

11



Sənəddə brauzerlər və axtarış sistemləri tərəfindən 

istifadə olunan xidməti informasiya < html> açan teqindən 

sonra cüt və  teqləri arasında göstərilir.  Bu 

məqsədlə    əsasən, … < /tıtle> və  teqlərindən 

istifadə olunur. Açan və bağlayan və     teqlərin 

arasında Web-səhifənin adı göstərilir. Məsələn, sənəddə 



Azad Qurbanov< /tıtle> yazılışından istifadə olunmuşsa, 

brauzer vasitəsilə  səhifəyə baxış zamanı  səhifənin adı-azad 

qurbanov brauzer pəncərəsinin başlıq sətrində əks olunacaqdır. 

Bundan  əlavə, səhifənin adı    səhifələrin avtomatik 

indeksləşməsini yerinə yetirən axtarış sistemləri tərəfindən də 

nəzərə alınır. Bu səbəbdən və  teqlərini saytın 

bütün səhifələrində istifadə etmək məsləhət görülür: Səhifənin 

adı axtarış sistemlərinin nəticələrində əks olunur və bununla da 

potensial istifadəçilərin diqqətini həmin Web-sayta cəlb edir.  

Tək teqi Web-səhifənin brauzerdə  əks olunma 

rejimini müəyyən edən müxtəlif növ xidməti informasiyanın 

verilməsi üçün istifadə olunur. Bu  teq səhifədə  mətn 

kodlaşdırılmasını göstərmək, əksər axtarış sistemləri tərəfindən 

istifadə olunan açar sözləri müəyyən etmək üçün istifadə oluna 

bilər. Məsələn, 

 



Səhifənin ölçüsü və mətn sahəsi və 

Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə