MƏDƏNİ IRSİMİZIN İZLƏRİ ILƏ
Işlədiyim Muzey Sərvətləri və Xatirə Əşyalarınm Elmi Bərpa Mərkəzinə
rayon muzeylərinin birindən, eksponatlarm bərpası üçün müraciət olunanda, elə bildim həmişəki kimi, adi ezamiyyət olacaq.
Lakin bu ezamiyyət о birilərindən fərqli oldu.
Ezamiyyətə getməmişdən əvvəl mərkəzin müdiriyyəti tərəfındən qəzetlərin birinə məlumat verildi, informasiya çap olundu və mənə zənglər vurdular: «Oxuduq ki, Siz Masallınm Hişkədərə kəndinin muzeyinə ezam olunmusunuz.
гу; iri
vp.ni
Xahiş edirik, təəsuratlarmızı bizimlə bölüşəsiniz.Iş ondadır ki, biz о muzey direktoru ilə çoxdandır ki,şəxsən tanışıq, onun çox maraqlı insan olduğunu bil onunla bir neçə dəfə arxeoloji qazıntılar vaxtı görüşmüşük.Onun barəsində yeni xəbərlər eşitmək istərdik...»
Mənə zəng edən şəxs Xəzər universitəsinin tarix departamentinin müdiri, «Azərbaycan arxeologiyası» jurnalmın redaktor müavini Roza xanım Arazova idi. Qiyabi tanış olduq və mən söz verdim ki, ezamiyyətdən qayıdan kimi görüşüb söhbət edəcəyik.
Bu məlumat məni çox maraqlandırdı və tezliklə Masallmm Hişkədərə kəndinə yollandım. Məni muzeyin gənc direktoru - Əntiqə xanım, çox mehriban, səmimi qarşıladı. Elə bu andan ürəyimə gələn fıkri dedim: «Siz Rəhim müəllimin qızısınız?
«Bəli, qızıyam, bəs Siz haradan bildiniz, axı mən bu barədə Sizə hələ heç nə deməmişəm ?
Masallınm Hişkədərə kəndinin muzeyinin yaradıcısı Tağıyev Rəhim Kərim oğlu 1917-ci ildə bu kəndə anadan olub. Məktəbi bitirəndən sonra müəllimlik
kurslarını bitirib, doğma kənddə biologiya və kimya müəllimi işləyib.Zəngin
biliyə malik olan bu insan məktəbdə həm tarix, həm coğrafıya, həm ictimaiyyət və
həm də hərbi dərsləri deyib.Azərbaycan SSRl Xalq Maarif komissarlığının göstərişi
ilə keçən əsrin 30-cu illərində Lənkəran və Masallı bölgəsində savadsızlığın ləğv
edilməsində xeyli işlər görmüşdür. 1930-cu ildə Fin müharibəsində iştirak etmişdir.
Müharibədə ağır yaralanaraq, kəndinə qayıtmışdır.
1949-51-ci illərdə Azərbaycan Kommunist Partiyası yanında iki illik partiya
məktəbində oxumuş və oranı bitirmişdir.
Sonradan Rəhim müəllim rayonun bir sıra tə-
sərrufat/arına'a çahşmış, kəndlərin abadlaşdinlmasi,
yolların çəkilməsində, körpülərin salınmasında xeyli
əmək sərf etmişdir. Bütün gördüyü bu işlərə görə о
xalqının, el-obasının sevgisini və minnətdarlığını qa-
zanıb. Lakin bu işlərin arasında onun ürəyində ayrı-
ca yer tutan, uca bir zirvədə dayanan, ömrünü doldu-
ran bir arzu var idi.Bu arzuda öz doğma Hişkədərə
kəndində muzey yaratmaq idi. 1952-ci ildən kənd-
ləri, obaları ozü gəzib xalqımızın tarixi, mədəniyyə-
ti, adət-ənənələrini özündə əks etdirən müxtəlif əş-
yalar toplamağa başlayıb. Bu işdə ona yerdi əhali,
qohumlar, həmkarlar, müəllimlər, şagirdləri və öz ailəsi kömək edib.
Əvvəllər muzeyin binası olmadığından ekspo-natlar məktəbin bir guşəsində yerləşib, rayonun di-gər mədəni-maarif salonlarında öz fəaliyyətini aktiv surətdə davam etdirib.
Günü-gündən əşyaların sayı artmaqda idi. Rəhim müəllim - narahat insan idi. Daim axtarışda idi.Toplusunu arxeoloji qazıntılar vaxtı tapılan əşyalarda da zənginləşdirirdi və müxtəlif illər kəndində və ətraf zonalannda gedən arxeoloji qazıntılarda alimlərə, arxeoloqlarla yanaşı şəxsən özü də iştirak edərdi : 1980-1981, 1982-198 6-cı illərdə kəndin yaxınlığmda Məhi-muncuqlu dərə, 1980-90-cı illərdə Məmməd Şah qəbirstandığında, Xutbaşı və s. arxeoloji abidələrdə.
1963-cü ildə öz xahişi ilə Rəhim müəllim sevimli işi olan müəllimliyə və muzeyə qayıdır.Həmin ildən ictimai əsasla muzeydə direktor işləyKr. 1978-ci ildə, nəhayət uzun illər arzusunda olan muzey üçün kənddə bina tikilir və ona dövlət starusu verilir.
Muzeydə Masallının dünəni və bugünü gözümüz önündə canlanır. Eksponatlar qədim, orta əsr, yeni dövrə aiddir. Qədim dövrlərin alət və silahları, qabqacaqlar, etnoqrafık materiallar, çağ sikkələr, sovet və xarici ölkələrin pul əskinazları, Şah tsmayıl Xətai dövrünə aid silah və geyim nümunələri, düymələr, zərbaftalar, boyun-bağlar var. Muzeydə bu günə qədər 18.000-dən artıq eksponat toplanıb.Bu sevgi payı ilə, tərriənnasız çalışdığı muzey nəinki respublikamızda, onun hüdudlanndan kənarda datanınmışdır.Buna sübut - bu günlərəcən rəy kitablarında (bir neçə cildlik) muzeyə baxmış 300.000- dən çox insanın 15.000-dən çox rəy və təklifləridir.
Imzalar arasında ümummilli liderimiz Heydər Əliyevin, dövlət və hökümfl
adamlarının, alimlərin, incəsənət və mədəniyyət xadimlərinin, sadə, zəhmətkeş iA sanların, gənclərin ürək sözləri vardır,1997-ci ildə Rəhim müəllimin 80 illik yubilejB ilə əlaqədar olaraq rayon miqyasında təntənəli məräsim keçirilmiş, Rəhim müəllimJH titul, fərmanlar, mükafatlar, medallar verilmişdir və ən nəhayət, Hişkədərə kənfl tarix-diyarşünaslıq muzeyinə onun adı verilmişdir.
2001-ci il oktyabr ayının 10-da Rəhim müəllim dünyasını dəyişdi.
Bu insan sağlığında özünə el-obanın, xalqının hörmətini qazanıb. Dunyasıe dəyişəndən sonra da nəinki öz qohumlarının, yaxınlarının ürəyində, həm də yuşaddH yerlərdən çox uzaqlarda xoş ad, xoş xatirə, xalqın yaddaşmdan heç vaxt silinməyB cəkdir, çünki öz əməlləriylə, özündən sonra çox yadigarlar qoyub. Xalqa, vətəofl namusla, vicdanla qulluq, övladlarını Vətən üçün əsl vətəndaş böyütmək və tolsəfı I suala: "Nə üçün yaşayıram?" öz həyatını nümunə qoyub getdi. Deməİi, Rəhım Kərim oğlu Tağıyev həyatı boş, mənasız yaşamayıb.
Kondo çatan kimi muzeyə yollandıq. Muzeyin binası kəndin səfalı yerində,e gözəl bağın içində yerləşir. Muzey bir neçə otaqdan ibarətdir. Bu günə qədərl muzeydə 18.000-dən çox eksponat qeydə alınıb. Bütün dövrlərə aid olan çofl maraqlı, nadir əşyalar insanın marağına səbəb olur. Respublikanın, demək olar ki,l muzeylərinin çoxuna ezam olmuşam, çox eksponatlar görmüşəm. Lakin Hişkədəral muzeyində heç yerdə görmədiyim əşyalar var. Hər əşyanın arxasında Azərbaycan I tarixi, mədəniyyəti, ululuğu, məişəti duyulur.
Hal-hazırda muzeyin binası köhnəlib, zəlzələdən sonra tavanda, döşəmədə vəl divarlarda çoxlu çatlar əmələ gəlib. Kəndin subtropik iqlimi öz işini görüb, binamn I divarları uçulmaq təhlükəsindədəir, yeni binaya ehtiyac var. Lakin atasınm işini I \ layiqincə davam edən Əntiqə xanım və oğlu Cəmil bütün çətinliklərə baxmayaraq, ] təmir üçün daxili imkanlardan istifadə edir, vəsait və eksponatlar axtarır, daxildəl olan səliqə-səhmana can yandırırdar. Binanın bayır və içini kosmetik təmir edib, eksponatalara maksimum nəzarət və qulluq edirlər.
Muzey əməkdaşlarındada öz işlərinə sevgi və ürək yanğısı hiss olunur.Bu işin 1 sirlərinə dərindən yiyələnmək, biliklərini artırmaq. həvəsi duyulur.Lakin zaman, iqlim öz işini görür və əşyalar da insanlar kimi «özünü pis hiss edir», «xəstələnir», "məhv olur", cücülər və həşaratlar tərəfındən zədələnir.
Bütün eksponatlan diqqətlə nəzərdən keçirdim, bərpaya ehtiyacı olan bərpaya ehtiyacı olan eksponatları siyahıya alıb, Bakıya, bərpa mərkəzinə gətirilməsinə dairj məsələhətlər verdim. Bərpaya ehtiyacı olan eksponatlar üç qrupa bölündü:
1-ci kateqoriya - təcili bərpaya ehtiyacı olan eksponatlar
2-ci kateqoriya - müəyyən müddət öz növbəsini gözləyə bilən eksponatlar
3-cü kateqoriya-xeyli vaxt keçdikdən sonra bərpaya ehtiyacı olan eksponatlar.
Qərara aldıq ki, bu ilin əvvəlində 1-ci kateqoriyalı eksponatlar bərpa üçün Mərkəzimizə gətirililsin. Sözsüz ki, eksponatlan bərpaçılarımız yüksək peşəkarlıqla bərpa edib, muzeyə qaytaracaqlar.
tş arası kəndin gözəl yerlərinin seyrinə də çıxdıq, füsnkar təbiəti və gözəl insanlarla tanış olduq. Biləndə ki, Bakıdan gələn muzeyə ezam olunub, Rəhim müəl-limin necə şəxsiyyət olduğundan, muzey üçün gördüyü işlər haqqında danışdılar.
Ezamiyyətin bu cürə keçməsindən xoşhallandım. Çünki, Rəhim Tağıyev barə-sində, onun necə insan olduğundan, yaxından tanış oldum. Ona baş əyib, qəni-qəni rəhmət dilədim, fəxr etdim ki, Azərbaycanın belə qeyrətli oğulları var.Nə yaxşı ki, var, nə yaxşı ki, çoxdur, nə yaxşı ki, gənc nəsillərə öməkdir.
Xahiş edirəm, Masallı rayon lcra Hakimiyyətindən, rayon Mədəniyyət şöbə-sindən həmişə olduğundan da artıq köməklərini Hişkədərə Tarix-diyarşünaslıq mu-zeyindən əsirgəməsinlər, yeni, geniş bina barədə fıkirləşsinlər və muzeyin gənc kollektivinə dayaq olsunlar.
Muzeyin müdiriyyətinə isə arzum bu oldu - Rəhim müəllimin həyat və yaradı-cılığına geniş guşə təşkil etsinlər. Biz isə, Muzey Sərvətləri və Xatirə Əşyalannın Elmi Bərpa Mərkəzinin kollektivi həmişəki kimi çalışacağıq ki, öz vəzifə borcu-muzu layiqli yerinə yetirək, böyük və müdrik xalqımızın mədəniyyətini, tarixini, incəsənətini nəsildən- nəsilə çatdırmaqdan ötrü körpü salaq.