Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə1/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   111
Kubra, Nergiz-lll cild-2, KY0000415, 522174617, 4n-123-128, 5-13, Ilqar Fehmi-Aktrisa, elmi-ish 857 86-90


 


Redaktorlar: F. Abdullayeva, S. Mustafa Rəyçilər: 
Ə.Qubatov, N. Balacayeva 
Qılıncxan Bayramov. Tərcümə sənəti Bakı 2008, 
«OKA Ofset» nəşriyyatı. 218 səh. 
Ali məktəb tələbələri üçün tərcümə nəzəriyyəsi üzrə dərslik Azərbaycan 
Respublikası Təhsil Nazirinin 422 saylı 7 aprel 2008-ci il tarixli qəran ilə 
dərslik kimi təsdiq edilmişdir. 
Q.H.Bayramov 2008 


Mənə tərcümənin əlifbasını öyrətmiş 
müəllimim İsmixan Rəhimovun əziz xatirəsinə 
Giriş 
Babil  qülləsi  haqqında  əfsanədə  deyilir  ki,  bir  zamanlar 
insanların  hamısı  bir  dildə  danışırmış.  Bir  dəfə  onlar  qərara 
gəlirlər  ki,  uca  bir  qüllə  tikib  Allahın  dərgahına  yetişsinlər. 
Aralarında dil birliyi,  anlaşma olduğu üçün iş  sürətlə irəliləyir. 
Tikintinin  tezliklə  başa  çatacağını  görüb  Allah  onların  dilini 
dəyişir,  hərə  bir  dildə  danışır,  heç  kəs  bir-birini  başa  düşmür, 
qüllə  yarımçıq  qalır.  Nəticə  belədir  ki,  dil  insanları  bir  araya 
gətirir,  dildən  gözəl  anlaşma  vasitəsi  yoxdur.  Müxtəlif  dillərdə 
danışan insanlar arasında isə bu rolu tərcümə oynayır. 
Azərbaycan  şərq  və  qərb  ticarət  yollarının  üstündə, 
sivilizasiyaların qovşağında yerləşir. O dəfələrlə istilalara məruz 
qalmışdır. Teymurləng, makedoniyalı İskəndər, ərəb sərkərdələri 
bu  torpaqlardan  keçmişlər.  Bunların  hamısı  mədəniyyətimizdə, 
dilimizdə  öz  izini  qoymuşdur.  Vaxtı  ilə  bu  dil  bütün  Yaxın 
Şərqdə  ünsiyyət  vasitəsi  olmuşdur.  Sovet  imperiyası  dövründə 
çoxmillətli  və  çoxdilli  Dağıstanda  uzun  müddət  ümum  təhsil 
məktəblərində tədris dili Azərbaycan dili olmuşdur. 
Azərbaycanda  tərcümə  işi  orta  əsrlərdə  dini  ədəbiyyatın 
tərcüməsindən  başlamışdır.  Lakin  bütün  bəşər  tarixində  olduğu 
kimi o da adi kütlə üçün nəzərdə tutulmamışdı, hakim təbəqə heç 
vaxt malik olduğu biliyi aşağı təbəqə ilə bölüşmək istəməmişdir, 
çünki bilik özü böyük bir sərvətdir. 
Rus istilasına məruz qalandan və Sovet  İttifaqının tərkibinə 
qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmiş, 
böyük  tərcüməçilər  pleyadası  yaranmışdır.  Ən  yaxşı  yazıçı  və 
mütəfəkkirlərimiz, şairlərimiz, müxtəlif sahələr üzrə alimlərimiz 
tərcümə  ilə  məşğul  olmuşlar.  Onlar  həm  bədii,  həm  də  elmi 
ədəbiyyatı tərcümə etmiş və ondan bəh- 


rəiənmişbr.  Bunun  sayosindo  Azərbaycanın  ali  və  orta 
məktəblərində  dərsliklər  yaranmış,  ədəbiyyat  və  elm  inkişaf 
etmişdir. 
Tərcümələr  həmişə  tərcümə  tənqidi  ilə  müşayət  olunmuş, 
tərcümə haqqında nəzəri fikir formalaşmışdır. 
Azərbaycanın  ən  görkəmli  sənətkarları  M.F.Axundov, 
A.Səhhət,  C.Cabbarlı,  M.  Müşviq,  Ə.Cavad,  S.Vurğun, 
S.Rüstəm,  M.Rahim,  R.Rza  və  adını  çəkmədiyimz  onlarla 
ədiblərimiz tərcümə sənətinə öz töhfəsini vermişlər. 
Avropa dillərindən Azərbaycan dilinə və əksinə tərcümə işi 
uzun bir yol keçmiş və müxtəlif məqsədlər daşımışdır. A. Xotsko 
“Koroğlu”  dastanını  ingilis  dilinə  çevirmiş,  «Kitabi-  Dədə 
Qorqud» (üç dəfə) ingilis dilinə tərcümə olunmuşdur, bunlar heç 
də sadəcə maraq və dastanlarımıza hörmətdən irəli gəlməmişdir. 
Bu  dastanlar  xalqın  psixologiyasını  öyrənmək  üçün  ən  yaxşı 
mənbə idi. 
Avropa  ədəbiyyatı  nümunələrinin  Azərbaycan  dilinə  ilk 
tərcümələri əsasən rus dilindən olmuşdur, yəni bu zaman rus dili 
məxəz dil rolunu oynamışdır. Məlumdur ki, ikinci, üçüncü və s. 
dildən  tərcümə  edildikdə  hədəf  mətn  get-gedə  orijinaldan 
uzaqlaşır, 
orijinalın 
bədii 
məziyyətlərindən, 
müəllif 
dəst-xəttindən  əsər-əlamət  qalmır.  Məsələn,  Şekspi-  rin 
sonetlərini  ilk  dəfə  rus  dilindən  T.Əyyubov  tərcümə  etmişdir. 
Sonet 14 misradan ibarət olub yamb pentametrində yazılır, yəni 
misralarda  klassik  şerə  məxsus  heca  bərabərliyi  var.  Həmin 
sonetləri rus dilinə S.Marşak onbirlik ilə tərcümə etdiyindən T. 
Əyyubov da onları əsasən onbirliklə çevirmişdir, yəni orijinal ilə 
müqayisədə  tərcümədə  hecaların  sayı  artmışdır,  bu  da  statistik 
baxımdan  tərcümənin  həcminin  orijinaldan  artıq  olması 
deməkdir. Bundan əlavə, bir çox məqamlarda orijinalın təravəti 
itmiş, obrazlılıq özgələşmişdir. Məsələn, müqayisə üçün 130-cu 
sonetdən bir bəndə və onun tərcümələrinə baxaq: 


I have seen roses damask% red and white
But no such roses see I in her cheeks

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə