T Ə Q D I M A T
Azərbaycan aşıq sənəti — şifahi әnәnәli Azәrbaycan musiqi mәdәniyyәtinin әn qәdim sahәlәrindәn biri olan aşıq sәnәtinin mühüm tәrkib hissәsidir. Aşıq sәnәtindә musiqi, poeziya, tәhkiyә, rәqs, pantomima, teatr sәnәti elementlәri üzvi şәkildә birlәşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.
Aşıq musiqisinin әn geniş yayılmış növlәrindәn biri sazın müşayiәtilә solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesindә tәdricәn müstәqil bәdii әһәmiyyәt kәsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M.Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan «aş»dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.
Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Ehtimal olunur ki, "aş-u-la" yaxud "aş-ı-la" - "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdı. Fəxri ad (ünvan) kimi "Aşıq" artıq XII əsrdən məlumdur və ilk dəfə bu ada türk sufiliyinin təməl daşını qoyan şair Əhməd əl-Yasəvinin yaradıcılığında rast gəlinir.
Tarixi
Öz şəxsiyyətində musiqiçi (çalğıçı və müğənni), dastançı (nağılçı), şair və söz ustası (aktyor və quruluşçu recissor) sənətlərini toplu halında birləşdirən Azərbaycan aşıqları ən qədim xalq-professional musiqi ən’ənələrinin öncül daşıyıcılarından sayılırlar. Bu baxımdan onları baxşı (Türkmənistan), akın (Qırğızıstan), bastakor (Özbəkistan və Tacikistan), trubadur (Fransa, XI—XIII yüzilliklər), skald (qədim və orta əsrlər Skandinaviyası), menestrel (İngiltərə), rapsod (qədim Yunanıstan) və bardlarla (İrlandiya və Şotlandiya) müqayisə etmək olar.
Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər.
Dostları ilə paylaş: |