Hikmətli, nəsihətamiz



Yüklə 47,94 Kb.
tarix12.04.2023
ölçüsü47,94 Kb.
#96948
Презентация1


Ustadnamə — Hikmətli, nəsihətamiz qoşmalar ustadnamələr adlanır. Ustad sözü, ustad nəsihətidir. “Öyüdləmə” adı ilə də tanınır. ”Dədə Qorqud soylamaları” da bu anlamı daşıyır.
Ustad sənətkar təkcə ifaçılıq imkanları ilə məhdudlaşmır, həm də geniş yaradıcılıq imkanlarına malik olur. Ustad sənətkarlar aşıq sənətini dərindən bilən, bədahətən söz deyən, şagird yetişdirən, həm də mükəmməl danışıq tərzi və yüksək ifaçılıq qabiliyyətləri ilə seçilənlərdir. Sənətkarlıqda "ustad" və "usta" sözləri yaxın mənanı ifadə etsə də, bu sözlərin işlənmə məqamlarına fikir verdikdə hiss ediləcək dərəcədə fərqlər özünü göstərir. "Ustad" sözünün mahiyyətində müdrikliyə, nəsihət verməyə, yol göstərməyə, nümunə olmağa haqqı olan, sənətdə təkrarsızlığı, bənzərsizliyi ilə seçilən, öz yolu, izi olan anlamları dayanır.
Aşıq sənəti əsrlər boyu yaranıb formalaşan bir sıra ənənələrlə zəngindir. Bu ənənələrdən biri ustad-şagird (şəyird) ənənəsidir. Aşığın ustadlıq statusu həm də onun yetişdirdiyi şəyirdlərlə ölçülüb. Ustad-şəyird münasibətləri əxlaqi-etik norma üzərində qurulub, əsrlər boyu xalqımızın milli ruhunun göstəriciləri olan mənəvi zənginlik - böyüyə hörmət, kiçiyə qayğı, bugünkü mövcud olanı gələcəyə ötürmək, milli-mədəni dəyərlərə hörmət kimi keyfiyyətlər bu münasibətlərdə tənzimlənib. Ustad-şagird münasibətlərini, yüksək əxlaqi normanı Aşıq Ələsgər bir şeirində belə ifadə edib:
Bir şəyird ki ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar.
Qurbani misralarında :
Yerlə göy yoxkən bir nəzər qıldı,
Əritdi gövhəri, dürr eylədi şah...
Yox yerdən aləmi bərqərar etdi,
Cismini qəndildə nur eylədi şah.
Maraqlı burasıdır ki, qəlblərə, insan təfəkkürünə çox asanlıqla hopan bu bəndin hər bir misrasının arxasında Allah-Təala tərəfindən bəşəriyyətin hidayəti üçün göndə- rilən Nur, həyat və hikmət çeşməsi olan Qurani-Kərimin söz və məna baxımından bəlağət dolu möcüzəli və zəngin məna qatları durur. Hər bir anlamı ondan daha mükəmməl şəkildə tapıb düzümə salan və yerbǝyer edən ikinci bir əsər yoxdur. Bir çox poetik üsul və qəliblər Quran bəlağətindən bədii təfəkkürə keçmiş və orta çağların söz sənətində və o cümlədən, aşıq yaradıcılığında özünəməxsus yer tutmuşdur.
Nümunə kimi misal gətirdiyimiz hər misra məna çalarlarının zənginliyi baxımından müqayisə olunmayacaq ecazkarlığa malikdir. Bənddə Allah-Təalanın qüdrət sahibi olduğuna, hər şeyi yoxdan var etməsinə, "Ol!" - əmri ilə bütün kainatı yaratmasına işarə vardır:
"Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman (o işə) yalnız: "Ol!" - deyər, o da (fövran) olar."
"Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur." "Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan və (hər şeyi) bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyruğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar".
Yerin və göyün yaranması fikrinə Nəsimi yaradıcılığında böyük önəm verilmişdir:
Kaf ilə nundan yaratdı aləmi,
Ərbəin gündə yoğurmuş Adəmi,
Dəm bu dəmdir, dəm bu dəm, bil bu dəmi,
Adəmə vurdu bu dəmdən həq dəmi.
Fəzlullah Naiminin "Cavidnamə"sinə əsaslanaraq kainatın yaranması prosesini və onun tərkibini belə izah edirlər: "Vücudi-mütləq" və ya vacibǝl-vücud olan Allah- dan başqa əvvəllər heç bir şey mövcud deyilmiş. Allah, guya, əvvəlcə əqli-küllü yaratmış, sonra da "kaf"" və "nun", yəni "kun" ("ol") əmri ilə kainatı yaratmışdır. Sözsüz ki, hürufilərin bu fikri Nəsimi yaradıcılığında öz bədii əksini aşağıdakı kimi tapıb
Yüklə 47,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin