9. Tərbiyəçi-müəllimin pedaqoji etikası və pedaqoji taktı Pedaqojietika (ədəb, mərifət, ölçü) – Tərbiyəçinin təlim-tərbiyə prosesində yaranmış müəyyən vəziyyətə görə qısa vaxtda ən düzgün, məharətli hərəkət etməsi, ustalıqla və mərifətli üsul işlətməsidir. Pedaqoji etika Tərbiyəçinin uşaqa məqsədyönlü pedaqoji təsir ölçüsü, ünsiyyətin məhsuldar tərzdə yaradılması bacarığıdır. Tərbiyəçi hər bir hərəkətində, davranışında, uşaqlərə münasibətində dəqiq olmalı və müəyyən ölçünü, həddi aşmamalıdır. Uşaqlərin şəxsiyyətinə hörmətlə yanaşmaq, onları bir şəxsiyyət kimi qəbul etmək Tərbiyəçii onların gözündə ucaldır və uşaqlara hörmət edən Tərbiyəçi uşaqların da hörmətini qazanmış olur.
Uşaqlərə hörmət etmək və qayğı göstərmək heç də tələbkarlığı azaltmır. Tərbiyəçi nə qədər hörmət edirsə, o qədər də tələbkar olmalıdır. Təcrübə göstərir ki, hörmət tələbkarlıqla əlaqələndirildikdə həm hörmət, həm də tələbkarlıq yüksək tərbiyəvi təsirə malik olur.
ABŞ-ın “Ceneral elektrik” firması zavodlarında Tərbiyəçinin də pedaqoji etikasına nümunə ola biləcək rəhbər işçilər üçün davranış qaydalarından bəzilərinə diqqət edək:
“Hətta düzgün olmasa da başqasının fikrinə diqqətli ol. Sonsuz hövsələn olsun. Nəzakətli ol, heç vaxt hirslənmə. Ədalətli ol üçüncü şəxsin yanında tabeliyində olanlara irad tutma. Tabeliyində olana yaxşı iş üçün həmişə təşəkkür et. Həyat üçün təhlükə ilə əlaqədar olan hallardan başqa tabeliyində olanların görə bildiyi işləri heç zaman onların əvəzində görmə. Əgər əməkdaşlarının etdikləri sənin fikrindən köklü sürətdə fərqlənmirsə, ona maksimum fəaliyyət azadlığı ver. Tabeliyində olanların səndən qabiliyyətli olmasından qorxma, əksinə belələri ilə fəxr et. Xırda məsələlər üstündə mübahisə etmə, xırda məsələlər ümumi işi yalnız çətinləşdirir. Bütün digər vasitələrdən istifadə edilməyincə, heç vaxt öz hakimiyyətindən istifadə etmə, lakin bu halda da ondan mümkün qədər az istifadə et. Əgər sənin sərəncamların yanlış olmuşsa, səhvini etiraf et”.
Tərbiyəçinin pedaqoji etikası pedaqoji prosesin bütün sahələrində, xüsusən dərsdə və tərbiyəvi tədbirlərin həyata keçirilməsi prosesində daha çox aşkarlanır və özünü büruzə verir.Pedaqoji ünsiyyət prosesində Tərbiyəçinin bacarıqları o zaman həqiqi tərbiyəvi səmərə verir ki, onun təşkil etdiyi təlim-tərbiyə işləri qarşılıqlı olsun. Bu münasibətdə müsbət emosional vəziyyət yaranmış olsun. Təcrübə göstərir ki, yalnız pedaqoji etika Tərbiyəçiə imkan verir ki, o, ünsiyyəti müsbət emosiyalar üzərində qursun və uşaqlarla müsbət psixoloji əlaqə yarada bilsin.Pedaqoji etikanın tələblərinə uyğun olaraq Tərbiyəçi özündə uşaqlarla ünsiyyətin demokratik stilini yarada bilər və uşaqlərlə ünsiyyətin həqiqi mədəniyyətinə yiyələnər.Pedaqoji etikaya aid olan biliklər Tərbiyəçiə uşaqlərlə ünsiyyətdə münaqişədən qaçmaqda və qarşılıqlı münasibətləri formalaşdırmaqda yaxından kömək edir. Pedaqoji etikanın mühüm komponentlərindən biri Tərbiyəçinin pedaqoji taktıdır.