10. Tərbiyəçi-müəllimin əxlaqi siması Tərbiyəçinin əxlaqi siması. Tərbiyəçi paklıq, təmizlik və ülvilik rəmzidir. O, yüksək əxlaqi keyfiyyətlərə malik olmalı, zəngin daxili aləmi, incə hərəkət və davranışı ilə uşaqlərə nümunə olmalıdır.
Tərbiyəçi özünün hərəkət və davranışı, danışıq tərzi ilə başqa peşə və ixtisas sahiblərindən fərqlənir, daha doğrusu, seçilir. Çünki təkcə uşaqlar–uşaqlər deyil, başqa adamlar da Tərbiyəçiə bir əxlaqi “etalon” kimi baxırlar. Onun hərəkət və davranışında cüzi nöqsan belə böyük görünür. Bu, elə də olmalıdır. Axı Tərbiyəçi tərbiyəçi, tərbiyə edəndir. Onun səhvləri tərbiyə etdikləri tərəfindən həm bağışlanmır, həm də təəccüb doğurur. Buna görə də onun hər bir hərəkət və davranışı, geyimi, insanlara, cəmiyyətə münasibəti, dünyagörüş və mədəni səviyyəsi insanların diqqət mərkəzində olur, onların nəzərindən yayınmır.
Görkəmli rus mütəfəkkiri N.A.Dobrolyubov yazırdı ki, Tərbiyəçi uşaqlar üçün heyranedici təəccüb doğuran bəşəri kamilliyin ali nümunəsidir. Uşaqlar üçün mümkün olan bütün ideallar onun simasında həyata keçirilir. Tərbiyəçilə uşaqlər arasında, valideynlər arasında ən dəhşətli münasibət Tərbiyəçinin biliyi haqqında onlarda şübhə əmələ gəlməsidir. Uşaqların bu şübhəsi Tərbiyəçinin əxlaqi ləyaqətinə aid olduqda onun vəziyyəti daha da dəhşətli olur. Əxlaqi etimad itdikdə və ya müəyyən dərəcədə sarsıldıqda Tərbiyəçinin sözü öz kəsərini, qüvvəsini itirir, onun tərifi və məzəmməti əhəmiyyətsiz olur.
Tərbiyəçi uşaqların gözündə həmişə təmizlik, paklıq, ülvilik rəmzi olur. Onun danışığında, hərəkəti, davranışı və münasibətlərində etik və estetik cəhətlər, mənəvi zənginlik, yüksək əxlaqi keyfiyyətlər vəhdət yaratdıqda o, uşaqların sevimlisinə çevrilir. Uşaqlər onu özlərinin yaxşı dostu, tərbiyəçisi və hakimi kimi qəbul edir, ondan nümunə götürməyə çalışırlar. Uşaqlər Tərbiyəçidən bunun əksini gördükdə sanki etimadları qırılır, ümüdləri heçə enir.
Tərbiyəçiə ideal şəxsiyyət kimi baxan uşaqlər onların istər elmi dünyagörüşündə, savadında, istərsə də davranışında hər hansı bir çatışmazlıq gördükdə ona olan yüksək münasibət yavaş-yavaş yox olur və Tərbiyəçi nüfuzu itirilmiş olur.
Tərbiyəçi şəxsiyyətdir və elə bir şəxsiyyətdir ki, onun işi, fəaliyyəti ilə yeni nəsil formalaşır, həyata ilk addımlarını atır. Onun şəxsiyyəti yeni nəslin tərbiyəsində həmişə mühüm amil olmuş və olaraq da qalır. Bunu hər bir Tərbiyəçi dərindən dərk etməli və onu qorumağa, bununla da Tərbiyəçilərin nüfuzunu yüksəltməyə çalışmalıdır.
Professor N.Kazımov yazır: “İstəsə də, istəməsə də, Tərbiyəçinin dediyi hər bir söz, atdığı hər bir addım elə-obaya, xalqa, dövlətə, vətənə münasibətin göstəricisinə çevrilir. Tərbiyəçi unutmamalıdır ki, onun apardığı təlim-tərbiyə işinin yüksək səviyyədə olması və ya bu işə barmaqarası baxması, lakin hər hansı ehtiyacı olan uşaqə lazımi qayğı göstərməməsi və ya ona qarşı biganə qalması öz xalqına, öz vətəninə necə xidmət etdiyinin bariz nümunəsi olur; necə vətənpərvər olduğundan xəbər verir... Tərbiyəçinin gündəlik pedaqoji fəaliyyəti əsl vətənpərvərlik nümunələri üçün real meydandır”.
Tərbiyəçi nüfuzu təkcə onun adı ilə yaranmır. Bu, uşaqlərlə fəal fəaliyyət, ünsiyyət və pedaqoji etikanın tələblərini gözləməklə yaranır, inkişaf edir. Başqa sözlə, bunu Tərbiyəçi özü, özünün fəaliyyəti ilə qazanır. Nüfuza malik olmayan Tərbiyəçi bunun səbəbini başqa yerlərdə yox, məhz özündə axtarmalı və tapmalıdır. Bunun üçün uşaqlərin inamını, etibarını və ehtimadını qazanmaq lazımdır. Onları isə başqa heç nə ilə, yalnız özünün biliyi, bacarığı, mədəni dünyagörüşü, təmizliyi, ləyaqəti və vicdanı ilə qazanmaq mümkündür.
Əxlaqi simanın bir sıra atributları vardır ki, bunların da hər birininin Tərbiyəçi şəxsiyyətində öz yeri, öz rolu vardır. Bunlara sadalamaqla qurtara bilməyən:
hərəkət və davranışda düzgünlük;
danışıqda doğruçuluq;
vətənpərvərlik, vətənə dərin məhəbbət bəsləmək;
vətəndaşlıq, vətəndaş olmağı bacarmaq;
borc hissini dərindən dərk etmək;
Tərbiyəçinin adını, şərəfini qorumaq;
uşaqlara və öz peşəsinə məhəbbət bəsləmək və s. misal göstərmək olar.