12. Tərbiyəçi-müəllim nüfuzunu yüksəldən peşə-ixtisas bilikləri Peşə-ixtisas bilikləri. Bu, Tərbiyəçi nüfuzunu yüksəldən ən vacib və əsas amillərdən biridir. Praktika sübut edir ki, Tərbiyəçi nə qədər yüksək mənəviyyata, əxlaqi simaya, mədəniyyətə sahib olsa da, peşə-ixtisas bilikləri zəyifdirsə, gözlənilən müvəffəqiyyəti qazana bilməyəcəkdir. Tərbiyəçi ilk növbədə tədris etdiyi fənni, o fənnin aid olduğu elm sahəsini gözəl bilməlidir. Fənnin hər hansı bir sahəsi, bölməsi, mövzusu və ya tapşırığı ilə əlaqədar Tərbiyəçinin heç bir problemi olmamalıdır. Həmçinin Tərbiyəçi geniş dünyagörüşə malik olmalıdır. Tədris etdiyi fənlə yanaşı, başqa sahələr üzrə də məlumatlı olmalıdır. İxtisasından asılı olmayaraq, respublikamızın tarixini, coğrafiyasını yaxşı bilməli, bəşəri mədəniyyət nümunələrindən xəbərdar olmalı, xalqımızın mədəniyyəti, incəsənəti, adət-ənənəsini bilməli və onları uşaqlərinə də verməyi bacarmalıdır.
Tərbiyəçi öyrədən və öyrənəndir. Öyrətmək isə çətindir. Buna görə də Tərbiyəçi öyrətməyin yollarına, metodikasına dərindən bələd olmalıdır.
İxtisasını yaxşı bilib, onu yaxşı öyrədə bilməyənlər də yaxşı Tərbiyəçi ola bilməz. Tərbiyəçi öyrətməyin bütün sirlərinə vaqif olmaqla və onu yüksək səviyyədə yerinə yetirməklə usta Tərbiyəçi səviyyəsinə yüksələ bilər.
Lakin bunlar da azdır. Tərbiyəçi peşəsi yüksək peşəkarlıq və yaradıcılıq tələb edən işdir. Tərbiyəçi nəinki yazılmış tövsiyə, məqalə, əsərlərdən, qabaqcıl təcrübə və nümunələrdən istifadə etməli, həmçinin özü təşəbbüskar olmalı, öz işinə yaradıcılıqla yanaşmalı, yenilikçi, novator olmalıdır. Bunun üçün Tərbiyəçi pedaqoji mətbuatı daim izləməli, pedaqogikanı, psixologiyanı və tədris etdiyi fənnin metodikasını dərindən bilmədir.
Tərbiyəçinin peşə bilikləri bilavasitə pedaqoji peşənin incəlikləri ilə bağlı, ona aid olan biliklərdir. Pedaqogika, psixologiya və pedoqoji psixologiyanı bilməkdir. Burada əsas rol Tərbiyəçilik peşəsinə, onun xarakterik xüsusiyyətlərinə aid olan biliklərə məxsusdur. Tərbiyəçinin