9. Tərbiyəçi-müəllimin pedaqoji etikası və pedaqoji taktı


Tərbiyəçi-müəllimin şəxsi mədəniyyəti və davranış qaydaları



Yüklə 25,63 Kb.
səhifə4/6
tarix24.12.2022
ölçüsü25,63 Kb.
#77763
1   2   3   4   5   6
terbıyecı 9,10,11,12

11. Tərbiyəçi-müəllimin şəxsi mədəniyyəti və davranış qaydaları.
Tərbiyəçinin şəxsi mədəniyyəti Tərbiyəçi adının özündə mə­dəniyyət, mədəni olmaq mənaları vardır. Tərbiyəçi deyəndə göz önünə gələn xüsusiyyətlərdən biri onun mədəniyyəti, mə­də­­ni davranışına malik olmasıdır. N.Q.Çernişevski yazırdı ki, tər­bi­yəçi tərbiyə etdiyi uşaqdan nə düzəltmək istəyirsə, özü də elə olmalıdır. Bəli, Tərbiyəçi əgər öz yetişdirmələrini savadlı, mə­dəni, yüksək mənəvi keyfiyyətlərə malik şəxslər kimi gör­mək istəyirsə, ilk növbədə özü bu keyfiyyətlərə malik olma­lıdır.
Tərbiyəçinin şəxsi mədəniyyəti onun özünəməxsus keyfiyyət kimi nüfuzunu yüksəldir, onu hörmətli edir. Ümumi mədə­niy­yə­tin tərkib hissəsi olan şəxsi mədəniy­yət bəzən cəmiyyətin müəyyənləşdirdiyi ümümmədəni maraqlardan da yüksəyə qal­xır və Tərbiyəçinin nüfuzunu daha da artırır.
Tərbiyəçinin şəxsi mədəniyyətinin bir sıra komponentləri içərisində əxlaq mədəniyyəti və estetik mədəniyyəti xüsusi qeyd etmək olar.
Əxlaq mədəniyyəti Tərbiyəçinin hərəkət və davranışının əx­la­qi prinsip və normalara uyğun olması, əxlaqi keyfiy­yət­lə­ri­nin yerindən, zamanından asılı olmaya­raq sabitliyi, ünsiyyət mə­də­niyyətinin olması, dinləməyi bacarmaq, çətin situasiya­lar­da özünü ələ ala bilmək, obyektivlik, uşaq şəxsiyyətinə hörmət­lə yanaşmaq, danışıq və davranışında müəyyən həddi göz­lə­mək, tələb etdiklərinə özünün əməl et­məsi və s.-dən ibarətdir.
Tərbiyəçinin bu keyfiyyətlərə malik olması əxlaqi sərvətlər, dəyərlər kimi onun nüfuzunu artırır. Bunlar həmçinin Tərbiyəçinin mədəni dünyagörüşünü atrırır. Onun xarakterinin forma­laş­masına təsir göstərir.
Tərbiyəçinin estetik mədəniyyəti onun nüfuzunun yüksəl­mə­­sində, əxlaqi mədəniyyətində heç də az rol oynamır. Onun es­tetik sərvətlərə–dəyərlərə yiyə­lən­məsi ziyalılıq səviyyəsinin əsas göstəricilərindən birinə çevrilir. Tərbiyəçinin təbiətə və cə­miy­­yətə estetik münasibəti, bədii mədəniyyətə yiyələnməsi, xalq sənətinə, həmçi­nin dünya bədii sənətinə, incəsənətinə bə­ləd olması, nəhayət, estetik zövqə, hissə və qabiliyyətə malik ol­ması onun bir Tərbiyəçi–ziyalı nüfuzunun yüksəlməsinə mü­hüm təsir göstərir. Mədəni xarici görünüş, təmiz, səliqəli, zövq­lü geyim də bu prosesdə az əhəmiyyət kəsb etmir. Tərbiyəçinin, xü­susən qadın Tərbiyəçilərin moda dalınca qaçması, ultra mo­dabazlığı, həddindən çox “qrimlənməsi” onun nüfuzuna xələl gətirir.


Yüklə 25,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin