9. Tərbiyəçi-müəllimin pedaqoji etikası və pedaqoji taktı



Yüklə 25,63 Kb.
səhifə2/6
tarix24.12.2022
ölçüsü25,63 Kb.
#77763
1   2   3   4   5   6
terbıyecı 9,10,11,12

Pedaqoji takt – Tərbiyəçinin uşaqlərlə, valideynlər və öz həmkarları ilə məqsədyönlü pedaqoji təsir ölçüsü, ünsiyyətin məh­suldar stildə yaradılması bacarığıdır. Pedaqoji taktın ma­hiy­­yətini təşkil edən bu məsələ Tərbiyəçinin öz fəaliyyətini nə­za­rət­də saxlamaq bacarığı, konkret situasiyalarda pedaqoji təsir vasitələrini düzgün seçə bilməsidir. Pedaqoji taktda Tərbiyəçi də­qiq və optimal hərəkət etməlidir. Bu baxımdan pedaqoji takt eyni zamanda həm ölçü hissi, həm fəaliyyətin şüurlu miq­darı, həm onu nəzarətdə saxlamaq bacarığı, həm də zəruri olduqda bir vasitənin digəri ilə əvəzləndirməsini nəzərdə tutur. Bütün hallarda Tərbiyəçinin davranış taktikası ondan ibarətdir ki, o, bu taktikanın nəticələrini qabaqcadan görməklə, pedaqoji fəaliy­yə­tin üsul və tonunu, zaman və yerini seçmək və eləcə də onların müvafiq hallarda Tərbiyəçinin şəxsi keyfiyyətləri, onun dünya­gö­rü­şü, mədəniyyəti, iradəsi, vətəndaş mövqeyi və peşə­karlıq us­ta­lığından asılıdır. Dərman tibdə dəqiq təyinetmə və qəbul re­ji­mi tələb etdiyi kimi Tərbiyəçinin sözündən, metodundan da op­timal istifadə edilməlidir. Ölçünün müəyyən həddi keç­mə­si, ola bil­­sin ki, əks reaksiya versin; eşitməməzliyinə, ko­bud­luğa sə­bəb olsun. Uşaqlərə hörmət etməklə Tərbiyəçi özü­nün uşaqlara hörmətini göstərə bilmək bacarığını əks etdirir. Buna görə də pe­­daqoji takt Tərbiyəçinin şəxsi keyfiyyətləri, dünyagörüşü, mə­də­­niyyəti, iradəsi, peşəkarlıq səviyyəsindən çox asılı olan bir keyfiyyətdir. Burada Tərbiyəçinin diqqətliliyi, ədalətli olması ha­di­sə və prosesləri düzgün qiymətləndirə bil­mə­si mühüm rol oynayır.
Pedaqoji takt Tərbiyəçinin davranışının müvazinətində aşkar­la­nır. O, uşaqlərə inam və optimistcəsinə fərziyyələrlə yanaş­ma­ğı tələb edir. Tərbiyəçinin inamı uşaq­lərə işləməyə stimul ola bilər.
Pedaqoji takt Tərbiyəçinin uşaqlərlə qarşılıqlı təsirində müx­təlif formalarda: dərsdə, qrupdənkənar tədbirlərdə və asudə vaxtda aşkarlanır. Dərsdə pedaqoji taktın ən zəruri göstəricisi Tərbiyəçinin öz fənnini gözəl bilməsi, onu sevməsi və uşaqlərə sevdirə bilməsidir.
Dərsdə uşaqlərin Tərbiyəçilə münaqişəsinin təhlili göstərir ki, bunun əsas səbələrindən biri dərsin məqsəd və mahiyyə­tin­dən uzaqlaşaraq Tərbiyəçinin uşaqlərin xarici görünüşünə, fik­ri­nə, bacarığına kobud iradları, yəni taktsızlığıdır. Bəzən Tərbiyəçi uşaqlərdən kiminsə küçədə necə və hansı geyimdə görün­dü­yünü qrupdə deyir, uşaqə irad tutur və bununla da onların arasında münaqişə başlayır.
Tərbiyəçinin taktı dərsin bütün mərhələlərində lazımdır. Xüsusən uşaqlərin bili­yinin yoxlanılması və qiymətləndiril­mə­sində Tərbiyəçi özünün davranışına xüsusi diqqət yetirmə­li­dir. Burada takt uşaqlərin cavablarını dinləmə bacarıqlarında özünü göstərir.
Bütün uşaqlər o vaxt cavab verməyi xoşlayırlar ki, onlar diq­qətlə, hörmətlə dinlənilir, onların cavablarına obyektiv ya­na­­şı­lır və düzgün qiymətləndirilirlər.
Buna görə də Tərbiyəçi uşaqlərin biliyinin qiymətləndiril­mə­sində taktiki hərəkət etməli, uşaqləri öyrənməyə həvəslən­dir­məli, onlarda idraki tələbatların forma­laş­dırılmasına xüsusi qayğı və diqqət göstərməlidir.
Pedaqoji takt Tərbiyəçinin davranışının çevikliyini, mütəhər­rik­liyini, yəni takti­kalı olmasını tələb edir. Tərbiyəçi uşaqlər qarşısında müxtəlif taktlar tələb edən rollarda çıxış edir. Məsə­lən, dərsdə–dəqiq, ciddi, düzəlişedici, qrupdənkənar işlərdə–ürəyi­açıq, mülayim, səmimi, oyunda–yoldaşlıq münasibəti, inam və s. Buna görə də müx­təlif iş formaları: iclas, disput, asu­də vaxt–Tərbiyəçidən ünsiyyətin müxtəlif stil­lərini tələb edir.
Pedaqoji takt pedaqoji ustalıqla birlikdə qazanılır və tərbi­yə edilir. O, Tərbiyəçinin öz üzərində müntəzəm, yorulmadan iş­lə­­məsi, xüsusi bilik və bacarıqlara yiyələn­məsi nəticəsində baş verir və formalaşır.
Pedaqoji takta yiyələnmək üçün Tərbiyəçi aşağıdakı bir sıra bacarıqlara malik olmalıdır:

  • uşaqları sevmək, onlara öz məhəbbətini göstərmək;

  • müşahidə etmək, uşaqların davranışının daxili mexaniz­mini görmək;

  • yaranmış vəziyyətə istiqamət götürməyi bacarmaq;

  • qarşılıqlı təsir bacarığını seçə bilmək;

  • uşaqlarla söhbət mədəniyyətinə malik olmaq.




Yüklə 25,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin