AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
  1   2   3   4   5   6   7   8   9   ...   36

 

 

AZƏRBAYCAN  DİLİ  VƏ  TARİXİ 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək 



və olduğu kimi qiymətləndirmək lazımdır‖ 

 

HEYDƏR ƏLĠYEV 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


AZƏRBAYCAN   MİLLİ   ELMLƏR   AKADEMİYASI 

 

A.BAKIXANOV   ADINA   TARİX   İNSTİTUTU 

 

 



 

 

AZƏRBAYCAN 

 

TARĠXĠ 

 

 

XIX əsr 

 

 



 

YEDDİ   CİLDDƏ 

 

IV CİLD 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

BAKI–2007 

 

 

 



 

 


Bu  kitab  “Azərbaycan  tarixi.  Yeddi  cilddə.  IV  cild”  (Bakı,  Elm,  1998)                                                                       

nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. 

 

 

 



 

Məsul redaktor:                         Mahmud Ġsmayılov 



                                                 AMEA-nın müxbir üzvü 

 

 



 

ISBN 978-9952-448-37-5 

 

947. 5402-dc22 

Tarix – Azərbaycan 

 

Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr). 

Bakı. ―Elm‖. 2007. 504 səh. + 48səh. illüstrasiya. 

 

Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX 



əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal 

torpaqları  Rusiya  imperiyasının  tərkibində  qaldı.  Cilddə  istilanın  gedişi,  çar 

Rusiyasının  Şimali  Azərbaycanı  ucqar  müstəmləkəyə  çevirməsi  siyasəti,  xalqın 

ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son 

rübündə  burada  kapitalist  münasibətlərinin  qərarlaşması,  bununla  əlaqədar 

sənayenin,  kənd  təsərüfatının  inkişaf  xüsusiyyətləri.  Soisal  dəyişikliklər,  siyasi-

ictimai  hadisələr,  eləcə  də  xalqımızın  millət  kimi  təşəkkül  tapması,  milli  şüurun 

yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılmışdır. 

 

 

 



 

©  ―Elm‖ nəşriyyatı, 2007 

 

 

 



 

 

 

 

 

GĠRĠġ 

 

―Azərbaycan  tarixi‖nin  dördüncü  cildində  XIX  əsrin  əvvəllərində  Şimali 



Azərbaycanın çar Rusiyası tərəfindən istilası, bu əsrdə onun sosial-iqtisadi, ictimai-

siyasi  həyatı  mədəniyyəti tarixi işıqlandırılır. Dövrün  mühüm  məsələlərini tədqiqi 

üçün,  əlbəttə,  tarixşünaslığın  istər  XIX  əsr,  istərsə  də  XX  əsrdə  əldə  etdiyi 

nailiyyətlərdən,  həmçinin  ilk  mənbələrdən  istifadə  olunmuşdur.  Biz  ilk  mənbələr 

dedikdə,  Rusiyanın  Mərkəzi  Dövlət  Tarix  arxivində,  Mərkəzi  Dövlət  Hərbi  Tarix 

arxivində,  Peterburq  MDTA,  Gürcüstan  və  Azərbaycanın  tarix  arxivlərində  XIX 

əsr  tariximizin  müxtəlif  məsələləri  üzrə  toplanmış  materialları,  həmçinin  çap 

olunmuş  mənbələri,  ilk  növbədə  on  iki  cilddən  ibarət  ―Qafqaz  Arxeoqrafiya 

Komissiyasının  Aktları‖nı,  bununla  yanaşı,  XIX-XX  əsrlərdə  Rusiya  və 

Azərbaycan tarixşünaslığının nailiyyətlərini nəzərdə tuturuq. 

Azərbaycan  çar  Rusiyası  tərəfindən    istila  edildikdən  sonra  rus  alimləri 

Azərbaycan  xalqının  XIX  əsr  sosial-iqtisadi,  siyasi  və  mədəniyyət  tarixini  tədqiq 

etmək  sahəsində  müəyyən  işlər  görmüşlər.  Bu  alimlərdən  İ.N.Berezinin  1849-

1852-ci  illərdə  nəşr  olunmuş  ―Dağıstan  və  Zaqafqaziya  səfəri‖  əsərini  qeyd 

etməliyik.  S.B.Bronevskinin,  O.Yevetskinin,  B.Zubovun,  Y.A.Qaqameystürin, 

Q.E.Startsevin,  V.Simonoviçin,  S.D.Perşkenin,  A.Brilinskinin,  İ.L.Seqalın, 

N.A.Petrovun,  V.İ.Masalskinin  və  başqalarının  özündə  Azərbaycanın  XIX  əsr 

tarixi  məsələlərini  əks etdirən əsərlərini də göstərməliyik. Azərbaycanın XIX  əsrə 

qədərki,  həmçinin  XIX  əsrin    əvvəlləri  tarixinin  bəzi  məsələlərini  özündə 

cəmləşdirmiş əsərlərin –  ―Qarabağnamə‖lərin  müəllifləri Mirzə Yusif Qarabağini, 

Mir  Mehdi  Xəzanini,  Mirzə  Adıgözəl  bəyi,  Mirzə  Camalı,  Əhməd  bəy  Cavanşiri, 

Məhəmməd  Baharlını  da  unutmamalıyıq.  Bu  dövrün  belə  tarixçilərindən 

danışarkən  Abbasqulu  Ağa  Bakıxanovun  ―Gülüstani  –  İrəm‖  kitabını  və 

əsərlərində  XIX  əsrin  I  yarısı  tariximizin  bir  sıra  məsələlərini  əks  etdirən, 

Dərbənddə  doğulmuş,  Qazan  və  Peterburq  Universitetində  işləmiş  Mirzə 

Məhəmməd Əli Kazım bəyi xüsusilə qeyd etməliyik. 

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  Peterburqda,  Rusiyanın  digər 

şəhərlərində  yaşamış  tarixçilərdən  İ.Q.Butkovu,  V.A.Pottonu,  N.F.Dubrovini 

göstərmək  lazımdır.  Onların  əsərlərində  Azərbaycanın  XIX  əsr  siyasi,  sosial-

iqtisadi tarixinin bir çox məsələləri öz əksini tapmışdır. 

XIX əsrin 50-ci  və sonrakı illərində  yaşamış, o dövrün  mətbuatında XIX 

əsr  Azərbaycan  tarixinin  bir  çox  məsələlərinə,  xüsusən  Azərbaycan  şəhərlərinin 

tarixilə  bağlı  məsələlərə  toxunmuş  Kərim  bəyi,  Səfiyev  Mirzə  Məmmədəlini, 

Vəlizadə  Mirzəni,  Cəlal  Əfəndini,  Həsən  bəy  Bağırovu,  N.Qiyasbəyovu, 

M.Quliyevi, Rəşid bəy Əfəndiyevi, M.A.Şaxtaxtinskini, Mir Həşim bəy Vəzirovu, 

M.Əfəndiyevi,  F.  Və  Z.Sultanovları,  M.Mahmudbəyovu,  H.Minasazovu, 

A.M.Mehmandarovu,  T.Bayraməlibəyovu  göstərmək  olar.  Xalqımızın  görkəmli 


oğulları  olan  M.F.Axundov,  Seyid  Əzim  Şirvani,  Həsən  bəy  Məlikov  Zərdabi  də 

öz əsərlərində XIX əsr tarixinin bir sıra məsələlərinə toxunmuşlar. 

1904-cü  ildə  Rəşid  bəy  İsmayılovun  ―Qafqazın  qısa  tarixi‖  kitabı  nəşr 

olunmuşdur.  Bu  kitabda  Qafqazın,  o  cümlədən  Azərbaycanın  XIX  əsr  tarixinin 

bəzi məsələləri öz əksini tapmışdır. 

Hacı  Şeyx  Həsən  Mollazadənin  dördcildlik  ―Zübdət-üt-təvarix‖  adlı 

əsərinin  dördüncü  cildində  İranın,  Qafqazın,  Orta  Asiyanın  tarixi  ilə  yanaşı, 

Azərbaycan  tarixinin  XVIII  əsrin  sonundan  başlayaraq  XX  əsrin  birinci  on  illiyi 

dövrü məsələləri də işıqlandırılmışdır. 

1918-ci il mayın 28-də elan olunmuş  müstəqil Azərbaycan  Cümhuriyyəti 

dövründə  digər  vacib  məsələlərlə  yanaşı,  maarifin,  o  cümlədən  tarixşünaslığın 

inkişafı  üçün  bir  sıra  tədbirlər  həyata  keçirilmiş,  elm,  adamları  hazırlamaq  üçün 

xarici  ölkələrə  nümayəndələr  göndərilmiş,  1919-cu  ildə  Bakı  Universiteti 

yaradılmışdı.  O  vaxta  Parisdə  Adilxan  Ziyadxanovun  ―Azərbaycan‖,  Əkbərağa 

Şeyxülislamovun  ―Qafqaz  Azərbaycan  Respublikası‖  kitabları  çapdan  çıxmış, 

M.Ə.Rəsulzadənin ―İran və Azərbaycan‖, ―Azərbaycanın paytaxtı‖ məqalələri çap 

olunmuşdu.  Bu  məqalələrdə  çox  mühüm  məsələlərə  -  Azərbaycan  xalqının 

təşəkkülü, onun qonşu xalqlarla əlaqələri, Bakı şəhərinin inkişafı və s. Məsələlərə 

toxunulur. Azərbaycanın mədəni həyatını, tarixi keçmişini işıqlandırmaqda ―Səfa‖, 

―Nicat‖,  ―Nəşri-maarif‖,  İran  maarifçisi  ―Tərəqqi‖  cəmiyyətləri  mühüm  rol 

oynamışdılar. 

1920-ci  il  aprelin  28-də    Azərbaycanda  sovet  hakimiyyəti  elan 

olunduqdan    sonra  ictimai  elmləri,  o  cümlədən  Azərbaycan  tarixini  öyrənən  elmi 

qurumlar  meydana  çıxmağa  başladı.  1923-cü  ildə  Azərbaycanı  öyrənən 

―Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti‖ yaradıldı. 

Azərbaycanda 

1929-cu 

ildə 


Azərbaycan 

Dövlət  Elmi-Tədqiqat 

İnstitutunun yaradılması respublikada Azərbaycan tarixinə dair tədqiqatların həyata 

keçirilməsində və yazılı tarixi mənbələrin nəşrində mühüm rol oynadı. 

1932-ci  ildə  SSRİ  Elmlər  Akademiyasının  Zaqafqaziya  Filialının 

Azərbaycan  şöbəsi,  1936-cı  ilin  martında  isə  Elmlər  Akademiyasının  filialı 

yaradılmışdı. Onun nəzdində Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət 

göstərirdi.  1970-ci  ildə  bu  institut  Tarix  İnstitutu  adlandırıldı.  Onun  nəzdində 

arxeologiya  və  etnoqrafiya  bölmələri  yaradıldı.  Lakin  təəssüf  ki,  Azərbaycanın 

XIX  əsr  tarixini  tədqiq  etmək  sahəsində  əhəmiyyətli  bir  iş  görülmürdü.  Əsas  iş 

marksizm-leninizm  klassiklərinin  əsərlərinin  nəşrinə  və  XX  əsrin  ilk  iki  on 

illiyində baş verən fəhlə çıxışlarının öyrənilməsinə yönəldilmişdi. Bununla yanaşı, 

akademik  V.V.Bartoldun  Bakıda  1925-ci  və  1926-cı  illərdə  nəşr  etdiyi 

―Azərbaycan tarixinin qısa xülasəsi‖ və ―Türk xalqlarının tarixinin öyrənilməsinin 

müasir vəziyyəti və ən vacib vəzifələri‖, akademik A.N.Samoyloviçin ―Qafqaz və 

Türk dünyası‖ əsərlərini göstərmək olar. N.İ.Meşşaninov, Ə.Ələkbərov, P.K.Juze, 

Əziz Qubaydulin kimi alimlər Azərbaycan tarixinin müxtəlif dövrləri və məsələləri 


üzrə  əsərlər  nəşr  etsələr  də,  bu  əsərlərdə  Azərbaycanın  XIX  əsr  tarixi  məsələləri 

tədqiq olunmamışdır. 

Azərbaycanın  XIX  əsr  tarixi  məsələlərini  ilık  tədqiq  edənlərdən  Bakı 

Universitetinin  professoru  Q.Q.Pisarevski,  T.Passek,  T.Latınin,  V.M.Sısoyev 

olmuşlar.  Bu  istiqamətdə  V.M.Sısoyevin  1925-ci  ildə  nəşr  etdirdiyi  ―Azərbaycan 

tarixi (Şimali)‖ əsərini xüsusi qeyd etmək lazımdır. 

Bu  dövrdə,  yəni  1920-ci  illərdə  Vəli  Xuluflu,  M.Əfəndizadə,  H.İmanov, 

Abdulla  Salamzadə,  Ağamir  Məmmədov,  Rəşid  İsmayılov  və  başqaları  kimi 

azərbaycanlı  tarixçilərimiz  olmuşdur.  Onlar  da  öz  tədqiqatlarında  Azərbaycanın 

XIX  əsr  tarixi  məsələlərinə  toxunmamışlar.  H.Minasazov  isə  1826-1828-ci  illər 

Rusiya-İran  müharibəsi  məsələlərinə  xüsusi  əsər  həsr  etmiş  və  1826-cı  ildə 

Gəncədə  Rusiya  işğalına  qarşı  baş  vermiş  üsyanla  əlaqədar  olaraq öz  əsərini  ―Bir 

inqilabın yüz illiyi‖ adlandırmışdı. 

40-cı  və  50-ci  illər  Azərbaycanda  tarixçi  alımlər  nəsli  yetişdi.  Onlardan 

yalnız 

Ə.S.Sumbatzadə, 



İ.M.Həsənov, 

M.Ə.İsmayılov, 

M.M.Əfəndiyev, 

R.Ə.Mehdiyev,  İ.A.Talıbzadə  XIX  əsr  tarixi  mənbələrinin  tədqiqi  ilə  məşğul 

olmuş,  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  istilası  məsələlərinə  dair  onlarla 

məqalə,  Azərbaycanda aqrar münasibətlər, kənd təsərrüfatı və  sənayenin,  xüsusən 

neft  sənayesinin  tarixinə  dair  əsərlər  nəşr  etmişlər.  Bu  istiqamətdə  Rusiya 

tarixçiləri  N.Q.Boqdanova,  K.A.Pafitnov  və  Q.Q.Pisarevski  müəyyən  işlər 

görmüşlər. 

1950-ci  illərin  sonu  –  1960-cı  illərin  əvvəllərində  üç  cilddən  ibarət 

―Azərbaycan  tarixi‖  nəşr  olundu.Onun  II  cildi  Azərbaycanın  XIX-XX  əsrin 

əvvəllərinə  dair  tarixinə  həsr  olunmuşdur.  Bu  cild,  demək  olar  ki,  Azərbaycanın 

XIX  əsr  tarixinə  bütövlükdə  həsr  olunmuş  ilk  əsəridir.  Cildin  yazılması  üçün 

müəlliflər  külli  miqdarda  material  toplamışlar.  Bu  materialların  əksəriyyəti 

tarixşünaslıq elminə ilk dəfə gətirilmiş, XIX əsr tarixinin istər sosial-iqtisadi, istər 

siyasi,  istərsə  də  mədəniyyət  problemlərinə  dair  ətraflı  və  yeni  məlumatlar 

verilmişdir.  Bu  dövrdə  Ə.N.Quliyevin  və  İ.M.Həsənovun  XIX  əsrin  birinci 

yarısında  Azərbaycan  tarixşünaslığına  dair  kitabı  da  nəşr  olunmuşdur.  Bu  sahədə 

Ə.S.Sumbatzadənin,  M.C.İbrahimovun  və  Ə.Hüseynzadənin  xidmətləri  də  qeyd 

olunmalıdır. 

Üçcildlik ―Azərbaycan tarixi‖ nəşr edildikdən sonrakı illərdə Azərbaycan 

tarixinin  bütün  dövrləri  üzrə.  O  cümlədən  XIX  əsr  üzrə  tədqiqatlar  sahəsində 

xüsusi  nailiyyətlər  əldə  edildi,  bir  neçə  kitab,  xeyli  məqalə  nəşr  olundu.  Bu 

istiqamətdə  Ə.S.Sumbatzadənin  XIX  əsr  kənd  təsərrüfatı  və  sənayə  tarixinə, 

M.Ə.İsmayılovun  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəlləri  ndə  Azərbaycanın  kənd 

təsərrüfatı və sənaye tarixinə, kənd təsərrüfatında kapitalizmin inkişafı tarixinə həsr 

etdikləri 

monoqrafiyaları  qeyd  olunmalıdır.  Bu  dövrdə  sonuncunun 

M.C.İbrahimovla  birlikdə  Azərbaycanın  neft  sənayesi  tarixinə,  A.Ş.Milmanın 

Azərbaycanın siyasi quruluşuna, İ.V.Striqunovun proletariatın formalaşmasına həsr 



etdikləri  monoqrafiyaları  qeyd  olunmalıdır.  İ.A.Talıbzadənin  XIX  –  XX  əsrin 

əvvəllərində suvarma və sudan istifadəyə, D.İ.İsmayılzadənin XIX əsrin 30-cu illər 

XX  əsrin  başlanğıcında  rus  kəndlilərinin  Azərbaycana  köçürülməsi,  Hacı  Murad 

İbrahimbəylinin  Azərbaycanın  XIX  əsr  hərbi  tarixinə  həsr  olunmuş  əsərlərini 

göstərmək olar. 

      Sonrakı  dövrü,  yəni  70-ci  illərin  sonu  –  90-cı  illər  tarixşünaslığı 

məsələlərinə toxanmazdan əvvəl bir məsələnin üzərində dayanmaq zəruridir.  

 

 



XX  əsr  Azərbaycan  tarixinin  bir  sıra  məsələləri  adları  çəkilən 

əsərlərin  çoxunda  sovet  dövrünün  kommunist  ideologiyasının  hakim 

―konsepsiyasının‖ təsiri altında müəyyən istiqamətdə təhrif olunmuşdu. Göstərilən 

məsələlərdən biri Azərbaycanın XIX əsrin birinci onilliklərində yazılmış əsərlərdə, 

həm  rus,  həm  də  Azərbaycan  tarixşünaslığında  bu  məsələ,  yəni  çar  Rusiyasının 

Azərbaycanı  istila  etməsi  düzgün  qiymətləndirilmişdir.  Lakin  40-cı  illərdən  sonra 

istər  Rusiya,  istərsə  də  Azərbaycan  tarixşünaslığında  ―hakim‖  ideologiyasının 

diktəsi  ilə  dəyişiklik  aparılmış,  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  zəbt 

olunması,  onunucqar  müstəmləkə  olması ―birləşmə‖  məfhumu ilə  əvəz  edilmişdi. 

Azərbaycan  tarixşünaslığında  hələ  1950-ci  illərdə  ―Azərbaycanın  Rusiyaya 

birləşdirilməsi və onun iqtisadiyyat və mədəniyyət sayəsində mütərəqqi nəticələri‖ 

əsəri,  bir  sıra  məqalələr  nəşr  olunmuşdur.  Bundan  başqa,  1964-cü  ildə 

―Azərbaycanın  Rusiyaya  daxil  olmasının‖  150  illiyi  respublikada  təntənəli  qeyd 

edilmişdir. Fəqət elmi həqiqət bərpa olundu. 80-cı illərdə tarixşünaslığımızda əsaslı 

dəyişiklik  baş  verdi,  hadisələr  həqiqi  surətdə  təhlil  olundu,  Azərbaycanın  çar 

Rusiyası  tərəfindən  istilası  məsələsi  də  düzgün  işıqlandırıldı.Başqa  misallar  da 

gətirmək olar. Məlum olduğu kimi, çar Rusiyasının işğalından sonra 1804-cü ildə 

Car-Balakəndə,  1826-cı  ildə  Gəncədə,  30-cu  illərdə  Car-Balakəndə,  Qubada, 

sonrakı  illərdə,  həmçinin  Şeyx  Şamilin  Dağıstanda  üsyanı  zamanı  Azərbaycanın 

Dağıstanla  sərhəd  rayonlarında  (Zaqatala.  Şəki  və  b.)  üsyanlar  baş  vermişdi.  Bu 

üsyanlara  tarixşünaslıqda  1940-1970-ci  illərdə  düzgün  qiymət  verilməmiş,  hətta 

bəzi  hallarda  onlar  qiyam  belə  adlandırılmışdı.  Halbuki  bu  üsyanlarəsasən  çar 

müstəmləkəçiliyinə  qarşıyönəldilmişdi.  Eyni  sözləri  XIX  əsrin  son  rübündə  baş 

vermiş qaçaq hərəkatına da aid etmək olar.   

 

 

 



 

 

   Sonrakı  illərdə,  xüsusən  80-cı  illərin  ikinci  yarısından,  SSRİ-



nin süqutundan başlayaraq, tarixi tədqiqatlarda həqiqətlər bərpa olunmağa başladı. 

Bu  baxımdan  80-ci  və  90-  cı  illərin  tarixşünaslığında  ilk  növbədə  Tarix 

İnstitutunun  kollektivi  tərəfindən  Azərb.  EA  müxbir  üzvi  İ.H.Əliyevin 

redaktorluğu  ilə  1993-cü  ildə  azərbaycanca,  1995-ci  ildə  rusca  işıq  üzü  görmüş 

―Azərbaycan  tarixi‖  kitablarını  qeyd  etmək  lazımdır.  1994-cü  ildə  akademik 

Z.M.Bünyadov  və  professor  Yusif  Yusifovun  redaktəsi  altında  nəşr  olunmuş 

―Azərbaycan  tarixi‖  kitabında  XIX  əsr  dövrü  Azərb.  EA  müxbir  üzvü 

M.Ə.İsmayılov tərəfindən yazılmışdı. Bundan başqa, M.Ə.İsmayılov 1992-1997-ci 

illərdə  üç  dəfə,  eyni  zamanda  1995-ci  ildə  rus  dilində,  yenə  həmin  ildə  Dubayda 


ərəb dilində ―Azərbaycan tarixi‖ kitablarını nəşr etdirmişdir. Bu kitablarda da XIX 

əsr Azərbaycan tarixi özünün xüsusi təhlilini tapmışdır. 

 

 

 



 

70-90-cı  illərdə  çoxsaylı  ixtisaslı  tarixçilərimizin  Azərbaycab 

tarixinin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi üzrə xeyli əsərləri nəşr olundu. 

Lakin  təəssüf  ki,  XIX  əsr  tarixinə  dair  monumental,  ümumiləşdirici  monoqrafiya 

və  digər  əsərlər  azdır.  Çapdan  çıxmış  əsərlərin  çoxu  Azərbaycanın  sosial-iqtisadi 

tarixinə  həsr  olunmuşdur  Bu  məsələlərdən  XIX  –  XX  əsrin  əvvəllərində 

Azərbaycanın  sosial-iqtisadi  quruluşu,  Azərbaycan  kəndinin  sosial-iqtisadi 

inkişafının  səviyyəsi,  neft  sənayesinin  tarixi,  Azərbaycanda  kənd  təsərrüfatı 

alətlərinin istehsalı, torpaq sahibliyi və torpaqdan istifadə, neft istehsalı və Rusiya 

iqtisadiyyatı, mülkədar təsərrüfatı və s. Problemlər M.Ə.İsmayılov, Q.C.Cavadov, 

Y.İ.Ələsgərov, V.H.Kərimov, V.A.Səmədov,  M.M.Gülmalıyev və  Ə.A.Umayevin  

əsərlərində öz əksini tapmışdır. 

 

 

 



 

 

 



 

Tarixi  əsərlər  içərisində  Azərbaycanın  Rusiya  ilə  münasibətləri, 

ümumiyyətlə,  ölkənin  siyasi  tarixinə  dair  də  əsərlər  vardır.  Bu  istiqamətdə 

XV_XIX  əsrlərdə  Azərbaycan  –  Rusiya  münasibətləri,  çarizmin  siyasətini 

Azərbaycanda  həyata  keçirənlər,  rus  kəndlilərinin  Zaqafqaziyaya,  o  cümlədən 

Azərbaycana  köçürüməsi  və  s.  Mövzulara  tarixçilərdən,  F.M.Əliyev,  F.Əsədov, 

D.İ.İsmayılzadə,  S.Kərimova  öz  əsərlərində  geniş  yer  vermişlər.  Tarixçi  alimlər, 

başqa  sahələrin  tədqiqatçıları  Azərbaycanda  təhsil  və  bununla  bağlı  məsələlərin 

tədqiqinə  də  çox  diqqət  yetirmişlər.  Rusiya  ali  məktəblərində  təhsil  alan 

azərbaycanlılar,  XIX  əsrdə  Azərbaycan  ziyalıları,  Azərbaycanda  siyasi  təhsil, 

Azərbaycan  məktəbləri,  maarif,  Azərbaycan  burjuaziyasının  maarifçilik  fəaliyyəti 

və  s.  Məsələlər  E.S.Əliyev,  D.S.Hüseynova,  M.F.Məlikov,  A.Q.Mustafayev, 

N.A.Tahirzadə və S.Talıbova kimi tarixçilərin əsərlərində şərh olunmuşdur. 

Tarixçilər  və  digər  ixtisasçılar  Azərbaycan  mədəniyyətinin  bir  çox 

sahələri,  dövri  mətbuat,  görkəmli  siyasi  və  mədəniyyət  xadimləri  barəsində  xeyli 

əsərlər yazmışlar. Bunlardan  Azərbaycanın dövri  mətbuatı, M.Şaxtaxtinskinin rus 

dövri mətbuatında fəaliyyəti, Azərbaycan teatrı, onun inkişaf mərhələləri, H.Cavid, 

Ü.Hacıbəyov  haqqında,  mədəniyyət,  mətbuatda  Azərbaycanda  ədəbi  tənqid 

məsələləri  N.Axundov,  K.Zeynalova,  İ.Kərimov,  Q.Məmmədli,  S.Mövlayeva, 

K.Talıbzadə tərəfindən tədqiq olunmuşdur. 

Tarixşünaslıqda XIX əsr tarixinə dair, şəhərlərin tarixi, şəhərlərin su və s. 

Ilə  təchizatı  məsələləri  və  digər  mövzular  üzrə  də  xeyli  işlər  görülmüşdür. 

Bunlardan  Bakı  (N.Məmmədov  və  M.Ə.Musayev),  Şimali  Azərbaycan  şəhərləri 

(E.B.Muradəliyeva), 

Şəki 

(M.Ə.İsmayılov), 



Gəncə 

(kollektiv), 

Şuşa 

(G.N.İsmayılova)  şəhərlərin  tarixini  göstərmək  olar.  Bununla  yanaşı,  XIX  əsrdə 



Azərbaycanda  şəhər  tikintisi,  memarlıq,  şəhərlərin  təchizatı  məsələlərinə  də 

tədqiqatlar həsr olunmuşdur (V.Xanəliyev, Ş.S.Fətullayev). 



Bu  dövrdə  mətbuat  (V.Məmmədov),  Azərbaycan  burjuaziyasının 

xeyriyyəçiliyi  (M.Ə.İsmayılov),  Azərbaycan  tarixşünaslığı  (Ə.S.Sumbatzadə) 

məsələlərinə dair də əsərlər nəşr olunmuşdur. 

Cilddə,  müəyyən  fəsillərdə  dövrünə  görə,  Cənubi  Azərbaycan  tarixinin 

sosial-iqtisadi, siyasi və mədəniyyət problemləri haqqında məlumatlar verilir. 

Cildin mətni aşağıdakı müəlliflər tərəfindən yazılmışdır: 

Giriş: M.Ə.İsmayılov. 

I fəsil: Azərb. EA müxbir üzvü M.Ə.İsmayılov, 

II  fəsil:  Akad  Ə.S.Sumbatzadə,  M.Ə.İsmayılov,  tarixm  elmləri  doktoru 

Ə.A.Umayev,  t.e.d.,  prof.  T.T.Vəliyev,  t.e.d.,  prof.  İ.M.Həsənov,  iqtisad  elmlər 

doktoru M.Ə.Musayev, t.e.d M.İbrahimov, t.e.d. P.Ş.Milman, t.e.n. İ.A.Talıbzadə. 

III fəsil: hüquq elmləri doktoru Ə.M.Əhmədov, t.e.n. N.A.Tahirzadə, t.e.n. 

N.Məmmədov. 

IV fəsil: M.Ə.İsmayılov, P.Ş.Milman. 

V  fəsil:  Ə.S.Sumbatzadə,  M.Ə.İsmayılov,  T.T.Vəliyev,  M.C.İbrahimov, 

Ə.A.Umayev, İ.V.Striqunov, M.Ə.Musayev, t.e.n. R.Bağırov. 

IV fəsil: M.Ə.İsmayılov, İ.M.Həsənov, Ə.A.Umayev, İ.A.Talıbzadə. 

VII 


fəsil: 

M.Ə.İsmayılov,  M.C.İbrahimov,  İ.V.Striqunov,  t.e.d. 

D.B.Seyidzadə. 

VIII fəsil: İ.V.Striqunov. 

IX  fəsil:  Azərb.  EA  həqiqi  üzvü  Ə.Salamzadə,  N.Tahirzadə,  t.e.n. 

L.Əliyeva, t.e.n. H.N.Həsənov, 

 

*** 


Tarix  İnstitutu  hələ  70-ci  illərin  əvvəllərindən  çoxcildli  ―Azərbaycan 

tarixi‖ni  hazırlamağa  başlamışdı  və  bir  neçə  cildlərin  mətnləri  hətta  müzakirədən 

keçmişdi. Lakin çoxcildlik üzrə görülən işlər tamamlanmamışdı. 

Təqdim  olunmuş  cildin  siyahıda  göstərilmiş  müəlliflərinin  bir  çoxu  artıq 

dünyasını dəyişmiş (Ə.S.Sumbatzadə, İ.M.Həsənov, M.Ə.Musayev, İ.A.Talıbzadə, 

İ.V.Striqunov,  Ə.Salamzadə,  L.Əliyeva),  yaxud  da  İnstitutun  elmi  fəaliyyətində 

iştirak  etmirlər.  Təqdim  olunmuş  mətnlər  müasir  dövrün  tələbləri  əsasında 

redaksiya  və  müəlliflər  heyəti  tərəfindən  işlənmişdir.  İnstitutun  IV  cildin  məsul 

redaktoru  Azərb.  EA  müxbir  üzvü  M.Ə.İsmayılovun  başçılıq  etdiyi  yeni  tarix 

şöbəsinin  işçiləri  bu  mətnlər  üzərində  əsaslı  surətdə  işləməli  olmuşlar.  Onlardan 

tarix  elmləri  doktorları  mərhum  D.S.Hüseynovanı,  D.B.Seyidzadəni,  tarix  elmləri 

namizədləri  H.N.Həsənov,  S.M.Mustafeyava,  N.R.Məmmədov,  Z.A.Qafarova, 

İ.S.Bağırova, K.R.Ocaqova, E.S.Əliyev, G.N.İsmayılovanı göstərmək olar. Əslində 

onlar  həm  müəllif  kimi  cildə  yeni  elmi  əlavələr,  həm  də  son  illərdə  araşdırmalar 

nəticəsində  əldə  edilmiş  məlumatlar  daxil  etmişlər.  Onların  əməkləri 

minnətdarlıqla qeyd olunur. 

 


I FƏSĠL 

 

 



ġĠMALĠ AZƏRBAYCANIN 

RUSĠYA TƏRƏFĠNDƏN ĠSTĠLASI 

 



Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə