Fənn:Tətbiqi fizika
Mövzu:Tansformatorun quruluşu,iş prinsibləri və növləri
Fakültə:Fizika-texnologiya
Qrup:2531a
Tələbə:İsmayilov Taryel
Müəllim:Mədətov Rəhim
BAKI--2022 Transformator dəyişən cərəyanın tezliyini dəyişmədən, gərginlik və cərəyanı bir qiymətdən digər qiymətli kəmiyyətlərə çevirən statik elektromaqnit qurğudur. Gərginliyin yüksəldilməsi yüksəldici transformatorların köməyilə, azaldılması alçaldıcı transformatorlar vasitəsilə həyata keçirilir.
Transformatorlar energetikada, radiotexnikada, rabitə sistemlərində, avtomakida, ölçmə texnikasında və. s sahələrdə tətbiq edilir. Transformatorlar vəzifəsinnə görə aşağıdakılara bölünürlər: energetik sistemlər- də böyük güclərin ötürülməsi və paylaşdırılmasında, gərginliyin tənzimləndirilməsi qurğularında, dəyişən cərəyan elektrik mühərriklərini, işıqlandırma şəbəkələrini qidalandıran güc transformatorları, qaynaq aparatlarını, elektrik sobalarını və s . işlədiciləri qidalandıran xüsusi transformatorlar
, ölcmə texnikasında istifadə olunan ölçü transformatorları, radiocihazlarda istifadə olunan radio transformatorlar. Fazaların sayına görə transformatorlar birfazalı və çoxfazalı (adətən üçfazalı) olurlar. Rabitə texnikasında istifadə edilən transformatorlar alçaq və yüksək tezlikli olurlar. Dolaqların sayına görə transformatorlar bir dolaqlı (avtotransformator), iki dolaqlı və çox dolaqlı olurlar.
Transformatorlar müxtəlif səbəblərə görə aşağıdakı qruplara bölünür:
Dolaqlardan birinin gərginliyinə görə - alçaq gərginlikli və yüksək gərginlikli transformatorlar (1000- 1500V-dan yüksək)
Nüvələrin konstruksiya növünə görə - zirehli, çubuqşəkilli və toroidal şəkilli transformatorlar. Zirehli transformatorun nüvəsi Ш- şəkillidir və dolağı bir sarğacdan ibarətdir. Cubuqşəkilli transformatorun nüvəsi П- şəkillidir və iki sarğaclıdır. Torodial şəkilli transformatorun nüvəsi halqavaridir.
Soyudulma şərtlərinə görə - təbii hava vasitəsi ilə, məcburi hava vasitəsilə, mayelər vasitəsi ilə və s. soyudulan transformatorlar. Hava ilə soyudulan transformatorlar quru, mayelər (yağ) vasitəsi ilə soyudulan transformatorlar yağ transformatorları adlanır.
Gücün qiymətinə görə - kiçik güclü (bir neçə kVt), orta və böyük gücə malik transformatorlar.
İş müddətinə görə - çox müddətli (10000-20000 saat), az müddətli (1san-10 dəq ) və s. olan transformatorlar.
1.GÜC TRANSFORMATORLARI Yuxarıda göstərilən növ şəbəkə elektrik çevirmək olanlardır. Bu, yalnız transformator yarımstansiyaların yüklü deyil. güc transformatorları müxtəlif növ, onlar məsələn 110 kV gərginlikli, bir yarımstansiyanın halda 6 kV aşağı yalnız xidmət edir. Bunlar, və ev radio enerji təchizatı istifadə cihazlar. Əslində, bütün oxşar dizayn, ümumi komponentləri var.Hətta qaynaq transformers, müxtəlifdir növləri olan, bənzər quruluşu var. onsuz isə qaynaq işləri, belə bir neft soyutma sistemi ilə təchiz olunub yarımstansiyalarda maşın güc kimi yalnız kiçik nüanslar var. Amma nəhayət çıxış cari tənzimlənməsi var. Bu metal müxtəlif qalınlığı qaynaq üçün lazımdır. Yaxşı, cihazlar gündəlik həyatda istifadə və bütün belə düzəlişlərin məhrum.
2.AVTOTRANSFORMATOR Avtotransformator - əsas və orta windings birbaşa bağlı olan növlərinin biridir. Bu mümkün bir elektrik cihaz keçid, həm də elektromaqnit yalnız əldə edir. Adətən gərginliklər bir sıra almaq üçün imkan verir çıxış üç avtomatik transformator var. avtomatik transformator bir fərqləndirici xüsusiyyəti - yüksək səmərəlilik. Amma bir böyük günah var - əsas və orta sxemlərin elektrik bir-birindən təcrid deyil. güc istehlakçıların belə tənzimləmə transformator üçün əsasən istifadə olunur.
Transformatorlar iki əsas hissədən: qapalı maqnitkeçiricidən – nüvədən və onun üzərində yerləşdirilmiş dolaqlardan ibarətdir. Radoitexniki sxemlərdə istifadfə edilən kiçik güclü yüksəktezlikli transformatorlarda maqnitkeçirici hava mühitindən ibarət olur. Transformatorlar çubuq və zirehli nüvəli olurlar. Çubuq nüvəli transformatorlarda dolaqlar nüvəni, zirehli nüvəli transformatorlarda, əksinə nüvə dolağı əhatə edir.Zirehli transformatorlarda sarğacların dolaqları mexaniki zədələnmələrdən yaxşı mühafizə olunur. Maqnitkeçiricinin boyunduruq adlanan yuxarı hissəsi çubuqlara dolaqlar (sarğaclar) oturulduqdan sonra bərkidilir. Hava boşluğunun olmaması üçün çubuqlar və boynduruq çox kip birləşdirilir.
Kiçik güclü transformatorlarda preslənmiş halqalardan və ya uzun lentlərdən sarınmış maqnitkeçiricilərdən istifadə olunur. Bu nüvələrdə hava boşluğu olmur, ona görə də hava boşlugu olmur.Yüksək tezliklərə hesablanmış transformatorlarda halqalı nüvələr çox vaxt izolyasiya lakları ilə qarışdırılmış ferromaqnit tozundan preslənərək hazırlanır.
Nüvə qalınlığı 0,350,5 mm olan xüsusi yüksək elektromaqnit keçiriciliyinə malik elektrotexniki polad vərəqələrdən hazırlanır. Nüvəni polad vərəqələrdən hazırlamaqda məqsəd orada dəyişən maqnit selinin təsirindən yaranan burulğanlı cərəyanları (Fuko cərəyanları) azaltmaqdır. Polad vərəqələr bir-birindən istiyə davamlı lak və ya xüsusi kağızla izolyasiya edilir. Ən sadə və ucuz başa gələn izoledici vasitə poladın səthinin qızdırılma yolu ilə oksidləşməsindən yaranan təbəqə ilə örtürülməsidir. Bəzi hallarda polad vərəqələrin bir üzü yağlarda həll olmayan xüsusi sintetik laklarla 0,04÷0,06 mm qalınlığında örtülür.
Transformatorun nüvəsi kvadrat və ya çoxpilləli çoxbucaqlı formada hazırlanır. Kvadrat formalı en kəsiyinə malik nüvə ancaq kiçik güclü transformatorlarda , çoxbucaq formalı nüvələr isə böyük güclü transformatorlarda tətbiq edilir.
Transformatorların dolaqları mis məftildən hazırlanır, eyni bir və ya müxtəlif çubuqlarda, yanaşı və bir-birinin altında qoyulur. Nəzərə almaq lazımdır ki, dolaqlar bir-birinin altında qoyulanda çubuğa əvvəlcə alçaq gərginlik dolağı, ondan yuxarıda yüksək gərginlik dolağı yerləşdirilir.
Transformatorun dəyişən cərəyan mənbəyinə qoşulmuş dolaqlarına birinci tərəf, yükə və ya işlədicilərə qoşulmuş dolaqlarına ikinci tərəf dolaqları deyilir. İkinci tərəf dolağının gərginliyi U2, birinci tərəf dolağının U1gərginliyindən kiçik olarsa, transformator alçaldıcı, böyük olduqda isə yüksəldici transformator adlanır.
Transformatorlar dönmə qabiliyyətinə də malikdirlər, yəni transformatorlar həm alçaldıcı, nəm də yüksəldici transformator kimi işləyə bilər.
Transformatorun birinci tərəf dolağı bir gərginliyə hesablanıb hazırlandığı halda, ikinci tərəf bir neçə gərginliklərə hesablanmış iki və daha çox sayda dolaqlara malik ola bilər. Belə transformatorlar çoxdolaqlı transformator adlanır.
Radiotexniki qurğularda, avtomatika, idarəetmə sistemlərində istifadə edilən çox dolaqlı transformatorların sayı üçdən çox olur.
Transformatorlar işləyəndə dolaqlardan cərəyan axması nəticəsində, nüvənin artıq maqnitlənməsi və burulğanlı cərəyanın təsirindən istilik ayrılır. Bu səbəbdən transformatorlarda soyutma sistemindən istifadə olunur.
Kiçik güclü (gücü 10kVA- a qədər) transformatorlar quru transformatorlar adlanırlar, çünki onlarda hava ilə soyudulma kifayət edir.
Güclü transformatorlarda yağ soyudulması tətbiq edilir. Bu transformatorlarda nüvə dolaqlarla birlikdə transformator yağı doldurulmuş çəndə yerləşdirilir. Burada yağ yalnız istiliyi götürmür, o həm də yaxşı dielektrikdir. Temperatur yüksələndə yağın həcmi dəyişir. Bu zaman artıq yağ transformatora qoyulan yağgenişləndirici tərəfindən udulur. Temperatur azalanda isə yağ yağgenişələndiricidən çənə qayıdır.