Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 39,4 Kb.
səhifə1/2
tarix19.11.2022
ölçüsü39,4 Kb.
#69856
  1   2
Z.Ülviyyə Suxomlinski


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: Filologiya
İxtisas: Azərbaycan dili və ədədbiyyat müəllimliyi
Qrup: 2105b
Kurs: 2
Fənn: İfadəli oxu
Fənn müəllimi: Əliyeva Tənzilə
Tələbə: Bağvanova Sevda
Mövzu: Emosional obrazlı ifadəlilik üzrə bacarıq və vərdişlər
SƏRBƏST İŞ

Bakı-2022

Mündəricat:
1) Nitqin ifadəliliyini şərtləndirən amillər kimi: obrazlılıq və üslub sistemi vəhdəti;
2) Emosional nitq zamanı temp,dinamika, pauza\fasilə problemləri;
3) İfadəli nitqdə “vurğu” məsələsi.

Giriş
Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır.Bura daxildir: intonasiya (melodiya, temp, tembr, vurğu, pauza, ritm, səsin gücü, səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zərbi-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar, ritorik fiqurlar, emosional nidalar və s.Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən bu ifadəlilik vasitələrinin köməyi ilə natiq (müəllim) ən incə mətləbləri dinləyicilərə çatdırır. Natiqlik sənətində məntiqli danışığa daha çox əhəmiyyət verilir.Belə danışıq vasitəsilə natiq fikrini, mətnin məzmununu dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur.Lakin məzmunun çatdırılması mühazirəçinin yeganə məqsədi deyildir.Əgər danışan təkcə məntiqi qanunauyğunluğu əsas götürsə, başqa sözlə, danışığa fikrin ancaq ifadə forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq ancaq emosional boya kəsb etdikdə təsirli olur, dinləyicini daha çox maraqlandırır. Məlumdur ki, danışan eyni zamanda müsahibinin qəlbinə, hisslərinə təsir etmək,onda müxtəlif emosiyalar oyatmaq, eşidənləri nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. kimi məqsədlər də qarşısına qoyur.Belə hallarda nitq rəngarəng ifadə çalarları kəsb edir, emosional boyalarla müşayiət olunur. İntonasiya baxı- 61 mından zəngin olan nitq maraqla dinlənilir. Dinləyicilər belə nitqdən, ifadə tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti daim səfərbər edir, nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq, monotonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması və s. dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir. Dinləyicilər bu cür natiqin mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar.İfadəli nitq təkcə aydın, düzgün, səlis, məntiqi olmaqla bitmir, həm də təsirli, emosional, cazibəli formada öz əksini tapır. İfadəli nitq ondan bəhrələnənlərin hisslərinə təsir edir, marağını artırır, çünki burada məntiq güclü olduğu kimi, ifadə tərzi də tutarlı söz, ifadə və ibarələrlə həm zəngin, həm də ifadəlidir.

1.Nitqin ifadəliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtləşir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlik imkanlarını duyub qiymətəndirməklə əlaqədardır. Adi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinekdoxa və məcazlar ifadəliyi, bədiiliyi gücləndirən vasitələrdir. Ġntonasiyanın ifadəlik imkanları daha böyükdür. O, nitqin qrammatik və leksik-semantik normalarının əsasıdır. İfadəli nitq bədii və obrazlı olur. Obrazlılıq nitqin bütün təzahür formalarında bu və ya digər dərəcədə özünü göstərsə də, bədiilik ancaq bədii əsərlərə xasdır. Nitqin ifadəliyi eyni zamanda onun ekspressivliyi, emosionallığı ilə əlaqədardır. Ekspressivlik özü emosionallıq və obrazlılıqla birlikdə təzahür edir. Ekspressivliyi yaratmaq sinonimlərin işlədilməsi əsasında aparılır. İfadəli, bədii nitq emosiyalara təsir etməklə insanda müəyyən gözəl duyğular, xoş hisslər oyadır və emosionallığa səbəb olur. Bədiilik və obrazlılıq bədii təfəkkürün məhsulu olmaqla ədəbi bədii əsərlərə xas keyfiyyətdir. Bədiilik ən çox poetik obrazlılıq anlamında işlədilir. O, söz sənətkarlarının ya radıcılığında təzahür tapır və yalnız bədii əsərlər üçün səciyyəvidir. Bədiilik sənətkarın mövzu seçmə qabiliyyətindən, obrazları təsvir etmə məharətindən, obrazlı dil vasitələrindən yaradıcılıqla istifadəsindən asılıdır. Nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliyi ekspressivlik anlamındadır. Emosionallıq emosiyanın (fransızca "həyəcan", "hiss", "təsəvvür") ifadəsinə xidmət edir. Emosionallıq, ekspressivlik və obrazlılıq yaxın anlayışlardır, onlara patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə rast gəlirik. Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif ifadə vasitələri ilə yaranır. Emosionallıq törədən əsas dil vahidləri aşağıdakılardır: 1) Hissi halları ifadə edən sözlər (təəssüf, heyf, və s.) 2) Fikrə danışanın emosional münasibətini bildirən sözlər (afərin, var ol; yaramaz, alçaq,və s.) 3) Emosional qiymətləndirici sinonimlər ("getmək" əvəzinə "götürülmək", "daban alıb qaçmaq", "əkilmək", "aradan çıxmaq": "ölmək" əvəzinə "gəbərmək", "cəhənnəmə vasil olmaq" və s.). 4) Məcazi mənalı sözlər; 5) Emosionallıq bildirən nidalar və ədatlar (heyhat, əfsus, ay gəldi ha! və s.) Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. Bu dil nitq prosesində rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq, məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə, pərtlik, lovğalıq, laqeydlik, coşqunluq, həya, sevinc, acıq, şübhə, təkəbbür və s. ifadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə istifadə etmək, nitqin predmetinə, müsahibinə münasibətini bildirməklə söz və ifadəyə müxtəlif məna rəngarəngliyi verir, onun məzmununu genişləndirir, dolğunlaşdırır. Professor Ə.Dəmirçizadə yazır: “Danışarkən cümlənin təkcə məzmunu deyil, həm də nə məqsədlə söylənilmiş olması cümlədəki sözlərin necə səslənməsinə təsir edir. Yəni səs bəzən ucalır, bəzən əksinə, daha da alçalır, bəzən ucalır, bəzən qısalır, bəzən nitq axını kəsik-kəsik tələffüz olunur, bəzən isə əksinə, calaşıq bir silsilə təşkil edir və beləliklə də ibarə və cümlə boyu səslənmənin müxtəlif çalarlıqlı və müxtəlif kəmiyyətli dalğaları yaranır. Bununla da nitqin ritmik və melodik cərəyanı formalaşır ki, buna avazlanma (intonasiya) deyilir”. Oxu prosesində isə vəziyyət bir qədər başqadır. Nitqin yazılı formasında müəllifin yalnız məntiqi təfəkkürünün nəticələri verilir. Burada oxuyanın məqsədi yazılı şəkildə verilmiş olan müəllif fikrini açmaq, onu səsləndirməkdir. İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn, buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər.
2. Natiq oxusu üzərində aparılan müşahidələr göstərmişdir ki, danışıq, xüsusən mətnlərin qiraəti zamanı intonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol verilir. Normal intonasiyadan uzaqlaşmanın bir halı danışıq və oxuda sürətin həddindən artıq olmasıdır. İnformasiyanın aşıb-daşdığı indiki zamanda sürətli danışıq və oxuya üstünlük verilir. Lakin belə oxu sürəti normal oxu, natiqin, müəllimin oxusu baxımından o qədər də xarakterik deyildir. Sürətli danışıq və qiraətdə oxunanları və söylənilənləri tutmaq, anlamaq, mənimsəmək bir qədər çətin olur. İntonasiya ilə bağlı qüsurun başqa bir forması oxu və danışıq sürətinin normadan bir qədər yavaş olmasıdır. Belə nitqdə dinamika zəif, sözlər, nitq taktları, cümlələr arasındakı pauzaların müddət ölçüləri normadan artıq olur. Yavaş oxu danışıq və qiraətdə monotonluğa gətirib çıxarır, dinləyici yorulur, eşitdiyini tam şəkildə mənimsəyə bilmir. Natiqlərin, mühazirəçilərin içərisində yüksək templə danışan və oxuyanlara da rast gəlinir. Yüksək templə danışmaq və oxumaq öz-özlüyündə müsbət haldır. Lakin müəyyən hüduda qədər, hüduddankənar danışıq və oxu səs-küy kimi qarşılanır, belə oxu dinləyicini yorur, çox vaxt ətrafdakılara da mane olur.Natiqlik təcrübəsində aşağı tonla danışan və oxuyanlara da təsadüf olunur. Belə nitq ünsiyyətə istənilən səviyyədə xidmət edə bilmir. O, dinləyiciyə çatmır. Aşağı tonla danışıq və oxu dinləyənin eşitmə orqanını daima gərgin vəziyyətdə saxlayır. Bu cür oxu, danışıq natiqlik praktikasında məqbul hesab olunmur. Danışıq və xüsusən oxuda özünü göstərən ümumi bir qüsur intonasiyaca kasıblıqdır. Bu o deməkdir ki, danışıq, xüsusən oxuda müəyyən məzmun, müxtəlif emosional vəziyyətlər (alicənablıq, ağrı, abır, bədbəxtlik, əsəbilik, əzab, ələm, qəzəb, qeyz, qeyrət, qayğı, qüssə, zövq, etinasızlıq, inam, iftixar, iztirab, yəqinlik, qəhərlənmək, dəhşət, vahimə, diksinmə, öyünmə, fəxretmə, qərarsızlıq, acizlik, vüqar, iddia, yaxşılıq, yamanlıq və s.) uyğun informasiya çaları ilə verilə bilmir, dilimizin zəngin intonasiya çalarları zəif nəzərə çarpır.Bu məqsədlə dinlədiyimiz bir çox natiqin oxusunda sual, nida intonasiyası, müxtəlif növ vurğular, pauzalar və s. demək olar ki, yox dərəcəsindədir. Belələri çox zaman bədii mətni ifadəli oxumaqdan çəkinir və açıq-açığına boyun qaçırırlar. İntonasiya ilə bağlı göstərdiyimiz qüsurlar danışıq və oxunun keyfiyyətini aşağı salır, nitqin təsir gücünü azaldır, onun (nitqin) dərk olunmasını, qavranılmasını çətinləşdirir. Natiqin danışığı, qiraəti intonasiya ahəngdarlığı baxımından fərqlənməli, intonasiyaca zəngin olan nitqi dinləyicilərdə xoş ovqat və təəssürat yaratmalı, onların qəlbinə rahatlıq gətirməlidir. Natiq səsinin ahəngi ifadə edəcəyi fikrin məzmun və qayəsinə uyğun olmalıdır. K.S.Stanislavskinin aşağıdakı fikri bu baxımdan dəyərlidir. “Danışıq, şeir özü də musiqidir. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır, skripka kimi səslənməlidir, taxtaya dəyən noxud kimi taqqıldamamalıdır. Elə etmək lazımdır ki, danışıq muncuq kimi düzülsün, qovuşsun, hecalara bölünməsin”. Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Bütün hərəkətlər kimi nitq başlanğıca (hərəkətin doğması), davama (hərəkətin inkişafı və müəyyən istiqamətə yönəlməsi) və sona (hərəkətin kəsilməsi) malikdir. Canlı nitqdə daim müəyyən bir hərəkət, surət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır.
3.Vurğu intonasiyanın əsas ünsürlərindəndir.Dilçilik ədəbiyyatında onun üç növündən – söz vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur. Söz vurğusu. Söz vurğusu nitqdə, əsasən, iki vəzifəni yerinə yetirir:a) sözlərdə forma gözəlliyi yaradır;b) yeni məna əmələ gətirir. Bunlardan birincisi fonetik, ikincisi fonosemantik vəzifədir. Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis, təbii, ürəyəyatan formasını, ən optimal fonetik şəklini alır. əks halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna anlaşılmır.Şifahi nitq üzərində müşahidələr göstərir ki, vurğu səhv vurulanda həm sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. . Sözlərdə vurğunun qüsurlu tələffüzü nitqin gözəlliyinə xələl gətirir, onun təbii gücünü azaldır, nəzərdə tutulan fikir ideya, məqsəd dinləyiciyə istənilən səviyyəyə çata bilmir. Kəlmələrin deyilişində vurğunun qüsurlu tələffüzü ilə bağlı yaranan qeyri-adilik dərhal nəzərə çarpır. Bu, nitqin təsirini azaldır, eşidənlərin diqqətini söhbətin məzmunundan yayındırır, nəzərdə tutulan fikir, ideya, məqsəd dinləyiciyə istənilən səviyyədə çata bilmir. Yaxşı yuyulmuş pəncərə şüşəsi diqqəti çəkmir, yalnız işıq buraxır. Bu həm də yaxşı natiqə də aiddir. Təbiidir ki, dinləyicilər onun danışıq tərzini hiss etmirlər. Onlar yalnız eşitdiklərinin məzmununa diqqət yetirirlər. Azərbaycan dilinə məxsus sözlərdə vurğu dilin təbiətinə görə (iltisaqiliyin bir əlaməti kimi) əsasən son heca üzərin düşür. Dilimizə məxsus sözlərin tələffüzündə Sözlərdə vurğunun düzgün tələffüzü mühazirəçi, müəllim, söz sənəti ilə məşğul olan adamlar üçün daha vacibdir. Hər hansı bir alınma sözün, terminin deyilişində yol verilən qüsurlar mühazirəçinin (müəllimin) nitqinə xələl gətirir, onun effektini azaldır. Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət kəsb edir. İşlətdiyimiz alınmalar vurğunun yerinə görə üç qrupa bölünür:a) vurğusu birinci hecada olan sözlər;b) vurğusu orta hecada olan sözlər;c) vurğusu son hecada olan sözlər. Vurğu ilə bağlı qüsurlar nitqin ümumi ahənginə, intonasiyasına hiss ediləcək dərəcədə naqislik gətirir, onun təsir gücünü müəyyən qədər zəiflədir. Danışıq və oxuda intonasiya qaydalarına yerli-yerində əməl olunub, amma bir sözün vurğusu düzgün, vərdiş etdiyimiz şəkildə tələffüz edilmirsə, belə nitq dinləyicini, şübhəsiz ki, qane edə bilməz. Bu baxımdan söz vurğusu avazlaşmanın ən vacib ünsürü hesab edilməlidir. Mühazirəçi alınma söz və terminləri düzgün tələffüz etməyi bacarmalıdır. Xüsusən natiqin sözləri kafe`dra, sü`jet, nəzə`riyyə, şu`ra, mü`xtəlif, sı`ğorta kimi tələffüz etməsi ilə heç cür razılaşmaq olmaz. Bu sahədə qüsura yol verməmək üçün danışan diktorlar, nümunəvi nitqi olan digər adamları dinləməli, alınmaların deyilişinə diqqət verməli, çətin tələffüz olunan terminləri qeyd edib üzərində vurğu işarəsi qoymalıdır. Cümləni təşkil edən sözlərin hecaları vurğuya görə fərqləndiyi kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də başqalarına nisbətən fərqli deyilir. Həmin söz danışanın məqsədini dinləyən və ya oxuyanın diqqətinə çatdıran bir fonetik vahid kimi çıxış edir. Bu cür kəlmə və ya 70 söz birləşmələrinin digərlərinə nisbətən güclü deyilişi, nəzərə çarpdırılması məntiqi vurğunun vasitəsilə olur. Məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərində düşəndə xüsusi məna çaları əmələ gəlir. Məntiqi vurğuya riayət etməyin natiqin ifadəli oxusu, danışığı, mühazirə və söhbətlərində praktik əhəmiyyəti böyükdür. Natiq bu vurğu vasitəsilə oxuduğu hər hansı bir mətndə, eləcə də ifadə etdiyi fikirdə müəyyən sferanı, bir tərəfi - fikrin ən əhəmiyyətli komponentini ayırıb xüsusi tonla dinləyiciyə çatdırmağa çalışır. Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı (emfatik) vurğudur. “Məntiqi vurğu ilə danışan şəxsin əvvəlcədən xüsusiləşmiş halda nəzərdə tutduğu məna ifadə olunur. Həyəcanlı vurğu ilə isə daha çox danışıq prosesində yaranan duyğular, hiss-həyəcan ifadə olunur”. İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs – fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır. Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün, birinci növbədə, nitqdə normal fasiləyə əməl olunmalıdır. Nitq fasiləsinin təkcə söyləyən və ya oxuyan üçün deyil, dinləyici üçün də böyük əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın etdiyi fasilə zamanı eşitdiklərini mənimsəyir, “həzm” edir, sonrakı fikri tutmaq üçün diqqətini səfərbərliyə alır. Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir.Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir, nəfəsalma, nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən aktiv, şüurdan asılı olmayan prosesdir. Bu prosesdən sonra hərəkətverici əzələlərin gərginliyi azalır, onlar sakit vəziyyət alaraq, növbəti nəfəsalmaya qədər bu vəziyyətdə qalırlar. Həm nəfəsalmaya, həm də nəfəsverməyə sərf olunan vaxt, təxminən, eynidir. Nəfəsvermədə ciyərlər heç bir vaxt havadan tam azad olmur, orada ehtiyat hava qalır. Həyat üçün zəruri olan tənəffüsün ritmik hərəkəti qeyri-şüuri, reflektiv formada icra edilir.Nitq tənəffüsünün isə tamam fərqli xüsusiyyətləri vardır. Bu tənəffüs nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq tənəffüsün, xüsusən nəfəsvermənin adi ritmi pozulur, nəfəsvermə nəfəsalmadan xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir. Nitq fasiləsi həm məntiqi, həm də psixoloji funksiya daşıyır. Məntiqi fasilə nitqi məna daşıyan hissələrə bölməklə, onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını təmin edir. Danışan bu fasilənin köməkliyi ilə ifadə edəcəyi fikri dinləyicinin diqqətinə çatdırır, bəzən nitqdə yaranan dolaşıqlığı aradan qaldırır. Fasilə cümlədə vahid məna bütövlüyündə birləşən qrupları həm ayırır, həm də birləşdirir.

Yüklə 39,4 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin