Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Mövzu: Şəxsiyyətin inkişafının ümumi qanunauyğunluqları
BAKI 2012
Plan:
1.Şəxsiyyətin inkişafı prosesi
2.İrsiyyət və inkişaf
3.Fəaliyyət və inkişaf
Şəxsiyyət problemi ilə yaş fiziologiyası,anatomiya,sosiologiya,yaş psixologiyası,pedoqoji psixologiya və digər elmlər məşğul olur.Pedaqogika isə təhsil-tərbiyə prosesində şəxsiyyətin inkişafının ən səmərəli şərtlərini öyrənir,aşkar edir.Pedaqogika və psixologiyada şəxsiyyətin inkişafı ilə bağlı üç əsas istiqamət(bioloji,sosioloji.biososioloji) vardır.
Bioloji istiqamətin nümayəndələri şəxsiyyəti sırf təbii varlıq hesab etməklə onun bütün davranışını anadan olarkən özü ilə gətirdiyi,ona xas olan tələbatların,maraqların,instinktlərin təsiri ilə izah edirlər.Sosioloji istiqamətin nümayəndələri insanın bioloji varlıq kimi doğulmasını qəbul etməklə yanaşı,ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə tədricən sosiallaşması fikrini müdafiı edirlər.Biososial istiqamətin nümayəndələrinin fikrincə,psixi proseslərin(duyğu,qavrayış,təfəkkür və.s) bioloji təbiəti olsa da,şəxsiyyətin təcrübəsi,siyasi ,əxlaqi-mənəvi baxışları,maraqları,qabiliyyətləri və.s.sosial hadisələr kimi formalaşır.
Müasir pedaqogika şəxsiyyətə bir tam psixi sistem kimi baxır.Burada bioloji və sosioloji xüsusiyyətlər ayrılmazdır. Şəxsiyyət ictimai həyatın məhsulu olmaqla,həm də canlı orqanizmdir.Şəxsiyyətin formalaşması və davranışında sosioloji ilə biolojinin münasibəti olduqca mürəkkəbdir və insanin inkişafının müxtəlif dövrlərində şəxsiyyətə eyni təsir göstərmir.Şəxsiyyətin bütün tərəfləri yalnız fəaliyyətdə və başqa adamlarla ünsiyyətdə təzahür edir.Təlim,təhsil-tərbiyə prosesində köhnə ilə yeni arasında meydana çıxan ziddiyyətlər və onların aradan qaldırılması şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi çıxış edir.Fəaliyyətin doğurduğu yeni tələbatlar ilə onların ödənilməsi imkanları aeasındakı ziddiyyətlər buna misal ola bilər.Ziddiyyətlərin həlli daha yüksək səviyyəli fəaliyyəti formalaşdırmaq vasitəsilə baş verir.Nəticədə uşaq öz inkişafında daha yüksək pilləyə qalxır.Tələbat ödənilir,ziddiyyət aradan götürülür.Ziddiyyətlər daxili,xarici və ümumi olur.Onlar xalq kütlələrinin inkişafını hərəkətə gətirir.Ayrıca götürülmüş insana xas olan ziddiyyətlərdən biri yaranan yeni tələbatlar ilə onları ödəmək imkanları arasındakı uyğunsuzluqdur.
İnsanın inkişafı və onun şəxsiyyət kimi formalaşması üç başlıca amilin-irsiyyət,mühit və təhsil-tərbiyənin qarşılıqlı təsiri ilə həyata keçirilir.Yeni elmi ədəbiyyatda fəaliyyət də bir amil kimi göstərilir.Mühit özü iki yerə bölünür:1)qeyri-mütəşəkkil mühit; 2)mütəşəkkil mühit.Təhsil-tərbiyə amili mütəşəkkil mühitə aiddir,onu ümumi mühitdən kənarada təsəvvür etmək mümükün deyil,çünki o,onun tərkib hissəsidir.
2.İrsiyyət dedikdə valideynlərdən uşaqlara müəyyən keyfiyyət və xüsusiyyətlərin irsən keçməsi başa düşülür.İrsiyyətin daşıyıcısı genlərdir.Müsair elm sübut etmişdir ki,orqanizmin xassələri gen kodunda şifrələnmişdir.Orqanizmin xassələri haqqında bütün informasiyalar məhz orada toplanmışdır.Valideynlərdən uşaqlara həm fiziki əlamətlər(bədən quruluşunun xüsusiyyətləri,saçın,gözün və dərinin rəngi və.s)həm də fizioloji əlamətlər(ali sinir sisteminin xüsusiyyətləri,sinir hüceyrələrinin sayı,psixi pozğunluqları yaradan patoloji qüurlar,bəzi xəstəliklər-hemofoliya,şəkər və.s.)irsən keçir.
Elmi-tədqiqatların nəticələri intellektual səviyyənin valideynlərdən uşaqlara keçməsi haqqında fikirləri inkar edir.Müasir pedaqogika uşaqlarada fərqlərin aşkar edilməsini və tərbiyənin ona uyğunlaşdırılmasını deyil,hər insanda olan imkanların inkişafı üçün bərabər və müvafiq şəraitin yaradılmasını münasib sayır.Əxlaqi keyfiyyətlərin və psixikanın irsən keçməsi məsələsi xüsusilə vacibdir.Pedaqogikada belə bir fikir formalaşmışdır ki,şəxsiyyətin keyfiyyətləri irsən keçmir,onlar orqnizmin xarici mühitlə qarşılıqlı təsiri prosesində əldə edilir.İnsan anadan xeyirxah,bədxah,səxavətli və ya xəsis kimi doğulmur.Uşaqlar valideynlərinin əxlaqi keyfiyyətlərini irsən gətirmirlər.İnsanın necəliyi mühit və tərbiyədən asılıdır,tərbiyə aparıcı rol oynayır.
İnsanın inkişafının baş verdiyi real varlıq mühit adllanır.İnsan şəxsiyyətinin inkişafına təsir göstərən amillər təbii və sosial mühit anlayışına daxildir.Sosial mühit dedikdə insanın həyat fəaliyyətini,inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur.Sosial mühit anlayışı ictimai quruluşu,istehsal münasibətləri sistemini,maddi həyat şəraitini,istehsal və sosial proseslərin başvermə xarakterini əhatə edir.Sosial mühit daim dəyişir və yeniləşir.Bu mühitdə insan passiv deyil,fəaliyyətdədir və fəaliyyət prosesində o,öz mühitini dəyişdirir.Təbii mühit-ərazinin relyefi,fauna və florası,havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına,onun mənəvi cəhətdən yetkinləşməsinə əəhəmiyyətli təsir göstərən amildir.
İnsanın inkişafına mühitin,yoxsa irsiyyətin daha çox təsir göstərməsi ilə bağlı tədqiqatçılar arasında vahid fikir yoxdur.Biogenetiklər irsiyyətə,sosiogenetiklər isə mühitə üstünlük verirlər.Bəzi tədqiqatçılar isə şəxsiyyətin inkişafına mühit və irsiyyətin təsirinin dəqiq kəmiyyət nisbətini müəyyən etməyə cəhd göstərmişlər.Tərbiyə insanın inkişafına təsir göstərsə də,özü də müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır.İnkişaf ilə tərbiyə arasında qarşılıqlı münasibətlərin dialektikası da özünü məhz bunda göstərir.Tərbiyənin səmərəsi isə insanın tərbiyəvi təsiri qəbul etməyə hazərləq səviyyəsi ilə müəyyən olunur ki,bu da irsiyyət və mühitin təsirindən bilavasitə asılıdır.Görkəmli psixoloq L.S.Vıqotskinin(1896-1934)əsaslandırdığı qanunauyğunluğa görə tərbiyənin məqsədi və metodları uşağın çatdığı inkişaf səviyyəsinə deyil,həm də onun”yaxın inkişaf zonasına”müvafiq olmalıdır.O,əqli inkişafın iki səviyyəsini:1)aktual inkişaf səviyyəsini 2)”yaxın inkişaf zonasını müəyyənləşdirmişdir.
3.Mühit və təhsil-tərbiyə amilləri dinamik,hərəkətdə və inkişafda olan amillərdir.İnsan həm mühitdə,həm də təhsil tərbiyə prosesində fəaliyyətə cəlb olunur.Burada isə fəaliyyətə inkişafın amili kimi ayrıca baxılır.İnsanın bir şəxsiyyət kimi inkişafının şərti onun yerinə yetirdiyi çoxplanlı fəaliyyətidir.
Cəmiyyətin tələbatına,dövlətin sosial sifarişinə uyğun şəxsiyyət formalaşdırmaq üçün fəaliyyəti təşkil etmək və onu düzgün istiqamətləndirmək lazımdır.Təlim,təhsil-tərbiyə işinin ən böyük çətinliyi məhz bundadır.Təəssüf ki,bir çox hallarda təhsil-tərbiyə şagirdlərin inkişafı üçün imkanlar yarada bilmir.Pedoqoji ədəbiyyatda istiqamətinə görə idrakı,ictimai,bədii və texniki fəaliyyətdən bəhs olunur.Fəlsəfi ədəbiyyatda fəaliyyətin aşağıdakı növləri göstərilir:
1)dəyişdirici fəaliyyət
2)idrak fəaliyyəti
3)praktiki fəaliyyət
4)kommunikativ fəaliyyət
5)qiymətləndirmə-orientasiya fəaliyyəti.
Pedoqoji fəaliyyətdə bu fəaliyyət növlərinin hamısı iştirak edir.Fəaliyyət aktiv və passiv ola bilər.Hətta ən kiçik uşaq özünü aktiv varlıq kimi göstərə bilər.Təlimdəfəallıq sosial təcrübəni tez və müvəffəqiyyətlə mənimsəməyə kömək edir,kommunikativ qabiliyyəti inkişaf etdirir.İdrak fəallığı uşağın intellektual inkişafını təmin edir.Əmək fəallığı şəxsiyyətin əxlaqi və mənəvi keyfiyyətlərinin tez və düzgün formalaşmasını stimullaşdırır.Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatları təşkil edir.Tələbat insanı fəaliyyətə,müəyyən istiqamətdə iş görməyə təhrik edir.Bu səbəbdəndir ki,o,sadəcə tələbat olaraq qalmır,insanı həmin tələbatı ödəməyə imkan verən fəaliyyətə yönəldir.
Şəxsiyyətin fəallığı inkişaf üçün təkcə əsas deyil,həm də inkişafın nəticəsidir.Təhsil-tərbiyə özünə və insanlara sevinc gətirən fəal,təşəbbüskar,yaradıcı şəxsiyyət formalaşdırarsa,onda o,məqsədinə çatmış olar.Bunun üçün uşaq çoxşaxəli fəaliyyətə cəlb edilməli,bu və ya digər yaş dövründə aparıcı fəaliyyət növündən səmərəli şəkildə istifadə olunmalıdır.
Dostları ilə paylaş: |